Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; xokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Kluj
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Külüç
Külüç (az.-əbcəd کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Aaron Kluq
Aaron Kluq (11 avqust 1926[…] – 20 noyabr 2018[…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır. == Həyatı == Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur. == Elmi naliyyələri == Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir.
Erl Kluq
Göybəy Uluç
Göybəy Uluç (türk. Gökbey Uluç) — türk əsilli yazıçı, bir neçə roman müəllifi. 1988-ci ildə İğdırda doğulub. 2011-ci ildə yazdığı hekayələr XXI əsrin ən yeni türk ədəbiyyat nümunəsi olaraq qəbul edilib. == Kitabları == Dede Korkut Betiği (Dədə Qorqud Kitabı), 640 s. 2015 İstanbul Göktürkçe Öğreniyorum (Göytürk dili Öyrənirəm), 164 s. 2014 Bakı Irk Bitig, 120 s. 2013 Bakı Ustan Gönüle (Ağıldan Könülə), 208 s. 2013 İstanbul Yazışmalık (Yazışmalıq), 300 s.
Heidi Klum
Heidi Klum(alm. Heidi Klum‎; doğ. 1 iyun 1973, Berqiş-Qladbax, Şimali Reyn-Vestfaliya, Almaniya) — alman supermodeli, aktrisası. == Həyatı == Heidi Klumun bioqrafiyası olduqca maraqlıdır. 1973-cü ildə Almaniyada anadan olub. Karyerası 1992-ci ildən başlayıb. O, 18 yaşında "1992-ci ilin Modeli" müsabiqəsinin qalibi seçilib. Bu qələbə ona 300 minlik gəlir gətirdi və "Late-Night Show"-da iştirak hüququ verdi. Beləliklə, dizaynerlik təhsilini yarımçıq qoyaraq model karyerasına başladı. 1993-cü ildə Klum ABŞ-yə köçdü.
Klub 27
Klub 27 (ing. 27 Club) - rok və blüz musiqisinə böyük təsir edən və 27 yaşında müxtəlif, çox zaman qəribə şəraitlərdə vəfat edən musiqiçilərin ümumi adıdır. == 27 yaşında ölən ən məşhur musiqiçilər == Lakin bu siyahı bu cədvəllə bitmir. Bura bir çox digər musiqiçiləri də əlavə edirlər.
Klub Libertad
Klub Libertad — Paraqvayın Asunsyon şəhərini təmsil edən Paraqvay futbol klubudur. Klub 1905-ci ildə təsis edilib və Paraqvay Primyera Divizionunda mübarizə aparır.
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Kluj-Napoka
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Kluj (judets)
Kluj judets (rum. Judeţul Cluj) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 6674 km². == Əhalisi == 2007-ci ildə əhalinin sayı 692 316 nəfər təşkil edirdi, sıxlığı — 103,73 nəf./km². Milli tərkibi: Rumınlar – 80 % Macarlar – 17,5 % Qaraçılar – 2,5 %Əhali sayının dinamikası: == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
La-Klüz
La-Klüz (fr. La Cluse, oks. La Clusa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05042. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 53 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 26 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 86,7%, 1999-cu ildə 81.6%). Fəal olan 26 nəfərdən 24 nəfər (14 kişi və 10 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Liz Kouç
Liz Kouç (d. 11 oktyabr 1974) — Yeni Zelandiyanı təmsil edən skeletonçu. Liz Kouç, Yeni Zelandiyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Liz Kouç, 2002-ci ildə Yeni Zelandiya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Liz Kouç, 1-ci gedişdə 53.62 saniyə, 2-ci gedişdə isə 54.18 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 11-ci yerdə başa vurdu.
Qoryaçiy Klyuç
Qoryaçiy Klyuç — Rusiya Federasiyasında yerləşən şəhər Krasnodar diyarına daxildir.
Sluç çayı
Sluç (ukr. Случ, Южная Случь ) — Qorın çayının sağ qolu. Çayın uzunluğu 451 km, hövzəsinin sahəsi — 13 900 km²-dir. Sluç çayı öz başlanğıcını Podol yüksəkliyinin Volun yayalasından götürür. Çayın mənbəyi yaxınlığında Xmelnitski vilayətinin Avratin kəndi yerləşir. Bu ərazi vaxtı ilə Avratın yüksəkliyi adlanırdı. Çay öncə şərqə doğru axır, sonra tədricən şimala istiqamətlənir, daha sonra isə şimal-qərbə axır. Sarna şəhərindən sonra yenidən şimala doğru istiqamətlənir. Sluç çayı aşağı axarlarında Polesye düzənliyindən keçiri və Qorın çayına birləşir. Sluçu Qorın çayının mənsəbindən 100 km məsafə ayırır.
Striptiz klub
Striptiz klub və ya Striptiz klublar — ilk növbədə striptizçilərin ifa etdiyi striptiz olmaqla müxtəlif erotik rəqslərin olduğu və yalnız böyüklərə xidmət göstərən xüsusi məkanlardırlar. Bu yerlər adətən gecə klubu və ya bar konsepsiyası formasında olurlar. Amerika tipli striptiz klubları ilk dəfə Şimali Amerikada İkinci Dünya Müharibəsindən sonra yaranmışdır. 1940-cı illərin sonunda Asiyaya və 1950-ci illərdə isə Avropaya yayılmışdır.2005-ci ildəki statistik məlumatlara görə qlobal striptiz klubu sənayesinin gəlirlərinin 75 milyard ABŞ dollarına çatdığı təxmin edilir.
Çistı Klyuç
Safbulaq (əvvəlki adı: Çistı Klyuç) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Çistı Klyuç kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Altıağac qəsəbə Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çistı Klyuç kəndi Safbulaq kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş rusca adı olan Çistı Klyuç "təmiz, saf" mənasındakı "çistı / çistıy" və "bulaq, çeşmə" mənasındakı "klyuç" sözlərindən ibarət idi. Bu ad hərfi tərcümə yoluyla Safbulaq olaraq rəsmiləşdirilmişdir.
Luç kinoteatrı
Luç kinoteatrı — Rostov vilayəti Taqanroq şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Taqanroq şəhəri Petrovskaya küçəsi ev 57 ünvanında yerləşirdi. Bina 1910-cu ildə təsis edilmşdir. inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Modern stilində inşa edilmişdir. Bina ikili ünvana sahibdir. Bu isə onun yerləşdiyi mövqeyi ilə əlaqədardır. XIX əsrin ikinci yarısında Siçevlər ailəsinə məxsus olmuşdur.
Sen-Klu
Sen-Klu (fr. Saint-Cloud) — Fransanın İl-de-Frans regionuna aid, Sena sahilində Paris ətrafında satelit şəhər. Sen-Klu Parisdən 10 km qərbdə yerləşir. Sen-Klu şəhər qəbirstanlığında Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918-1920) olmuş Əlimərdan bəy Topçubaşovun məzarı yerləşir.
Sen Klu
Sen-Klu (fr. Saint-Cloud) — Fransanın İl-de-Frans regionuna aid, Sena sahilində Paris ətrafında satelit şəhər. Sen-Klu Parisdən 10 km qərbdə yerləşir. Sen-Klu şəhər qəbirstanlığında Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918-1920) olmuş Əlimərdan bəy Topçubaşovun məzarı yerləşir.
Con Kauç Adams
Con Kauç Adams (ing. John Couch Adams; 5 iyun 1819[…] – 21 yanvar 1892[…], Kembric) — Britaniya astronomu. London Astronomiya Cəmiyyətinin prezidenti, Kembric astronomiya rəsədxanasının direktoru (1861). Uranın hərəkətindəki kənara çıxmaları əsasən Neptun planetinin orbitini Urben Leveryedən xəbərsiz müəyyən etmişdir (1845). Bu, Neptunun kəşfinə səbəb olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Biography on the St Andrews database Weisstein, Eric Wolfgang (ed.). "Adams, John Couch (1819–1892)". ScienceWorld. O'Connor, John J.; Robertson, Edmund F., "John Couch Adams", MacTutor History of Mathematics archive, University of St Andrews "Adams, John Couch" . New International Encyclopedia.
Fırtına (fan-klub)
"Fırtına" fan klubu – Xəzər-Lənkəran klubunun azarkeşlərini özündə birləşdirən klub. Azərbaycanda ilk müstəqil fan klub olan "Fırtına" fan klubu 16- iyulAzərbaycanda 2005-ciilk ilmüstəqil tarixindəfan təsis edilmişdir!klub. Fan klub 16 iyul 2005-ci il tarixində təsis edilmişdir. == Ümumi məlumat == Bu fan klubun yaranma məqsədi sevimli komandaları Xəzər-Lənkərana layiqli dəstək olmaq və ümumən azarkeş mədəniyyətini Avropa səviyyəsinə qaldırmaq olub. Qarşıda hələ çox işlər görməli olmağımıza baxmayaraq keçilən yola baxsaq məqsədimizə qismən nail olduğumuzu görərik. Belə ki, Bakı şəhərində 200-ə qədər və əsasən Lənkəran olmaqla bölgələrimizdə 100-dən artıq üzvü var. Online olaraq bizimlə yol gedənlərin isə yer kürəsinin hər bir guşəsindən olduqlrını görmək olar. Qardaş Türkiyədən, Rusiyadan, Yaponiyadan, Misirdən, ABŞ -dan, Belçikadan, Rumıniyadan, İspaniyadan və s. bizə qoşulanlar vardır. Əbədi olaraq könül verdiyimiz klubumuzla yanaşı Millimizə, avrokuboklarda iştirak edən klublarımıza da avropa oyunlarında göstərdiyimiz yüksək səviyyəli dəstəklə seçilmişik.
Ku-klus-klan
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır. === Yaranması === 1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi).O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi. Buna görə də, aralarında klassik ədəbiyyat vurğunu olan biri təklif etdi ki, qədim yunan sözcüyündən "kiklos"a ("çevrə" mənasında) müraciət etsinlər.
Mak-Klur boğazı
Mak-Klur boğazı — Kanada Arktik arxipelaqına daxil olan Melvill, Şahzadə Patrik Eqlinton adaları ilə Banks adasını ayırır. Kanadanın qərbində Kanada Arktik arxipelaqından keçən Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Barrou boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Şərqdə Bofort dənizi, qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşir. Uzunluğu 400 km, eni isə ən dar yerdə 88 km, gen yerdə isə, dərinliyi 472 m, orta dərinliyi 300 m təşkil edir. Qütb dairəsi daxilində yerləşməsi onun ilin böyük qisminin buzla örtülü olmasına səbəb olur. Buzqıran gəmilərin sayəsində avqust və sentyabr ayları ərzində naviqasiya təmin edilir. Boğazdan ilk buzqıran gəmi 1954-cü ildə keçmişdir. 1960-cı ildə boğazdan USS Seadragon, 1962-ci ildə USS Skate sualtı qayıqları keçmişdir. Qlobal istilərlə əlaqədar 2007-ci ildə boğaz ilk dəfə buzdan azad olmuşdur.