Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. == Qardaşlaşmış şəhərlər == 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. == Qrup haqqında == Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
Morj
Su inəyi (Erkəyinə Su öküzü deyilir) və ya Morj (lat. Odobenus rosmarus) — dəniz məməlisi olaraq Morjkimilər fəsiləsinə daxil olan müasir dönəmdə mövcud olan növ. Yaşlı fərdi asanlıqla cavan fərddən fərqləndirmək olur. Bu dəniz canlısı ölçülərinə görə pərayaqlılar arasında yalnız Dəniz filindən geri qalır. Arealı əsasən Arktika qurşağında yerləşir. Nəhəng dəniz məməlisi olan morjlar qalın dəriyə malikdirlər. Ön yuxarı yırtıcı dişləri digərlərinə nisbətdə yaxşı inkişaf etmişdir. Uzun olub, aşağı istiqamətlənmiş formadadır. Geniş sifətə malikdir. İri bığcıqlara sahibdir.
Şorj
Şorj (fr. Chorges, oks. Chorge) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05040. 2008-ci ildə əhalinin sayı 2485 nəfər təşkil edirdi. 2007-ci ildə 1549 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1114 nəfər iqtisadi fəal, 406 fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə bu 68.6%). Aktual 1114 nəfərdən 1038 nəfər (551 kişi və 487 qadın), 105 nəfər işsiz (34 kişi və 71 qadın) işlədi.
Jorj
Jorj (fr. Georges) — ad.
Kori Brokken
Kori Brokken (3 dekabr 1932, Breda[d], Şimali Brabant – 31 may 2016) — holland müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Voorgoed voorbij" mahnısı ilə təmsil etmişdir. Brokken növbəti il də Niderlandı Avroviziyada təmsil etmək hüququ qazanmışdır. Onun 1957-ci ildə keçirilən müsabiqədə ifa etdiyi "Net als toen" mahnısı 31 xalla qalib olmuşdur. Kori Brokken həmçinin 1976 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur.
Fyodor Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Fyodr Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Hempton Kort
Hempton Kort Sarayı- Londonda yerləşən saray-park ansamblıdır. Şəhər mərkəzindən 18 km məsafədə (1965-ci ilədək - Midlseks qraflığı), Riçmond-apon-Tems rayonunda, Temza çayının sol sahilində yerləşir. Təxmini 1514-cü ildə Kralın əsabəsi Tomas Uolsi üçün tikilən sarayı 1529-cu ildə VIII Henriyə hədiyyə etmişdir. XVII əsrin ikinci yarısında Hempton Kortu ingilis Versalına çevirməyi arzulayan III Vilhelmin krallığı zamanı, memar K.Renom tərəfindən barok tərzdə inşa edilmişdir. 1760-cı ilədək krallıq iqamətgahı kimi xidmət göstərmişdir. "Tarixi Krallıq sarayları" fondunun nəzarəti altındadır. Fransa parkının sahəsi 60 ha ərazidə yerləşir. Krallıq kolleksiyasından olan əntiq əşyaların, Mantenyanın, Rafaelin, Böyük Breygelin və başqalarının rəsm əsərləri mövcuddur. == Tarixi == Sarayın tarixinin başlanğıcı kral VIII Henrinin əsabəsi - Kardinal Tomas Uolsinin 1514-cü ildə əvvəllər qospitalyerlər (İoannçılar, eləcə də Yerusəlim, Rodos, Malta- Müstəqil Hərbi Müqəddəs İoann ordeni) ordeninə aid olan torpaq sahəsini alması ilə başlamışdır. Sonrakı 7 ildə Uolsinin 200 min qızıl "qızılgüllü kron" pul xərclədiyi renessans və qotik tərzlərdə inşası davam etmişdir.
Jorj Bize
Jorj Bize (Georges Bizet, 25 oktyabr 1838[…] – 3 iyun 1875[…]) — Tanınmış fransız bəstəkarı. 60-cı illərdə "Don Prokopio", "Mirvari axtaranlar"(1863), 1867-ci ildə-"Pert gözəli", "Cəmilə" operaları, "Rim","Venesiya", "Florensiya", "Neapol" proqramlı simfoniyalarının müəllifi. == Həyatı == Jorj on yaşından konservatoriyada oxumağa başlayır. Anası ona — "İstedadını boş yerə xərcləməyinə icazə verməyəcəm" söyləyirdi. Jorj artıq bilirdi ki, onu yedirdəcəklər, daha sonra otağa salıb ağzını bağlayacaqlar, yorğunluqdan yuxu tutana qədər pianoda çalacaq. Jorj dərslə məşğul olmağa qarşı deyildi. Ona atası, oxu müəllimi və peşəkar pianoçu anası ilə vaxt keçirmək maraqlı idi. Dörd yaşında o artıq notları əzbər bilirdi və fortepianoda çalmağı bacarırdı. On yaşı olmağına iki həftə qalmış o, Paris konservatoriyasına daxil olur. Jorj üçün uşaqlığı başlamamış bitmişdi.
Jorj Brak
Jorj Brak (fr. Georges Braque, 13 may 1882[…], Arjantöy – 31 avqust 1963[…], Paris) — fransız rəssam, qrafikçi, heykəltaraşçı və dekarator. Kubizm istiqamətinin banisi (Pablo Pikasso ilə birlikdə). == Bioqrafiyası == Jorj Brak Val-d'Uaz departamentinin Arjantöy şəhərində anadan olmuşdur. Sənətkar ailəsində dünyaya gəlmişdir. O, Havr şəhərində böyümüşdür rəssamlıq və dekorator sənətində təhsil almışdır, atası və babası kimi. Lakin, 1897-ci ildən 1899-cu ilədək İncəsənət Məktəbində (Şarl Luyinin sinifində) axşam saatlarına kimi rəssamlıq sənətini ciddi şəkildə öyrənməyə başlamışdır. 1900-cü ildə Parisə köçdükdən sonra dekorativ sənətinin təhsili almış və 1902-ci ildə sertifikat verilmişdi. Daha sonra Parisdə Amber Akademiyasına daxil oldu və 1904-cü ilə qədər orada işləmişdir. Burada Mari Loransen və Fransisa Pikabiailə tanış olmuşdur.
Jorj Dantes
Jorj Dantes (fr. Georges Charles de Heeckeren d'Anthès; 5 fevral 1812[…], Kolmar (Yuxarı Provans Alpları) – 2 noyabr 1895[…], Sulz-Haut-Rin) — fransız zabiti, diplomatı və senatoru. 1837-ci ildə Aleksandr Puşkini dueldə ağır yaralaması ilə məşhurlaşmışdır. Həmin dueldən iki gün sonra Aleksandr Puşkin aldığı güllə yarasından vəfat etmişdir. == Həyatı == Jorj Dantes 1812-ci ilin 5 fevral tarixində Fransanın Kalmar şəhərində varlı zadəgan ailəsində andan olmuşdur. Atası Yozef Konrad Dantesin Jorjdan başqa daha beş övladı vardı və o, Jorjun hərbi təhsil alıb, hərbçi olmasını istəyirdi. Ailəsinin dəstəyi ilə Jorj Dantes Seyint-Küyra hərbi təhsil almağa göndərilir və 1830-cu ildə kavalyer zabiti rütbəsini alır. Jorj 1830-cu ildə Fransada baş vermiş iyul inqilabı zamanı Kral X Karlın partiyasını dəstəkləmişdir. İyul inqilabı nəticəsində dəstəklədiyi tərəfin məğlub olması Jorjun rəqib qüvvələrin nəzarəti altında fəaliyyət göstərməkdən imtina etməsinə səbəb olur və o, atasının malikanəsinə çəkilir. Fransanı xaricdə təmsil etmək üçün Jorj Dantes əvvəlcə Prussiya daha sonra isə Rusiya imperiyasına doğru yola çıxır.
Jorj Dyumezil
Georges Dumézil (4 mart 1898[…], Paris – 11 oktyabr 1986[…], Paris), Fransız tarixçi və linqvistik == Bəzi əsərləri == Le crime des Lemniennes: rites et legendes du monde egeen, Geuthner (Paris), 1924. Le festin d'immortalite: Etude de mythologie comparee indo-europenne, Volume 34, Annales du MuseeGuimet, Bibliothèque d'etudes, Geuthner (Paris), 1924. Le probleme des Centaures: Etude de mythologie comparee indo-europenne, Volume 41, Annales du MuseeGuimet, Bibliothèque d'etudes, Geuthner (Paris), 1929. Legendes sur les Nartes, Champion (Paris), 1930. La langue des Oubykhs, Champion (Paris), 1931. Etudes comparatives sur les langues caucasiennes du nord-ouest, Adrien-Maisonneuve (Paris), 1932. Introduction a la grammaire comparee des langues caucasiennes du nord, Champion (Paris), 1933. Recherches comparatives sur le verbe caucasien, 1933. Ouranos-Varuna: Etude de mythologie comparee indo-europenne, Adrien-Maisonneuve (Paris), 1934. Flamen-Brahman, Volume 51, Annales du Musée Guimet, Bibliothèque de vulgarisation, Geuthner (Paris), 1935.
Jorj Klemanso
Jorj Bencamin Klemanso (fr. Georges Benjamin Clemenceau; 28 sentyabr 1841[…] – 24 noyabr 1929[…], Paris) — fransız siyasi və dövlət xadimi, jurnalist,Fransanın 41-ci (1906–1909) və 54-cü (1917–1920) baş naziri, Fransa akademiyasının üzvü. == Həyatı == === Uşaqlığı === Jorj Klemanso Fransanın qərbində yerləşən Vandeya departamentində respublikaçı baxışlı həkim ailəsində dogulmuşdu. Vandeya 1789-cu il Fransa burjua inqilabından etibarən royalizmin və katolisizmin dayağı olması şöhrət qazanmışdı. Klemansonun əcdadları ölkədə vətəndaş müharibəsi gedən zaman inqilabi hökumətin tərəfində vuruşmuşdular. Jorj Klemanso xatırlayırdı ki, uşaqlığında ona qiyamçıların güllələdikləri respublikaçının həlak olduğu ağacın ətrafını göstərmişdilər. Bu hekayə onun təxəyyülündə o qədər canlanmışdı ki, hətta ağacın ətrafında naməlum vətənpərvərin həyatına son qoyan güllələri axtarıb tapmağa cəhd etmişdi. Klemansonun atası Benjamen tibbi təhsil almış, lakin respublikaçı ruhu onu siyasi fəaliyyətə cəlb etmişdi. Jorj Klemanso etiraf edirdi ki, məhz atasının Böyük Fransa inqilabı haqqında oxuduqlarını dəfələrlə ona danışması və özünün bununla bağlı fəlsəfi fikirlərini zarafatyana formada ona təqdim etməsi onun baxışlarının formalaşmasına təsir göstərmiş yeganə hal olmuşdur. === Gəncliyi === Klemanso atası kimi tibbi təhsil almaq üçün 1858-ci ildə liseyi bitirdikdən sonra əvvəl Nantdakı tibb məktəbinə daxil oldu.
Jorj Küvye
Jorj Leopold Küvye (fr. Jean Léopold Nicolas Frédéric Cuvier; 23 avqust 1769[…], Monbelyar[d] – 13 may 1832[…], Paris) — fransız təbiətşünası, naturalist, "paleontologiya elminin və müasir müqayisəli anatomiyanın atası", Fransa Coğrafiya Cəmiyyətinin üzvü, Frederik Küvyenin qardaşı. == Həyatı == Jorj Leopold Küvye 23 avqust 1769-cu ildə, o zaman Vürtemberqə məxsus olan Mempelqard (Mömpelgard və ya Montbéliard) şəhərində anadan olmuşdur. O, burada dini məktəbdə təhsil alırdı (Küvyenin ailəsi protestant idi) və din xadimi olmaq istəyirdi, lakin oxuduğu gimnaziyanın direktorunun ona olan nifrəti Jorjun sonrakı taleyinə də ciddi təsir göstərdi. Sonralar Jorj Küvye Ştutqartda Karolin (Karlsschule) akademiyasına daxil olmuş, burada o, hələ uşaqlıq dövründən meyil göstərdiyi təbiətşünaslıqla daha dərindən tanış olmaq imkanı verən kameral biliklər fakultəsini seçmişdir. 1788-ci ildə Küvye Normandiyada Fikkenvill qalasında qraf d’Erisinin yanında ailə müəllimi işləyərkən bu qalanın dənizin yaxınlığında olmasından istifadə edərək dəniz canlılarının tədqiqi ilə məşğul olurdu. Abbat Anri Aleksandr Tesse ilə ilə tanış olan Küvye onun xahişi ilə Tessenin rəhbərlik etdiyi hospitalın həkimləri üçün botanikadan mühazirələr oxumuşdur. Tessenin vasitəçiliyi ilə Küvye Paris alimləri ilə tanış olmuş, onların dəvətilə Parisə getmiş və burada 1795-ci ildə mərkəzi Panteon məktəbində professor vəzifəsini tutmuşdur. Küvye Parisdə Kral Nəbatət Bağının müqayisəli anatomiya müəllimi Jan-Klod Mertrünün köməkçisi təyin edildikdən az sonra, 1796-cı ildə Milli İnstitutun üzvü təyin edildi, 1800-cü ildə Collège de France məktəbində təbii tarix fakültəsinin müdiri, 1802-ci ildə Mertrünün ölümündən sonra isə Kral Nəbatət Bağında müqayisəli anatomiya kafedrasının müdiri vəzifəsinə təyin edildi. 1809–1811-ci illərdə yenidən imperiyaya birləşdirilən ərazilərdə tədris prosesini təşkil etdi, sonralar dövlət şurasında xidmət etmiş və ona 1822-ci ildə dini fakultələrdə protestantlar üzərində nəzarət tapşırılmışdır.
Jorj Lemetr
Jorj Anri Jozef Eduar Lemetr (fr. Georges Henri Joseph Édouard Lemaître; 17 iyul 1894[…], Şarlerua, Eno – 20 iyun 1966[…], Leuven, Brabant əyaləti[d]) — Belçikadakı Katolik kilsəsində keşiş, riyaziyyatçı, astronom və Löven Katolik Universitetində fizika üzrə professor olmuş yezuit. O, tarixdə ilk dəfə yaxın qalaktikaların resessiyasının genişləyən kainat nəzəriyyəsi ilə açıqlamağın mümkün olduğunu təsbit etmişdir. Daha sonra bu fikir Edvin Habbl tərəfindən aparılan müşahidələr nəticəsində doğrulanmışdır. Lemetr ilk dəfə hal hazırda Habbl qanunu və ya Habbl-Lemetr qanunu olaraq bilinən qanunu ortaya qoymuş və Habblın məqaləsindən iki il əvvəl, 1927-ci ildə çap etdiyi məqaləsində Habbl sabitinin hesablamasını aparmışdır. O, həmçinin, ilk başda "ibtidai atom nəzəriyyəsi" olaraq adlandırdığı, bu gün isə "Böyük partlayış nəzəriyyəsi" fikrini irəli sürmüşdür.
Jorj Melyes
Jorj Melyes (ing. Maries-Georges-Jean Méliès; 8 dekabr 1861[…], Paris – 21 yanvar 1938[…], Paris) — məşhur Fransa komediya rejissoru, prodüseri, ssenaristi və aktyorudur.
Jorj Mirzəyev
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir. == Sənət yolu == Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
Kora (xalq)
Kora (isp. Cora) — Nayarit ştatının şərqindəki El-Nayar bələdiyyəsində, eləcə də qonşu Xalisko ştatının bəzi yaşayış məntəqələrində yaşayan qərbi-mərkəzi Meksikanın yerli etnik qrupudur. Koralar özlərini cəm halda náayarite adlandırırlar, náayari isə tək haldadır. Əslində Nayarit ştatının adı da buradan gəlir. 2000-ci il siyahıyaalınması göstərdi ki, bu gün bu xalqın təxminən 24.390 nümayəndəsi var. Valideynlərindən ən azı birinin Kora dilin daşıyıcısı olan bütün ailə üzvləri daxildir. Bu 24.000-dən bir az çox adamın 67%-i (təxminən 16357 nəfər) dilin daşıyıcılarıdır, 17%-i bu dildə danışmır, 16%-i isə ümumiyyətlə dil biliyi ilə bağlı məlumat verməkdən imtina edib. == Tarixi == Kora Nayarit ştatının çətinkeçilən dağlıq ərazilərində və dərin yarğanlarında, həmçinin Xalisko, Duranqo və Zakatekas ştatları ilə sərhədboyunca yaşayırlar. 18-ci əsrin əvvəllərində onlar katolik missionerlərə öz ərazilərində yaşamasına icazə verməməklə bir növ məntiqsizlik nümayiş etdirirdilər. Kora onları əhatə edən çoxlu xristian-hinduları və İspan mədəniyyətinin yeganə dinsiz xalqlardan biri idi.
Kora Kempbel
Kora Kempbel (d. 28 may 1974) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Kora Kempbel, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Kora Kempbel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Kord (pulemyot)
Giliz: 12.7×108mm Kalibr: 12.7 mm Atəş sürəti: 650-750 mərmi/dəqiqə Mərminin çıxış sürəti: 860 m/s Təsirli məsafə: 2,000 m Bəsləmə sistemi: 50 mərmilik kəmər Nişangah: Dəmir nişangah Kord pulemyotu (rusca: Корд), Rusiya istehsalı bir ağır pulemyotdur.. Silah, köhnə NSV pulemyotunun yerini almaq məqsədilə yaradılmış və 1998-ci ildən Rusiya Silahlı Qüvvələrində silahlanmaya qəbul edilmişdir. Xarici görünüşü NSV pulemyotuna bənzəsə də, daxili mexanizmi, qaz sistemi və qüllə bölməsi əsaslı bir şəkildə yenidən yaradılmışdır. Bu dəyişikliklər, silahın NSV ilə müqayisədə daha az geri təpməsinə və bu geri təpmənin azalması sayəsində də, silahdan atəş açılan zaman atılan güllələrin hədəfi daha dəqiq vurması təmin edilmişdir. 1974-cü ildə sovet ordusunun iri çaplı “DŞK” pulemyotunun yerinə, arsenalına qəbul etdiyi və konstruksiyası Nikitin, Sokolov və Volkova aid olan NSV-12,7 “Utes” pulemyotunun hazırlanması üçün, Qazaxıstanın Uralsk şəhərində xüsusi zavod tikildi. SSRİ-nin dağılmasından sonra rus ordusu seçim qarşısında qaldı: ya gərək iri çaplı pulemyotu özünün yeni qonşusundan alaydı, ya da pulemyotun istehsalını özü təmin edəydi. Nəticədə, ikinci variant seçildi və 1997-ci ildə “Utes” pulemyotunun Rusiyanın özünə aid konstruksiyası əsasında hazırlanan və “KORD” adı alan iri çaplı pulemyot yaradıldı. 27 mart 2001-ci ildə “KORD” rəsmi şəkildə Rusiya ordusunun təchizatına daxil edildi və “V.A.Deqtyarev adına Zavod” onun toplu şəkildə istehsalına başladı. == Variantları == Öz sələfi kimi “KORD” da dayaq və montajın fərqli tipləri üçün müxtəlif zirehli texnika və nəqliyyat vasitələrində istifadə məqsədilə bir neçə variantda yaradılıb: - 6P49 – NSVT-12,7 pulemyotunun əvəzi üçün elektron atəşli tank variantı; - 6P50 – dayaq üzərində hazırlanan əsas variant (piyada qoşunlarda istifadə edilən NSVS-12,7 variantının əvəzinə); - 6P57 – 6T19-un dəstəyi ilə yaradılan piyada qoşunları variantı. İri çaplı pulemyotun daha çox müdafiə məqsədilə orduda istifadə olunan dünyadakı yeganə variantı (əvvəl 6P50-1 adlanırdı); - 6P58 – 6U16-nın müxtəlif texnikalarda montaj üçün nəzərdə tutulan hər tərəfə dönə və atəş aça bilən variantı (əvvəl 6P50-2 adlanırdı); - 6P59 – 6U16-nın bazasında və SP-nin dayağı üzərində yaradılan hər tərəfə dönə və atəş aça bilən variantı (əvvəl 6P50-3 adlanırdı); - 6P60 – piyada qoşunlarında istifadə edilən 6T20 dayağı üzərində yaradılan variantı; - 6P51 – tanklarda montaj olan mərmi ilə qidalanan tank variantı.
Kore əlifbası
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. == Koreya yazısı == Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
Korf körfəzi
Korf körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. 1885-ci ildə Priamur diyarının birinci general-qubernatoru Andref Korfın şərəfinə adlandlrılmışdır. İlkin adı isə Olyutorski körfəzi idi. Qoven yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Körfəz həmçinin Olyotorski və Karaqin körfəzləri ilə sərhədə malikdir. Materikin daxilinə 75 km daxil olur. Eni 70 km, maksimal dərinliyi isə 70 metrdir. Körfəzə tökülən çaylar:Vıvenka, Kultuşkaya. Şimalında buxtalar vardır: Skrıtaya, Sibir və Skobolev. Körfəzdə morj, balina və sənaye əhəmiyyətli balıq növlərini müşahidə etmək mümkündür (qızılbalıq və Sakit okean siyənəyi).
Koro dənizi
Koro dənizi (ing. Koro Sea) — Sakit okeanın cənub-qərbində Fici arxipelaqına daxil olan Viti-Levu, Vanua-Levu, Taveuni və Lau adaları arasında yerləşir. Dəniz adı Fici arxipelaqına daxil olan yarımadanın adından götürülmüşdür. Koro dənizinin ən dərin yeri 2900 metr təşkil edir.
Korp (İzer)
Korp (fr. Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38128. Kommunanın 1999-cu il üçün əhalisi 453 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 639 ilə 1 840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
«Кара-коюнлу» (ковёр)
Jorj Orik
Jorj Orik (fr. Georges Auric, 15 fevral 1899[…] – 23 iyul 1983[…], VIII arondisman) — fransız bəstəkarı, A. Russelin şagirdi, "Altılıqın" ən gənc iştirakçısı. Monpelyedə, sonra isə 1913-cü ildən Parisdə oxumuşdur. Bəstəkar kimi ilk debütü 1914-cü ildə olmuşdur və o zaman onun bir neçə mahnısını Pola de Lestan (soprano) və Alfredo Kazella (fortepiano) ifa etmişlər. Teatr tamaşalarına musiqi yazmışdır, müzikllər və baletlər müəllifidir. Müharibə iilərində, eləcə də müharibədən sonrakı ilk illərdə Fransanın ən çox sevilən bəstəkarı idi. Monparnas qəbiristanlığında dəfn olunmuşdur. Orikin musiqisi Kokto ("Orfey", "Gözəl və idbar", "İkibaşlı qartal"), Ofülsün ("Lola Momntes"), Dassenin ("Kişi savaşı"), Delannua ("Əbədi qayıdış", "Klevli şahzadə xanım"), Uayler ("Roma tətilləri"), Kluzo ("Pikassonun sirləri") filmlərində səslənir.
Deysi Kori
Deysi Kori (isp. Deysi Cori Tello; 2 iyul 1993, Lima) — perulu şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010). Qadınlar arasında beynəlxalq qrosmeyster titulunu qazanan ilk Peru şahmatçısı. == Şahmat karyerası == Deysi Kori dəfələrlə müxtəlif yaş kateqoriyalarında Perunu gənclər arasında şahmat üzrə dünya çempionatlarında təmsil etmişdir. Bu yarışlarda dörd medal qazanıb: iki qızıl (2009-cu ildə U16, 2011-ci ildə isə U20 kateqoriyasında) və iki gümüş (2009-cu ildə U20, 2010-cu ildə isə U18 kateqoriyasında). Beş dəfə müxtəlif yaş kateqoriyalarında gənclər arasında keçirilən şahmat üzrə Panamerika çempionatlarında qalib olub (2003 — U10, 2004 — U12, 2007 — U14, 2008 — U16, 2008 — U20). 2009-cu ildə Kolumbiyanın Kali şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 5-ci şəxsi Amerika çempionatında ikinci olub. 2011-ci ildə Ekvadorun Quayakil şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 6-cı və 2016-cı ildə Perunun paytaxtı Lima şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 8-ci şəxsi Amerika çempionatlarında isə birinci olub. Deysi Kori dörd dəfə şahmat üzrə qadınlar arasında keçirilən dünya çempionatlarında iştirak edib: 2010-cu ildə Antakyada ilk turda ukraynalı Mariya Muzıçuka uduzub; 2012-ci ildə Xantı-Mansidə ilk turda rusiyalı Anna Uşeninaya uduzub; 2015-ci ildə Soçidə ilk turda çinli Ley Tintszeyə uduzub; 2017-ci ildə Tehranda ilk turda rusiyalı Alina Kaşlinskaya uduzub; 2015-ci ildə Azərbaycanın paytaxdı Bakı şəhərində keçirilmiş şahmat üzrə Dünya Kubokunda iştirak etmiş, lakin elə ilk turdaca rusiyalı Vladimir Kramnikə məğlub olaraq turnirdəki iştirakını dayandırmışdır. Perunun qadınlardan ibarət milli komandasının tərkibində beş dəfə Ümumdünya Şahmat Olimpiadalarında çıxış etmişdir (2004, 2010–2016).
Qerti Kori
Gerti Kori
Gerti Teresa Corey, qızlıq soyadı Radnitz (ing. Gerty Theresa Cori, 15 avqust 1896[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…] – 26 oktyabr 1957[…], Sent-Luis, Missuri) — Amerikalı biokimyaçı idi. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1948).. Gerti və Karl Korinin ən mühüm töhfələri Kori dövrü kimi tanınan karbohidrat dövranının yaradılması, qlükoza-1-fosfatın təcrid edilməsi və fosforilaz və fosfoqlükomutazanın kəşfi olmuşdur. Bu kəşflər glikogenoliz və qlikolizin enzimatik yolunu müəyyən etdi. Kori əri Karl ilə birlikdə 1947-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını "qlikogenin katalitik çevrilməsini kəşf etdiyinə görə" qazandı. Qlikogen metabolizmində Gertie Corey, amilo-1,6-qlükoksidaza fermentinin kəşfində və ardıcıl fermentativ həzm yolu ilə glikogenin strukturunun aydınlaşdırılmasında istifadəsində qabaqcıl olmuşdur. Bu qabaqcıl iş glikogen saxlama xəstəliklərində fermentativ qüsurların aydınlaşdırılmasına gətirib çıxardı. Beləliklə, onun tədqiqatı klinik arenada, xüsusən də pediatriya sahəsində, orijinal klinik maraq və ixtisas sahəsi üzrə əsas elmi kəşfləri inkişaf etdirdi. == Həyatı == Gerti Tereza Radnits 8 avqust 1896-cı ildə o vaxt Avstriya-Macarıstan İmperiyasının tərkibində olan Praqada yəhudi ailəsində anadan olmuşdur..
Dorji Banzarov
Dorji Banzarov (təx. 1822, Kutetyev ulusu, Selenga çöl duması, Zabaykal vilayəti, indiki Cidin rayonu Buryatiya – 1855, İrkutsk) — ilk buryat alimi. == Həyatı == Dorji Banzarov əslən buryat-kazaklardandır. 1822-ci ildə anadan olmuşdu. Atası təqaüdə çıxmış kazak əllibaşısı Banzar Borxonov idi.1833-cü ildə Ataman-Nikolayev məktəbini bitirmişdi.1835-ci ilin sentyabr ayına kimi hərbi məktəbi tamamlamışdı. Hərbi məktəbi bitirdikdən sonra Kazan gimnaziyasına göndərilmişdi. 25 yanvar 1836-cı ildə gimnaziyanın 1-ci sinifinə qəbul olmuşdu. İyun 1842-ci ildə gimnaziyanı qızıl medalla bitirmişdi.Sentyabr 1842-ci ildə Kazan Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdu.Monqolşünaslığın banilərindən biri Osip Kovalevskinin tələbəsi olmuşdu. Dorji Banzarov iyun 1846-cı ildə universiteti bitirmişdi. Universitetdə monqol, kalmık, mancur, sanskrit və türk dillərini öyrənmişdi.
Elias Ceyms Kori
Elias Ceyms Kori — (12 iyul 1928[…]) — Amerika üzvi kimyaçısıdır. Nobel mükafatı laureatı (1990 il) — "Üzvi sintez nəzəriyyəsini və metodologiyasının inkişafına görə". O, çoxlu reagentlər və texnikalar işləyib hazırlamış, bir sıra mürəkkəb üzvi birləşmələrin sintezini həyata keçirmişdir. 20-ci əsrin ən məşhur kimyaçılarından biri. Harvard Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1966 il). Milli Elm Medalı (1988 il), Volf Mükafatı (1986 il) və bir çox digər fəxri adların laureatı. == Bioqrafiyası == E. Kori Bostondan 50 km aralıda, Massaçusets ştatının Methuen şəhərində livanlı mühacir ailəsində anadan olub. Anası E. Kori 18 aylıq olarkən dünyasını dəyişən atasının şərəfinə adını dəyişdirərək Elias qoymağa qərar verib. Böyük Depressiya zamanı onun dul qalmış anası, qardaşı, iki bacısı, bibisi və dayısı bir evdə yaşayırdılar. Elias Lorenz şəhərindəki katolik ibtidai məktəbində və orta məktəbdə oxuyub.
Kirjim
Kirjim — yastıdibli gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Ağac materialından hazırlanan kiçik həcmli bu nəqliyyat vasitəsi ən çox Xəzər dənizində işlədilmişdir. Kirjimdən əsasən dənizin dayaz yerlərində limana yan ala bilməyən gəmilərin yükünü sahilə daşımaq üçün istifadə edilirdi. Bu nəqliyyat vasitəsi də avarla və ya yelkənlə hərəkətə gətirilirdi. Bəzən kirjimlə uzaq səfərlərə də çıxırdılar. Arxiv sənədləri göstərir ki, hələ XVIII əsrin ikinci yarısında kirjim və sandal inşa etmək üçün Bakıda gəmi tərsanəsi olmuşdur. Azərbaycanda bəzi nəqliyyat vasitələrindən hərbi məqsədlər üçün də istifadə edilmişdir. Rusiya-İran müharibəsi illərində (1826-1828-ci illər) Təbriz istiqamətində hərəkət edən çar ordusu üçün lazımi ərzaq və digər yükləri Azərbaycan kəndlərindən balıqçılar kirjimlə Kür çayı vasitəsilə Zərdaba qədər daşımışlar.
Korenk
Korenk (fr. Corenc) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38126. Kommunanın 2012-ci il üçün əhalisi 3944 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km şimal-qərbdə yerləşir.
Korsika
Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır.
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Torjok
Torjok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Uorvik
Uorvik (ing. Warwick) — İngiltərədə şəhər. Eyvon çayı üzərində yerləşir. Əhalisi 25 434 nəfərdir (2001).
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Komik
Komediyaçı — insanları mimika, hərəkətlərlə və danışıqla güldürən şəxslərdir. O bunu müxtəlif zarafatlarla, komik hallar və "axmaqlıqlarla" əldə edir. Buna oxşar olan yumorist anlayışı da mövcuddur. İkincisi daha çox ədəbiyyat janrına və yumoristik esselərə aid eidlir. Komediyaçı isə bundan fərqli olaraq kino janrına, filmlərə, televiziyaya və dramaturgiyaya aiddir.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Forik
Forik ( q.yun. Θορικός) — qədim Yunanıstanda, Attikanın cənub hissəsində şəhər və daha sonra dem. Bu, Afinanın yaradılması üçün Teseyə aid edilən sinoykizmlərdə birləşən on iki orijinal yaşayış məntəqəsindən biri idi. Daha sonra bu, Akamantida filasının bir demi idi. Onun yaxınlığında Neolit dövründən qurğuşun və gümüşün çıxarıldığı və qəsəbənin sənaye məhəlləsində işlədiyi Laurion mədənləri yerləşir.