Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Kron xəstəliyi
Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri arasında rastgəlmə tezliyi yüksəkdir.
Viktor Kron
Viktor Kron (isv. Victor Crone; 31 yanvar 1992) — İsveç müğənnisi. O, "Storm" mahnısı ilə Estoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. O daha öncə 2015-ci ildə Behranq Miri ilə birlikdə ifa etdiyi "Det rår vi inte för" mahnısı ilə İsveçin Melodifestivalen yarışmasında iştirak etmişdir. Həmin ildə ifaçının "Burning Man" adlı debüt sinqlı təqdim olunmuşdur.
Diodor Kron
Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin təmsilçisi. == Fəlsəfəsi == Diodorus Kronus Elea məktəbinin nümayəndələri kimi hərəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin özünü yox, onun nəticələrini dərk etmək mümkündür. Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq bununla belə, hər hansı bir yerdə olan hər bir şey hərəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin anlarda hansısa bir yeri tutur və ona görə də hərəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı yerdə düşünülə bilər.
Dron
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilotu, heyəti və ya sərnişini olmayan uçuş aparatıdır. PUA-lara avtopilot sistemi, bort kompüteri, kommunikasiya sistemi, mürəkkəb sensor kompleksi və müxtəlif növ faydalı yüklər quraşdırılır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. Əksər PUA-lar kəşfiyyat, müşahidə və digər hərbi məqsədlər daşısa da, açıq mənbəli avtopilot sistemlərinin inkişafı PUA-ların şirkətlər və həvəskarlar tərəfindən istifadəsinə mühit yaradıb. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir. == Təsnifat == PUA-ları gövdə-motor konfiqurasiyasına və faydalı yükünə görə müxtəlif qruplara ayırmaq olar.
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. == Qrup haqqında == Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
Kran
Kran (qurğu)
Kröz
Kröz (fr. Creuse, oks. Cruesa) — Fransa mərkəzində yerləşən , Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 23. İnzibati mərkəzi — Qere. Əhalisi — 127 919 nəfərdir (departamentlər arasında 100-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi 5565 km²dir. Departament vasitəsilə Kröz çayı və onun bir neçə qolu axır. Departamentə 2 rayon, 27 kanton və 260 kommun daxildir. == Tarixi == Kröz — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Krop
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Estoniya kronu
Estoniya kronu (est. kroon) — Estoniya Respublikasının 1928-1941və 1992-2010-cu illərdə milli valyutası.100sentə (est. sent) bölünürdü.
Fiume kronu
Fiume kronu (it. corona Fiumana) — 1919—1920-ci illərdə Fiumedə pul vahidi. == Tarixi == Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra, Avstriya və Macarıstanın ortaq şəkildə idarə etdikləri Avstriya-Macarıstan Bankı Avstriya-Macarıstan kronunun emissiyasını davam etdirdi, hansı ki Avstriya, Macarıstan, Çexoslovakiya və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə idi. Lakin 1919-cu ildə yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar. 1919-cu ilin yanvar ayında Serblər, xorvatlar və slovenlər krallığına daxil olan Avstriya-Macarıstanın keçmiş ərazilərində Avstriya-Macarıstan Bankının əskinaslarının ştempelvurması baş tutdu. Həmin ilin mart ayında Çexoslovakiya və Avstriya əskinasların ştempelləməsini icra etdi İtaliya Milli Şurasının (Fiume hökuməti) qərarı ilə 18 Aprel 1919-cu ildə Avstriya-Macarıstan pul nişanlarının iki növ yuvarlaq ştempel ilə ştempelvurma prosesini həyata keçirtdi, ştempeller Savoya gerbi və "CITTA DI FIUME" yazısından ibarət idilər. 1919-cu ilin sentyabr ayında italyan millətçiləri tərəfindən şəhərin ələ keçirilməsi və D'Annuntsio hökumətinin hakimiyyətə gəlməsindən sonra, Avstriya-Macarıstan Bankının yeni banknot seriyası buraxıldı, onların üstündə 45 × 60 mm düzbucaqlı ştamp və "CITTA DI FIUME. INSTITUTO CREDITO del CONSIGLIO NAZIONALE" yazısı qeyd olunmuşdu. Fiume kronu 26 sentyabr 1920-ci il tarixinədək Fiumenin pul vahidi idi, onu italyan lirəsı əvəz etdi. Buna baxmayaraq, krona bir neçə il daha dövriyyədə qaldı. 24 fevral 1924-cü ildə kral fərmanı ilə kronanın dövriyyədən çıxma tarixi və məzənnəsi elan olundu: 30 aprel 1924-cü il, 1 krona = 0.40 lirə.
Iron Maiden
Iron Maiden — 1975-ci ildə London, İngiltərədə qurulan ingilis heavy metal qrupu. Qrup bas gitarist, qrupun bir çox mahnılarının müəllifi və kollektivin daimi lideri Stiv Harris tərəfindən qurulub. Onun rəhbərliyi altında qrupda, London pivəxanalarındakı çıxışlardan beynəlxalq turnelərə qədər uzanan yolda əhəmiyyətli dəyişikliklər baş verdi. Iron Maiden'in albomları bütün dünyada 120 milyondan çox satıb (onlardan 4 albom 1-ci yeri tutur, 15 albom isə Britaniyanın 10 hit-paradına düşür). Qrup 2002-ci ildə beynəlxalq "Ivor Novello Awards" mükafatına layiq görülür. 2005-ci ildə isə qrupu Hollywood RockWalk'a (Sanset Bulvarı, Los-Anceles) "əl izi" üçün dəvət edirlər. Qrup müxtəlif heyət dəyişikliklərindən sonra nəhayət öz adını daşıyan ilk albomu Iron Maiden'i 1980-ci ildə çıxarır. Solist Bryus Dikinson'ın qrupa qatılması ilə birlikdə 1982-ci ildə "The Number of the Beast" adlı albomlarını çıxardan Iron Maiden dünya səviyyəsində şöhrətə çatır və 1980-lər boyunca arxa-arxaya çıxardıqları albomlarla böyük müvəffəqiyyət qazanır. 1993-cü ildə Dikinson qrupdan ayrılır və onun yerinə Bleyz Beyli gəlir. Bu dövrdə qrupun albom satışlarında diqqətə çarpan şəkildə düşüş hiss olunur.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Khmer-krom
Khmer-krom (khm. ខ្មែរក្រោម, vyet. Khơ Me Crộm) — Vyetnamda, Mekonq deltasında yaşayan xalq. Vyetnamda onlara "kho-me zıoy" (Khơ-me dưới), yəni "aşağı khmerlər" deyilir. 2006-cı il siyahıyaalınmasına görə, Vyetnamda 1,055,174 khmer-krom yaşayırdı. Mekonq deltasında khmerlər vyetnamlılardan sonra ikinci ən böyük etnik qrupdur. Çoxsaylı müstəqil ictimai təşkilatlar khmer-krom hüquqlarının Vyetnam hökuməti tərəfindən mütəmadi olaraq pozulduğunu bildirir. Khmer-kroma etnik və dini səbəblərdən ayrı-seçkilik edilir, onlar adlarını Vyetnam dilinə uyğun olaraq dəyişmək məcburiyyətində qalırlar və həm də Vyetnam dilində danışmağa məcbur edilirlər.
Kiron Uilyamson
Kieron Uilyamson (ing. Kieron Williamson) Gənc rəssam. Dahi rəssamlıq qabiliyyəti sayəsində, “balaca Mone” adlandırılır və Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc rəssamın əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Son beş ildə tablolarının satışından 2,3 milyon dollar qazanıb. == Bioqrafiya == 2002-ci il İngiltərədə, şərqi Norfolk qraflığında anadan olub. Kieron beş yaşında ailəsi ilə birgə cənub-qərbi İngiltərəyə səyahət edib, Kornuoll qraflığına baş çəkib və artıq bir ildən sonra o, dahi rəssamlıq qabiliyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc impressionistin əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Dolayısıyla, Kieron ilk 35 min dollarını qazanıb. Bir ildən sonra artıq 33 işin satıldığı ikinci sərgi baş tutub.
Kiron Vilyamson
Kieron Uilyamson (ing. Kieron Williamson) Gənc rəssam. Dahi rəssamlıq qabiliyyəti sayəsində, “balaca Mone” adlandırılır və Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc rəssamın əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Son beş ildə tablolarının satışından 2,3 milyon dollar qazanıb. == Bioqrafiya == 2002-ci il İngiltərədə, şərqi Norfolk qraflığında anadan olub. Kieron beş yaşında ailəsi ilə birgə cənub-qərbi İngiltərəyə səyahət edib, Kornuoll qraflığına baş çəkib və artıq bir ildən sonra o, dahi rəssamlıq qabiliyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc impressionistin əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Dolayısıyla, Kieron ilk 35 min dollarını qazanıb. Bir ildən sonra artıq 33 işin satıldığı ikinci sərgi baş tutub.
Koron adası
Koron adası (ing. Coron Island) — Sulu dənizində yerləşən ada. Eyni adlı inzibati vahidliyə daxildir. == Coğrafiyası == Koron adssı üçbucq formaya malikdir. Onun uzunluğu 20 km, eni 9 km, sahəsi isə 71 km²-dir. Ən hündür nöqtəsi 600 metrdir. 2010-cu il siyahıya alınmasına görə Koron adasında 2649 nəfər yaşayır. Onlar əsasən iki qəsəbədə cəmləşmişlər Banuanq-Daan və Kabuqao. yerli əhali adanı Kalis adlandırır. Ada ərazisinin 70 % sərt uclu təpələrlə örtülüdür.
Kran (En)
Kran (fr. Crans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şalamon kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01129. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 36 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 27 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 269 nəfər təşkil edirdi. == İqtisadiyyatı == qabiliyyətli insanlar arasında 119 nəfər iqtisadi cəhətdən fəal, 56 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 68.0, 1999-cu ildə 76.4%) idi. 119 aktiv sakindən 115 nəfər işləyir (62 kişi və 53 qadın), 4 nəfər işsizdir (2 kişi və 2 qadın).
Kran (qurğu)
Kran (alm. kranich‎, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu. Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir. Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir: Yükün tutulması, Yükün nəqli, Boş gediş (başlanğıc vəziyyətə qaytarış). == Konstruksiyaları == Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir: Aparıcı element. Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna). Avtomatik və ya qeyri avtomatik tutqac başlığı. Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur.
Krol (İzer)
Krol (fr. Crolles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38140. Kommunanın 2012-ci il üçün əhalisi 8237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1000 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 17 km şimal-qərbdə yerləşir.
Kros qaçışı
Kros qaçışı — Dərə-təpəli yerdə maneələri aşmaqla idman qaçışı. komandaların və fərdlərin torpaq və ya ot kimi təbii ərazi üzərində açıq hava şəraitində yarış keçirdikləri idman növüdür. Adətən 4-12 kilometr (2,5-7,5 mil) uzunluğunda olan yol ot və torpaq səthlərini əhatə edə bilər, meşəliklərdən keçə bilər və təpələri, düz yerləri və bəzən çınqıllı yolu əhatə edə bilər. == Haqqında == Kros qaçışına ingilis dilində hərfi mənada "qaçış marşrutu" mənasını verən "cığır qaçışı" da deyilir. Təbii ərazi insan bədəni üçün asfaltdan və ya idman yolundan daha təbii hesab olunur. Lakin bu, belə bir yükün onun üçün daha asan olacağı anlamına gəlmir. Qaçış idmançıdan konsentrasiyanı və diqqəti maksimum dərəcədə artırmasını tələb edir. Daim dəyişən yol bədənin yükə alışmasına imkan vermir, buna görə əzələlər daim yaxşı vəziyyətdə qalır. Bu idman idmançıdan inkişaf etmiş bir tarazlıq hissi, bədənini, hər əzələ və oynağı hiss etmək qabiliyyətinə sahib olmağı tələb edir. Həm dözümlülük, həm də yolda qərar vermək qabiliyyəti lazımlı olacaq.
Kxon şəlaləsi
Kxon (laos ຂກົກນເກະ ຜກະ ຜເກະງ) — Laosda şəlalə. Mekonq çayı üzərində yerləşən Kxon şəlaləsi ölkənin Tyampasak əyalətində, Kamboca sərhəddi yaxınlığındadır. Şəlalə kaskad tiplidir və astanalardan ibarətdir. == Ümumi məlumat == Şəlalə Kamboca sərhəddindən 3,5 km şimalda yerləşir. Əslində Kxon böyük astanadır. Şəlalənin rəsmi adı Khonephapheng Waterfaldır. Dünyada daha çox Kxon kimi tanınır. Bəzən Kon terminidə işlədilir. Ehtimal olunur ki, şəlaləni 1920-ci ildə E. Kxoxan adlı səyyah aşkar etmiş. Onun şərəfinə şəlalə belə adlandırılmış.
Norveç kronu
Kron (norv. krone, norsk krone, çox sayda kroner) — Norveçin milli valyutası, 1 kron 100 ereyə bərabərdir, (çox sayda — øre). İlk Norveç kronu Kral Olaf I Tryuqvasson (995–999) dövründə buraxılıb. İlk əskinazlar isə 1695-ci ildə kralın tacir Bergenə verdiyi icazə ilə buraxılıb. 14 iyul 1816-cı ildə Norveç parlamenti Norveş Bankı yaradılması haqqında qərar qəbul edir. 3 fevral 1855-ci ildə kağız riksmint (= 100 ere) qanuni ödəniş vasitəsi elan edilir. Norveç kronu isə (simvol — NKr) = 100 ere, 17 aprel 1875-ci ildən dövriyyəyə buraxılır. Hal-hazırda dövriyyədə 1, 5, 10, 20, 50, 100, 200, 500 və 1000 kronluq əskinazlar vardır. 1 may 2012-ci ildən dövriyyədən 50 erelik metal xırda pul çıxarılmışdır.
Oron gölü
Oron gölü (evenk Ооран) — Rusiya Federasiyası İrkutsk vilayətinin Bodaybin rayonunda, Vitim qoruğu ərazisində yerləşən bir göl. Oron gölünün adının Evenk dilində işlənən oron sözündən törədiyinə inanılır. Bu isə "maral" deməkdir. Toponimin təhrif olunmuş bir variantıda xrondur. Bununda "ocaq yeri", "düşərgə yeri" olduğu fərziyyəsi də mövcuddur. Lakin çox güman ki, gölün adı evenk dilindəki ooron sözündən əmələ gəlmişdir. Mənası isə astana deməkdir. Gölün uzunluğu 24 km, maksimum eni 6 km, minimum eni 4 km, sahəsi 51.3 km², maksimum dərinliyi 184 metrə (gölün cənub hissəsində) çatır. Göl güzgüsünün hündürlüyü dəniz səviyyəsindən 354 m-dir. Sututarının şimal hissəsinin dərinliyi nisbətən azdır.