Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tonina Toriyelli
Tonina Toriyelli (22 mart 1934) — İtaliya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Amami se vuoi" mahnısı ilə təmsil etmişdir.
Komnina Nemaniç
Komnina Nemanyiç (serb. Комнена Немањић; 1195) — Kruyanın alban meqa arxonu Dimiter Proqoni və daha sonra Elbasan arxonu Qriqor Kamonun hersoginyası. Serb Kralı II Stefan Nemaniçin (1196–1228-ci illər) qızı idi. == Həyatı == Komnina Kral II Stefan və onun həyat yoldaşı Evkodiya Angelinanın qızı olaraq anadan olub və bu səbəbdən İmperator III Aleksey Angelin nəvəsi olub. Onun üç qardaşı var idi: Stefan Radoslav (1228–1233), I Stefan Vladislav (1233–1243) və Predislav (Savvadan sonra Müqəddəs II Savva kimi üçüncü serb arxiyepiskopu). 1208-ci ildə Dimiter ilə evləndi və Venesiya Respublikası ilə qarşıdurmalar zamanı Serbiya ilə Arbanon arasında qısa ittifaq yarandı. 1215-ci ildə Dimiter öldükdən sonra hakimiyyət Komninaya qaldı, o, qısa müddət sonra yunan-alban lordu Qriqor Kamona ilə evləndi. Serblərin Şkoderə hücumundan sonra zəifləmiş Serbiya ilə əlaqələri gücləndirərək Kruya üzərində nəzarəti öz üzərinə götürdü. Onun Kruyalı Qolem ilə evlənən Qreqoridən bir qızı var idi.
Luis Kolina
Luis Kolina Alvares (isp. Luis Colina Álvarez; 12 avqust 1888, Madrid – 22 iyul 1956, Valensiya) — İspaniya futbol hakimi, məşqçisi və funksioneri. 1924 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. Futbol üzrə İspaniya milli komandasının məşqçisi (1924). == Həyatı == Luis Kolina 12 avqust 1888-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur. 1919/20 mövsümündə "Real Madrid"in direktoru olmuşdur. 21 dekabr 1924-cü ildə Xose Rosiç və Xulian Olave ilə birlikdə Avstriya ilə evdə yoldaşlıq oyununda (2:1) İspaniya millisinə rəhbərlik etmişdir. O, beynəlxalq futbol hakimi olmuşdur. 1924–1926-cı illərdə İspaniya məhkəmə sisteminin prezidenti olmuşdur. 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol turnirində çalışmışdır.
Doniana
Grindelia (lat. Grindelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Keniya
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Kohima
Kohima — Hindistanda şəhər. Naqalend ştatının mərkəzidir. Əhalisi 80 000 nəfərə yaxındır. XIX əsrdə salınmışdır.
Komino
Komino (malta Comino, malta Kemmuna) — Malta arxipelaqına daxil olan kiçik ada. Aralıq dənizinin suları ilə əhatələnir. Qozo və Malta adaları arasında qərarlaşır. Ümumi sahəsi 3,5 km²-dir. 2017-ci il məlumatına görə ada əhalisinin sayı 3 nəfərdir. == Tarixi == Adanın adı Maltada geniş yayılmış yaban toxumunun adından gəlir. Roma hakimiyyəti dövründə Kominoda kəndlilər yaşayırdılar, lakin uzun müddət ada zəif məskunlaşmış və ya hətta tərk edilmişdir. Adanın sahilləri əhəng daşları ilə kəsilmiş və orta əsrlərdə quldurlar və qaçaqmalçılar arasında çox populyar olan dərin mağaralarla kəsilmişdir. Daha sonra Malta cəngavərləri bu adadan ov və istirahət üçün istifadə edirdilər. 1285-ci ildən bəri Kominoda yəhudi mistiki və kabbalisti İbrahim Əbulafiyanın evi olmuşdur.
Konnak
Konnak (fr. Connac, oks. Colnac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12075. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 37 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 113 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 64 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə bu 68.6%).
Korinf
Korinf (q.yun. Ϙόρινθος, yun. Κόρινθος, Korintos) — qədim Yunan şəhər polisi və materik Yunanıstanı və Peloponnes Yarımadasını birləşdirən Korinf bərzəxindəki müasir şəhər; qərbdən bərzəxi Korfinf körfəzi suları, şərqdən - Saronikos körfəzi yuyur. Şəhər Afinadan 78 kilometr cənub-qərbdədir; eyni adlı bir cəmiyyətin inzibati mərkəzi (Dima) və Peloponnes preferiyasının ətrafındakı Korinfiya vahididir. Əhalisi 2011-ci ildəki siyahıyaalmaya əsasən 30.176nəfərdir. Sahəsi 17.652 kvadrat kilometrdir. Müasir Korinf 1858-ci il zəlzələsindən sonra dağıdılmış şəhərdən üç kilometr şimal-şərqdə bərpa edildi; müasir şəhərin şimal-şərqində, İstmiya şəhərinin yaxınlığındakı Saronikos körfəzinə baxan Korinf kanalı inşa edilmişdir (1881-1893; uzunluğu - 6,3 km, eni - 22 m, dərinliyi - 8 m). == Tarixi == === Tarixdən əvvəlki dövrü === Yaşayış burada Neolit dövründə meydana gəldi. E.ə.VI minillikdə miflərə görə şəhəri Günəş tanrısı Heliosun nəslindən olan Korinf və ya Okean tanrısının qızı Efra tərəfindən qurulmuş, qədim zamanlardan şəhər öz adını daşımışdır. Burada e.ə.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Komana
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Kenita Mahayka
Keniya Respublikası
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Keniya şillinqi
Keniya şillinqi — Keniyanın milli pul vahididir. Bir Keniya şillinqi 100 sentə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — KES-dir. Mübadilədə 1966-cı ilin 14 sentyabrından istifadə olunur. Hal-hazırda pul dövriyyəsində 2003-cü ildə buraxılmağa başlanmış 50, 100, 200, 500 və 1000 nominallı Keniya şillinqinə, 50 sent və 1, 5, 10, 20, 40 nominallı Keniya şillinqinə rast gəlmək olar. == Əsginaslar == Dövriyyədə müxtəlif buraxılış illərinin 50, 100, 200, 500 və 1000 nominallı əsginaslarını görmək olar. Köhnə buraxılış illərinin əsginasları da ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür. == Valyuta məzənnəsi rejimi == == İstinadlar == == Xarici keçidlər == "Банкноты и монеты Кении на сайте Центрального банка" (ingilis). 2012-03-14 tarixində orijinalından arxivləşdirilib. "Фотографии кенийских монет".
Kolıma boğazı
Kolıma boğazı (rus. Колымский пролив) — materiki Dedveji adalarından (Krestovıy adası) ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın dərinliyi 5–6 m, şərq hissədə isə 10 m təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyası Yakutiya Respublikası ərazisinin Kolıma ulusuna daxildir.
Kolıma körfəzi
Kolıma körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Krestovıy buru ilə Kolıma çayı deltası arasında yerləşir. Öz adınıda buradan almışdır. Materik daxilinə 45 km məsafədə daxil olur. Eni ən enli yerdə 106 km-dir. Dərinliyi 4–6 metr arasında yerləşir. Sahillərində tundra bitkiləri yayılmışdır. Cənub hissədən ona Kolıma çayı tökülür. Bu hissədə delta əmələ gəlir. Kolıma çayı burada qollara ayrılaraq körfəzə tökülür:Kamenka, QUMSP, Suxarıy, Stolbik, Tabışevskiй, Ştormovıy.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Konpira məbədi
Kotohira məbədi (金刀比羅宮, Kotohira-qu) və ya Konpira məbədi – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsinin Nakatado rayonunda yerləşən şintoist məbədi. Şintoizm ilahı olan Omononuşi-no-kamiyə və İmperator Sutokuya həsr olunmuşdur. == Tarixi == İmperator Sutoku Sanuki əyalətində sürgün zamanı öldüyü üçün məbəd XI əsrin əvvəllərində həmin əyalətdə tikilmiş və əvvəlcə buddizm-şintoizm ilahı olan Konpiraya həsr olunmuşdur. Bu ilahın mənşəyi Hindistanda Qanq çayının timsah tanrısı olan Kumbhira ilə əlaqədardır. Məbəd dənizə yaxın yerləşdiyi üçün Konpira balıqçıların və dənizçilərin qoruyucu ilahı hesab edilmiş, hətta yaxınlıqda yerləşən bir buddist məbədinin qoruyucu ilahı olmuşdur. 1868-ci ildə buddizm ilə şintoizmin ayrılmasından sonra Konpira şintoizm ilahlarından biri olan Omononuşi-no-kami olaraq yenidən identifikasiya edilmişdir. Omononuşi-no-kami VIII əsrə aid "Kociki" salnaməsində "dənizi işıqlandıran tanrı" kimi təsvir edilmişdir. Hər ilin 10 oktyabr tarixində məbəddə festival keçirilir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe).
Korinf bərzəxi
Korinf və ya İstm bərzəxi — Təbii körpü olaraq Peloponnes yarımadasını Yunanıstanın əsas hissəsi ilə birləşdirir. Ərazidə öz adını bərzəxə vermiş Korinf şəhəri yerləşir. Uzunluğu təxmini olaraq 42 km, eni isə ən dar yerdə 6 km təşkil edir. == Tarixi == XIX əsrdə bərzəxin ən dar yerində uzunluğu 6,4 km-ə çatan kanal tikilmişdir. Tarixi mənbələrdə bərzəx su yolunun üzərində Soraniç körfəzi ilə Korinf körfəzi arasında bir növ quru körpüsü rolunu oynamışdır. Belə ki, ən dar yerindən kiçik gəmilər sürüşdürlərək digər sahilə çıxarılırdı.
Korinf ittifaqı
Korinf ittifaqı (bəzi mənbələrdə ellin ittifaqı, rəsmi — ellinlər (Έλληνες) də adlandırılmışdır) — e.ə. 338/337-ci illərin qışında Makedoniya hökmdarı II Filipp tərəfindən İrana qarşı birgə mübarizə aparmaq məqsədilə yaradılmış yunan şəhər-dövlətlərin ittifaqı. Bu ittifaq müasir tarixçilər tərəfindən Korinf ittifaqı adlandırılmışdır. == Haqqında == Korinf ittifaqına daxil olan şəhər-dövlətlər aşağıdakı hüquq və vəzifələrə malik idi: İttifaqa daxil olan dövlət öz müstəqilliyini saxlayırdı. Sinedrion və ya konqress nümayəndələri Korinfə toplanmalı idi. İttifaq bu ittifaqın hər hansı bir üzvünə qarşı törədilən təcavüzkarlıq və ya fitnəkarlıq hərəkətlərinə qarşı birlikdə hərəkət etməli idi. İttifaq bu ittifaqa daxil olan ökələrin böyüklüyünə uyğun müəyyən edilən limit daxilində toplanan silahlı qüvvələrə malik idi. II Filipp ittifaq ordusunun komandanı olmalı idi. İttifaqın idarəetmə orqanları: Korinf ittifaqının ali idarəetmə orqanı -"Ellinlərin sinedrionu" Korinf ittifaqının ali vəzifəli şəxsi — "Ellinlərin iqemonu" == Xarici keçid == Организация греческого союза Arxivləşdirilib 2008-12-12 at the Wayback Machine Проблема соотношения Эллинского союза против персов и I Афинского морского союза Arxivləşdirilib 2007-12-11 at the Wayback Machine [http://www.kulichki.com/~gumilev/HEU/heu1210a.htm История Европы. Том 1.
Korinf kanalı
Korinf kanalı (yun. Διώρυγα της Κορίνθου, Dhioryga tis Korinthou) — Yunanıstan ərazisində yerləşən kanal. Kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir, Peloponnes yarımadasını isə Balkan yarımadasından ayırır. Kanalın çəkilişi ilə Peloponnes yarımadası artıq adaya çevrildi. == Ümumi məlumat == Peloponnes Yunanıstanın ən böyük yarımadasıdır. Ensiz altı kilometrlik Korinf bərzəxilə materiklə birləşir. Ondan şimalda Korinf, cənubda Saronik körfəzləri yerləşir. Bərzəxin dəniz səviyyəsindən yüksəkliyi 50–80 m-dir. Burada yer qabığı çoxlu sınmalarla pozulmuşdur. Korinf bərzəxi geoloji cəhətdən inkişaf edən çoxpilləli horstlardan birdir.
Korinf konqresi
Xeroneya döyüşündən sonra II Filipp Cənubi Yunanıstana hücum etdi. Sparta xaricində bütün Peloponnes ittifaqı şəhərləri Makedoniya kralının hakimiyyətini tanıdılar. Filipp hər bir şəhərlə ayrı-ayrılıqda müdafiə və hücum haqqında saziş bağladı. Bu sazişlər hər bir şəhərin muxtariyyətini və azadlığını qorumağa yönəlmişdi. 338-ci ildə Filipp, bütün Yunan şəhərlərinin maraqlarını nəzərə alaraq, Korinfdə ümumyunan yığıncağı olan Korinf konqresini (sinedrion) çağırdı. Konqresə, Spartadan başqa bütün yunan dövlətləri dəvət olundu və rəhbərliyi Filipp özü həyata keçirdi. Konqres Yunanıstanda müharibənin sona çatdırılması məsələsini həll edirdi. Yunan dövlətlərinin parçalanmasının qarşısını almaq üçün Makedoniya rəhbərliyi altında ümumyunan federasiyası yaradılması planlaşdırılırdı. Birləşmiş dövlətlərlə Makedoniya kralı arasında müdafiə və hücum məsələləri haqqında sazişlər imzalanırdı. Kralın əleyhinə çıxan və onun düşmənlərinə dəstək verən hər bir dövlət ciddi şəkildə cəzalandırılırdı.
Korinf orderi
Korinf orderi — kapitellərin akanthus yarpaqları ilə bəzədildiyi və sütunların bir postamentə qoyulduğu klassik memarlıqdakı üç orderdən biridir. Afinada, ehtimal ki, eramızdan əvvəl V əsrdə, dorik və İonik orderlərdən sonra meydana gəlmişdir. İonik orderdən daha mürəkkəb bir formaya malik olan Korinf orderinin forması Yunan mifologiyasına görə daxilində akanthus yarpaqları olan bir səbətdən ilham alınaraq yaradılmışdır. Klassik memarlıqdakı digər iki orderdən daha gec ortaya çıxmışdır və qədim yunan şəhəri Korinfin adını daşıyır. İonik orderdə olduğu kimi baza diametri və hündürlüyü arasında 1/9 nisbət vardır. Bununla birlikdə, Dorik orderinə baxarkən bu nisbətin 1/6 olduğu görünür, yəni Dorik sütunların İonik və Korinf sütunlarından daha qısa bir formaya sahib olduğu görülür.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.