Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kormesi xan
Kormesi xan (bolq. Кормесий) (?-738)— Dulo sülaləsindən Böyük Bolqar xanlığının xanı. Kormesi xan haqqında tarixi məlumat olduqca azdır. 716-cı ildə salnaməçi Feofan onun barəsində söhbət açır. Bəzən onu Tervel xanın oğlu kimi də göstərirlər.. "Madara atlısı" abidəsinin altında Kormesi xanın hakimiyyəti haqqında məlumat var. Amma vandallar tərəfindən qəsdən pozulub. Kormesi xanın 738-ci ilədək hakimiyyətdə olduğu bilinir. Antarktikanın Qrinviç adasında Kormesi təpəsi xanın şərəfinə adlanıb.
Ernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Fernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Fernando Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Hernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Xoakin Kortes
Xoakin Kortes, (es. Joaquin Cortés , Xoakin Pedraja Kortes 22 fevral 1969, Kordova xilafəti, İspaniya) flamenko rəqqası və xareoqrafdır. Xoakin dünyada yalnız flamenkosu ilə deyil, böyük məhsuldar layihələrin yaradıcısı kimi də tanınmışdır. Xoakin Kortes, əsl adı Xoakin Pedraja Kortes 1969-cu ilin 22 fevralında dünyaya gəlmişdir. O uşaq olarkən Madridə, Lavapies qəsəbəsinə köçürlər. Rəqs təhsilinə 13 yaşı olarkən Madriddə başlayır. O, burada Güito, Mariya Maqdalena, Viktoria Euxenia, Kristobal Reyes və Xuana Taft ilə işləmiş, onlardan dərs almışdır. 1984-cü ildə , 15 yaşında olarkən İspaniya Milli Baletinin üzvü idi və qısa müddətdə isə solo rəqqas kimi fəaliyyətə başladı. Kortes bu kompaniya ilə Nyu-Yorkun Metropolitan Opera Evi , Moskvanın Kreml sarayı və bu kimi başqa önəmli teatrlarda rəqs edərək dünyanın bir çox ölkələrinə səyahət etdi. Sonra Milli Baleti tərk edir və irəliləyən karyerasına dünyanın rəqs peşəkarları ilə eyni səhnəni bölüşərək rəqslərinə davam edir.
Kornədi
Kornədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 234 nəfərdir. Kəndin adı yerli əhalinin dilində Kornədi kimi tələffüz edilir. Tədqiqatçılara görə, oykonim talış dilindəki kornə (iş-güc) və di (kənd) komponentlərindən düzəlib, "iş-güclü kənd, fəaliyyətdə olan kənd" mənasındadır. Vizəzəmin inzibati ərazi vahidində yerləşən Körnədi kəndi Gəncəvü çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır.
Körpəli
Körpəli (Armavir)
Köryədi
Köryədi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Köryədi Yardımlı rayonunun Vəlixanlı inzibati ərazi vahidində kənd. Burovar və Peştəsər silsilələri arasında, çökəklikdədir. Tədqiqatçılar bu oykonimi "ocaqxana olan kənd", "yarğanda, dərədə olan kənd" kimi izah edirlər. Bu mənalardan ikincisi kəndin coğrafi mövqeyinə uyğundur.
Kokeşi
Kokeşi (yap. 小芥子) — taxtadan hazırlanan Yaponiya gəlincikləri. Silindrik bədəndən və ona bərkidilmiş başcıqdan ibarətdir. Əvvəllər kokeşini bütöv bir ağac parçasından hazırlayırdılar. Kokeşinin xarakterik xüsusiyyəti bu gəlinciklərin əl və ayaqlarının olmamasıdır. Material kimi müxtəlif ağac gövdələrindən — albalı, zoğal, ağcaqayın və ya tozağacından istifadə olunur. Bəzədilməsi zamanı isə, müxtəlif gül, bitki və digər ənənəvi motivlərə müraciət olunur. Kokeşilərin rənglənməsində daha çox qırmızı, qara, sarı və tünd qırmızı rənglər üstünlük təşkil edir. Belə hesab olunur ki, Kokeşilər ilk dəfə Edo dövrünün ortasında (1603–1867) Yaponiyanın şimal-şərqində yerləşən Tohokuda yaradılıb. Ev üçün taxta əşyalar hazırlayan xarratlar kokeşiləri bu əraziyə Onzen`ə (Onsen — müalicəvi isti su mənbələri) gələn qonaqlara suvenir kimi satırdılar.
Kontes
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.
Kreşi
Kreşi (fr. Créchy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03091. 2008-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 303 nəfərin (15-64 yaş arasında) 231 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə 67.9%) olmuşdur. Fəal 231 nəfərdən 213 nəfəri (117 kişi və 96 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın). Fəal olmayan 72 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bakbo körfəzi
Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadası və Haynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir. Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur. 4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur. Беседнов Л. М. Рыбы Тонкинского залива.
Bakı körfəzi
Bakı buxtası və ya Bakı körfəzi — Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubundadır. Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu, cənub-şərq və cənubda Qum, Daş Zirə (Vulf), Böyük Zirə (Nargin) adaları ilə əhatə olunmuşdur. Sahəsi 50 km², sahil xəttinin uzunluğu 20 km. Bakı buxtası şimal və şimal qərb küləyindən qorunduğuna görə gəmilərin daldalanması üçün əlverişlidir. Şiddətli küləklər zamanı dalğanın hündürlüyü 1.5 metrə çatır. Axınları zəifdir. Bakı portu buxtanın şimal sahilindədir. Bakı körfəzi I-VII əsrlərə qədər quraq olmuş və yaxınlığındakı adalarla quru əlaqəyə malik olmuşdur. Ptolemeyin xəitəsinə görə II əsrdə Bakı dənizdən xeyli aralı yerləşmişdir. VII əsrdən başlayaraq IX əsrə qədər Xəzər dənizinin səviyyəsi kəskin qalxmağa başlamış və nəticədə Bakı buxtası formalaşmışdır.
Balxan körfəzi
Balxan körfəzi — Xəzər dənizinin şərqində yerləşir. Türkmənbaşı körfəzinin şimal-şərqində yerləşir. Şimali Çələkən körfəzi ilə Dərdcə yarımadası ilə ayrılır. XX əsrdə uzunluğu 100 km, eni isə 15 km təşkil edirdi. Orta dərinliyi 0,5-1 metrdir. Maksimal dərinliyi 2 metri keçmir. Bu səbəbdən gəmiçilik üçün yararsırdır. Suyuun səviyyəsi qalxarkən körfəz vaxtı ilə mövcud olan çayın estuarisi ilə şərqə genişlənir. Rəvayətə görə buraya Amudərya çayı axırdı. Yüksək buxarlanma səbəbindən burada duzluluq Xəzərdən 2-3 dəfə yüksək olur.
Barquzin körfəzi
Barquzin körfəzi (bur. Баргажанай булан) — Baykal gölündə yerləşən sahəsinə görə ən böyük və ən dərin körfəz. Körfəz Buryatiyanın Barquzin rayonu ərazisində yerləşir. Barquzin çayının töküldüyü ərazi də daxil olmaqla bir hissəsi Zabaykal Milli Parkı ərazisinə daxildir. Körfəzin sahəsi 725 km². Maksimal dərinliyi 1284 metrdir-dir. Körfəz materik daxilinə 29 km daxil olur. Nijne İzqolye və Krestovoy burunları arasında olan hissədə eni 22,8 km dir. Bu burunlar arasında olan sahil xəttinin uzunluğu 90 km qədərdir. Ən enli hissəsi şimaldan cənuba 38 km təşkil edir.
Baydaraskaya körfəzi
Baydaraskaya körfəzi — Kara dənizinin ən iri körfəzlərindən biridir. Qərbdən Yaqorski yarımadası, şərqdən isə Yamal yarımadası ilə əhatələnmişdir. Uzunluğu 180 km, eni çıxacaqda 78 km, dərinliyi isə 20 m təşkil edir. Yayda suyun səthində temperatur 5–6°S olur. Oktyabrdan iyun ayına qədər səthi bütünlüklə buzla örtülü olur. Mərkəzi hissələrdə nadir hallarda donma baş verməyə bilər. Səbəb isə güçlü küləklər və axınlardır. Şimal hissələri isə Kara dənizinə əsən güçlü külətlər səbəbindən bəzi hallarda buzlar mərkəz və cənuba yığılır. Sahilləri hündür deyildir. Əsasən tundra bitkiləri yayılmışdır.
Benqal körfəzi
Benqal körfəzi — Hind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, Myanma və Şri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir. Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadi və Menqxna çayları tökülür. Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km), bu istirahət zonası eyni adlı şəhərdədir. Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı.
Biskay körfəzi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Boulari körfəzi
Boulari Bey və ya Baye de Boulari — Yeni Kaledoniyanın cənub-qərbində yerləşən körfəzdir. Bu buxta şərqdə Numeanın su sahəsini formalaşdırır.
Bristol körfəzi
Bristol körfəzi və ya Bristol kanalı (ing. Bristol Channel; vall Môr Hafren) — Atlantik okeanında, Britaniya adasının cənub-qərbində yerləşir. Uelsin cənubundan İngiltərənin Somerset və Devon qraflıqlarının şimal sahillərini əhatə edir. Körfəz Kelt dənizi akvatoriyasına daxildir. Öz adını sahilində yerləşən Bristol liman şəhərindən götürmüşdür.
Bəhreyn körfəzi
Bahreyn Körfəzi— Qətər yarımadası vasitəsilə suyun əsas hissəsindən ayrılan Səudiyyə Ərəbistanının şərq sahillərində İran körfəzinin giriş hissəsidir. Körfəz Bəhreyn adalarını əhatə edir. Kral Fəhd körpüsü Bəhreyn körfəzinin qərb hissəsini keçərək, Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında əlaqə yaradır. Bəhreyn körfəzi, Qətər yarımadası və Səudiyyə Ərəbistanı arasında İran körfəzinin qərb hissəsində uzanan böyük bir körfəzdir. Qətərin şimal hissəsi ilə Səudiyyə Ərəbistanı sahilinə çatmamış altı adadan və bir çox kiçik adacıklar qrupundan ibarət Bəhreyn yerləşir. Bəhreyn körfəzinin bu səbəbdən İran körfəzinə iki girişi var, ucqar qərbində Səudiyyə Ərəbistanına gedən qısa körpü yerləşir. Bəhreyn körfəzinin cənub hissəsinin uzanması Salvah körfəzini formalaşdırır. Bəhreyn adasının cənub-şərqində və Qətər sahillərinə yaxın, indi Bəhreynin bir hissəsi olan Havar adaları uzanır. Səudiyyə Ərəbistanını Bəhreyn adasına birləşdirən Kral Fəhd körpüsünün 26 noyabr 1986-cı ildə təntənəli surətdə açılışı edildi. Körpü bir-birinə bərk bağlanmış beş körpüdən ibarətdir və dizaynı ətraf mühitə təsirini minimuma endirmək üçün seçilmişdir.
Bəsrə körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi və ya Bəsrə körfəzi (türk. Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي‎ - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır.
Donuzlar körfəzi
Donuzlar körfəzi və ya Donuzlar buxtası (isp. Bahia de Cochinos) — Kubanın cəbubunda Mantanas vilayətinin sahilində yerləşir. 1910-cı ildən Santa Klara vilayətinə, 1961-ci ildən isə Vilya Klara vilayətinə verilir. 1976-cı ildə edilən inzibati dəyişiliklər nəticəsində körfəz sahili ərazilər Mantanas vilayətinin ərazisi olur. Vilayətin körfəz sahili ərazisi acıq dənizdə üzmək və dəniz canlilarını seyr etmək baxımından gözəl yer olaraq dünyada məşhurdur. Körfəz Haquey Qrandedən (cənub) 30 km,Senfeurqosodan 75 km (qərbdə),Havanadan isə 150 km (cənub-şərqdə) aralı yerləşir. Körfəzin şərqində Sanata bataqlığı və eyni adlı yarmada vardır. Qərb sahillərində mərcan rifləri geniş yayılmışdır. Boğazın adlanmasına gəldikdə isə bunun donuzlarla hec bir əlaqəsi yoxdur. Belə ki, İspanlar Atlantik okeanında yaşıyan balıqları Kocino adlandırırdılar (isp.
Döş aortası
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.