Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lisoqor
Lisoqor aşırımı — Şuşa rayonu ərazisində, Qarabağ silsiləsində aşırım. Şuşa-Laçın şose yolu bu aşırımdan keçir. Hündürlüyü 1800 m. Yaxınlığında Turşsu mineral bulağı var. Ədabiyyatlarda Lisaya qora variantı da işlənir. Oronim rus dilindəki Lisiy (keçəl, çilpaq) və qora (dağ) sözlərinin birləşməsindən əmələ gəlib, “keçal dağ” və ya “çilpaq dağ” mənasındadır. Əslinda bu ad, Keçəltəpə adının rus topoqrafları tərəfindən kalkasıdır.
Kosovo
Kosova (), Kosovo (serb. Косово) və ya rəsmi adı ilə Kosova Respublikası (alb. Republika e Kosovës, serb. Република Косово) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb.
Kosovo Qüvvələri
KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo Qüvvələri — NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr. KFOR 11 iyun 1999-cu ildə, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin qəbul edilməsindən iki gün sonra Kosovoya daxil oldu. Həmin vaxt Kosovo ərazisində Serbiya və Monteneqro qoşunları ilə Kosovo Azadlıq Ordusu arasında baş verən gündəlik toqquşmalar nəticəsində ağır humanitar böhran baş vermişdi. Bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdü. Hal-hazırda KFOR tədricən öz məsuliyyətini Kosovo Polisi başda olmaqla yerli təhlükəsizlik orqanlarına ötürür. 23 may 2016-cı ilə olan məlumata görə KFOR sülhməramlı qoşunlarının tərkibində 4600 nəfər hərbçi xidmət edir. == Məqsədləri == Burada NATO-nun ilkin vəzifələri aşağıdakılardan ibarət idi: Yuqoslav və serb qoşunları tərəfindən Kosovoya qarşı baş verə biləcək istənilən təhdidin qarşısını almaq; Kosovoda təhlükəsiz şərait yaratmaq və onu qoruyub saxlamaq; Kosovo Azadlıq Ordusunu hərbsizləşdirmək; Beynəlxalq humanitar yardıma dəstək vermək; Beynəlxalq mülki iştirakı koordinasiya etmək və dəstəkləmək. Hal-hazırda isə KFOR etnik mənsubiyyətindən asılı olmayaraq bütün mülki vətəndaşların təhlükəsizlik və sülh şəraitində yaşamağına dəstək olmaqla bərabər, beynəlxalq yardım, demokratiya və vətəndaş cəmiyyətinin tədricən inkişaf etməsinə kömək edir. KFOR-un əsas tapşırıqları aşağıdakı kimidir: Müharibə nəticəsində öz yaşayış yerini tərk edən əhalinin geri qayıtmasına kömək etmək; Yenidən qurma və minasızlaşdırma fəaliyyətinin təşkili; Tibbi yardım; Təhlükəsizlik və ictimai asayişi təmin etmək; Etnik azlıqlar arasında təhlükəsizliyi təşkil etmək; Sərhəd təhlükəsizliyi; Sərhəd keçməklə silah qaçaqçılığına qarşı mübarizə aparmaq; Bütün Kosovo ərazisində silahların, mərmilərin və partlayıcı maddələrin amnistiyası proqramının tətbiqi; Silahların məhv edilməsi; Mülki institutların, hüquq-mühafizə, konstitusiya və cəza sistemi, həmçinin siyasi, iqtisadi və sosial həyatın müxtəlif aspektlərinin yaradılmasına dəstək göstərmək.
Kosovo Respublikası
Kosova (), Kosovo (serb. Косово) və ya rəsmi adı ilə Kosova Respublikası (alb. Republika e Kosovës, serb. Република Косово) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb.
Kosovo albanları
Kosovo albanları (alb. Shqiptarët në Kosovë, Kosovarlar, alb. Kosovar) — Kosovo Respublikasında say baxımından üstünlük təşkil edən etnik qrup. Bu qrupuna daxil olan albanların böyük əksəriyyəti islam dinində etiqat edir. Az miqdarda katolik xristian albanlarda da vardır. Yuqoslaviya Sosialist Federativ Respublikasında 1991-ci il siyahıya alınmasına görə Kosovoda 1 596 072 etnik alban (ümumi əhalinin 81,6 %) yaşayırdı. 2000-ci ilə görə onların sayı 1 584 000 ilə 1 733 600 (ümumi əhalinin 88 %) arasında dəyişirdi. Hazırda isə onların sayı ümumi əhalinin 92,93 % təşkil edir. Kosovo albanları sadəcə olaraq bir etnik albanlardır. Onlar yerli və gəlmə olmaqla iki qrupa bölünürlər.
Kosovo bayrağı
Kosovo bayrağı — bayraq mavi fonda 6 ulduzdan və onun altındakı Kosovo xəritəsindən ibarətdir. Altı ulduz ölkədə yaşayan altı etnik qrupu, o cümlədən türkləri təmsil edir. Türklərdən başqa digər etnik qruplar; Albanlar, serblər, qoranlar, qaraçılar və bosniyalılar. Müstəqilliyin elan edilməsi ilə yeni Kosovo bayraqlarının çoxu Türkiyədə istehsal olundu. Öz ölkəsinin xəritəsini daşıyan Kipr Respublikasının bayrağından sonra ikinci bayraqdır. Kosovo və Kosovo bayrağı dünyanın bir çox ölkəsi tərəfindən tanınmır.
Kosovo coğrafiyası
Qismən tanınmış Kosova Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Kosova 2008-ci ilin 17 fevral tarixində Serbiyadan müstəqillik etmişdir. 11 fevral 2014 ilə kimi BMT-nin 108 ölkəsi onun müstəqilliyini tanımışdır. Serbiya isə Kosovanın müstəqilliyini tanımır və onu muxtar diyar hesab edir. Ərazisi bir qrup ölkələr tərəfindən müstəqil, digərləri tərəfindən isə muxtar vilayət kimi göstərilir. Ərazisi bir birinə paralel uzanan iki dağ arası düzənlikdən ibarətdir. Qərbi Metoxiya, şərqi isə Kosova adlanır. Kosovanın ərazisi 10 887 km², əhalisi isə 2,2 milyon nəfərdir. Ölkə əsasən dağlıqdır. Ən hündür nöqtəsi Cyaravisa dağıdır (2656 м).
Kosovo dairəsi
Kosovo dairəsi (serb. Косовски округ) — Serbiyanın cənubunda, Kosovo və Metohiya muxtar vilayətində yerləşən bölgə (faktiki olaraq qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur). Rayonun mərkəzi Priştina şəhəridir. == İcmaları == == Əhalisi == Dairə ərazisində 672,3 min nəfər yaşayır.
Kosovo gerbi
Kosovo gerbi — Kosovonın Dövlət gerbi.
Kosovo himni
Kosovo himni (alb. Himni i Republikës së Kosovës) və ya rəsmi adı: "Europe" — Kosovo Respublikasının milli marşı. Bəstəkarı Mendi Mengjiqidir. Marşın sözləri yoxdur, yalnız musiqidən ibarətdir. Marş 11 iyun 2008-ci ildə qəbul edilmişdir. Həmin vaxt Kosovo Məclisi tərəfindən keçirilən səsvermə 72 lehinə, 15 əleyhinə və 5 bitərəf səslə nəticələnmişdir. Marşın sözsüz olması çox etnikli Kosovo Respublikasının quruluşuna uyğundur.
Kosovo iqtisadiyyatı
Kosovo iqtisadiyyatı — keçid dövrü yaşayan, yeni qurulan ölkə. Kosovo iqtisadiyyatı faktiki olaraq alban diasporu və donor ölkələrdən gələn pul köçürmələri sayəsində inkişaf etməyə çalışır. İl ərzində adam başına 8 min dollar pul düşür. Kosovo keçmiş Yuqoslaviya birliyinə daxil olan ölkələr arasında ən kasıb ölkə hesab edilir. 1990-cı illərdə planlı pis iqtisadi siyasət, beynəlxalq sanksiyalar, iqtisadi və etnik konfliktlər onsuzda zəif olan region iqtisadiyyatını daha da zəiflətmişdir. == 1999—2007 == 1999-cu ildən Kosovo iqtisadiyyatında dinamik inkişaf müşahidə edilir. Avro ölkənin əsas valyutasıdır. Serbiya dinarı isə ölkənin serblər yaşayan şimal hissəsində istifadə edilir. == Müstəqillik dönəmi == 2009-cu ildə orta əmək haqqı hər iş saatına görə 2,98 $ təşkil etmişdir. İqtisadiyyatı zəiflədən əsas amillərdən biri beynəlxalq statusun müəyyən edilməməsi olmuşdur.
Kosovo meşələri
Kosova meşələri — Kosovo Respublikasının meşə təsərrüfatına aid olan ərazilər. Meşələr ölkə ərazisinin 41 %-ni təşkil edir. Meşələr əsasən ölkənin cənub-qərb zonasında cəmləşib. Bundan başqa meşələr Peç, Deçan, İstok, Yunik və Caykov şəhərləri ətraflarında da mövcuddur. Bu ərazilər ölkə qanunvericiliyi əsasında qorunur. Kosovoda bir neçə meşə tipi mövcud olsa da, daha çox şam meşələri üstünlük təşkil edir. Kosovo meşələri zəngin flora və faunaya malikdir. Balkan yarımadası üçün böyük əhəmiyyətə malik bu meşələrdə balkanların flora ehtiyatının 25 % cəmləşib. Biomüxtəliflik baxımdan Şar dağları və Albaniya alpları daha zəngindir. Kosovo meşələri zaman zaman baş verən meşə yanğınlarından və qanunsuz meşə qırımından əziyyət çəkir.
Kosovo müharibəsi
Kosovo müharibəsi — fevral ayında Albaniyalı üsyançılar və Yuqoslaviya Federal Respublikası arasında baş verən silahlı qarşıdurmadır. Döyüş Kosovo və Metohija üçün müstəqillik əldə edən Kosovalı Albanların təşəbbüsü və hər iki tərəfdəki vətəndaşların çox sayda itki verməsinə səbəb oldu. 1999-cu ilin martında NATO, FRY-nin bombalanmasına başlayan münaqişəyə müdaxilə etdi. 1999-cu ilin iyun ayında NATO-nun və Kumanovoda Yuqoslaviya Ordusunun nümayəndəsi tərəfindən imzalanmış Hərbi Texniki Konvensiyaya əsasən, bölgənin nəzarəti KFOR qüvvələrinə verilib. Alban olmayan əhalinin (Sırplar, Çernoqoriya və Çingeneler) kütləvi şəkildə xaric olması və vilayətdə qalanlara qarşı çox sayda cinayət törətməsi olmuşdur. Kosovo Albaniyası 17 Fevral 2008-ci ildə Kosovanı elan etdi. Kosovada yaşanan gərginlik Yuqoslaviya iqtisadiyyatına mənfi təsir etdi və siyasi və ideoloji böhrana səbəb oldu. Albaniyadakı danışmalara əlavə olaraq əyalətdə mövqeyi tədricən pisləşən Kosovalı serblər də diqqəti çəkdi. Diqqət çəkmək üçün Kosovada yaşayan Sırpların nümayəndələri ali hakimiyyət orqanlarına kollektiv ərizələr verməyə başladı və Belqradda etiraz yürüşləri təşkil etdi. Bir müddətdən sonra, Yuqoslaviya hakimiyyəti YTU Mərkəzi Komitəsi Rəyasət Heyətində Sloveniyanın nümayəndəsi Milan Kuçanın başçılıq etdiyi işçi qrupu yaratdı.
Kosovo münaqişəsi
Kosovo müharibəsi — fevral ayında Albaniyalı üsyançılar və Yuqoslaviya Federal Respublikası arasında baş verən silahlı qarşıdurmadır. Döyüş Kosovo və Metohija üçün müstəqillik əldə edən Kosovalı Albanların təşəbbüsü və hər iki tərəfdəki vətəndaşların çox sayda itki verməsinə səbəb oldu. 1999-cu ilin martında NATO, FRY-nin bombalanmasına başlayan münaqişəyə müdaxilə etdi. 1999-cu ilin iyun ayında NATO-nun və Kumanovoda Yuqoslaviya Ordusunun nümayəndəsi tərəfindən imzalanmış Hərbi Texniki Konvensiyaya əsasən, bölgənin nəzarəti KFOR qüvvələrinə verilib. Alban olmayan əhalinin (Sırplar, Çernoqoriya və Çingeneler) kütləvi şəkildə xaric olması və vilayətdə qalanlara qarşı çox sayda cinayət törətməsi olmuşdur. Kosovo Albaniyası 17 Fevral 2008-ci ildə Kosovanı elan etdi. Kosovada yaşanan gərginlik Yuqoslaviya iqtisadiyyatına mənfi təsir etdi və siyasi və ideoloji böhrana səbəb oldu. Albaniyadakı danışmalara əlavə olaraq əyalətdə mövqeyi tədricən pisləşən Kosovalı serblər də diqqəti çəkdi. Diqqət çəkmək üçün Kosovada yaşayan Sırpların nümayəndələri ali hakimiyyət orqanlarına kollektiv ərizələr verməyə başladı və Belqradda etiraz yürüşləri təşkil etdi. Bir müddətdən sonra, Yuqoslaviya hakimiyyəti YTU Mərkəzi Komitəsi Rəyasət Heyətində Sloveniyanın nümayəndəsi Milan Kuçanın başçılıq etdiyi işçi qrupu yaratdı.
Kosovo sahəsi
Kosovo sahəsi (serb. Косово поље; alb. Fusha e Kosovës) — Dinar yaylasında yerləşən dağarası hövzə. Bu yer daha çox 1389-cu ildə serb və osmanlı ordularının arasında baş verən Kosovo döyüşü və bir çox digər döyüşlərin məkanı kimi tanınır. == Adı == "Kosovo" sözü serb dilindən qısaldılmış tərcümədə "qara qaratoyuqların yeri" mənasınl verir. Serb dilində кос sözü "qara qaratoyuq" deməkdi. == Coğrafiyası == Yayla Mitrovitsa tərəfindən cənuba uzanır, Obiliç, Kosovo Polye və Liplyan şəhərləri buranın ərazisinə daxildi. Kosovo regionu təxminən Ferizovikdən Vıçıtırına qədər uzanır. Dəniz səviyyəsindən 500–600 m yuxarıda yerləşir. Şimaldan Kopaonik dağı ilə, cənubdan isə Şar dağlarından əhatə olunub.
Kosovo vilayəti
Kosovo vilayəti — Osmanlı İmperiyası tərkibində, 1877–1913-cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Skopye şəhəri idi.
Kosovo ədəbiyyatı
Kosovo ədəbiyyatı, Kosovodan olan yazarlar tərəfindən Alban, Serb, Bosniya və Türk dilində yazılmış əsərlərdən ibarətdir. == Tarixi == Osmanlı dövrü, 1912-ci ilə qədər Alban dilinin yazılı istifadə edilməsinə qadağa qoymasına baxmayaraq, bu dövr Kosovanın ədəbiyyat tarixində önə çıxır. Bu siyasət İkinci Dünya Müharibəsinin başlanğıcına qədər Serbiya hökumətində davam etdi. Müharibədən sonra, təhsil serb dilində aparılmışdır. Serbiya Kosovanı işğal etdikdən sonra, alban dilində təhsil və nəşriyyat qadağan olundu. Kim ki, alban dilində olan Rilija qəzetini alırdı, gizli polis tərəfindən qeydə alınırdı. 1940-cı illərin sonlarında yeraltı ədəbiyyat Alban dilində yaradılmış və nəşr olunmuşdur. 1949-cu ildə "Jeta e re" adlı ədəbi jurnalının yaranması ilə Yugoslaviyalı gənc Alban dilli yazıçılar öz əsərlərinin nəşri üçün yer aldılar. 1960-cı illərdə Kosovo Alban ədəbiyyatı aktiv olaraq nəşr olundu. 1950-ci illərin ikinci yarısında ciddi nəsr janrı yarandı.
Kosovo əhalisi
Kosovo əhalisi — Kosovo Statistika Agentliyi Kosova əhalisinin sıxlığı, etnik mənsubiyyəti, təhsil səviyyəsi, əhalinin sağlamlığı, iqtisadi vəziyyəti, dini mənsubiyyəti və əhalinin digər cəhətləri kimi müxtəlif demoqrafik xüsusiyyətlərini izləyir. Adətən on illik fasilələrlə aparılmış siyahıyaalmalarla əhalinin demoqrafik xüsusiyyətlərini qeyd edir. 2008-ci ildə Kosovo müstəqillik elan edildikdən sonra aparılan ilk siyahıyaalmaya əsasən Şimali Kosovodan başqa Kosovonun daimi əhalisi 1.739.825 nəfərə çatmışdı. Albanlar Kosovoda ümumi əhalinin 93% -dən çoxunu təşkil edir. Əhəmiyyətli milli azlıqlara bosniyalılar (1.6%), serblər (1.5%) və digərləri daxildir. 2015-ci ilin hesablamalarına görə, Kosovonun əhalisi 1.870.981 nəfərdir. Kosovo Avropada ən gənc əhalisi olan ölkədir. BMT İnkişaf Proqramının son hesabatına görə, 2 milyon əhalisi olan ölkə əhalisinin yarısı 25 yaşdan kiçikdir. Hökumət məlumatlarına görə, əhalinin 65 faizdən çoxu 30 yaşdan kiçikdir. Kosovoda doğuş nisbəti Avropada ən yüksək olaraq qalsa da, əhali artımı olan yeganə bələdiyyələr Kosovodan cənubdakı alban azlığının anklavlarıdır.
Kosovo Baleti
Kosovo baleti — 1972-ci ildə yaradılıb. Yarandığı gündən truppanın iki əsas nəsli var. Onlar "Birinci Nəsil" və "İkinci Nəsil" kimi tanınırlar ki, bu da yeni nəsil kimi tanınır. Birinci Nəsil, Kosovo Baletinin məcburi dağılmasına qədər truppa ilə birlikdə çıxış edən qurucu üzvlərinə aiddir. İkinci Nəsil Yuqoslaviya müharibələrindən sonra Kosovo Baletində islahatlar aparmaq üçün Ahmet Brahimajın rəhbərliyi altında təlim keçmiş rəqqaslar qrupuna aiddir. == Birinci nəsil == Birinci nəsildən olan balet artistləri Tatyana Petkovskanın rəhbərliyi altında Skopyedəki Orta Balet Məktəbində təhsil alırdılar. Məzun olduqdan sonra bu sinifdən olan 25 rəqqas Priştinaya qayıtdı və burada Kosovo Milli Teatrında Kosovo Baletinin rəsmi ilk nəslini yaratdılar. Truppa bütün keçmiş Yuqoslaviyada, Lyublyanadakı Balet Biennalesində və Dubrovnikdəki Yay Oyunlarında çıxış edəcəkdi. Təəssüf ki, truppa 1991-ci ildə davam edən zorakılıq və Yuqoslaviya müharibələrindən etnik təmizləmə təhlükəsi səbəbindən məcburi şəkildə ləğv edildi. Birinci nəslin üzvlərinə Ahmet Brahimaj, Rustem Selca, Asma Molla, Selajdin Kice, Gani Loshi və Jonuz Beqiraj daxildir.
Kosovo pasportu
Kosovo pasportu — qismən tanınan Kosovo vətəndaşlarının xaricə getmək üçün istifadə etdiyi səyahət sənədi. Bu sənəd Kosovo vətəndaşlığının sübutu kimi xidmət etməklə yanaşı, beynəlxalq səyahətləri asanlaşdırır. Xarici İşlər Nazirliyindən verilən diplomatik pasportlar istisna olmaqla, pasportların verilməsi yalnız Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Kosovo pasportları ICAO tərəfindən tövsiyə edilən standarta (ölçüsü, texnologiyası, təhlükəsizliyi, tənzimləmə və s. kimi) pasport dizaynına uyğundur. Kosovo vətəndaşlarının Serbiya pasportu üçün müraciət etmək hüququ var. Kosovalılara Serb pasportları 2009-cu ilin iyulunda yaradılmış Serbiya koordinasiya direktorluğu tərəfindən verilir. Bu qurum tərəfindən verilmiş Serbiya Pasportunun sahibinə Şengen zonasına vizasız daxil olmağa icazə verilir. Pasportların dörd növü var: normal, rəsmi, diplomatik və səyahət sənədi. 25 € ərizə haqqı tələb olunur.
Peç (Kosovo)
Peç (serb. Пећ, Peć, alb. Pejë, Peja) — Metohiyanın şimal-qərbində yerləşən Kosovoda bir şəhər (əslində Kosovanın qismən tanınmış respublikasının səlahiyyətliləri tərəfindən nəzarət olunur). 2009-cu ildə əhalinin sayı 82 299 nəfər təşkil edirdi. Şəhər əhalisinin və cəmiyyətin əksəriyyəti — albanlar (86 %), serblər, bosniyalılar, türklər, siqanlar yaşayırlar. Leka Dukacini (1410—1481) — hökmdar.
Çaba Şoqor
Çaba Sogor (12 may 1964) — Macarıstan azlığı təmsil edən Rumıniya siyasətçisidir. Hal-hazırda Sogor Avropa Xalq Partiyasının (EPP) adından Avropa Parlamentinin üzvüdür. O, həmçinin Rumıniyada Macarlar Demokratik İttifaqının üzvüdür. O, 1983-cü ildən 1988-ci ilədək Cluj Universitetinin teologiya fakültəsində təhsil almışdır. Sogor həmçinin Sürix və Bazel universitetlərindən teologiya üzrə magistr dərəcəsi almışdır. Macar və Rumın dilləri ilə yanaşı, o, Alman və İngilis dillərini mükəmməl bilir və Fransız dilini başa düşür. O, 1990-cı ildən Rumıniya Macarları Demokrat İttifaqının üzvü kimi öz siyasi fəaliyyətini başlamışdır. 1995-ci ildən o, İttifaq Nümayəndələrinin üzvüdür. Bu partiyanın üzvü kimi o, Cluj Konqressinə ilk dəfə seçilmişdir. Sogor həmçinin 1988-ci ildən 1999-cu ilə qədər Rumıniyada Ciceu islahatlar kilsəsində pastor kimi xidmət göstərmişdir.
Güclü Partiya (Kosovo)
Güclü Partiya (alb. Partia e Fortë və ya PF) — Kosovoda yaranan satirik bir partiyadır. Partiya və 2013-cü ildə qurulmuşdur. Məqsədi "ictimai pullarını tərəfdarların mənfəəti üçün nəzarət etmə səlahiyyətinə" sahib olmaqdır. Partiyanın cinsiyyət bərabərliyinə olan bağlılığının bir parçası olaraq, qarşıdakı seçkilərdə vəzifə edəcək namizədlərin 30%-dən çoxu kişidir. Partiya, Kosovoda yaşayan insanların yanında o biri dünyadan olanlarınsəs verməsinə tərəfdar olaraq, Kosovonun demokratik bir ölkə olmasını tərifləyən partiya, siyasi status-kvo-nu qorumağa çalışır. Partiya liderləri qrupun anket düzəldənlərin ölçdüyünə görə 120% ətrafında bir zəfər iddia edirdi. == Tarixi == Partiya, 2012-ci ilin Noyabr ayında qurulmasına baxmayaraq, 2013-ci ilin İyun ayının 20-də rəsmən qeydiyyatdan keçmişdir. İl Ruqova, Visar Arifah, Ilir Bayri və Aqon Hamza kimi bir qrup aktivist və sənətçi tərəfindən qurulmuşdur. Güclü Partiyanı siyasi partiya olaraq görən insanlar, media və xalqın marağını çəkən bəzi internet zarafat və protestləri ilə diqqət qazandı.
Hadum Məscidi (Kosovo)
Hadum Məscidi (alb. Xhamia e Hadumit, serb. Хадум џамија у Ђаковици) — Kosovonun Qyakova bələdiyyəsindəki XVI əsrin (1594 ya da 1595) son on ilində Memar Sinan tərəfindən inşa edilmişdir. Binası məscidin adını açıqlayan Hadum Süleyman Əfəndi — Hadum Ağa tərəfindən maliyyəyə edildi. Məscid Ceyk Vulanın mülkiyyətində inşa edilmişdir və Köhnə Bazarda yerləşir. Düzbucaq planlı, günbəz ilə örtülmüş struktur, İslami-Kosovolu tərzdəki məscidin klassik formalarına aiddir. Məscidin ətrafında yonulmuş bəzəkləri olan türbələr köhnə Osmanlı dilində əsərlərlə bəzədilmişdir. Türbələr Qyakovadakı ən hörmətli ailələrə aid idi. Eyni zamanda bir hamamı da var idi, ancaq İkinci dünya müharibəsi əsnasında məhv edilmişdir. Girişlər, çiçəkli cədvəllər, həndəsə formalar, Qurandan sitatlar və naxışlarla örtülüdür.
II Kosovo müharibəsi
II Kosovo müharibəsi və ya İkinci Kosova Meydan müharibəsi — (macarca: Második Rigómezei csata, (17 Ekim-20 Ekim 1448)) Sultan II Muradın rəhbərliyindəki Osmanlı ordusu ilə Macar komandanı Yanoş Hunyadi rəhbərliyindəki bir müttəfiq ordusu arasında baş vermiş müharibədir. Osmanlı dövlətinin qələbəsi ilə nəticələnmişdir. == Müharibədın əvvəl == Varnada alınan məğlubiyyət ilə Macarıstan və Polşa ordularının mühüm bir hissəsinin Türklər tərəfindən yox edilməsinə baxmayaraq, Eflak, Albaniya və Morada baş qaldıran üsyanlarla xristiyanlar Avropada yeni bir Xaçlı ordusu yaradaraq, Osmanlıları Balkanlardan uzaqlaşdırmağa ümid edirdilər. Bu səbəbdən Sultan II Murad şahzadə Mehmedlə öncə More, sonra Albaniya üzərinə yürüş etdi və üsyanlar yatırıldı. Bu əsnada özünə qarşı gələn Xaçlı ordusundan xəbərdar olan sultan, dərhal Sofiyaya dönərək mövcud qüvvələrini birləşdirdi. Hazırlanan təxminən 60.000 nəfərlik qoşun Kosovoya doğru irəliləməyə başladı. Digər tərəfdən Hunyadi Janosda ilə bərabər yeni Eflak prensi Vladislav ilə birgə komandanlıq etdiyi təxminən 70 kin nəfərlik ordusu ilə Peşteden hərəkətə keçdi. Əsas məqsədi Serbiyanı işğal etmək və sonra Belqrad-Kosovo istiqamətində irəliləyərək Albaniyada olduğunu düşündüyü Osmanlı ordusunu arxadan vurmaq, ən pis ehtimalla da Kosovo düzündə hazır gözləyərək özü üçün ən əlverişli nöqtədə Türkləri meydan müharibəsinə məcbur etmək.