Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Fleş
Fleş və ya Fləş
Fləş
Fleş və ya Fləş
Klel
Klel (fr. Clelles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38113. Kommunanın 2006-cı il üçün əhalisi 475 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 520 ilə 1 560 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Kuleş
Kuleş — əsasə təkibi buğda və sala olan şorbadır. Vilyam Poxlyobnikin kulinariya kitabında kuleş sala ilə bişirilən nadir kaşalardan biridir (Belarusiyanın milli şorbası). Bəzi ölkələrdə bu şorbaya soğan əlavə edilir (Ukrayna və Cənubi Rusiya). == Yayıdlığı regionlar == Kuleş əsasən cənubi Rusiya regionunda xüsusilə Ukrayna-Rusiya sərhəddində, Belqradda, Voronej əyalətində, Rostov əyalətinin qərb hissəsində və Stavropolda, həmçinin Rusiyanın cənub, cənub-şərq hissəsində, Ukraynanın Çernoqoriya və Bryanda yayılmışdır. == Şorbanın adının mənası == Əhalinin əksər hissəsi onu kuleş adlandırır. Ancaq əksər insanlar xüsusilə Ukrayna və Rus dilində onu "pereverteni" adlandırır. Hal-hazırda Ukrayna əhalisi bu sözün mənasını belə bilmir. Əslində bu söz Avstriya mənşəli sözdür. Kyoleş alman dilində "millət" deməkdir. == Ədəbiyyat == Азбука домашнього господарювання.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Ales (rayon)
Ales (fr. Alès) — Fransanın Langedok-Russilyon regionun rayonlarından biri. Departamenti — Qar. Suprefektura — Ales. Rayonun əhalisi 2006-cı ildə 143 284 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 108 nəfər / km² təşkil edir. Rayonun sahəsi — 1322 km².
Fleş (personaj)
Fleş (ing. The Flash) — DC Comics personajlarındandır. Personaj ilk dəfə yazıçı Qardner Foks və rəssam Harri Lempert tərəfindən hazırlanmışdır. İlk Fleş #1 komiksi 1939-cu ildə çıxmışdır. O, super sürətə, super sürətli reflekslərə və sürətli sağalma gücünə malikdi. Cey Qarikdən başqa bütün Fleşlər Spidforsa(elementar sürət gücü ölçüsüdür) malikdilər, onlar güclərini Spidfors deyilən sürət ölçüsündən alırlar. İndiki dövrə kimi 4 Fleş olmuşdur, Bunlardan ilki Cey Qarik (ing. Jay Garrick) (1940–1951, 1961–indiki vaxt), ikincisi və əsas Fleş olan Beri Elın (ing. Barry Allen) (1956–1985, 2008–indiki vaxt) üçüncüsü ən sürətli Fleşlərdən sayılan Beri Elın olmayan zaman 50 ilə yaxın Fleş kostyumunu öz üzərində layiqli şəkildə daşıyan Voli Vest (ing. Wally West) (1986–2011, 2016–indiki vaxt) (yeni 52 dünyası xaric) sonuncusu isə İmpulse yəni Berinin gələcəkdən gələn nəvəsi olan Bart Elındır.
Fləş yaddaşlar
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Klas Arnoldson
Klas Arnoldson (21 oktyabr 1844 – 20 fevral 1916[…]) — İsveçli yazıçı, jurnalist və siyasətçi. == Həyatı == Dayanıqlılığı və pasifistliyi iəl bilinən Arnoldson 1908-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Arnoldson eyni zamanda İsveç Sülh və Arbitraj Dərnəyinin qurucu üzvü və başçısıdır.
Kler Deyns
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Kler Forlani
Kler Antonia Forlani (ing. Claire Antonia Forlani; 17 dekabr 1971, London, Böyük Britaniya) — ingilis aktrisa. == Həyatı == Kler Forlani Tvikenhemdə anadan olub. 11 yaşında Ferraradan İtaliyaya, sonra isə Londona köçüb. Londonda İncəsənət Pedaqoji məktəbinə daxil olub və altı il burada təhsil alıb. == Karyerası == Forlaninin valideynləri 1993-cü ildə San Fransiskoya köçüblər. Sonralar Forlani J.F.K.-televiziya verilişinə çəkilib. "Ehtiyatsız gənclik" və "Polis Akademiyası: Moskva missiyası" filmində rol alıb. 1995-ci ildə Kevin Smitin Malltrats filmində Brendi Svenninqin köməkçisi, 1996-cı ildə "The Rock" filmində Ceyd Ancelo, 1998-ci ildə Tanış olun, Co Blek Syuzan Perriş rolunu oynayıb. 2003-cü ildə Ceki Çan ilə birgə "Medalyon" filmində baş rola çəkilib.
Kler Littlton
Kler Littlton (ing. Claire Littleton) — ABC productionun Sağ qalmaq serialının əsas qəhrəmanlarından biridir. Rolun ifaşısı Emili de Revindir. Ilk seriyada təyyarənin sağ qalmış sərnişi kimi ekranlarda hamilə olaraq görünür. Serialın 4-cü mövsümündə sirli şəkildə yox olmazdan əvvəl, əsas qəhrəmanlardan biri olmuşdur. 6-cı mövsümdə yenidən seriala qayıtmışdır. == Təyyarə qəzasından əvvəl == Kler Sidneydə böyüyüb. Anası onun atasının öldüyünü bildirmişdir. Bir gün o, anası ilə birgə avtomobil qəzasına düşürlər. Bundan sonra Klerin anası komaya düşür.
Kley Tompson
Kley Aleksandr Tompson - Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Varrios komandasında oynayan Amerikalı oyunçudur. O, 1990-cu ilin fevral ayının 8-də anadan olub. O NBA oyunçusu Maykl Tompson oğludur. O, Vaşinqton Steyt Universitetində 3 mövsümü oyunda oynayıb. 2011-ci ildə o Qolden Steyt komandasına üzv seçilir. 2014-cü ildə komanda yoldaşı Stefen Karri ilə birlikdə NBA oynayıb. Onun ləqəbi "Splaş qardaşlar"dı. Tompson 3 dəfə NBA All Star və 2 dəfə ALL NBA üçüncü komandasında oynayıb. 2015-ci ildə Varrious komandasını NBA Çempionu oldu. Bu komanda 1975-ci ildən çempiona olmamışdır.2017-ci ilə kimi Tompson çempion olur.
Klez Brandar
Klez Brandar (Nant, 1984) fransız fotoqraf, musiqiçi və aktyordur. 2015-ci ildə o, bir musiqi albomu (Solitania adlanır), 2020-ci ildə bir EP (Rivage) və 2022-ci ildə beş dildə oxunan ikinci EP (Mangrove) buraxdı. 2019-cu ildə ilk kitabını (Triste Mesure) nəşr etdi və ikinci üçdilli kitabı (Lusk Dizehan // 06) 2021-ci ilin sonunda işıq üzü gördü. O, azərbaycanlı rejissor Fərid Əlicanovla iki klip çəkdirib (Rivage və Happy Melancholy). Klez 6 dildə danışır və oxuyur. O, karyerası boyu bir neçə qısametrajlı film və serialda, o cümlədən 2022-ci ildə nümayiş olunan Totemlər və Son İşıqda iştirak edib.
Kres-Mepyo
Kres-Mepyö (fr. Creys-Mépieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38139. Kommunanın 1999-cu il üçün əhalisi 1091 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Kələş (Şəbüstər)
Kələş (fars. كلاش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 343 nəfər yaşayır (82 ailə).
Oles Qonçar
Oles (Aleksandr) Qonçar (tam adıː Aleksandr Terentyeviç Qonçar; ukr. Олесь Терентійович Гончар; 3 aprel 1918[…], Lomovka[d] – 14 iyul 1995, Kiyev) — Ukrayna sovet yazıçısı, publisist və ictimai xadim. 1918-ci il aprel ayının 3-də Poltava vilayətinin Suxa kəndində anadan olmuşdur. Sonradan Oles Qonçar Dnepropetrovska köçmüş və yerli universitetə ​​daxil olaraq müharibə səbəbi ilə kəsilən təhsilini davam etdirmişdir. Təzə xatirələr və hərbi qeydlər əsasında bir neçə roman yazmış və nəşr etdirmişdir. "Alplar" müharibəsi haqqında debüt romanını yazmış ("Bayraqdarlar"ın birinci hissəsi — trilogiya), 1946-cı ildə respublika ədəbi jurnallarının birində çap etdirmişdir. Qonçarın ilk romanının nəşri onun həyatını dəyişmişdir. O, o dövrün ədəbiyyat korifeylərini rus ədəbiyyatındakı yeni istedada diqqət yetirməyə vadar etmişdir. Belə ki, Ukrayna sovet ədəbiyyatının tanınmış ustadı Yuri Yanovski gənc yazıçının yaradıcılığını yüksək qiymətləndirmiş və onu öz diqqətində saxlamışdır. Buna görə də, Alpların uğurundan sonra o, Qonçarı Kiyevə köçməyə, aspiranturaya daxil olmağa və yeni romanlar üzərində işləməyə davam etməyə dəvət etmişdir.
Onisim Kler
Onisim Kler (25 fevral 1845 – 18 yanvar 1920, Yekaterinburq) — Ural Təbiət Elmləri Sevənlər Cəmiyyətinin qurucusu, 1920-ci ilə qədər ilham verən və daimi katibi. Geologiya və təbiətşünaslıq üzrə əsərlərin müəllifi, ilk Diyarşünaslıq muzeyinin təşkilatçısı, Yekaterinburq kişi gimnaziyasının müəllimi. Nevşatel kantonu, Korsel kommunasında bir xidmətçi ailəsində anadan olmuşdur. 1862-ci ildə İsveçrədəki Nevşatel Sənaye Məktəbini bitirmişdir. Elə həmin il Rusiya İmperiyasına gəlmişdiri. Bunun səbəbi ailə şəraitindən irəli gələrək vətənindəki universitetə girməyə imkan verməməsi olur. Trubetskoy şahzadələrindən quberyor vəzifəsini alır. Təhsil müəssisələrində fransız dilini tədris etmək hüququ üçün Sankt-Peterburq İmperator Universitetində imtahan verir. Təxminən üç il Moskvada fransız dilindən dərs deyir, daha sonra təxminən iki il Yaroslavlda çalışır və burada yerli təbiət elmləri cəmiyyətinin işində iştirak edir. 1867-ci ildə Yekaterinburq şəhərinə köçür.
Fləş-mob
Fləş-mob (ing. flash mob — flash — an; ani parıltı; mob — kütlə, "ani toplanan kütlə" , "toplumun parıltısı") — kütləvi bir qrup gəncin ("mobberlər") ani surətdə əvvəldən danışılan yerdə toplaşaraq, kütləvi aksiya keçirməsi, danışılan hərəkətin edilməsi və həmin yerdən tez ayrılmaları. Fləş-mob internet hadisəsi olduğu üçün, iştirakçılar fləş-mobun keçiriləcəyi zaman və məkan barədə əvvəlcədən internet vasitəsilə məlumatı alırlar. == Əsaslar == Fləş-mobun əsas cəhətlərindən biri odu ki, bütün dünya mobberlərinin əməl etməli olduğu ümumi qaydaları var. İlk öncə mobberlər fləş-mobun maraqlı və gözlənilməz olması üçün aksiyanın təşkil olunacağı yerə əvvəlcədən gəlməməlidirlər. Onlar təsadüfi, yoldan keçən, hətta tanıdıqları insanları da tanımayan təəssüratı yaratmalı, qəfildən peyda olub fləş-mobu keçirib sakitcə öz yollarına davam etməlidirlər. Fləş-mobun ssenarisi maraqlı və qeyri-adi olmalı, əvvəlki aksiyaları tam olaraq təkrarlamamalıdır. Kənardan seyr edən tamaşaçılar elə düşünməlidirlər ki, bu hərəktlərin xüsusi mənası var, sadəcə onlar tapmaqda çətinlik çəkirlər, aksiyanın təəccüblü hissəsi də elə budur. == Məqsəd == Ən çox suallar fləş-mobların mənası ilə bağlıdır. Fləş-mob iştirakçıları hər hansı bir fləş-mobda iştirak etmək üçün heç bir maddi maraq güdmür.
Fləş-yaddaş
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Kler Redfild
Kler Redfild (yap. クレア・レッドフィールド, Kurea Reddofīrudo, ing. Claire Redfield) — Capcom şirkətinin yaratmış olduğu "Resident Evil" videooyun seriyasında görünən personaj. O, 1998-ci ildə buraxılmış "Resident Evil 2" oyununda Leon S. Kennedi ilə birlikdə oynana bilən personaj kimi təqdim edilmişdir.
Ales Belyatski
Ales Belyatski (əsl adı Aleksandr Viktoroviç Belyatski, belar. Аляксандр Віктаравіч Бяляцкі; 25 sentyabr 1962, Vyartsilya[d], Kareliya MSSR) — Belarus hüquq müdafiəçisi, “Viasna” hüquq müdafiə mərkəzinin sədri, siyasi məhbus, “vicdan məhbusu”. 2022-ci il Nobel Sülh Mükafatı laureatı. Belyatski iki dəfə həbs edilib: 2011-ci ildən 2014-cü ilə qədər və 2021-ci ildən indiyədək. 3 mart 2023-cü ildə Ales 10 il həbs cəzasına məhkum edilib. == Həyatı == Kareliya MSSR-da belarus ailəsində anadan olub, atası Roqaçevskidən, anası Qomel vilayətinin Narovlyanski rayonundan olub. 1965-ci ildə ailə Svetloqorskda daimi yaşamaq üçün Belarusa qayıdıb. Svetloqorsk 5 saylı orta məktəbin məzunu olub. 1984-cü ildə Qomel Dövlət Universitetinin tarix-filologiya fakültəsini filoloq, Belarus və rus dilləri və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. Qomel vilayətinin Lelçitsi rayonunda müəllim işləyib.