Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krişna
Krişna (sanskr. कृष्ण, kṛṣṇaIAST) — Hinduizmdəki Tanrı formalarından biri olan Vişnunun səkkizinci avatarası, ən məşhur hind tanrılarından biri kimi təsvir olunur. Monoteist ənənədə Krişnaizm bütün avatarların mənbəyi olan Tanrının ali və orijinal forması kimi qəbul edilir. Hinduistlərin müqəddəs mətnlərinə görə, eramızdan əvvəl dördüncü minilliyin sonunda Krişna Matura şəhərində anadan olandan sonra mənəvi dünyadan yer üzünə gəlmişdir.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Krisia Todorova
Krisia Marinova Todorova (Bolqarca: Крисия Маринова Тодорова; d. 1 iyun 2004, Varna, Bolqarıstan) — Bolqarıstanlı müğənni və bəstəkar. Krisia Todorova İqnatov qardaşları ilə birgə Bolqarıstanı 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Planet of the Children" mahnısı ilə təmsil etdi. Todorova həmin müsabiqəni ikinci yeridə başa vurdu, lakin mətbuatın səsverməsində birinci yerdə qərarlaşdı. Ertəsi il isə o, 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Discover" mahnısını ifa etdi. Bununla yanaşı Krisia Todorova 2015-ci ildə Bolqarıstanın sosial inkişafında xidmətinə görə "NASO Qran-Pri" mükafatına layiq görülüb. == Həyatı == Krisia Todorova 1 iyun 2004-cü ildə Bolqarıstanın Varna şəhərində Marin Todorov və Angelina Popovanın ailəsində dünyaya gəlib. Krisianın Marina və Tifani adında iki bacısı var. Krisia birinci dəfə səhnəyə 3 yaşında Razqradda bayram tədbirlərinin birində çıxdı. Krisia Todorova musiqi ilə doğma şəhərində Svilena Deçevanın rəhbərliyi altında məşğul olmağa başladı.
Krista Sieqfrids
Krista Sieqfrids — 4 dekabr, 1985-ci ildə anadan olmuş Finlandiyalı müğənni. Krista Sieqfrids 2013 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı "Marry Me" mahnısı ilə təmsil edib.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Kiska adası
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur. == Tarix == Ada 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır. 1758-ci ilin avqustunda "St.
Somanahalli Mallaya Krişna
Somanahalli Mallaya Krişna (ing. Somanahalli Mallaiah Krishna, kann. ಸೋಮನಹಳ್ಳಿ ಮಲ್ಲಯ್ಯ ಕೃಷ್ಣ; 1 may 1932, Somanahalli, Maysur, Hindistan) — Hindistan siyasətçisi. == Həyatı == 1 may 1932-ci ildə anadan olmuşdur. Hindistanın Karnataka ştatının Maysor şəhərində Maharaca kollecində incəsənət bakalavrı dərəcəsini aldıqdan sonra S.M.Krişna Banqalor şəhərində Hökumət Hüquq Kollecində hüquq üzrə ali təhsilini almışdır. ABŞ-nin Dallas şəhərində yerləşən Cənubi Metodist Universiteti və Corc Vaşinqton adına Universitetində təhsilini davam etdirmişdir. ABŞ prezidenti C.F.Kenedinin seçkiqabağı kampaniyasında iştirak etməklə S.M.Krişna siyasətə maraq göstərməyə başlamışdır. ABŞ-dən Hindistana qayıtdıqdan sonra Banqalor şəhərində Renukaçarya Hüquq Kollecində Beynəlxalq hüquq üzrə professor çalışmışdır. Banqalor şəhərini Hindistanın İT paytaxtına çevirdiyi üçün S.M.Krişnanı Banqalorun atası adlandırmışlar. Hindistan Milli Konqresinin üzvüdür.
Kiçik Kiska adası
Kiçik Kiska adası (ing. Little Kiska Island) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından şərqdə yerləşir Adanı Fyodor Litke tərəfindən adlandırılmışdır. == Tarixi == Digər Aleutlar adaları kimi Kiçik Kiska adası 1741-ci ildə Böyük Şimal Ekspedisiyası zamanı kəşf edilmişdir. İkinci dünya müharibəsi zamanı kiska adasıı ilə birlikdə 1942-ci ildə ada yaponlar təşkil edilmişdir.
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Korsika
Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır.
Krigia
Krigia (lat. Krigia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Kripta
Kripta (qədim yunan dilində κρυptή “örtülü yeraltı keçid; gizli yer”) - orta əsrlər Qərbi Avropa memarlığında məbədin qurbangahının və xor hissələrinin altında yerləşən, müqəddəslərin və şəhidlərin qalıqlarının dəfn mərasiminə və nümayişinə xidmət edən bir və ya bir neçə yeraltı tağlı otaqlardır. Məbədin başqa adı “aşağı kilsə”dir. Qədim Romada hər hansı tağlı yeraltı və ya yarı yeraltı otaq kripta adlanırdı. Kript sözünün sinonimi olaraq xristianlıqdan əvvəlki dövrlərdə ölülərin ritual yandırılması yeri, sonralar – xristian məzarları mənasını verən latın dilindəki qəbir (məzar) terminindən istifadə edilə bilər. Kriptanın orijinal forması Konstantinin hakimiyyəti dövrünə məxsus Roma bazilikalarındakı həvarilərin məzarlarından miras qalmışdır. VII əsrdən etibarən apsis formasını təkrarlayan yarımdairəvi formaya malik olan kriptalarda məbədin şərəfinə təqdis olunan müqəddəslərin və şəhidlərin qalıqları saxlanılırdı. X-XI əsrlərdə kriptanın forması dəyişdi: təkcə apsisin altında deyil, həm də məbədin nefləri və transepsiyalarının altında uzanmışdır ki, bu da kriptanın faktiki olaraq ikinci yeraltı kilsəyə çevrilməsinə səbəb olmuşdur.
Krımsk
Krımsk — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər.
Orissa
Orissa — Hindistanın şərqində yerləşən ştatdır. Ərazisi 155 707 kvadrat kilometr, əhalisi 40 milyona yaxındır. Mərkəzi və ən böyük şəhəri Bhubenaşvardır. bundan başqa mühüm şəhərləri Anqul, Bhadrak, və Bolangirdir. Ştatda 2008-ci ildə hinduistlərlə xristianlar arasında dini zəmində toqquşmalar baş vermişdi. Nəticədə 50 000-dən çox xristian ştatı tərk edib.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Skripka
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka == Tarixçə == Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. == Quruluşu == Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Erika
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
İrisk
İrisk — İranın Cənubi Xorasan ostanının Büşruyə şəhristanının İrisk bəxşində şəhər və onun mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,657 nəfər və 783 ailədən ibarət idi.
Spilanthes grisea var. grisea
Acmella grisea (lat. Acmella grisea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Spilanthes arnicoides var. grisea (Chodat) Chodat Spilanthes arnicoides f. grisea Chodat Spilanthes grisea (Chodat) A.H.Moore Spilanthes grisea var.
Acmella grisea
Acmella grisea (lat. Acmella grisea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Spilanthes arnicoides var. grisea (Chodat) Chodat Spilanthes arnicoides f. grisea Chodat Spilanthes grisea (Chodat) A.H.Moore Spilanthes grisea var.
Aleksandr Riskan
Aleksandr Riskan (5 avqust 1989) — Moldovalı boksçu. Aleksandr Riskan Moldovanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. == Karyerası == Aleksandr Riskan birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 52 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Böyük Britaniyanın nümayəndəsi Məhəmməd Əli ilə üz-üzə gəldi. Həmin görüşdə Aleksandr Riskan rəqibinə 0:3 hesabı ilə uduzdu.
Anchusa crispa
Anchusa crispa (lat. Anchusa crispa) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü.
Benni Kristo
Ben Cristóvão (8 iyun 1987, Plzen) — müğənni. Pop və rap müğənnisi olan Benni Kristo 2020 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı "Kemama" mahnısı ilə təmsil edəcəkdi.