Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Kök
Yerkökü (lat. Daucus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. "Divanü Lüğat-it-Türk"də "geşür" adlandırılan bu bitkiyə hazırda Azərbaycanın bəzi bölgələrində xalq arasında keşir, türkmən türkcəsində kəşir, tatar və başqırd türkcəsində kişir, qaraqalpaq türkcəsində geşir deyilir. Həmçinin türkiyədə "keşir salatı" və "keşir dolması" şəklində bu kəlmədən istifadə edilir. == Tərkibi == Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir.
Aleksandr Blok
Blok Aleksandr Aleksandroviç (16 (28) noyabr 1880[…], Sankt-Peterburq – 7 avqust 1921[…], Petroqrad) – görkəmli rus şairi. Rusiya simvolizminin nümayəndəsi. == Həyatı == 1905-1907-ci illərdə yazdığı əsərlərdə həyatın kəskin ziddiyyətləri, insanın faciəsi əks olunmuşdur. Blok lirikasında rus mədəniyyəti və vətənin taleyi haqqında dərin düşüncələr mühüm yer tutur ("Rusiya", "Kulikovo çolündə"). == İstinadlar == == Xarici keçidlər == А. Блок "Как день, светла, но непонятна" Александр Блок, собрание сочинений в Библиотеке поэзии Александр Блок Стихотворения, биография, поэмы, переводы, музеи, театр, неизданное. Александр Блок. Открытки, фотографии, стихи. Arxivləşdirilib 2020-01-15 at the Wayback Machine Автобиография. Малоизвестные факты о жизни поэта. Бесплатная помощь в поиске информации о Блоке Блок Александр Александрович, выдающийся русский поэт и драматург Материалы А. А. Блока в Российском государственном архиве литературы и искусства (РГАЛИ) Arxivləşdirilib 2019-08-09 at the Wayback Machine Государственный историко-литературный и природный музей-заповедник А. А. Блока Arxivləşdirilib 2006-08-30 at the Wayback Machine Шахматово на сайте Ассоциации музеев России Могила Блока Александр Александрович Блок Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine — стихи.
Blok-şot
Blok-şot və ya blok (ing. blocked shot — qarşısı alınmış atış) — basketbol termini, müdafiəçinin rəqibin səbətə doğru atışının qaydalar çərçivəsi daxilində qarşısının alınması. Basketbolda əsas bloklayıcı oyunçular ön xəttdə olan — "mərkəz" və "ağır hücumçular" olur. Ancaq başqa mövqedə olan oyunçular yaxşı sıçrayışa və kordinasiyaya malik olarsa o zaman blok etmə üzrə önə keçə bilirlər. Blok-şot — basketbolçunun müdafiədə səviyyəsini göstərən kəmiyyətdir.
Blok (mexanika)
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Blok siniri
Blok siniri —
Klod Debüssi
Klod Debüssi (fr. Achille-Claude Debussy [aʃil klod dəbysi]); 22 avqust 1862[…], Sen-Jermen-an-Le, Sena-i-Uaza[d], İkinci Fransa İmperiyası – 25 mart 1918[…], Parisin 16-cı dairəsi[d], Üçüncü Fransa Respublikası) —fransız bəstəkarı, musiqidə impressionizmin aparıcı nümayəndəsi. == Həyatı == Klod Debüssi 22 avqust 1862-ci ildə anadan olmuşdu.1872-ci ildə 10 yaşlı Debüssi Paris Konservatoriyasına daxil olur. İlk əsərlərindən simfonik oda “Zuleyma” (Heynenin şeirləri əsasında), 2 hissəli xor və orkestr üçün “Bahar” süitası, sonralar isə “Rodriqo və Ximena”, “Pelias və Melizanda”, “Məhəbbətin cinayəti” operaları, “Kamma”, “Oyunlar”, “Oyuncaqlarla dolu taxta” baletləri, Simfoniya (1880-1881), “Triumf Vakxa” süitası (1882), 3 noktyürn (“Buludlar”, “Bayramlar”, “Sirenalar”), arfa və simlilər üçün 2 rəqs, Prelüdiyalar (1891-1894), fortepiano triosu, simli kvartet, violonçel və fortepiano üçün Sonata (1915), skripka və fortepiano üçün Sonata (1916-1917), Qaraçı rəqsləri. Mazurka, “Berqamask süitası”, “Romantik vals”, “Obrazlar”, “Estamplar” süitası, “Ağ və qara” 3 pyesləri aiddir. Piano bəstələri tarixində ən önəmli bəstəkarlardan sayılan Debüssi impresionistlərin və simvolistlərin ideallarını və məqsədlərini musiqiyə daşıyıb. O ondan öncə gələn bəstəkarlar tərəfindən hazırlanmış klaviatura qaydalarını rədd eləyib, yeni texnikalar və səs effektləriini inkişaf etdirib. Debüssinin bəstəkarlığı XX əsr musiqisinə dərindən təsir edib. Debüssi musiqisinin obrazlar aləmi olduqca zəngin və çoxşaxəlidir. Məsələn, fortepiano üçün bəstələnmiş "Prelüdlər" məcmuəsindən "Qar üstə addımlar" pyesini dinləyərkən biz sanki tənha səyyahla rastlaşır, onun qapıldığı ümidsizlik, yalqızlıq hisslərini varlığımızla duyuruq; "Saçı kətan rəngli qız" əsəri gözlərimiz önündə incə, gül tək zərif qadın surəti canlandırır; "Qərbdən əsən külək nələr görüb" pyesi dənizin ənginliklərində baş vermiş faciəvi hadisələrin əks-sədası kimi səslənir; "Batmış kilsə" prelüdündə bəstəkar uzaq keçmişdə batmış və hərdən zəng səslərinin müşayiəti ilə dalğalardan qalxan İs şəhəri haqqında qədim fransız əfsanəsinə müraciət edir.
Klod Jad
Klod Jad (Claude Jade) Fransa aktrisası 8 oktyabr 1948 - 1 dekabr 2006) Gənc aktrisa aktyorluq ixtisası üzrə təhsil alıb. Teatrda onu Fransua Tryuffo kəşf etdi. Oğurlanmış öpüşlər (film, 1968) dəki Kristin baş rolu ilə məşhurlaşdı. Digər Fransua Trüffo filmlərində rol aldı ([Ailə ocağı, Qaçışda sevgi). Alfred Hiçkok (Topaz) və Sergey Yutkeviç (Lenin Parisdə) kimi rejissorlarla da oynadı. Fransız, Amerika, Belçika, İtalyan, Janpanik, Alman və Sovet filmlərində rol aldı.
Klod Kahen
Klod Kahen (fr. Claude Cahen; 26 fevral 1909[…], VI arondisman, Paris, İl de Frans, Fransa – 18 noyabr 1991[…]) — Fransız şərqşünası. == Həyatı == Klod Kahen 26 fevral 1909-cu ildə Parisdə doğulmuşdu. Yüksək təhsilinə École Normale Supérieuredə başladı; 1931-ci ildə École Nationale des Langues Orientalesin Türkcə-Ərəbcə bölümündən məzun oldu. 1932-ci ildə tarix müəllimliyi imtihanını qazanaraq Amiens, Rouen və Parisdə çalışdı və araşdırma fəaliyətləri ilə məşğul oldu. 1936–1937-ci illərni Türkiyədə keçirdi. 1940-cı ildə "La Syrie du Nord K lZpoque des Croisades" adlı dissertasiyası ilə doktor ünvanını aldı. II Dünya Savaşı müddətində beş il dustaq qaldı. 1945–1959-cu illərdə Strasburq Universitetində, daha sonra da kariyerini tamamladığı Sorbonne Universitetində (1959–1979) dosent vəzifəsində çalışdı. 1973-cü ildən etibarən Académie des Inscriptions et Belles-Lettresin üzvü və Société Asiatiquein başçısı olan Kahen, Légion dHonneur nişanı sahibi idi.
Klod Leluş
Klod Leluş (fr. Claude Lelouch) — fransız kino rejissoru, ssenarist, operator, aktyor və prodüser. == Həyatı == Klod Leluş 30 oktyabr 1937-ci ildə Parisdə anadan olmuşdur. Onun valideynləri Əlcəzair yəhudiləri idilər. Öz debütünü operator kimi qısametrajlı filmlərdə etmişdir. 13 yaşında Kann kinofestivalının debüt müsabiqəsinin mükafatını qazanmışdır. 1956-cı ildə Klod Leluş SSRİ haqqında "Pərdə qalxanda" adlı reportajın müəllifi olmuşdu. Bu reportaj gizli kamera ilə çəkilmiş və nümayiş üçün Fransa televiziyası tərəfindən alınmışdı. Leluşun tammetrajlı kinoda ilk işi "İnsanlığın məğzi" (1961) filmi olmuşdur. Bu ekran əsəri xüsusi bir uğur əldə etmədi.
Klod Mone
Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 14 noyabr 1840[…], Paris[…] – 5 dekabr 1926[…]) — fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri. == Həyatı == Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib. O, 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı. Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi. 1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı. Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi. Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu. 28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.
Klod Simon
Klod Ejen Anri Simon (fr. Claude Simon; 10 oktyabr 1913[…], Antananarivu – 6 iyul 2005[…], Paris) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1985). == Həyatı == Fransız yazıçısı Klod Ejen Anri Simon Madaqaskar adasında doğulmuşdu. Atası Lui Antuan Simon fransız müstəmləkə qüvvələrinin zabiti idi. Birinci Dünya müharibəsinin ilk günlərində cəbhədə həlak olmuşdu. Klod əvvəlcə anası Süzanna Simonla birlikdə Fransa-İspaniya sərhəddindəki kiçik Perpinyan şəhərində yaşamışdı. Lakin 10 yaşında anasını da itirdiyindən qohumlarının himayəsinə keçməli olmuşdu. Ədəbiyyatla, rəssamlıq və foto sənəti ilə yaxından maraqlanırdı. 1934-1935-ci illərdə o, Fransa ordusunda xidmət etmişdi. Ordudakı xidmətini başa vurandan sonra SSRİ-yə səfəri dünyagörüşündə müəyyən dəyişikliklərə yol açmışdı.
Klod Şapp
Klod Şapp (fr. Claude Chappe; 25 dekabr 1763[…] – 23 yanvar 1805[…], Paris) — fransız ixtiraçı. 1792-ci ildə Teleqraf sistemini yaratmağı təklif etmişdir. Klod Şapp təpələrin üzərində, teleqraf qüllələri quraşdırdı. Hər qüllənin üzərində 49 ayrı istiqamətə dəyişə bilən, iki çarxlı fırladıcı vardı. 49 istiqamətin hər biri, bir hərfə və ya şərti işarəyə uyğunlaşdırılmışdı. Bu sistem uğurlu oldu, belə ki, XIX əsrin ortalarında Fransada teleqraf xəttlərinin uzunluğu 4.828 kilometə çatmışdır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Klod Şennon
Klod Elvud Şennon (ing. Claude Elwood Shannon; 30 aprel 1916[…] – 24 fevral 2001[…], Medford[d], Massaçusets) — amerikalı mühəndis, kriptoanalitik və riyaziyyatçı. "İnformasiya əsrinin atası" hesab olunur. Müasir yüksək texnoloji rabitə sistemlərində tətbiq tapan məlumat nəzəriyyəsinin banisidir. Hal-hazırda müasir rabitə texnologiyalarının əsasını təşkil edən fundamental anlayışları, fikirləri və onların riyazi formulalarını təqdim etdi. 1948-ci ildə məlumatın ən kiçik birliyini ifadə etmək üçün "bit" sözündən istifadə etməyi təklif etdi ("Riyazi nəzəriyyə" məqaləsində). Bundan əlavə, entropiya anlayışı Şennon nəzəriyyəsinin vacib bir xüsusiyyəti idi. O, təqdim etdiyi entropiyanın ötürülən mesajdakı məlumatın qeyri-müəyyənlik dərəcəsinə bərabər olduğunu nümayiş etdirdi. Şennonun "Rabitə riyazi nəzəriyyəsi" və "Gizli sistemlərdə rabitə nəzəriyyəsi" məqalələri informasiya və kriptoqrafiya nəzəriyyəsi üçün əsas hesab olunur. Klod Şennon, kriptovalyutaya elmi baxımdan müraciət edənlərdən biri, onun nəzəri əsaslarını formalaşdıran və bir çox əsas anlayışları təqdim edən ilk biri idi.
Kloi Kardaşyan
Kloi Aleksandra Kardaşyan (ing. Khloé Alexandra Kardashian; 27 iyun 1984, Los-Anceles, Kaliforniya) — amerikalı televiziya şəxsiyyəti. Məşhur model və stilist Kim Kardaşyanın kiçik bacısıdır. Əsasən Keeping Up with the Kardashians realiti şousunda yer alması ilə tanınır. Erməni, şotland və holland əsillidir. 2009-cu ilin yayında profesional basketbolçu Lamar Odom ilə evlənmişdir. 2015 iyul ayında ayrılmışdırlar.
Klık adası
Klık adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında yerləşir. Cekson adasında yerləşən burundan 3,5 km qərbdə qərarlaşır. Öz növbəsində hündürlüyü 33 m olan bir qayadır.
Lyubov Blok
Lyubov Blok, Mendeleyeva (29 dekabr 1881, Sankt-Peterburq – 27 sentyabr 1939, Leninqrad) — aktrisa, balet tarixçisi, memuarist, "Blok və özü haqqında hekayə və nağıllar" və "Klassik rəqs: tarix və müasirlik" kitablarının müəllifi. Kimyaçı Dmitri Mendeleyevin qızı, şair Aleksandr Blokun həyat yoldaşı. == İstinadlar == == Əsərlər == Блок Л. Д. И были, и небылицы о Блоке и о себе. Бремен: Кафка-Пресс. 1979. Блок Л. Д. Классический танец: История и современность (25000 nüs.). М.: Искусство. Вступит. слово Гаевский, Вадим Моисеевич; рецензент: Пётр Гусев; ред. коллегия: В. М. Красовская,Суриц, Елизавета Яковлевна.
Mark Blok
Mark Blok (fr. Marc Léopold Benjamin Bloch; 6 iyul 1886[…], Lionun 2-ci rayonu[d] – 16 iyun 1944[…], Sen-Didye-de-Forman[…]) — XX əsr yəhudi əsilli Fransa tarixçisi, Qərbi Avropa feodalizmi, Fransada aqrar münasibətlər, tarix elminin ümumi metodologiyaları üzrə elmi işlərin müəllifi. Lyüsen Fevr ilə birgə 1929-cu ildə "Annallar" jurnalını təsis edib. Tarixi metodologiyada çevriliş edən eyniadlı elmi məktəbin əsasını qoyub.
Vladimir Blok
Blok Vladimir Mixailoviç (7 noyabr 1932, Moskva – 28 avqust 1996, Moskva) — sovet, rus bəstəkarı, pianoçu, musiqişünas, jurnalist. 1957-ci ildə Moskva Konservatoriyasını V.Y. Şebalinın bəstəkarlıq sinfində və E. Q. Qilelsin fortepiano sinfini bitirmişdir. 1961-ci ildə aspiranturanı musiqi nəzəriyyəsi (rəhbər - L. A. Mazel) və kompozisiya (rəhbərlər - V. Ya. 1958-1960-cı illərdə Muzgizin redaktoru işləmişdir. 1960-1962-ci illərdə V.İ.Lenin adına Pedaqoji İnstitutda dərs demişdir. Moskvadakı 13 nömrəli uşaq musiqi məktəbində dərs demişdir. 1993-cü ildə - Qriq Cəmiyyətinin təsisçisi 1995-ci ildə - Rusiyada Macar Musiqi və Musiqi Pedaqoji Cəmiyyətinin təsisçisi xor, solistlər və orkestr üçün Böyük Torpağın Mahnisi (sözləri Rojdestvenskiy, 1960) Bahar mahnısı (kantata, V. Mayakovski və N. Aseevin sözləri, 1963) Ulduzları ziyarət etmək (uşaqlar üçün musiqili nağıl, S. Boqomazov, 1964) orkestr üçün Kiçik Suite (1956) Udmurt suite (1960) Bahar keçməsi (1957) Şimali melodiyalar (Komi xalq mövzularında dövrə, 1966) fortepiano və orkestr üçün konsert (1966) skripka və orkestr üçün Slovak Suite (1954, 2-ci nəşr - 1959) simli orkestr üçün Passakaglia və S. Prokofyevin xatirəsinə (1957) Dördlük (1956, 2-ci nəşr - 1966) fortepiano üçün Oyuncaqlar (uşaq dəsti, 1967) Udmurt melodiyaları (1960) Komi xalq mövzusunda dəyişikliklər (1966) Sol uşaq üçün 3 uşaq pyesi (1969) Qələm rəsmləri (uşaq pyesləri, 1960) skripka və fortepiano üçün Norveç Suite (1958) Udmurt Rapsodiyası (1961) violonçel və fortepiano üçün Kiçik Suite (1967) Udmurt mövzularında kiçik bir şeir (1963) klarnet və fortepiano üçün sonatina (1963) Kareliya mövzularında miniatürlər və akvarellər (1971) 5 uşaq pyesi (1974) Rus xalq çalğı alətləri orkestri üçün Rus Suite (1962) Volqa haqqında şeir (1967) səs və fortepiano üçün tsikllər: Skripka (sözlər L. Kvitko, 1963), vokal şəkillər (sözləri A. Sanin, 1964), əyləncəli rəssamlar (sözlər E. Rujentsev, 1970) mahnıları pop ansamblları üçün rəqs parçaları tamaşalar üçün musiqi digər bəstəkarların əsərlərinin tərcümələri və nəşrləri Sellonun solo müəllifi S. Prokofiev üçün sonatanın tamamlanması (1971) S. Prokofiyevin violonçel və orkestri üçün yeni konsertino aləti - Stefen İsserlis üçün İ. S. Baxın "İngilis Suite" g-mollun cihazı Bax, Bethoven, Ravel, Prokofiev, An əsərlərinin konsert aranjımanı. Alexandrova, Shebalina A. Taneyevin İkinci Simfoniyasının Nəşri. Блок, Владимир Михайлович (Большая биографическая энциклопедия). 2009.
Ken Blok
Ken Blok (ing. Ken Block; 21 noyabr 1967, Lonq-Biç, Kaliforniya – 2 yanvar 2023, Uosatç[d], Yuta) — amerikalı ralli sürücüsü. Skeytbordinq, ralli, gymkhana yarışlarında iştirak edib. == DC Shoes == DC Shoes ayaqqabı firmasının qurucularından biridir. == İdman karyerası == === 2005 === Ralli karyerasına 2005-ci ildə Vermont SportsCar komandası ilə başlamışdır. == Vəfatı == 2 yanvar 2023-cü il tarixində ABŞ-nin Yuta ştatında qar motosikleti ilə hərəkətdə olan zaman nəqliyyat vasitəsi onun üstünə aşıb və nəticədə sürücü dünyasını dəyişib.
Kloi Moriondo
Kloi Moriondo (ing. Chloe Moriondo; 29 sentyabr 2002, Detroyt, Miçiqan) — amerikalı müğənni-mahnı yazarı və YouTuber. O, indi-pop, bedrum pop və hiperpop üslublu mahnıları ilə tanınır. Kloinin 2014-cü ilin yanvarında açdığı YouTube kanalı hal-hazırda 3 milyondan çox abunəçiyə və 200 milyondan çox baxışa sahibdir. == Həyatı == Kloi Moriondo Miçiqan ştatının Detroyt şəhərində doğulub-böyüyüb. == Karyerası == Kloi "Rabbit Hearted" adlı ilk studiya albomunu 31 iyul 2018-ci ildə yayımlayıb. O, ilk mini-albomu "Spirit Orb"u isə 24 aprel 2020-ci ildə çıxarıb. Kloi 2020-ci ilin may ayında Fueled by Ramen ilə müqavilə bağlamış və "I Want to Be with You" mahnısını buraxmışdır. O, ikinci studiya albomu "Blood Bunny"ni "I Want to Be with You" və "Girl on TV" sinqlları ilə bərabər buraxıb. Kloi 2021-ci ildə "Jimmy Kimmel Live"da "Blood Bunny" albomundan "Bodybag" mahnısını canlı olaraq ifa edib.
Klov sarayı
Klov sarayı (ukr. Кловський палац) — Kiyevdə Ukrayna Ali Məhkəməsinin yerləşdiyi bina. Bina adını Peçersk rayonunun Klov məhəlləsindən almışdır. Barok üslublu iqamətgah 1752-1756-cı illər arasında Kiyev-Peçora lavrası tərəfindən ayrılmış vəsait hesabına inşa edilmişdir. Rus kral ailəsinin monastıra səfərləri zamanı ondan əvvəlki taxta sarayda olduğu kimi sarayda qalması gözlənilirdi. Memarlarının İohann Şedel Qotfrid və Pyotr Neyelov olduğu güman edilir.. Faktiki tikintiyə Stepan Kovnir nəzarət edirdi. Əsas zalda 1760-cı ildə fresk edilmiş plafond vardır. Sarayın ətrafında bağ da salınmışdı. Saray kral ailəsi tərəfindən ziyarət edilmədiyindən, yararsız vəziyyətə düşmüşdü.
Fransalı Klod
Fransalı Klod (fr. Claude de France, 13 oktyabr 1499 – 20 iyul 1524, Blua) — Fransa kralı I Fransiskin ilk xanımı, Fransa kraliçası. O, eyni zamanda Fransa kralı XII Lüdovikin qızı idi. == Mənbə == Henri Pigaillem: Claude de France : Première épouse de François Ier, mère d’Henri II. Pygmalion, 2006, 2756400386 Yves Bottineau: Georges Ier d'Amboise (1460–1510): un prélat normand de la Renaissance, Rouen, PTC, pp. 67–68. Ornato, Monique (2001). Répertoire de personnages apparentés à la couronne de France aux XIVe et XVe siècles [Directory of characters related to the crown of France in the 14th and 15th centuries]. Publications de la Sorbonne. p. 145.
Kok-saqqız
Kok-saqqız (lat. Taraxacum kok-saghyz) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum brevicorniculatum Korol.
Kök altı
Kökaltı — kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və {\displaystyle {\sqrt {{~^{~}}^{~}\!\!}}} kimi işarə olunur Məsələn: 25 = 5 {\displaystyle {\sqrt {25}}=5} a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nm == Xassələri (düsturla) == 0 n = 0 ; n ∈ N ≥ 2. {\displaystyle {\sqrt[{n}]{0}}=0;n\in \mathbb {N} \geq 2.} a b n = a n b n , a , b ≥ 0 ; {\displaystyle {\sqrt[{n}]{ab}}={\sqrt[{n}]{a}}{\sqrt[{n}]{b}},\qquad a,\ b\geq 0;} a n n = a , a ⩾ 0 {\displaystyle {\sqrt[{n}]{a^{n}}}=a,a\geqslant 0} ∀ a ⩾ 0 , b > 0 1 b n = 3 n b n {\displaystyle \forall a\geqslant 0,b>0\qquad {\sqrt[{n}]{\frac {1}{b}}}={\frac {\sqrt[{n}]{3}}{\sqrt[{n}]{b}}}} a m n = ( a n ) m = ( a 1 / n ) m = a m / n .