KOXA
KOKA
OBASTAN VİKİ
Kok-saqqız
Kok-saqqız (lat. Taraxacum kok-saghyz) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum brevicorniculatum Korol.
Kok-o-ven
Kok-o-ven (fr. coq au vin — çaxırda xoruz) — toyuq ətindən hazırlanan klassik fransız yeməyi. Adətən bu yeməyin vətəni Burqundiya hesab edilir. Beləki məhz bir illik xoruzun ətinin burqund çaxırında hazırlanması klassik reseptə əsaslanır. Bu yeməyin hazırlanması üçün əsas şərtlər: birillik 3kq-lıq xoruz, qırmızı burqund çaxırı (ucuz keyfiyyətsiz çaxır yolverilməzdir), eyni növlü çaxırla da süfrəyə verilməlidir.
Taraxacum kok-saghyz
Kok-saqqız (lat. Taraxacum kok-saghyz) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. Taraxacum brevicorniculatum Korol.
Keziban Konukcu Kok
Keziban Konukcu Kok (1972, Aksaray) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Keziban Konukcu Kok 1972-ci ildə Aksaray ilində anadan olub. İTÜ İnşaat Mühəndisliyi Bölməsindən məzun olub. Tələbə illərində əvvəlcə feminizmi, sonra isə sosializmi qəbul edib. 1996-cı ildə yoxsul məhəllələrdə işlərin aparılması üçün nəzərdə tutulmuş Dayanışma Evlərinin qurucularından olub. 1997-2017-ci illərdə müəllim olaraq çalışıb. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 2017-ci ildə tutduğu vəzifədən azad edilib. Yol Siyasi jurnalı, Karşı Mahalle və Yeni Yaşam qəzetlərində məqalələri dərc olunub. 2004-cü ildə Sosialist Dayanışma Platformasının (SODAP) qurucu üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Jurinea kokanica
Jurinea kokanica (lat. Jurinea kokanica) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kazbek Kokov
Murad Kumpilov (kab.-çərk. КIуэкIуэ Валерэ и къуэ Къазбэч 20 iyul 1973) — Rusiya dövlət və siyasi xadimi. 3 oktyabr 2019-cu ildən Kabarda-Balkariya Respublikasının rəhbəri (26 sentyabr 2018-ci ildən 3 oktyabr 2019-cu il tarixinədək Kabarda-Balkariya Respublikası rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən). 6 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Kabarda-Balkariya regional şöbəsinin katibidir. == Bioqrafiyası == Kabarda-Balkariya Respublikasının birinci prezidenti Valeri Kokovun ailəsində anadan olmuşdur. Kabarda-Balkar Aqrar Meliorasiya İnstitutunu kənd təsərrüfatı alimi dərəcəsi ilə bitirmişdir. 1995-ci ildən "Nalçikski Zavod Nalçik ASC" Ticarət və Ümumi Məsələlər üzrə Baş Direktorunun müavini işləmişdir. 2002-ci ildən Kabbalkresursı ASC-nin Baş direktoru olur. 2003 - 2007-ci illərdə Nalçik Şəhər Yerli Özünüidarə Şurasının deputatı olur. 2009-cu ilin martında Kabarda-Balkariya parlamentinə seçilir.
Koka-Kola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Koka kolu
Erythroxylum coca (lat. Erythroxylum coca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü. == Yarımnövləri == Erythroxylum coca var. coca Erythroxylum coca var.
Kokain
Kokain — geniş yayılmış narkotik, tropan sırası üzrə alkaloid, çətin Metil Benzoilekqonin. Yerli anesteziya effektinə və insanın mərkəzi sinir sisteminə güclü stimilasiya təsirinə malikdir,bununlada insanda güclü eyforiya hissi yaradır. Başqa alkaloid vasitələri ilə eyni sırada Cənubi Amerikanın tropik zonalarında yayılmış Eritroksilum bitkisinin (Erythroxylum), ən əsası isə kokain kollarının (Erythroxylum coca) tərkibində var. Bu bitkilər yarpaqların yeyilməsinin qarşısını alaraq insektisid funksiyasnı yerinə yetirir. Kokainin bir çox jarqon adları var – bablqam (bubblegum), ulduz (star), peradays (paradise), kadillak (cadillac), yayo, tutti-frutti, ildırım (thunder), ağbəniz, fleyk (flake), vayt-şört (white shirt), un (powder), toz (dust), skulboy (schoolboy), şəkər (sugar), blanko (blanco), tortuqa, maradona, moco (mojo), meybək (mayback), K13, skorpion (scorpion), days (dice), camp-rop (jump rope), ayskrim (ice cream), durasel (duracell), göyərçin (dove), sement, kok (coke), uzi (krek kokain), roksen (roxanne; krek kokain). == Tarixi == Kokainin istifadəsi beş min ildən çox tarixi əhatə edir. "Koka" sözünün özü "boliviya tayfalarının" dillərinin birindən yaranıb. Qədim əfsanəyə əsasən, yerli qadınlardan biri əxlaqsız həyat yaşayırdı, elə buna görə də onu öldürdülər, bədənini isə iki hissəyə böldülər. Bu bədəndən isə kol bitməyə başladı. Bu kolu da "Koka Ana" adlandırdılar.
Kokain kolu
Erythroxylum coca (lat. Erythroxylum coca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü. == Yarımnövləri == Erythroxylum coca var. coca Erythroxylum coca var.
Kokal
Kokal (q.yun. Κώκαλος) — yunan mifologiyasında personaj. Mikena kitabələrində ko-ka-ro (Kokal) adına rast gəlinir. Kokal Siciliyada Kamik və ya İnikanın hakimi olmuşdur. O, siklopların məhv edilməsindən sonra Siciliyanı idarə etmişdir. O,sikanların padşahı olmuşdur. Kokal padşah Minos səbəbilə Kritdən qaçan Dedalı qəbul etmişdir. Aristofanın "Kokal" komediyasının baş qəhrəmanıdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === «Мифы Древней Греции. Словарь-справочник.» EdwART, 2009 год.
Kokal-du-Sul
Kokal do Sul (port. Cocal do Sul) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 15074 nəfərdir. Ərazisi 71,210 кm²-dir. Əhalinin sıxlığı 211,7 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Kokal do Sul
Kokal do Sul (port. Cocal do Sul) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 15074 nəfərdir. Ərazisi 71,210 кm²-dir. Əhalinin sıxlığı 211,7 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Kokalyane burnu
Kokalyane burnu (bolq. нос Кокаляне, ‘Nos Kokalyane’ \'nos ko-'ka-lya-ne\) — Antarktidanın Cənubi Şetland adalarının Raggid adası sahillərindən qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Boqomil buxtasından cənubda yerləşmişdir. Burun qərbi Bolqarıstanda yerləşən Kokalyane şəhərinin adını daşıyır. == Yerləşməsi == Benson burnundan 810 m şimal-qərbdə, Uqain burnundan 970 m cənubda, Şeffild burnundan 2.51 km cənubda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Kokand
Kokand (özb. Qo‘qon / Қўқон;fars. خوقند‎; Chagatai: خوقند; rus. Коканд) — Özbəkistanın Fərqanə vilayətində iqtisadi və mədəni mərkəzi olan şəhər. == Tarixi == === Buxara xanlığı === === Cığatay xanlığı === === Kokand xanlığı === == Coğrafiyası == Şəhər, paytaxt Daşkəndin 228 km. cənubi-şərqində yerləşir. == Əhalisi == Fərqanə vilayətində olan şəhərin 2001-ci ildə rəsmi əhalisi 197.450-dir. Burada Özbəklər üstünlük təşkil edirlər.
Kokand 1912 FK
Kokand 1912 FK (özb. Қўқон 1912 футбол клуби) — Özbəkistanın Kokand şəhərini təmsil edən Özbəkistanın peşəkar futbol klubudur. Klub hal-hazırda Özbəkistan Liqasında mübarizə aparır. == Tarixi == Kokand 1912 FK klubu Özbəkistanın qədim futbol klublarından biri hesab olunur. Klub 1912-ci ildə təsis edilmişdir. Qo'qon 1912 klubu ilk mövsümünə 1992-ci ildə Özbəkistan Liqasında başlamışdır. Həmin ildə klub liqada 6-cı yeri tutmuşdur. Həmin ildə klub adını Temiryol,i Qo'qon olaraq dəyişdirmişdir. İlk dəfə iştirak etdikləri Özbəkistan Kubokunda 1992-ci ildə finala vəsiqə qazanmışdılar. 25 oktyabr 1992-ci ildə Səmərqənddə baş tutan final görüşündə Navbahor Namanqan FK klubu ilə üz-üzə gələn klub əsas vaxtda heç-heçə etdilər.
Kokand xanlığı
Kokand xanlığı (özb. Qo'qon xonligi) — 1709–1876-cı illərdə mövcud olmuş və indiki Özbəkistanın əsasən Şərq hissəsində yaranmışdır. Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlıgı idi. Xanlıgın ərazisi Fərqanə vadisi idi ki, burada özbək, tacik və qırğızlar yaşayırdılar. Daşkənd bu xanlıgın tərkibinə daxil idi və əlverişli cografi mövqed yerləşirdi. Əkinçilik və köçəri rayonları birləşdirən nöqtdə yerləşən Daşkəndin cografi mövqeyi qədimdən onun inkişafına əlverişli təşir göştərirdi. Orta Aşiya ilə Rusiyanın iqtişadi əlaqlərinin inkişafı Daşkəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox şərhədə məntəqələri ugrunda xanlıqlar araşında uzun şürən müharibələr gedirdi. Kokand xanlıgında Kokand və Daşkənddən başqa əhalişi ticarət və şəntkarlıqla məşgul olan Əndican, Nəməngan, Mərğilan, Xücənd, Çimkənd kimi şəhərlər var idi. == Tarixi == 1709-cu ildə Şeybani əmirlərindən olan Şahrux xan Minglər Buxara xanlığından ayrılaraq Fərqanə vadisinin qərb hissəsində yerləşən ərazidə öz müstəqilliyini elan etmiş və kiçik Kokand şəhərində öz qəsirini tikdirmişdir.
Kokaral adası
Kokaral və ya Kuqaral (Yaşıl ada) — Qazaxıstanın Qızılorda vilayəti Aralsk rayonu ərazisində yerləşən keçmiş ada. 1973-ci ilə qədər Aral dənizinin şimalında mövcud olan ada. Ada 273 km² (1960) sahəyə malik olmuşdur. Hündürlüyü 163 metrdir (Daut dağı). Gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Üzəri yarımsəhra bitkiləri ilə örtülmüşdür. Şimaldan Şevçenko körfəzi, qərbdən Auzı-Kokaral boğazı, şərqdən Berqa boğazı ilə yuyulur. Şimal sahillərində Kokaral, Avan və Akbastı kəndləri vardır. 1973-1987-ci illər ərzində yarımadada olmuşdur. 1987-ci ildən Kiçik Aral ilə Böyük Aral arasında bərzəxə çevrilmişdir.
Kokaral bəndi
Kokaral bəndi — Kiçik Aral ilə Böyük Aral gölləri arasında yerəşən Berqa boğazında, Kokaral və aral rayonları ərazisində yerləşən bənd. Bənd Kişik Aral gölündə suyun səviyəsinin qorunub saxlanılması məqsədi ilə inşa edilmişdir. Bəndin uazunluğu 13 034 m, eni 100–150 m, hündürlüyü isə— 6 м metr təşkil edir. Bənddə 9 su ötürücü qurğular inşa edilmişdir. Onların hər biri 600 m³/s su ötürmə qabiliyyəti vardır. == Tarixi == XX əsrin 80-ci illərində Aral gölünün su səviyyəsinin azalması ilə şimalı cənubundan aralanmışdır. Su dar boğazla Kiçik və Böyük aral gölləri arasında axırdı. Burada suyun axınınln qarşısını alan dambanın inşasına iki dəfə cəhd göstərilmişdir. İlk qumlu bənd 1992-ci ildə inşa edilmişdir. Ancaq 1993-cü ilin yazında suyun səviyyəsinin xalxması ilə bənd dağılır.
Koke
Kokenhof
Keukenhof və ya Kökenhof (azərb. xir anlamında‎)- həm də Avropa bağı kimi də tanınan dünya üzrə ən iri çiçək bağıdır ki Niderlandın Lisse şəhərinin yaxınlığında yerləşir.Kokenhof parkının rəsmi vebsaytının məlumatına görə, təxminən 7,000,000 (yeddi milyon) gül soğanaqları 32 hektar ərazini əhatə edən parkda hər il əkilir. Keukenhof hər il mart ayının ortalarından etibarən may ayının ortalarına qədər açıqdır.
Kokeşi
Kokeşi (yap. 小芥子) — taxtadan hazırlanan Yaponiya gəlincikləri. Silindrik bədəndən və ona bərkidilmiş başcıqdan ibarətdir. Əvvəllər kokeşini bütöv bir ağac parçasından hazırlayırdılar. Kokeşinin xarakterik xüsusiyyəti bu gəlinciklərin əl və ayaqlarının olmamasıdır. Material kimi müxtəlif ağac gövdələrindən — albalı, zoğal, ağcaqayın və ya tozağacından istifadə olunur. Bəzədilməsi zamanı isə, müxtəlif gül, bitki və digər ənənəvi motivlərə müraciət olunur. Kokeşilərin rənglənməsində daha çox qırmızı, qara, sarı və tünd qırmızı rənglər üstünlük təşkil edir. == Tarixi == Belə hesab olunur ki, Kokeşilər ilk dəfə Edo dövrünün ortasında (1603–1867) Yaponiyanın şimal-şərqində yerləşən Tohokuda yaradılıb. Ev üçün taxta əşyalar hazırlayan xarratlar kokeşiləri bu əraziyə Onzen`ə (Onsen — müalicəvi isti su mənbələri) gələn qonaqlara suvenir kimi satırdılar.
Koki Mizuno
Koki Mizuno (6 sentyabr 1985, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Koki Niva
Koki Niva (丹羽 孝希, Niva Koki, 10 oktyabr 1994, Tomakomai) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Koki Niva Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub. Daha sonra Koki Niva Yaponiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Koki Yonekura
Koki Yonekura (d. 17 may 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kokil
Kokil — töküklərin əldə olunmasında istifdaə oluna metal qəlibdir. Ondan çox hallarda əlvan metallar, həmçinin çuqun və polad məmulların istehsalında istifadə olunur. Kokil çuqun və polad xəlitələrindən hazırlanır. Bu qəliblər töküyün kütləsi və xassəsindən asılı olaraq 100–10000 tökmənin yerinə yetrilməsinə imkan verirlər. İqtisadi cəhətdən kokillər seriyalı və kütləvi istehsalda tətbiq olunması əlverişlidir. Kokillər töküyün həndəsəsindən asılı olaraq bütöv və ya üfüqi və ya şaquli ayırma müstəvi üzrə birləşdirilə bilən ayrı-ayrı hissələrdən təşkil oluna bilir. Kokildə tökmə zamanı töküyün xarici səthini kokilin divarları, daxili səthini isə qüm içliklər əmələ gətirir. Onun ayrıma müstəvisi üzrə metal ərintisi ilə doldurulması üçün tökmə sisteminin aknallarından istifadə olunur. Kokilin yarım hissələrinin açılıb-bağlanmaı xüsusi kokil maşınlarında avtomatlaşdırlmış şəkildə aparılır. Onun davamlığını artırmaq və töküyün soyuma sürətini azalatmaq üçün kokilin işçi səthlərinə kiçik qalınlıqda (0,5 mm) xüsusi örtüklər və rənglər çəkilir.
Kokimbit
Kokimbit - mineral, Fe23+[SO4]3× 9H2O. == Haqqında == Kokimbit - Heksonal. Kristalları qısa prizmatik və dipiramidal. Ayrılması {101} üzrə olduqca qeyri-mükəm­məl. Aqreqat: sıx, dənəvər. Açıq bənövşəyidən tünd bənövşəyiyədək, yaşımtıl, sarımtıl. Parıltısı şüşəli. Sərtliyi 2-2,5. Xüsusi çəkisi 2,11. Dadı büzüşdürücü; suda həll olur. Somolnokit, ryomerit, kopiapit və b.

Значение слова в других словарях