Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karona
Karona (it. Carona) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 356 nəfər (2008), əhalinin sıxlığı 8 nəfər/km². Sahəsi 44 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın himayədarı 24 iyunda qeyd olunan Vəftizçi Yəhyadır.
Kroda
Kroda — pagan və folk metal üslubunda musiqi ifa edən Ukraynalı musiqi qrupu. Qrupun musiqi mətnlərinin mövzusu Təbiət, Paqanizm və Tarixdir. == Tarixi == === 2003 === Qrup iki musiqiçi Eisenslav və Viterzgir tərəfindən 2003-cü ilin mart ayında yaradılmışdır. Eisenslav və Viterzgir qrupu yaradarkən hər ikisi artıq başqa proyektlərdə təcrübəyə malik idilər. Eisenslav və Viterzgir avropa folklor musiqisi və pagan konsepsiyalı Black Metal ifa etmək üçün səylərini birləşdirmək qərarına gəlirlər."Kroda" sözü qədim qərbi slavyan dilindən götürülmüşdür və tərcümədə "dəfn tonqalının tüstüsü" mənasını verir. Əfsanəyə görə qəhrəmanların cəsədini tonqalda yandırdıqdan sonra onların ruhu tüstü vasitəsilə tanrıların dərgahına qalxırdılar. Tüstü bir növ Roda vasitəçi rolunu oynayırdı.Sanskrit dilində Kroda sözü qəzəb, şiddət mənasın verir. Beləliklə, adın mənası qrupun konsepsiyasını göstərir. Bu ilin may ayından oktyabr ayınadək qrupun debüt albomu "Поплач мені, річко…" yazılmışdır. === 2004 === 2004-cü ilin yazında qrup "Поплач мені, Річко… " Rarog Prodsda kaset variantın yazdırır.
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Rona
Rona (fr. Rhône, oks. Ròse, Rôno) və yaxud Rodan (lat. Rhodanus, Rodan, it. Rodano) — İsveçrə və Fransada çay. Uzunluğu — 812 km (onlardan 545-i Fransa ərazisindədir), hövzəsi — 98 000 km². Orta su sərfi - 1780 m³ / s. == Ümumi məlumat == İlk növbədə, Rona cənubi-qərbə doğru yönəlir, Cenevrənin yuxarı hissəsinə axır, cənubdan dönərək, Rona dağlarından keçərək, Aralıq dənizinə çatır. Lyonda ən böyük qolu olan Saone çayı ilə birləşən Rona, cənuba doğru dənizə yönəlir. Axması hələ də sürətli olduğundan nəqliyyat üçün əlverişli deyil.
Avstriya kronu
Avstriya kronu (alm. Österreichische Krone‎) — 1919—1925-ci illər ərzində Avstriyanın pul vahidi. == Tarixi == Avstriya-Macarıstanın dağılmasından sonra, Avstriya və Macarıstan tərəfindən ortaq şəkildə idarə olunan Avstriya-Macarıstan bankı, Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq pul vahidi olaraq qalan və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə olan Avstriya-Macarıstan kronunu buraxmağa davam edirdi. Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və onun daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək işini Çexoslovakiya öz üzərinə götürdü. Hər şeydən əvvəl, ölkə hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödənişləri və Avstriya və Macarıstan hökumətlərinə kredit vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı, bu görüşlərdə bütün yeni dövlətlərin emissayalara nəzarət etmək üçün öz emissarlarını təyin etmələrinə icazə verildi. Bank, öz növbəsində, bütün emissarların xəbəri olmadan kredit verməyəcəyinə söz verdi. Bununla birlikdə, bank tezliklə yeni dövlətlərin hökumətləri ilə bağlanmış müqavilə şərtlərini pozdu, istiqraz ödənişlərini bərpa etdi və Avstriya hökumətinə kreditlər verdi. 1919-cu ildə banka güvənlərini itirən yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar.
Danimarka kronu
Danimarka kronu - Danimarka, Qrenlandiya və Farer adalarında istifadə olunan pul vahidi. Kron sözü Skandinaviyada geniş yayılmış krone sözündən yaranmışdır. Danimarkada 2007-ci ildə infilyasiya 1.5% olmuşdur. 2000-ci ildə ölkədə avrozonaya keçidlə əlaqdər avroya keçid məsələsi gündəmə gəlmişdir. Keçirilən referendum nəticəsində əhalinin böyük bir qismi buna qarşı çıxmışdır. Danimarka maliyyə idarəsinin son illərdə gördüyü işlər nəticəsində Danimarka kronu avroya sabitləşdirilmişdir.
Estoniya kronu
Estoniya kronu (est. kroon) — Estoniya Respublikasının 1928-1941və 1992-2010-cu illərdə milli valyutası.100sentə (est. sent) bölünürdü.
Fiume kronu
Fiume kronu (it. corona Fiumana) — 1919—1920-ci illərdə Fiumedə pul vahidi. == Tarixi == Avstriya-Macarıstan imperiyasının dağılmasından sonra, Avstriya və Macarıstanın ortaq şəkildə idarə etdikləri Avstriya-Macarıstan Bankı Avstriya-Macarıstan kronunun emissiyasını davam etdirdi, hansı ki Avstriya, Macarıstan, Çexoslovakiya və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə idi. Lakin 1919-cu ildə yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar.1919-cu ilin yanvar ayında Serblər, xorvatlar və slovenlər krallığına daxil olan Avstriya-Macarıstanın keçmiş ərazilərində Avstriya-Macarıstan Bankının əskinaslarının ştempelvurması baş tutdu. Həmin ilin mart ayında Çexoslovakiya və Avstriya əskinasların ştempelləməsini icra etdi İtaliya Milli Şurasının (Fiume hökuməti) qərarı ilə 18 Aprel 1919-cu ildə Avstriya-Macarıstan pul nişanlarının iki növ yuvarlaq ştempel ilə ştempelvurma prosesini həyata keçirtdi, ştempeller Savoya gerbi və "CITTA DI FIUME" yazısından ibarət idilər. 1919-cu ilin sentyabr ayında italyan millətçiləri tərəfindən şəhərin ələ keçirilməsi və D'Annuntsio hökumətinin hakimiyyətə gəlməsindən sonra, Avstriya-Macarıstan Bankının yeni banknot seriyası buraxıldı, onların üstündə 45 × 60 mm düzbucaqlı ştamp və "CITTA DI FIUME. INSTITUTO CREDITO del CONSIGLIO NAZIONALE" yazısı qeyd olunmuşdu.Fiume kronu 26 sentyabr 1920-ci il tarixinədək Fiumenin pul vahidi idi, onu italyan lirəsı əvəz etdi. Buna baxmayaraq, krona bir neçə il daha dövriyyədə qaldı. 24 fevral 1924-cü ildə kral fərmanı ilə kronanın dövriyyədən çıxma tarixi və məzənnəsi elan olundu: 30 aprel 1924-cü il, 1 krona = 0.40 lirə.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Norveç kronu
Kron (norv. krone, norsk krone, çox sayda kroner) — Norveçin milli valyutası, 1 kron 100 ereyə bərabərdir, (çox sayda — øre). == Tarixi == İlk Norveç kronu Kral Olaf I Tryuqvasson (995–999) dövründə buraxılıb. İlk əskinazlar isə 1695-ci ildə kralın tacir Bergenə verdiyi icazə ilə buraxılıb. 14 iyul 1816-cı ildə Norveç parlamenti Norveş Bankı yaradılması haqqında qərar qəbul edir. 3 fevral 1855-ci ildə kağız riksmint (= 100 ere) qanuni ödəniş vasitəsi elan edilir. Norveç kronu isə (simvol — NKr) = 100 ere, 17 aprel 1875-ci ildən dövriyyəyə buraxılır. == Əskinaz və metal pullar == Hal-hazırda dövriyyədə 1, 5, 10, 20, 50, 100, 200, 500 və 1000 kronluq əskinazlar vardır. 1 may 2012-ci ildən dövriyyədən 50 erelik metal xırda pul çıxarılmışdır.
Yuqoslaviya kronu
Yuqoslaviya kronu (serb. Круна, xorv. Kruna, sloven. Krona) — 1919–1920-ci illərdə Yuqoslaviya krallığının müvəqqəti paralel valyutası, paralel dövriyyədə olan dinarla nisbəti 4 kron = 1 dinar idi. == Tarixi == Avstriya-Macarıstanın dağılması nəticəsində Yuqoslaviya Krallığına verilən ərazilərdə Avstriya-Macarıstan kronu tətbiq olunmağa davam edirdi. 1919-cu ilin yanvar ayında 10, 20, 50, 100 və 1000 kron dəyərində Avstriya-Macarıstan bankının banknotlarının ştempelləməsi prosesi aparıldı. 1 və 2 kronluq əskinaslar üzərində rəsmi olaraq ştempel vurulmamışdır, lakin ştamplanmış əsginasların nüsxələri məlumdur. Tezliklə Maliyyə Nazirliyi 1919-cu il nüsxəli əskinazları dinar olaraq buraxdı, hansıların ki üstünə əlavə möhürcük vasitəsi ilə kron nominalı əlavə olundu: dinarın 1⁄2 — 2 kron, 1 dinar — 4 kron, 5 dinar — 20 kron, 10 dinar — 40 kron, 20 dinar — 80 kron, 100 dinar — 400 kron, 1000 dinar — 4000 kron. Əlavə möhürcük prosesi zamanı mətbəə xətaları baş vermişdir: 2 və 4 kron dəyərində əskinaslarda "KRUNE" yerinə "KURNE", 20 kron əskinaslarda isə "KRUNA" yerinə "KURNA" yazılmışdır.Heller üzrə pul nişanları buraxılmırdı. Yuqoslaviya krallığının poçt markaları krallığda kronanın tətbiqindən əvvəl meydana gəlmişdilər.
Çex kronu
Çex kronu (ISO 4217: CZK) - Çex Respublikasının rəsmi pul vahidi. Çexiya Milli Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkədəki inflyasiya dərəcəsi 2014-cü ildə 0.4 % olmuşdur. 10 sentyabr 2016 tarixinə aid məzənnədə 1 Çexiya kronu = 0.0415581 ABŞ dolları.Bu söz çex dilində "koruna" kimi səslənir və tərcümədə "tac" mənasını verir. Çex kronası 8 fevral 1993-cü ildə dövriyyəyə buraxılmış və Çexoslovakiya kronasını əvəz etmişdir. 1 krona 100 halerə bərabərdir. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çexiya kronu
Çex kronu (ISO 4217: CZK) - Çex Respublikasının rəsmi pul vahidi. Çexiya Milli Bankı tərəfindən dövriyyəyə buraxılır. Ölkədəki inflyasiya dərəcəsi 2014-cü ildə 0.4 % olmuşdur. 10 sentyabr 2016 tarixinə aid məzənnədə 1 Çexiya kronu = 0.0415581 ABŞ dolları.Bu söz çex dilində "koruna" kimi səslənir və tərcümədə "tac" mənasını verir. Çex kronası 8 fevral 1993-cü ildə dövriyyəyə buraxılmış və Çexoslovakiya kronasını əvəz etmişdir. 1 krona 100 halerə bərabərdir. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
İslandiya kronu
İslandiya kronu — İslandiyanın pul vahidi. 1885-ci ildə dövriyyəyə buraxılıb. İlk dövrdə 1 kron 100 eyreyə bərabər idi, ancaq 1 yanvar 1995-ci ildən eyre dövriyyədən çıxarılıb. 1 yanvar 1999-cu ildən isə 36 №-li 27 aprel 1998-ci il il Qanuna əsasən haqq-hesabda məbləğ 50 eyreyə qədər yuvarlaqlaşdırılmalıdır. 1 oktyabr 200-cü ildən isə eyre rəsmi surətdə mövcud deyil. == İslandiya kronu əskinazları == İslandiya kronu (ISK) 10 (göy rəngdə), 50 (şabalıdı), 100 (yaşıl), 500 (qırmızı), 1000 (), 2000 (çox rəngli), 5000 (göy) nominalında buraxılır. Hal-hazırda 10, 50 və 100 nominallıq əskinazlar buraxımır. 2012-ci il valyuta kursu 126 ISK 1 ABŞ dollarına bərabərdir.
İsveç kronu
İsveç kronu (İsveçcə:svensk krona) - 1873-cü ildən bəri istifadə edilən İsveçin rəsmi pul vahidi. İsveç kronu İsveçlə yanaşı Aland adalarınında rəsmi pul vahidi hesab olunur. 2006-cı ilə olan infilyasiya 4.4% təşkil edir..
Kron xəstəliyi
Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır.
Rona-Alplar
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Rona (departament)
Rona (fr. Rhône) — Fransanın cənubi şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. 2015-ci ildə daxilində yerləşən Lyon şəhəri digər kommunlardan ayrılaraq inzibati mərkəzə çevrilidi. Hal-hazırda departamentin inzibati mərkəzi Lyon şəhəridir. == Coğrafiyası == Departamentin sahəsi 2,715 km²-dir. Ərazidən Rona və Sona çayı keçir. Buraya 1 rayon 13 kanton və 228 kommun daxildir. == Əhalisi == Rona departamentin ərazisinin əhalisi 471,026 nəfərdir. 2011-ci ildəki siyahıyaalınmasına görə isə Lyon şəhərində əhalisin sayı 491,268 nəfər idi. Ayrılmış ərazilər daxil olmaqla 1 yanvar 2012-ci il tarixində əhalinin sayı 1,762,866 nəfər olmuşdur.
Rona Nişliu
Rona Nişliu — Albaniya müğənnisi. == Həyatı == Kosovoda anadan olmuşdur. Avroviziya 2012 Mahnı Müsabiqəsində Albaniyanı birinci yarımfinalda, 22 may 2012-də "Suus" adlı mahnı ilə təmsil etmişdir. == Mahnıları == Suus (2012) Eja Zonja Vdoke Shenja Veriu Flakaresha A ka arsy (Ft.
Viktor Kron
Viktor Kron (isv. Victor Crone; 31 yanvar 1992) — İsveç müğənnisi. O, "Storm" mahnısı ilə Estoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.O daha öncə 2015-ci ildə Behranq Miri ilə birlikdə ifa etdiyi "Det rår vi inte för" mahnısı ilə İsveçin Melodifestivalen yarışmasında iştirak etmişdir. Həmin ildə ifaçının "Burning Man" adlı debüt sinqlı təqdim olunmuşdur.
Yaroslav Rona
Yaroslav Rona (çex. Jaroslav Róna; d. 27 aprel 1957, Praqa) – çex heykəltaraş, rəssam, aktyor, pedaqoq və yazıçı.
Diodor Kron
Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin təmsilçisi. == Fəlsəfəsi == Diodorus Kronus Elea məktəbinin nümayəndələri kimi hərəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin özünü yox, onun nəticələrini dərk etmək mümkündür. Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq bununla belə, hər hansı bir yerdə olan hər bir şey hərəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin anlarda hansısa bir yeri tutur və ona görə də hərəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı yerdə düşünülə bilər.
Rona Mitra
Rhona Mitra (9 avqust 1976, Paddinqton, Böyük London) — ingilis aktrisa, model və müğənni.
Avstriya-Macarıstan kronu
Avstriya-Macarıstan kronu (alm. Österreichisch-ungarische Krone‎, mac. Osztrák-magyar korona) — 1892—1918-ci illər arasında Avstriya-Macarıstan və həmçinin bu imperiyanın dağılması nəticəsində yaranan ölkələrin pul vahidi. 1⁄100 krona bərabər xırda pul valyutası ölkənin Avstriya hissəsində "heller" (alm. heller‎), Macarıstan hissəsində "filler" (mac. filler) adlanırdı. == Adı == Krona (alm. Krone‎, mac. Korona) valyutanın rəsmi adıdır. Banknotların üstündə pulun adı imperiyanın digər dillərində də (çex, polyak, ukrayn, italyan, sloven, xorvat, serb və rumın) göstərilirdi.
Drona (film, 2008)
Drona — Abhishek Bachchan, Priyanka Chopra, Kay Kay Menon və Jaya Bachchanın baş rollarda oynadığı 2008-ci ildə rejissor Qoldie Behl tərəfindən çəkilmiş hind dilində super qəhrəman filmidir. Drona filminin xüsusi effektli çəkilişləri Çarlz Darbi və Devid Buşun rəhbərlik etdiyi EyeQube tərəfindən işlənib hazırlanmışdır. Filmdə Kalaripayattu, Chhau, Gatka kimi hind döyüş sənətləri və qılınc döyüşü səhnələri mövcuddur. Film Praqa, Bikaner, Maharaştra, Racastan və Namibiyada çəkilib.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Ayona
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, qulaq as) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km. == Etimologiya == Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır. == Tarix == 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.