Orta Kolıma ulusu (saxa Орто Халыма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Srednekolımsk şəhəridir. Ulus mərkəzi respublikanın paytaxtı Yakutskdan quru yolu ilə 2664 km, su yolu ilə 3940 km, hava yolu ilə 1485 km məsafədə yerləşir:
Orta Kolıma ulusu | |
---|---|
67°27′ şm. e. 153°42′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Srednekolımsk[d] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 25 may 1930 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ulusun sahəsi 125,2 min km²-dir. Cənubdan Yuxarı Kolıma ulusu, qərbdən Abıy ulusu, şimal-qərbdən Allayıaxa ulusu, şimaldan Aşağı Kolıma ulusu, şərqdən Çukotka Muxtar Dairəsi ilə və cənub-şərqdən Maqadan vilayəti ilə həmsərhəddir.
Ulus ərazisində düz relyef üstünlük təşkil edir. Ulusun əhəmiyyətli bir hissəsi Kolıma ovalığını əhatə edir. Qərbdə Alazey yaylası, şərqdə Yukaqir yaylası geniş ərazini tutur. Kolıma və Alazey çayları ulus ərazisindən axır. Çoxlu gölləri vardır.
Yanvar ayının orta temperaturu −38 ° C, iyul +12 ° C-dir. İllik yağıntının miqdarı 150 mm-dən 300 mm-ə (Yukagir yaylasında) dəyişir.
Ulusun şimal-şərq hissəsində "Kolıma" təbii parkı yerləşir.
Ulus 25 may 1930-cu ildə qurulmuşdur. Ulusun mərkəzi olan Srednekolımsk şəhəri 1643-cü ildə rus tədqiqatçıları tərəfindən qurulmuşdur.
1 yanvar 2012-ci il tarixinə təxminən 20 milləti təmsil edən Orta Kolıma ulusunun əhalisi 7793 nəfərdir, onlardan 3505-i şəhərdə, 4288-i kənd yerlərində yaşayır.
Orta Kolıma ulusu ərazisinə 1 şəhər və 9 kənd inzibati vahidliyinə ümumilikdə 15 yaşayış məntəqəsi daxildir[2][3]. Ulus ərazisinə daxil olan yaşayış mənttəqələri: Aleko-Kyuyol k., Arqaxtax k., Beryozovka k., Lobuya q., Nalimsk k., Roman q., Svatay k., Soyanqi q., Suççino q., Srednekolımsk ş., Sılqı-Itar k., Urodan k., Xatınqınax k., Ebyax k.
Ulus iqtisadiyyatının əsasını əkinçilik (maldarlıq, atçılıq, şimal maralı və heyvandarlıq), balıqçılıq və xəz ticarəti təşkil edir.
Srednekolımskda bir hava limanı və çay priçalı vardır.