Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ageratina colimana
Ageratina colimana (lat. Ageratina colimana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Bidens colimana
Bidens colimana (lat. Bidens colimana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Kazımağa Kərimov
Kazımağa Kərimov (1 sentyabr 1951, Qubadlı – 15 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək olmuşdur. Çətin də olsa Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar. Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda öz qələmini tez-tez sınayırdı. Sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq olsun deyə çalışan Kazımağanın həmin zamanlar ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür bu da Kazımağa taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Aşağı Kolıma ulusu
Aşağı Kolıma ulusu (saxa Аллараа Халыма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Çerski qəsəbəsidir. == Coğrafiyası == Ulus Saxanın şimal-şərqində, Kolıma ovalığında, Kolımanın sağ sahilində yerləşir. Şimaldan Şərqi Sibir dənizinin suları ilə yuyulur. Böyük çaylar Kolıma, Alazeya, Bolşaya Çukoçya, Malaya Kuropatoçya. Çoxlu sayda göllərə sahibdir. Onlardan ən böyükləri: Nerpiçye, Çukoçye, Bolşoye Morskoe, İlirqıtkin. Ulus cənubdan Orta Kolıma, qərbdən Allayıaxa ulusu, şərqdən isə Çukotka Muxtar Dairəsi ilə sərhədlənir. Aşağı Kolıma ulusu Saxanın mərkəzindən ən uzaq rayondur. Aşağı Kolıma ulusu sərhəd zonasıdır.
Orta Kolıma ulusu
Orta Kolıma ulusu (saxa Орто Халыма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Srednekolımsk şəhəridir. Ulus mərkəzi respublikanın paytaxtı Yakutskdan quru yolu ilə 2664 km, su yolu ilə 3940 km, hava yolu ilə 1485 km məsafədə yerləşir: Ulusun sahəsi 125,2 min km²-dir. Cənubdan Yuxarı Kolıma ulusu, qərbdən Abıy ulusu, şimal-qərbdən Allayıaxa ulusu, şimaldan Aşağı Kolıma ulusu, şərqdən Çukotka Muxtar Dairəsi ilə və cənub-şərqdən Maqadan vilayəti ilə həmsərhəddir. Ulus ərazisində düz relyef üstünlük təşkil edir. Ulusun əhəmiyyətli bir hissəsi Kolıma ovalığını əhatə edir. Qərbdə Alazey yaylası, şərqdə Yukaqir yaylası geniş ərazini tutur. Kolıma və Alazey çayları ulus ərazisindən axır. Çoxlu gölləri vardır. Yanvar ayının orta temperaturu −38 ° C, iyul +12 ° C-dir.
Yuxarı Kolıma ulusu
Yuxarı Kolıma ulusu (saxa Амма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Zıryanka qəsəbəsidir. Rayon 30 aprel 1954-cü ildə qurulmuşdur. Bölgənin yazılı tarixi 1647-ci ildə başlayır. 1643-cü ildə Semyon Dejnev, Dmitri Zıryan və Mixail Staduxinin birləşmiş dəstələri Alazeydən Kolımaya gəlir. 1647-ci ildə Kolımaya axan Yasaçnaya çayının sahilində ilk Yuxarı Kolıma qış daxması tikilir, sonradan kazak həbsxanası və qalası, daha sonra bir kəndə çevrilir. Dekembrist Mixail Aleksandroviç Nazimov 1826-cı ildə bura gətirilmişdir. 1868-ci ildən etibarən Verxnekolımsk kəndi yerli əhalinin xristianlaşma mərkəzinə çevrilir. XX əsrin 30-cu illərində Zıryanka çayındakı kömür yataqlarının kommersiya işlənməsinin başlanğıcı ilə Yuxarı Kolıma bölgəsi tarixində yeni bir səhifə açılır. Zıryansk kömür hövzəsinin inkişaf tarixi 1936-cı ildə başlayır.
Qaragöz-i Səlimağa (Urmiya)
Qaragöz-i Səlimağa (fars. قراگوزسليم اقا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (47 ailə).
Kolıma körfəzi (Allayıaxa ulusu)
Kolıma körfəzi — Şərqi Sibir dənizinin cənub-qərb sahillərində yerləşən körfəz. İndigirka çayı mənsəbindən şərqdə yerləşir. Materik daxilinə 21 km məsafədə daxil olur. Eni ən enli yerdə 9 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Körfəzə İndigirka çayının bir qolu olan Kolıma çayı tökülür. Körfəzdə öz adını buradan almışdır. Körfəzdə Teryuttyax və Emkerındinski adaları yerləşir. Çıxacaqda isə Kolesovski və Kolesovskaya Otmel adaları vardır Körfəzin yerləşdiyi ərazinin bir qismi bataqlaşmışdır.