Veniamin Petroviç Krılov (29 sentyabr 1921 — 11 sentyabr 1998) — sovet futbolçusu və futbol məşqçisi, SSRİ İdman Ustası, RSFSR-in Əməkdar Məşqçisi.
Veniamin Krılov | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Veniamin Petroviç Krılov | ||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (76 yaşında) (76 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | SSRİ | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
Böyük Vətən müharibəsində iştirak edib. 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb. Moskva uğrunda döyüşün, Smolensk döyüşünün, Bryansk əməliyyatının iştirakçısı olub. Birinci və ikinci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir[1][2][3].
Futbolçu karyerası dövründə 1949-cu ildə "Krılya Sovetov" (Qorkiy) komandasının heyətində SSRİ Birinci Liqasında oynayıb[4]. Həmçinin "Spartak" (Daşkənd)[5] və "Dinamo" (Çelyabinsk)[6] klublarında da çıxış edib. SSRİ İdman Ustası adına sahib olub[7].
1959-cu ildə SSRİ gənclər komandasında baş məşqçi Vyaçeslav Solovyovun köməkçisi vəzifəsində çalışıb[8].
1960-cı ildə (başqa mənbəyə görə 1959-cu ildə) "Neftçi" (Bakı) klubuna baş məşqçi təyin edilib. 1960-cı ildə "Neftçi" yüksək liqaya daxil olsa da, komanda yüksək liqada uğursuz çıxış edib və sondan bir öncəki pillədə qərarlaşıb. Daha sonra Krılov "Torpedo" (Qorkiy) və "Ximik" (Novomoskovsk) klublarında baş məşqçi vəzifəsində çalışıb.
1964-cü ildə həmin mövsüm Yüksək Liqada çıxış edən "Şinnik" (Yaroslavl) komandasının rəisi vəzifəsində çalışıb. 1967-ci ilin birinci yarısında "Torpedo" (Moskva) klubunda Nikolay Morozovun köməkçisi olub. 1967-ci ilin iyul ayından 1973-cü ilin iyul ayına qədər "Volqa" (Qorkiy) klubunun baş məşqçisi vəzifəsində işləyib. Onun rəhbərliyi ilə komanda ikinci liqada öz zonasında iki dəfə (1971, 1972) üçüncü yeri tutub. 1979—1981-ci illərdə "TOZ" (Tula) klubunda baş məşqçi olub.
Vyetnam müharibəsi zamanı bir müddət Şimali Vyetnam milli futbol komandasına rəhbərlik edib[9].
1980-ci illərin sonunda "Lokomotiv" (Moskva) komandasının rəisi vəzifəsində çalışıb.