KRON

[alm.] крона (бязи Европадин уьлквейра пулунин тек).
KRİSTALŞƏKİLLİ
KROSS
OBASTAN VİKİ
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Kron xəstəliyi
Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri arasında rastgəlmə tezliyi yüksəkdir.
Viktor Kron
Viktor Kron (isv. Victor Crone; 31 yanvar 1992) — İsveç müğənnisi. O, "Storm" mahnısı ilə Estoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. O daha öncə 2015-ci ildə Behranq Miri ilə birlikdə ifa etdiyi "Det rår vi inte för" mahnısı ilə İsveçin Melodifestivalen yarışmasında iştirak etmişdir. Həmin ildə ifaçının "Burning Man" adlı debüt sinqlı təqdim olunmuşdur.
Diodor Kron
Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin təmsilçisi. == Fəlsəfəsi == Diodorus Kronus Elea məktəbinin nümayəndələri kimi hərəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin özünü yox, onun nəticələrini dərk etmək mümkündür. Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq bununla belə, hər hansı bir yerdə olan hər bir şey hərəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin anlarda hansısa bir yeri tutur və ona görə də hərəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı yerdə düşünülə bilər.
Storm (Viktor Kron mahnısı)
Storm (azərb. Fırtına‎) — Estoniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Viktor Kron "Storm" mahnısı ilə Estoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2015 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil edən Stiq Rasta və eyni zamanda Viktor Kron, Vallo Kikas və Fred Krüqer tərəfindən bəstələnmişdir.
Estoniya kronu
Estoniya kronu (est. kroon) — Estoniya Respublikasının 1928-1941və 1992-2010-cu illərdə milli valyutası.100sentə (est. sent) bölünürdü.
Fiume kronu
Fiume kronu (it. corona Fiumana) — 1919—1920-ci illərdə Fiumedə pul vahidi. == Tarixi == Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra, Avstriya və Macarıstanın ortaq şəkildə idarə etdikləri Avstriya-Macarıstan Bankı Avstriya-Macarıstan kronunun emissiyasını davam etdirdi, hansı ki Avstriya, Macarıstan, Çexoslovakiya və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə idi. Lakin 1919-cu ildə yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar. 1919-cu ilin yanvar ayında Serblər, xorvatlar və slovenlər krallığına daxil olan Avstriya-Macarıstanın keçmiş ərazilərində Avstriya-Macarıstan Bankının əskinaslarının ştempelvurması baş tutdu. Həmin ilin mart ayında Çexoslovakiya və Avstriya əskinasların ştempelləməsini icra etdi İtaliya Milli Şurasının (Fiume hökuməti) qərarı ilə 18 Aprel 1919-cu ildə Avstriya-Macarıstan pul nişanlarının iki növ yuvarlaq ştempel ilə ştempelvurma prosesini həyata keçirtdi, ştempeller Savoya gerbi və "CITTA DI FIUME" yazısından ibarət idilər. 1919-cu ilin sentyabr ayında italyan millətçiləri tərəfindən şəhərin ələ keçirilməsi və D'Annuntsio hökumətinin hakimiyyətə gəlməsindən sonra, Avstriya-Macarıstan Bankının yeni banknot seriyası buraxıldı, onların üstündə 45 × 60 mm düzbucaqlı ştamp və "CITTA DI FIUME. INSTITUTO CREDITO del CONSIGLIO NAZIONALE" yazısı qeyd olunmuşdu. Fiume kronu 26 sentyabr 1920-ci il tarixinədək Fiumenin pul vahidi idi, onu italyan lirəsı əvəz etdi. Buna baxmayaraq, krona bir neçə il daha dövriyyədə qaldı. 24 fevral 1924-cü ildə kral fərmanı ilə kronanın dövriyyədən çıxma tarixi və məzənnəsi elan olundu: 30 aprel 1924-cü il, 1 krona = 0.40 lirə.
Kronebrin buzlağı
Kronebrin buzlağı (norv. Kronebreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq gün ərzində 2 metr hərəkət edir. Sahəsi 690 km² ərazini əhatə edir. Konsvegen və Kouvey buzlaqlarına parçalanır.
Kronecker delta
Kronecker delta və ya Kronecker delta funksiyası — Leopold Kronecker tərəfindən irəli sürüldüyünə görə onun adını almışdır. Kronecker delta funksiyası bu şəkildə verilir; δ k l = { 1 , k = l 0 , k ≠ l {\displaystyle \delta _{kl}={\begin{cases}1,&k=l\\0,&k\neq l\end{cases}}} Bundan əlavə rezidu hesabını düşünsək, Kronecker deltanın bir başqa təmsili də C sıfır ətrafında saat əqrəbi istiqaməti tərs qapalı bir mühit olmaq üzrə bu şəkildədir. δ x , n = 1 2 π i ∮ d z z x − n − 1 , {\displaystyle \delta _{x,n}={\frac {1}{2\pi i}}\oint dz\,z^{x-n-1},} Funksiya simvolundan çox işarələr sistemində sadələşdirici element kimi istifadə edildiyindən adətən Kronecker delta (və ya Kronecker deltası) olaraq qəbul edilir. Xüsusilə hündürlük əlaqələrində sıx istifadə edilən bir xüsusiyyəti j ∈ Z {\displaystyle j\in \mathbb {Z} } olmaq şərtilə belə verilir. ∑ i = − ∞ ∞ δ i j a i = a j . {\displaystyle \sum _{i=-\infty }^{\infty }\delta _{ij}a_{i}=a_{j}.} Kronecker delta və Dirac delta arasında kəsintilik və zaman əlaqəsi vardır. Başqa cüq desək Kronecker delta Dirac deltanın kəsintili fəzadakı formasıdır.
Kroneker-Kapelli teoremi
Kroneker-Kapelli teoremi (ing. Rouché–Capelli theorem) — xətti cəbrdə teorem olub, əsas və genişlənmiş matrisləri ranqı verilmiş xətti tənliklər sistemində həllər sayını hesablamağa imkan verir. Teorem MDB məkanında Kroneker-Kapelli teoremi kimi tanınsa da, İtaliyada Rouché–Capelli teoremi, Fransada Rouché–Fontené teoremi, İspaniya və bir çox Latın Amerikası ölkələrində Frobenius teoremi kimi bilinir. == İfadəsi == Hər hansı n dəyişənli xətti tənliklər sisteminin həlinin olması üçün onun əsas A matrisinin ranqının genişləndirilmiş [A|b] matrisinin ranqına bərabər olması zəruri və kafi şərtdir. Tənliyin həlli olduqda: Əgər n = rank(A) olarsa, tənliyin yeganə həlli var, Əks halda həllər sayı sonsuz saydadır. == Həmçinin bax == Matris Leopold Kroneker == İstinadlar == A. Carpinteri. Structural mechanics. Taylor and Francis. 1997. səh.
Kronkvist sistemi
Kronkvist sistemi (ing. Cronquist system) — Amerika botaniki Artur Kronkvist tərəfindən işlənilmiş və onun iki əsərində nəşr olunmuş ("Örtülütoxumlu bitkilərin vahid təsnifat sistemi" (ing. "An Integrated System of Classification of Flowering Plants"), 1981 və "Çiçəkli bitkilərin təkamülü və təsnifatı" (ing. "The Evolution and Classification of Flowering Plants") birinci nəşr 1968, ikinci nəşr 1988-ci il) örtülütoxumlu bitkilərin təsnifat sistemi.
Kronos
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Kronos kvarteti
Kronos Kvarteti əsasən San-Fransiskoda fəaliyyət göstərən Amerika simli kvartetidir. Kvartet qırx ildən çoxdur ki, yaradıcılıqla məşğuldur və qrup üzvləri daim dəyişir. Kvartetin yaradıcılığı çox genişdir: müasir klassik musiqi də daxil olmaqla bir çox musiqi janrını əhatə edir. Onlar üçün 900-dən çox əsər yazılmışdır. == Qrupun yaranma tarixi == Kvartet Vaşinqtonun Seattle şəhərində skripkaçı David Harrington tərəfindən təsis edilib. Onların ilk çıxışı 1973-cü ilin noyabrında baş tutub. 1978-ci ildən bəri kvartet Kaliforniya ştatının San Francisco şəhərində fəaliyyət göstərir. Qrupun ən uzun müddət fəaliyyət göstərən üzvləri (1978-dən 1999-a qədər) skripkaçı Harrington və John Sherba, alt simli alət ifaçısı Hank Dutt və violonçeldə Joan Jeanrenaud olub. Qırxdan çox studiya albomu olan və bir çox ökələrdəki möhtəşəm çıxışlarına görə onları "dünyanın ən məşhur" yeni musiqi "qrupu" adlandırırlar və repertuarlarının əhatəliliyinə görə onların fəaliyyəti musiqi fəlsəfi araşdırmaları baxımından yüksək qiymətləndirilib. Kvartet 1999-cu ildə yaranmalarının iyirmi beşinci ildönümünü qeyd edən zaman, qrupun portfoliosunda 600-dən çox əsərdən ibarət repertuar (bura onlar üçün yazılmış 400 simli kvartet də daxil idi), 3000-dən çox çıxış, yeddi ədəd ASCAP birincilik mükafatı (Amerika Bəstəkarlar, Müəlliflər və Naşirlər Cəmiyyəti), klassik və populyar musiqi üzrə Edison Mükafatları var idi, həmçinin 1,5 milyondan çox səsyazmaları satılmışdı.
Kronos körfəzi
Kronos körfəzi — Sakit okean sahillərində, Kamçatkada, Şipunski yarımadası ilə Kronos yarımadası arasında yerləşən körfəz. Uzunluğu 68,5 km, eni 231 km təşkil edir. Dərinliyi 1500 metrə çatır. Sahilləri alçaqdır. Bəzi hissələrdə sıldırımlıdır. Qabarmanın hündürlüyü 2 metrə çatır. Qışda tamamən donur.
Kronos yarımadası
Kronos yarımadası (rus. Кроноцкий полуостров) — Kamçatkanın dörd iri yarımadasından biri. Sakit okean sahillərində, Petropavlovsk-Kamçatski şəhərindən şimalda yerləşir. Yarımada ərazisi və onun ətraf ərazisi Kronos Dövlət Təbiət Qoruğu ərazisinə daxildir. Qoruğun ən görməli yer Tyuevski buzlağıdır. kronos yarımadası Şipunski yarımadasından şimalda yerləşir. Şimalında Kronos körfəzi, cənubunda isə Kamçatka körfəzi yerləşir. Yarımada ətrafı və ərazimdə yerləşən coğrafi obyektlər: Olqa körfəzi, Olqa burnu, Tyuşevka çayı, Vıdrovaya çayı, Kozlova çayı, Kazlova burnu, Kronos burnu, Kamenistaya burnu, Bolşaya Çamka, və Malaya Çamka çayı. Yarımadadan şimalda Storoj çayı və Storoj gökü yerləşir. Ən hündür nöqtəai Aley dağıdır 1313 metrdir.
Kronotski
Kronotski (rus. Кроноцкая сопка) – Rusiyanın Kamçatka yarımadasında ən əhəmiyyətli stratovulkan. Vulkan Kronotskoye gölünün şərqində, Kronotski Təbiət Qoruğunda yerləşir. Simmetrik konus formasında görə Yaponiyadakı Fuci vulkanı və Filippindəki Mayon vulkanı ilə müqayisə edilir. Zirvə kraterində vulkan sütunu yerləşir və zirvənin özü buzla örtülüdür. Vulkan klassik drenaj quruluşu sərgiləyir. Kronotski Kamçatkanın ən görməli vulkanlarından biri hesab olunur.
Leopold Kroneker
Leopold Kroneker (ing. Leopold Kronecker; 7 dekabr 1823[…] – 29 dekabr 1891[…], Berlin) — alman riyaziyyatçısı. Cəbr və ədədlər nəzəriyyəsi üzrə əsərlərin müəllifidir.
Norveç kronu
Kron (norv. krone, norsk krone, çox sayda kroner) — Norveçin milli valyutası, 1 kron 100 ereyə bərabərdir, (çox sayda — øre). İlk Norveç kronu Kral Olaf I Tryuqvasson (995–999) dövründə buraxılıb. İlk əskinazlar isə 1695-ci ildə kralın tacir Bergenə verdiyi icazə ilə buraxılıb. 14 iyul 1816-cı ildə Norveç parlamenti Norveş Bankı yaradılması haqqında qərar qəbul edir. 3 fevral 1855-ci ildə kağız riksmint (= 100 ere) qanuni ödəniş vasitəsi elan edilir. Norveç kronu isə (simvol — NKr) = 100 ere, 17 aprel 1875-ci ildən dövriyyəyə buraxılır. Hal-hazırda dövriyyədə 1, 5, 10, 20, 50, 100, 200, 500 və 1000 kronluq əskinazlar vardır. 1 may 2012-ci ildən dövriyyədən 50 erelik metal xırda pul çıxarılmışdır.
Qala (Kronin)
Qala (ing. Hatter's Castle) — Arçibald Kroninin ilk dəfə 1931-ci ildə nəşr edilmiş ilk romanı. Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır. Əsər Tələt Ələkbərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2019-cu ildə Bakı Kitab Klubunda 404 səhifədə nəşr edilib. "QALA (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Valter Kronkayt
Valter Leland Kronkayt, Jr. (4 noyabr 1916[…], Sent-Cozef, Missuri – 17 iyul 2009[…], Nyu-York, Nyu-York ştatı) — Aktyor. Valter Kronkayt 24 noyabr 1916-cı ildə anadan olub. 17 iyul 2009-cu ildə vəfat edib.
Çex kronu
Çex kronu (ISO 4217: CZK) — Çex Respublikasının rəsmi pul vahidi. Çexiya Milli Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkədəki inflyasiya dərəcəsi 2014-cü ildə 0,4 % olmuşdur. 10 sentyabr 2016 tarixinə aid məzənnədə 1 Çexiya kronu = 0.0415581 ABŞ dolları. Bu söz çex dilində "koruna" kimi səslənir və tərcümədə "tac" mənasını verir. Çex kronası 8 fevral 1993-cü ildə dövriyyəyə buraxılmış və Çexoslovakiya kronasını əvəz etmişdir. 1 krona 100 halerə bərabərdir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çexiya kronu
Çex kronu (ISO 4217: CZK) — Çex Respublikasının rəsmi pul vahidi. Çexiya Milli Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkədəki inflyasiya dərəcəsi 2014-cü ildə 0,4 % olmuşdur. 10 sentyabr 2016 tarixinə aid məzənnədə 1 Çexiya kronu = 0.0415581 ABŞ dolları. Bu söz çex dilində "koruna" kimi səslənir və tərcümədə "tac" mənasını verir. Çex kronası 8 fevral 1993-cü ildə dövriyyəyə buraxılmış və Çexoslovakiya kronasını əvəz etmişdir. 1 krona 100 halerə bərabərdir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
İslandiya kronu
İslandiya kronu — İslandiyanın pul vahidi. 1885-ci ildə dövriyyəyə buraxılıb. İlk dövrdə 1 kron 100 eyreyə bərabər idi, ancaq 1 yanvar 1995-ci ildən eyre dövriyyədən çıxarılıb. 1 yanvar 1999-cu ildən isə 36 №-li 27 aprel 1998-ci il il Qanuna əsasən haqq-hesabda məbləğ 50 eyreyə qədər yuvarlaqlaşdırılmalıdır. 1 oktyabr 200-cü ildən isə eyre rəsmi surətdə mövcud deyil. İslandiya kronu (ISK) 10 (göy rəngdə), 50 (şabalıdı), 100 (yaşıl), 500 (qırmızı), 1000 (), 2000 (çox rəngli), 5000 (göy) nominalında buraxılır. Hal-hazırda 10, 50 və 100 nominallıq əskinazlar buraxımır. 2012-ci il valyuta kursu 126 ISK 1 ABŞ dollarına bərabərdir.
İsveç kronu
İsveç kronu (İsveçcə:svensk krona) — 1873-cü ildən bəri istifadə edilən İsveçin rəsmi pul vahidi. İsveç kronu İsveçlə yanaşı Aland adalarınında rəsmi pul vahidi hesab olunur. 2006-cı ilə olan infilyasiya 4,4% təşkil edir..
Salix melanopsis var. kronkheitii
Salix melanopsis (lat. Salix melanopsis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix exigua subsp. melanopsis (Nutt.) Cronquist Salix exigua var.

Значение слова в других словарях