MÜQAVİLƏ (müxtəlif mənalarda) [Qızıl Arslan:] O, bir tərəfdən Bağdad ilə Atabəy Məhəmmədin əleyhinə saziş düzəltmiş, o biri tərəfdən də Xarəzmşah Təkiş xanla bir müqavilə düzəltmişdir (M.S.Ordubadi); BAĞLAŞMA Gördüyünüz kimi İngiltərə və Rusiya hökumətləri bağlaşmaya sadiq qalaraq İran demokratlarının inqilabını qan selləri içərisində boğmağa çalışdı və yenə də çalışacaqdır (M.S.Ordubadi); ƏHD, ƏHDNAMƏ Qardaşlıq əhdini yazmağa gəldim; Köhnə haqsızlığı pozmağa gəldim. (H.Cavid); Məşədi Kazımağa: Dövlətimizin əcnəbilərlə bağladığı təhqiramiz əhdnamə buna imkan vermirdi (M.SOrdubadi); MÜAHİDƏ (köhn.) Xristofor: Avtomobilə minib qaçdım, bir şirkətlə müahidə bağlayıb əmələ sifəti ilə Fransaya gəldim (Çəmənzəminli); MÜAHİDƏNAMƏ 1783-cü ilin iyun ayında Rusiya ilə Gürcüstan arasında bir müahidənamə bağlanıb.. (Çəmənzəminli); MÜQAVİLƏNAMƏ Nina: Doğrudanmı İngiltərə ilə Rusiya arasında mövcud olan 1907-ci il müqavilənaməsi İranın istiqlaliyyətini təmin edir (M.S.Ordubadi); PAKT Çatıb əzilənlərin buxovu qırmaq vaxtı; Nə marşalın planı, nə Atlantika paktı (S.Rüstəm); SAZİŞ Rusiyanın bu təşəbbüsünü İngiltərə 1970-ci il sazişi əleyhinə çevrilmiş bir çıxış hesab edərək, etiraz edir (M.S.Ordubadi); KONTRAKT, KONVENSİYA.