Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazarka
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Mozaika
Mozaika (rəngli qurama) — (fr. mosaïque, it. mosaico, lat. (opus) musivum — muzalara həsr olunmuş əsər) eyni və ya müxtəlif rənglərdə şüşə, daş hissəciklərdən və plitələrdən hazırlanmış incəsənət nümunəsidir. Mozaikalar daxili divarlarda, döşəmələrdə və tavanda istifadə oluna bilər. Bəzən mozaikalardan açıq havada səkilərdə də istifadə olunur. Monumental-dekorativ sənətinin əsas növlərindən biridir. Mozaikadan əsasən dekorativ-tətbiqi sənətdə, bəzi hallarda isə dəzgah incəsənətində istifadə edilir. Mozaika şablon şəkildə kəsilmiş sadə və mürəkkəb həndəsi formalı xırda material qırıqlarından yığılır və əhəng, sement, mastika yaxud mum təbəqəsinə bərkidilir. Mozaikada həm də, xırda rəngli qeyr-şəffaf şüşə parçalarının nəm suvağa düzülür.
Kotava
Kotava — 1978-ci ildə linqvist Staren Fetcey tərəfindən yaradılmış süni dil. == Əlifbası == Yazıda latın qrafikasından istifadə olunur və 24 hərfdən ibarətdir. == Əvəzliklər == 9 əvəzlik var. == İstinadlar == == Əlavə ədəbiyyat == Fetcey, Staren (1979). Kotava, langue internationale neutre. Québec, Canada : Ed. Univers des langues T.B. INC. 148 p. Kotava Avaneda (Kotava linguistic committee). Official grammar of Kotava {PDF}; Official grammar of Kotava (French) {PDF}. Kotava Organisation (March 2007, version III.8, 49 p.
Kazanka (Arxangel)
Kazanka (başq. Казанка, rus. Казанка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 13 km, kənd sovetliyindən (Mışatkan): 5 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 5 km. Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (74%) üstünlük təşkil edir.
Kazanka (Baltas)
Açay (rus. Асавка, başq. Аҫау) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 11 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 38 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 104 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (94%) üstünlük təşkil edir.
Kazanka (Baymak)
Kazanka (başq. Казанка, rus. Казанка) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 30 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 6 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar, ruslar, mordvalılar üstünlük təşkil edir.
Kazarka cinsi
Naviçella (mozaika)
Naciçella (it. Navicella, hərfi tərcüməsi "kiçik gəmi") — Cotto di Bondone tərəfindən 1305-1313-cü illərdə yaradılmış, Köhnə Müqəddəs Pyotr bazilikasının giriş arkadasında böyük divarda yerləşən və bazilika həyətinə açılan böyük mozaika olmuşdur. Əsərdə, İsanın suda gəzməsi hadisəsinin Matfeyin İncilində (Matfey 14: 24-32) qeyd edilmiş versiyası təsvir edilmişdir ki, bu da üç İncil arasında Müqəddəs Pyotrun İsaya qoşulmasının təsvir edildiyi yeganə variantdır. XVII əsrdə yeni bazilikanın inşası zamanı, mozaika dağıdılmış, bəzi hissələri saxlanılmış və 1675-ci ildə yeni bazilikanın portikində yenidən quraşdırılan mozakiaya əlavə edilmişdir. Uzaqdan görünməsi üçün dizayn edilmiş mozaika çox böyük ölçülərə malik olmuşdur. 1628-ci ildə mozaikanın yağlı boya ilə işlənmiş tam ölçülü versiyasının yaradılması Vatikan tərəfindən Françesko Berrettaya sifari edilmiş, lakin, bir neçə il ərzində orijinal mozaikanın müxtəlif hissələri itirildiyinə görə, əsər 7.4x9.9 metr ölçüdə yaradılmışdır. Orijinal mozaikanın isə təxminən 9.4x13 metr ölçüyə malik olması, aşağıdan isə latın dilində İncildən müvafiq hissələrin yazılması güman edilir. == Mövzu == Yalnız Matfeyin İncilində Pyotr d qayığı tərk edərək dalğalar üzərində gəzir: == Təsviri == Kardinal Yakopo Stefneskinin sifarişi ilə hazırlanmış mozaikada donor portreti Məsihin ayaqları altında təsvir edilmişdir; Papa V Klementdən sonra Roma şəhərini o idarə etmiş, Kuriya isə 1309-cu ildə, Avinyon papalığının başlanğıcında şəhəri tərk etmişdir. Sifariş adətən 1300-cü Müqəddəs İllə əlaqələndirilsə də, sonradan müəyyən edilmişdir ki, mozaikanın təsviri Cottonun Romaya səfəri zamanı, təxminən 1310-cu ildə hazırlanmış və mozaika ustalarına təhvil verilmişdir. Ehtimal ki, mozaika, Son Antik dövrə aid başqa bir mozaikanın yerində quraşdırılmış, lakin qədim sənət əsəri haqqında heç bir məlumat saxlanmamışdır.
Qırmızıdöş kazarka
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Akira Nozava
Akira Nozava (yap. 野澤 晁) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 3 qol vurub.
Heysaku Kosava
Heysaku Kosava (古沢平作, Kosava Heysaku, 17 iyul 1897, Atsuqi[d], Kanaqava prefekturası – 5 oktyabr 1968, Tokio[d]) – Yaponiya psixiatrı və psixoanalitiki. Yaponiyada psixoanalizin əsasını qoymuşdur. == Həyatı == Heysaku Kosava 17 iyul 1897-ci ildə Yaponiyanın Kanaqava prefekturasının Atsuqi şəhərində doğulmuşdur. 1926-cı ildə Tohoku Universitetinin Tibb Məktəbindən məzun olmuş, burada professor Kiyoyasu Maruinin tələbəsi olmuşdur. 1931-ci ildə Tohoku Universitetindəki psixiatriya professoru olmuşdur. 1932–1933-cü illərdə Vyana Psixoanaliz İnstitutunda təhsil almış, burada Rixard Şterba və Paul Federnin tələbəsi olmuşdur. Vyanada yaşayarkən Ziqmund Freydin evini ziyarət etmiş və ona alman dilində yazdığı "Günahkarlıq hissinin iki növü" adlı məqaləsini təqdim etmişdir. Bu məqalədə onun tərəfindən irəli sürülmüş Acase kompleksindən bəhs etmişdir. O, Visbaden şəhərində baş tutmuş XX Beynəlxalq Psixoanaliz Assosiasiya konqresində iştirak etmiş ilk yapon olmuşdur. Burada Haynts Hartman və Karl Mennincerlə tanış olmuş, onlarla dostlaşmışdır.
Koşava adası
Koşava adası — Zed adaları arxipelaq qrupunun ən şərqdəki adasıdır. Ada Antarktidanın Cənubi Şetland adalarında, Varna yarımadasının Livinqston adasının şimal-şərq sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 340 m, eni 220 metrdir. Ada qonşu ada olan Lesidren adasından 140 m, Livinqston adasının Vilyams zirvəsindən isə 1.9 km şimalda yerləşmişdir. Ada MakForlen boğazının qərbində yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Bolqarıstanın şimal-qərb şəhərlərindən olan Koşavanın adını daşıyır. == Yerləşməsi == Koşava adası 62°25′59″ c. e.
Masao Nozava
Masao Nozava — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kosava qəsri
Kosava qəsri — Kosovo, Belarusiyada yerləşən dağılmış neo-qotik qəsr-saray. Əmlak 1821-ci ildə qraf Voytsex Puslovski tərəfindən satın alınmışdır. Voytsex Puslovskidən sonra mülk onun oğlu Vandalin tərəfindən miras qaldı. Tadeusz Kosciuszko bir malikanədə anadan olmuşdur. Qəsrin memarı Franciszek Jaschold idi. Saray 19-cu əsrin sonlarında Vladislav Markoni tərəfindən yenidən qurulmuşdur. 1863-cü ildə Polşa Yanvar üsyanının məğlubiyyətindən sonra mülk Trubetskoy ailəsinə və digər rus aristokratlarına keçdi. Birinci və İkinci Dünya Müharibələri zamanı bura ciddi ziyan dəyib. Hazırda qəsrdə bərpa işləri gedir.
Çu Kosaka
Çu Kosaka (小坂 忠, Kosaka Çu, 8 iyul 1948, Nerima, Tokio, Yaponiya – 29 aprel 2022, Saytama prefekturası, Yaponiya) və ya doğum adı ilə Masayuki Kosaka (小坂 正行, Kosaka Masayuki) – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur. == Karyerası == Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur. "Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır. == Şəxsi həyatı == Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.
Zevqma mozaika muzeyi
Zeuqma Mozaika Muzeyi (türk. Zeugma Mozaik Müzesi) — Türkiyənin Qaziantep şəhərində yerləşən və sahəsi 30.000 m2 olan arxeoloji muzey. Dünyanın ən böyük mozaika muzeyidir. Açıldığı ilk gündə 3000-dən çox ziyarətçi qəbul etmişdir. == Haqqında == Həm memarlığı, həm də texnologiyası baxımından muzey dünyada öndə gedənlərdəndir. Muzey "İpək yolu" adı verilən E-400 yolunun üzərində inşa edilmişdir. 3 mərtəbəli 3 binadan ibarətdir. Bununla yanaşı 1.160 nəfəri qəbul edəcək konfrans salonuna da sahibdir. Muzeyin girişində isə Afina heykəli yerləşir. Burada yaşı 2000-dən çox olan mozaika sərgilənir.
Dürres Gözəli (mozaika)
Dürres Gözəli mozaikası (alb. Bukuroshja e Durrësit, ing. The Beauty of Durrës) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır. Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub. 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir. == Tarixi == Mozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır. Mozaika 1916-cı ildə, Birinci Dünya Müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq Kamillo Praşniker(en) sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı.
Cunko Ozava
Cunko Ozava (d. 7 dekabr 1973) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib.
Miçihiro Ozava
Miçihiro Ozava (d. 25 dekabr 1932) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 36 oyun keçirib.
Seyci Ozava
Seyci Ozava (小澤 征爾, Ozava Seyci, 1 sentyabr 1935[…], Şenyan – 6 fevral 2024, Setaqaya) – Yaponiya dirijoru. Boston Simfonik Orkestrı, eləcə də, Yeni Yaponiya Filarmonik Orkestrı, San-Fransisko Simfonik Orkestrı, Toronto Simfonik Orkestrı və Nyu-York Metropolitan Operasındakı çıxışlarına görə tanınır. O, Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunur. == Həyatı və karyerası == 1935-ci ildə Mancuriyanın Şenyan şəhərində yapon ailədə doğulmuşdur. Ozava Yaponiyada böyümüş və pianoçu olmağı arzulamışdır. Lakin liseydə oxuyarkən oynadığı bir reqbi maçı zamanı barmağının zədələnməsi dirijorluğa yönəlməsinə səbəb olmuşdur. Yaponiyada məktəb təhsili başa çatdırdıqdan sonra dirijor olmaq üçün Avropaya yollanmışdır. 1959-cu ildə Fransanın Bezanson şəhərində gənc dirijorlar üçün keçirilmiş müsabiqədə ilk mükafatını qazanmışdır. O, Avstriya dirijoru Herbert fon Karayan və ABŞ dirijoru Leonard Bernstayndan dirijorluq dərsləri almışdır. 1961-ci ildə Ozava Nyu-York Filarmonik Orkestrının köməkçi dirijoru olmuşdur.
Erato Kozaku-Markullis
Erato Kozaku-Markullis (yun. Ερατώ Κοζάκου-Μαρκουλλή; 3 avqust 1949, Limasol, Limasol rayonu[d]) — Kiprli diplomat və dövlət xadimi. İyul 2007 - mart 2008 və 5 avqust 2011 - 27 fevral 2013-cü il arasında Kipr Xarici İşlər Naziri olaraq çalışmışdır. Bu vəzifəni tutan ilk qadın olur. == Bioqrafiyası == Öz etirafına görə: "Anam 1916-cı ildə Gürcüstanda, Suxumi şəhərində anadan olmuşdur. Əsilləri Trabrondan, Pont yunanlarından olub. Qızlıq adı Varvara Apostolovna Tekmiçova olmuşdur. O, Suxumidə böyümüşdür. Tiflisdə və Odessada inşaat mühəndisi olaraq təhsil alır və 1935-ci ildə ailəsi ilə Yunanıstana mühacirət edir və orada kiprli atamla tanış olur. Anam rus dilində ana dili kimi danışırdı və böyük bacımla məni rus mahnıları və nağılları ilə böyüdmüşdü".
Kozara Milli Parkı
Kozara Milli Parkı (bosn. Nacionalni park Kozara; serb. Nacionalni park Kozara) — Bosniya və Herseqovinada yerləşən milli park. Milli park 6 aprel 1967-ci ildə İosip Broz Tito tərəfindən meşələri qorumaq üçün qurulmuşdur. Bosniya Serb Respublikasında, Una, Sava, Sana və Vrbas çayları arasında yerləşir. 33,75 km2 sahəlik sıx meşə örtüyünə və təpəli çəmənliklərinə görə "Kraynanın Yaşıl Gözəli" ləqəbini qazanmışdır. Milli park məşhur ovçuluq bölgəsidir. Burada marallar, qırqovul, tülkü, çöldonuzu, çöl dovşanı və ördəyin ovlanmasına icazə verilir. Milli parkın kiçik hissəsi təbiət sevərlər üçün nəzərdə tutulub. Ziyarətçilər yürüyüş, velosiped idmanı, bitki yığmaq ilə məşğul ola bilərlər.
Böyük Saray Mozaika Muzeyi
Böyük Saray Mozaika Muzeyi (tür. Büyük Saray Mozaikleri Müzesi) — Türkiyənin İstanbul şəhərində, Sultanəhməd meydanında yerləşən mozaika muzeyi. Muzeydə Böyük Konstantinopol Sarayının yerindən tapılmış Bizans dövrünə aid mozaikalar nümaiş olunur. == Tarixi == Böyük Saray Mozaika Muzeyi 1953-cü ildə İstanbul Arxeologiya Muzeyində, 1979-cu ildə isə Ayasofya Muzeyinin nərzində açılmışdır. Muzey 1982-ci ildə Türkiyə Abidələr və Muzeylər Baş İdarəsi ilə Avstriya Elmlər Akademiyası arasında bağlanmış müqavilə əsasında aparılan bərpa işlərinin 1987-ci ildə başa çatdığından sonra indiki formasını almışdır. == Təsviri == 1872 m2 səth sahəsi ilə bu mozaika son antik dövrdən günümüzə qədər gəlib çatmış ən böyük və ən müxtəlif mənzərə təsvirlərindən biridir. Mozaika parçaları 150 insan və heyvan fiqurundan istifadə edərək təsvir edilmiş 90 fərqli mövzudan ibarətdir. Təbiət yönümlü rəsmlər, açıq havada çoban həyatı, işlə məşğul olan kəndlilər və ovçuların cəsarəti kimi mövzulardan bəhs edir. Təbiətdə və ya çəmənlikdə oynayan və otlayan heyvanlarla yanaşı, mifoloji heyvan hekayələrindən və ya nağıllardan gələn xəyali varlıqlar da mozaikalarda təsvir edilir. Muzeydə peristil sarayının səkisini bəzəmək üçün istifadə edilən mozaikalar var.