Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kilo
Kilo- – metrik sistemində 1000-i bildirən önşəkilçi. Hesablama texnikasında hesablamalar 2-nin qüvvətlərinə əsaslanır, buna görə də kilo çox zaman 1024 (210) ədədini işarə etmək üçün istifadə olunur. Konkret mənanı doğru müəyyənləşdirmək üçün, adətən, kiçik “k” hərfindən 1000-i böyük “K” hərfindən isə 1024-ü işarələmək üçün istifadə olunur. Məsələn, “km” 1000 metri, K və ya Kbayt isə 1024 baytı bildirir. Kilobit (eng.kilobit (K, Kbit)) – bir min iyirmi dörd (1024) bitdir. Kilobit/saniyə (eng.kilobits per second (Kbps)) – verilənlərin (şəbəkədə) ötürülməsinin, 1024 bit/san kəmiyyətinin misilləri ilə ölçülən sürəti; məsələn, Apple Talk lokal hesablama şəbəkəsində ən yüksək ötürülmə sürəti təxminən 230 kbit/s və ya 235520 bit/san olur. Kilobayt (Kb) (engkilobyte (KB, K, Kbyte)).– 1024 baytdır. Kilohers (kHs) (eng.kilohertz (kHz)) – rəqs tezliyinin ölçüsü; 1000 Hers’ə və ya bir saniyədə 1000 dövrə’yə ekvivalentdir. Kilovatt-saat (eng.kilowatt-hour) – elektrik enerjisinin vahidi; 1000 vatt-saat’a bərabərdir. Kilobod (eng.kilobaud) – bir min bod; rabitə kanalının buraxılış (daşıma) qabiliyyətinin ölçüsüdür.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Krilon burnu
Krilon burnu (rus. Мыс Крильон) — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbiçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır. Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.
Krilon yarımadası
Krilon yarımadası (rus. Полуостров Крильон) — Saxalin adasının cənub-qərbində yerləşən yarımada. Yarımada ərazisi üçbucaq formaya malik olub, mərkəzi hissəsi dağlıqdır. Buradan Cənubi-Kamışovı dağ silsiləsi keçir. Sahilləri sıldırımlıdır. Uzununluğu 100 km təşkil edir. Cənub ucqar nöqtəsini Krilon burnu tutur. Ən hündür dağları Bambukovaya (588 m), Xmelniski (447 m), Sivuxa (502 m), Maquya (323 m), Perelesnaya (472 m), Taranaya (518 m) Yarımadanın səthi tayqa ilə örtülüdür. İsti Susim cərəyanının təsisinə məruz qaldığından Saxalin adasının ən isti bölgəsidir.
Krılov ilankölgəsi
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Krılov öküzboğanı
Krılov öküzboğanı (lat. Bupleurum krylovianum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Veniamin Krılov
Veniamin Petroviç Krılov (29 sentyabr 1921 — 11 sentyabr 1998) — sovet futbolçusu və futbol məşqçisi, SSRİ İdman Ustası, RSFSR-in Əməkdar Məşqçisi. == Bioqrafiya == Böyük Vətən müharibəsində iştirak edib. 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb. Moskva uğrunda döyüşün, Smolensk döyüşünün, Bryansk əməliyyatının iştirakçısı olub. Birinci və ikinci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir. Futbolçu karyerası dövründə 1949-cu ildə "Krılya Sovetov" (Qorkiy) komandasının heyətində SSRİ Birinci Liqasında oynayıb. Həmçinin "Spartak" (Daşkənd) və "Dinamo" (Çelyabinsk) klublarında da çıxış edib. SSRİ İdman Ustası adına sahib olub. 1959-cu ildə SSRİ gənclər komandasında baş məşqçi Vyaçeslav Solovyovun köməkçisi vəzifəsində çalışıb. 1960-cı ildə (başqa mənbəyə görə 1959-cu ildə) "Neftçi" (Bakı) klubuna baş məşqçi təyin edilib.
İvan Krılov
İvan Andreyeviç Krılov (rus. Ива́н Андре́евич Крыло́в; 2 (13) fevral 1769[…], Moskva[…] – 9 (21) noyabr 1844[…], Sankt-Peterburq[…]) — rus yazıçısı, təmsilçi, jurnalist. == Həyatı == İvan Andreyeviç Krılov 1768–ci il fevralın 13-də Moskva şəhərində anadan olmuşdur. O, sistemli təhsil almış, müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və italyan dillərini öyrənmişdir. 1782-ci ildə 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən "Qəhvədan" adlı komik operasını yazmışdır. Krılov 1844-cü il noyabrın 21-də Peterburqda vəfat etmişdir. == Yaradıcılığı == İvan Andreyeviç Krılov 1786-1788-ci illərdə "Quduz ailə", "Yazıçı dəhlizdə", "Dəcəllər" adlı komediyalarını yazmışdır. Jurnalistlik fəaliyyətinə 1792-ci ildə yazdığı "Qaib" povesti ilə başlamışdır. Krılovun satiraları II Yekaterinanın narazılığına səbəb olduğundan o, bir müddət ədəbi fəaliyyətdən əl çəkmiş və əyalətdə gizlənmişdi. 1799-1800-ci illərdə Krılovun hökumət əleyhinə yazdığı "Trumf" məzhəkə faciəsi əlyazma şəklində geniş yayılmışdır.
Kril və Metodius
Kiril və Mefodi (yun. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kiril və Mefodi qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının daha da genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gün də slavyan xalqları arasında geniş şəkildə istifadə edilir. Kiril əlifbası da iki qardaşdan birinin, yəni Kirilin şərəfinə adlandırılmışdır. Kiril və Mefodinin ölümündən sonra, onların dini və elmi fəaliyyətlərini şagirdləri davam etdirmişdilər. Şərq Pravoslav Kilsəsi Kiril və Mefodini On iki həvariyə bərabər tutmuş və onları əbədi müqəddəs adlandırmışdır.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Keijo
Keijo!!!!!!!! (競女!!!!!!!!, azərb. Rəqabətçi qız‎) – Dayçi Sorayomi tərəfindən yazılan idman manqa seriyası. Seriya, 2015-ci ilin avqustundan 2020-ci ilin sentyabrına kimi Shogakukan nəşriyyatının Weekly Shōnen Sunday jurnalında 18 tankobon həcmində nəşr olunmuşdur. Seriya oyunçuların üzən platformalarda dayandıqları və rəqiblərini yalnız döşlərindən və ombalarından istifadə edərək suya düşürmək və ya itələməyi hədəf aldığı qadınlar üçün uydurma keyco (keijo) idmanı ətrafında dayanır. Xebec tərəfindən istehsal olunmuş anime seriyası adaptasiyası 2019-cu ilin oktyabrından dekabrına qədər yayımlanıb. == Məzmun == 21. əsrin başlanğıcında təqdimatından bəri, keyco kimi tanınan yeni, yalnız qadınlar üçün mərc idmanının Yaponiyada sürətlə dəb halına gəldiyi alternativ bir gerçəklik içində baş verir. Məqsəd, rəqibini platformadan suya itələməkdir, ancaq bunu edərkən bir-birlərini itələmək üçün sinələrindən və ya kalçalarından istifadə etmək lazımdır. 17 yaşlı Nozomi Kaminaşi, görkəmli bir gimnastdır.
Keila
Keila (est. Keila) — Estoniyanın şimal-qərbində yerləşən şəhər. Əhali sayı 9 811 min nəfərdir. Şəhər Keila çayı üzərində yerləşir. Dəmiryol qovşağıdır. Yüngül və yeyinti sənayesi müəssisələri mövcuddur.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Krako
Krako(az:Krako), İtalyanın cənubundakı Basilikata bölgəsinə bağlı Matera vilayətindən olan bir qarabasma şəhərdir.Təbii fəlakətlərlə bağlı olaraq tərk edilən köhnə qəsəbə indiki vaxtda məşhur bir turist hədəfi və film çəkmək üçün bir sahədir. Qəsəbə 2010-ci ildə Dünya Abidələr Fondunun izləmə siyahısına alınmışdır. == Mədəniyyət == === Kino === Craco tərkedilmişliyi və tarixi şəxsiyyəti belə bir çox filmin çəkilişi üçün set olmuşdur. Məsələn Mel Qibsonun 2004 çəkilişi Ehtiras - İsa Məsihin Çilesi filmində Yəhuda'nın asıldığı yer bu qəsəbədə çəkilmişdir. Qəsəbədə çəkilən digər layihələr: La lupa (1953), Alberto Lattuada Christ Stopped at Eboli (1979), Francesco Rosi Three Brothers (1981), Francesco Rosi King David (1985), Bruce Beresford Saving Grace (1986), Robert M. Young The Sun Also Shines at Night (1990), Paolo and Vittorio Taviani The Nymph (1996), Lina Wertmüller The Big Question (2004), Francesco Cabras ve Alberto Molinari The Nativity Story (2006), Catherine Hardwicke Quantum of Solace (2008), Marc Forster Basilicata coast to coast (2010), Rocco Papaleo Murder in the Dark (2013), Dagen Merrill == Televiziya == Antik sit Bruno Corbucci'nin yönettiği İtalyan TV dizisi Classe di ferronun (1989-1991) çekildiği yerdir. Luiz Fernando Carvalho'nun yönettiği Brezilya dizisi O Rei do Gadonun (1996-1997) geçtiği yerdir. == Musiqi == Fransız grup Ödland Sankta Lucia (2011) albümlerinden çıkan "Santa Lucia" şarkılarının video klibini burada çekmiştir. Alman piyanist Hauschka Abandoned City (2014) albümündeki "Craco" şarkısını burası için yazmıştır.
Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü. == Çeşidləri == Çarpayı-kreslo — açılıb-yığılan kreslo. Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə). Yelləncək-kreslo. Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo. Masaj kreslosu. Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.
İriao
İriao (gürc. ირიაო) – David Malazonia tərəfindən idarə olunan bir gürcü caz və folk musiqi qrupu. Onlar 2014-cü ildə Malayziyada keçirilən Borneo Caz Festivalında çıxış etmişdirlər. İriao qrupu "For You" mahnısı ilə Gürcüstanı Portuqaliyanın Lissabon şəhərində keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi təmsil etmişdirlər. Qrup əsasən Gürcü folk musiqisi və caz musiqisini sintez etməsinə görə tanınır.
Akril turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spirtində, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. inhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Almanların kralı
Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi. Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi. Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken‎, lat.
Bavariya kralı
Bavariya kralı — krallığın ləğv edildiyi 1805-ci ildən 1918-ci ilə qədər Bavariya Krallığı kimi tanınan regionda Bavariyanın irsi Vittelsbax sülaləsi hökmdarlarına məxsus bir titul idi. == Tarixi == Napoleon ilə Müqəddəs Roma İmperatoru II Frans arasında 26 dekabr 1805-ci ildə bağlanmış Pressburq müqaviləsinin şərtlərinə əsasən, Napoleona müttəfiq olan bir neçə hersoqluq krallıq statusuna yüksəlmişdi. Bunlardan ən güclülərindən biri Bavariya hersoqu IV Maksimilian İosif idi və bu müqavilədən sonra 1 yanvar 1806-cı ildə o, rəsmi olaraq Bavariya kralı I Maksimilian İosif titulunu aldı. O, Vittelsbax sülaləsinin Pfalz-Birkenfeld qolunun üzvü idi. Maksimilianın varisləri alman millətçiliyinə müqavimət göstərdilər və Bavariya rəhbərləri tədricən Almaniya ittifaqında Prussiya və ya Avstriya tərəfindən təhlükə hiss edən kiçik dövlətlərin himayədarına çevrildi. Dini əlaqələr və cənubi alman dili Avstriya-Prussiya müharibəsində məğlub olana qədər dövləti daha çox Avstriya ilə əlaqələndirdi. Kral II Lüdviq 22 avqust 1866-cı ildə Prussiya ilə ittifaq imzaladı və faktiki olaraq Bavariyanın müstəqilliyindən imtina etdi. 23 noyabr 1870-ci il tarixli müqavilə ilə Bavariya yeni Alman İmperiyasına birləşdirildi, lakin nisbətən böyük dərəcədə öz muxtariyyətini qorudu. Bavariya kralları titullarını qoruyub saxladılar, ayrıca diplomatik və hərbi korpuslar saxladılar. Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra 1918-ci ilin noyabrında Almaniya İmperiyası ləğv edildikdə, Bavariyanın sonuncu kralı III Lüdviq də taxtdan salındı.
Benni Kristo
Ben Cristóvão (8 iyun 1987, Plzen) — müğənni. Pop və rap müğənnisi olan Benni Kristo 2020 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı "Kemama" mahnısı ilə təmsil edəcəkdi.
Boris Kirilov
Boris Kirillov (4 avqust 1992) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Boris Kirillov 1992-ci il avqustun 4-də anadan olub. == Karyerası == Boris Kirillov 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Boris Kirillov Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 200 metr məsafəyə arxasıüstə üzmə turnirnində 2:05.00 dəqiqə nəticə göstərdi və 26-cı pillənin sahibi olub.
Brili (Xaşuri)
Brili (Xaşuri) (gürc. ბრილი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 470 nəfər idi. 2014-cü ildə 313 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Buves-Kiryo
Buves-Kiryö (fr. Bouvesse-Quirieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38054. Kommunanın 2006-cı il üçün əhalisi 1262 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 338 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Dayana Kamilo
Dayana Kamilo (15 dekabr 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Dayana Kamilo Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Dəniz kralı
Dəniz kralı (Qədim skan. Sækonung) - Qədim Skandinaviyada güclü dəniz qulduru vikinqlərə verilən ad. Dəniz kralları əsasən ya hökmdarların övladları ya da "torpaqsız hökmdarlar" olurdu. Torpaqsız hökmdarlar bəzən o qədər güclənirdi ki, dənizdən başqa ölkələri işğal edib özlərini kral elan edə bilirdilər. İsveç kralı Östeni yandıraraq hökmdar olan dəniz kralı Sölve yaxud «Danların əməlləri» əsərində adı keçən İsveç kralı Huqleiki öldürən dəniz kralı Haki buna nümunə göstərilə bilər. Snorri Sturlusonun Nəzm Eddasında bəzi dəniz krallarının adları keçir.
Eriko Arakava
Eriko Arakava (d. 30 oktyabr 1979) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 20 qol vurub.