Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komposta
Komposta və ya hoşaf, meyvələri şəkər suyu ilə qaynatmaqla hazırlanan bir desert növüdür. Qurudulmuş meyvə ilə hazırlananına hoşaf, Slavyan ölkələrində təzə meyvə ilə hazırlananlarına isə kompot və ya komposta deyilir. Şəkərli şərbətdəki bütün meyvə parçalarından hazırlanan orta əsr Avropa mənşəli bir desertdir. Bütün meyvələr şəkər və ədviyyat ilə suda bişirilir. Sirop vanil, limon və ya portağal qabığı, darçın çubuqları və ya toz, mixəklər, digər ədviyyatlar, üyüdülmüş badam, qızardılmış kokos palması, şəkərli meyvə və ya kişmiş ilə qarışdırıla bilər. Komposta ya isti, ya da soyuq verilir. Komposto sözü türk dilinə italyan dilindən, hoşaf isə fars dilindən gəlmişdir. Desert, döyülmüş qaymaq, darçın və ya vanil şəkəri ilə doldurula bilər. Sirop XV əsrin əvvəllərində olduğu kimi armud kompotu üçün şərabla hazırlana bilər. Digər hazırlıqlar alkoqolun əlavə edilə biləcəyi suya batırılmış qurudulmuş meyvələr, məsələn kirş, rom və ya Frontignanın istifadəsindən ibarətdir.
Koqorta
Koqorta — (lat. cohors) — Qədim Roma ordusunun taktiki altvahidi. Sayı müxtəlif vaxtlarda 300–600 adam idi. Koqortanı ilk dəfə ordunun milis-yığma sistemindən muzdlu, könüllü-peşəkar sistemə keçidi vaxtı, e.ə 107-ci ildə Qay Mari yaratmışdı. Koqorta üç manipuldan ibarət idi. 10 koqorta legion təşkil edirdi. Koqorta manipul sırasına düzülürdü və 8–10 cərgədən ibarət idi. Manipullar arasındakı intervallar, onların cəbhələrinin eninə bərabər idi. Koqortaya hərbi tribun başçılıq edirdi. Manipulaların koqortada birləşdirilməsi, onların müxtəlif döyüş şəraitlərinə uyğunlaşdırmaq imkanlarını artırdı və onların idarə olunmasını asanlaşdırdı.
Korosten
Korosten (ukr. Коростень) — Ukraynanın Jitomir vilayətində şəhər. Uj çayının üzərində yerləşir. Şəhərdən Jitomirə qədər məsafə — 87 km, Kiyevə qədər — 150 km-dir. == Etimologiya == Fasmer lüğətində verilən Aleksey Sobolevskinin versiyasına görə, şəhərin adının iki əsası var: ikinci əsas hissə sten — «daş» deməkdir. Birinci hissə isə qədim skandinav dilində skarfr — «uçurum» deməkdir. Xalq etimologiyasına görə, Korosten və ya İskorosten («Коръстѣнь» və ya «Коростѣнь») sözündəki "korosta" slavyan mənşəlidir. (Uj çayının qollarından biri).
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Oskar Kokoşka
Oskar Kokoşka (1 mart 1886[…] – 22 fevral 1980[…], Montrö[d]) — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910-1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi. == Həyatı == Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.
Katsumi Kuroita
Katsumi Kuroita (黒板勝美, Kuroita Katsumi, 3 sentyabr 1874, Hasami[d] – 21 dekabr 1946, Şibuya, Tokio) – Yaponiya tarixçisi. O, Yaponiyada diplomatika elminin əsasını qoyan şəxslərdən biri olmuşdur. O, qədim Yaponiya tarixi üzrə qabaqcıl tarixçilərdən biri olmuşdur. == Həyatı və karyerası == Katsumi Kuroita 1874-cü ilin sentyabrında Yaponiyanın Naqasaki prefekturasının Hasami qəsəbəsində doğulmuşdur. O, Yohey və Mikiko Kuroitanın ən böyük oğlu olmuşdur. 1890-cı ildə Omura orta məktəbini bitirmişdir. 1896-cı ildə Tokio Universitetindən məzun olduqdan sonra Ukiçi Taquçinin redaktorluq etdiyi "Tokyo Keyzai" liberal iqtisadiyyat jurnalının heyətinə qatılmışdır. Taquçi ilə birlikdə bir çox tarixi işin nəşrinə töhfə vermişdir: əhəmiyyətli klassik yazılar kolleksiyası olan "Qunşo Ruicu" və Yaponiya tarixi haqqında sənədlər kolleksiyası olan "Kokuşu Taykey". 1905-ci ildə doktorat dərəcəsi əldə edərək Tokio Universitetinin köməkçi professoru olmuş və Təhsil Nazirliyinin redaktor-tərtibçisi seçilmişdir. Yaponiyadakı tarixi yerlərin və incəsənət xəzinələrinin mühafizəsi ilə məşğul olmuşdur.
Mikola Voroxta
Mikola Voroxta (ukr. Микола Ворохта; 18 iyul 1947) – Odessa şəhərində yaşayan və fəaliyyət göstərən Ukrayna rəssamı. 2014-cü ildə Ukraynanın əməkdar artisti adına layiq görülmüşdür. == Həyatı == Mikola Voroxta 1971-ci ildə Odessa Pedaqoji İnstitutunun incəsənət fakültəsini bitirmişdir. 1974–1998-ci illərdə Odessa Dövlət İnşaat Mühəndisliyi və Memarlıq Akademiyasının incəsənət bölməsində mühazirələr vermişdir. 1995-ci ildə Ukrayna Rəssamlarının Milli İttifaqının üzvlüyünə qəbul edilmişdir. Onun rəsm işləri Ukrayna Mədəniyyət Nazirliyi, Slovakiyanın Ukrayna və Rusiya Mədəniyyəti Muzeyi, Palanok Tarix Muzeyi, Odessa Qərb və Şərq İncəsənəti Muzeyi və İlliçivsk İncəsənət Muzeyinin kolleksiyalarına daxil edilmişdir. Bundan əlavə, Ukrayna, Rusiya, Birləşmiş Krallıq, ABŞ, Fransa, Yaponiya, İsveçrə, Norveç, İtaliya, Portuqaliya, Almaniya, Çin və başqa ölkələrdə şəxsi kolleksiyalarda onun əsərlərinə rast gəlmək mümkündür. "Zgurt" adlı rəssam qrupunun yaradıcısı və başçısıdır. Odessa Regional Şurası mədəniyyət və incəsənət sahələrindəki töhfələrinə görə ona fəxri diplom təqdim etmişdir.
Cassia torosa
Senna occidentalis (lat. Senna occidentalis) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Sinonimləri == Cassia caroliniana, Cassia ciliata Raf. Cassia falcata L. Cassia foetida Pers. Cassia laevigata sensu auct. non Prain non Willd. Cassia macradenia, Cassia obliquifolia, Cassia occidentalis, Cassia occidentalis var. arista Cassia occidentalis var. aristata Cassia planisiliqua Cassia torosa Cav.
Dorota Rabçevska
Dorota Aqualiteja Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.
Krista Sieqfrids
Krista Sieqfrids — 4 dekabr, 1985-ci ildə anadan olmuş Finlandiyalı müğənni. Krista Sieqfrids 2013 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı "Marry Me" mahnısı ilə təmsil edib.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Mikania porosa
Mikania porosa (lat. Mikania porosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Ocotea porosa
Ocotea porosa (lat. Ocotea porosa) — dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Phoebe porosa
Ocotea porosa (lat. Ocotea porosa) — dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Vaşinqton Koroso
Vaşinqton Brian Koroso Beserra (isp. Washington Bryan Corozo Becerra; 9 iyul 1998, Kevedo, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda hücumçu kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Koroso peşəkar karyerasına İndependente del Vale klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 6 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Keunka klubuna qarşı oyunda etmişdir. Koroso ikinci hissədə Brian Kabesası əvəz etmişdir. Koroso ilk qolunu 20 iyul 2016-cı ildə İndependente klubu ilə El Nasyonal klubuna qarşı oyunda vurmuşdur. == Milli karyerası == 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Uruqvay, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Çili, Kolumbiya və Boliviya millilərinə qarşı oyunlarda Koroso dörd qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir.
Korona (Kaliforniya)
Korona (ing. Corona) — ABŞ-nin Kaliforniya ştatının Riversayd qraflığında yerləşən şəhər.
Krista Qoff
Krista Qoff (ing. Krista A. Goff) — ABŞ tarixçisi, sovet və postsovet tarixi, sovet milli siyasəti və XX əsrdə Qafqaz tarixi üzrə mütəxəssis. == Təhsili == Krista Qoff Makalester Kollecindən bakalavriat dərəcəsini və Braunn Universitetində magistratura dərəcəsini almışdır. Daha sonra Miçiqan Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsi qazanmışdır. O, həmçinin Sankt-Peterburq, İrkutsk və Bakı universitetlərində təhsil almışdır. == Karyerası == Qoff 2021-ci ildən "Kritika" jurnalının həmredaktorudur. Həmin il Kornell Universiteti Nəşriyyatında "Nested Nationalism" əsərini nəşr etdirmişdir. 2023-cü ildən Mayami Universitetində tarix üzrə dosentdir. O, həmçinin Havard Universitetində Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları (REEES) proqramının həmdirektorudur. == Publikasiyaları == === Məqalələr === Goff, Krista A. ""Why not love our language and our culture?" National rights and citizenship in Khrushchev's Soviet Union".
Zaxoda kurorta hücum
Zaxoda kurorta hücum — 20 iyul 2022-ci ildə İraqda, Kürdüstan regionun Zaxo rayonundakı Barax turizm kurortuna hücum. Hücum zamanı kurort ərazisinə dörd və ya beş artilleriya zərbəsi endirilmişdir. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. İraq hökuməti iddia etmişdir ki, hücumun arxasında Türkiyə dayanıb. Türkiyə hökuməti bunu inkar edərək hücuma görə PKK-nı günahlandırmışdır. Hücum nəticəsində ikisi uşaq daxil olmaqla ən azı doqquz mülki şəxs həlak olub və ən azı 23 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı iraqlı ərəb turistlərdir. == Nəticə == İraq hökuməti və Birləşmiş Millətlər Təşkilatı həm hücumu qınamış, həm də baş verənlərlə bağlı tədqiqat aparılmasına göstəriş vermişdir. Həm Kürdüstan regionu, həm də İraq federal rəsmiləri, o cümlədən İraqın Baş naziri Mustafa Əl-Kazımı hücuma görə Türkiyə Silahlı Qüvvələrini günahlandırmışdır. Nazirlər Kabineti xarici işlər nazirinə Türkiyənin İraqdakı səfirini çağırmağı və Türkiyədəki iraqlı həmkarından məsləhətləşmələr üçün Bağdada gəlməsini tələb etməyi tapşırmışdır.
Dieqo Kosta
Dieqo Kosta- Braziliya əsilli ispan futbolçu.İspaniya millisinin və Atletiko Madridin heyətində çıxış edir.
Kosta, Lorenzo
Lorenzo Kosta (it. Lorenzo Costa; 1460, Ferrara – 5 mart 1535, Mantova[d], Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi. == Həyatı == Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A. Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.
Kosta-Rika
Kosta Rika - Latın Amerikasında dövlət. Paytaxtı San-Xose şəhəridir.Ərazisi- 51,1 min kv.km; əhalisi -4 760 min nəfərdir (2014-cü ilin təxmini). Suveren dövlət vahid prezident konstitusiya respublikasıdır. Uzun müddət davam edən və sabit demokratiyası və əksəriyyəti ingilis dilində danışan yüksək təhsilli işçi qüvvəsi ilə tanınır. Ölkə büdcəsinin (2016) təxminən 6,9% -ni təhsilə xərcləyir, bu isə dünya üzrə orta hesabla 4,4% -dir. Bir vaxtlar kənd təsərrüfatından çox asılı olan iqtisadiyyatı, maliyyə, xarici şirkətlər üçün korporativ xidmətlər, əczaçılıq və ekoturizm kimi sektorları əhatə etmək üçün şaxələnmişdir. Bir çox xarici istehsal və xidmət şirkətləri Kosta Rikanın Sərbəst Ticarət Bölgələrində (FTZ) fəaliyyət göstərir və burada investisiya və vergi güzəştlərindən faydalanırlar. == Ümumi məlumat == Mərkəzi Amerikada Kosta-Rika adlı ispan dilindən tərcümədə "varlı sahil" mənasını bildirən bu balaca respublikaya belə adı 1502-ci ildə Xristofor Kolumb vermişdir. Yerli əhalinin qızıl zinət əşyalarının miqdarından heyrətə gələn ispanlar güman edirlər ki, bu ölkə qızılla zəngindir. Lakin onlar yanılırdılar.