Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuba
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kuzə
Kuzə və ya Sənək— mayenin saxlanması üçün qulpu və lüləyi olan uzunsov qab. Çaydana oxşasa da ondan hündürdür. Kuzəni müxtəlif materiallardan, ilk növbədə gildən, şüşə və plastikadan düzəldirlər.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Ruza
Ruza — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Suza
Suza — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Şahab bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,480 nəfər və 878 ailədən ibarət idi.
Koza Mostra
Koza Mostra — 2011-ci ildə qurulmuş Yunan musiqi qrupu. Koza Mostra Yunanıstanı 2013 Avroviziya Mahnı Müsabiqəsində Aqafon İakovidis ilə birlikdə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Koza Nostra
Koza nostra (it. Cosa nostra ) — Siciliyada yaranmış, 1930-cu illərdən Nyu-Yorkda fəaliyyət göstərən iri italyan-amerikan mafiya qruplaşması. 1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi ABŞ-də ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza nostra yarandığı gündən Laki Luçanonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. İkinci dünya müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçanodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün italyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş MKİ agenti Edvard Hant isə ölümündən qabaq ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətlində agentlik və mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza nostra 1980-ci illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir.
Kuba Respublikası
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kuba bayrağı
Kuba bayrağı — Kuba Respublikasının rəsmi dövlət bayrağı
Kuba inqilabı
Kuba inqilabı — 26 iyul 1953-ci ildə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə başa çatan inqilab. Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə inqilabçılar diktator Fulhensiyo Batistanın Hərbi-diktaturasını ləğv etdilər. == İnqilabın səbəbləri == XX əsrin 50-ci illərində Kuba ABŞ inhisarçılığının qurbanına çevrilmiş; tam şəkildə ABŞ investisiyasından asılı idi. Fulhensiyo Batista hakimiyyətə gələndən sonra isə Kuba başqa bu cür dövlətlərdən fərqli olaraq inkişaf edir; amma o, Kubada hərbi-diktatura elan edərək bir çox partiyaları, həmçinin Kommunist Partiyasını da ləğv edir. Ölkədə Konstitusiya ləğv olunur. Cavan ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları ortodoks partiyasının üzvləri idilər. Kastro qardaşları Ortodoks partiyasının diktataturayla mübarizə aparacağnı düşünürdülər amma ortodoks partiyasının qətiyətsizliyi nəticəsində Fidel və Raul partiyanı tərk etdilər olarla birlikdə bir neçə cavan kubalılarda partiyanı tərk etdilər və sərbəst mübarizəyə başladılar. Silahlar əldə etmək üçün Fidel Kastro və onun adamları Santyaqo-de-Kuba şəhərində Monkada kazarmasını və Bayamo şəhərindəki kazarmanı ələ keçirmək istəyirdilər.Bir il ərzində hücüma hazırlıq gedirdi.Silahlanmaq üçün bəzi Fidelin tərəfdaşları hər şeyi satmağa məcbur idilər. == İnqilabın gedişi == 26 iyul 1953-ci ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücüma keçirlər.
Kuba timsahı
Kuba timsahı (lat. Crocodylus rhombifer) — əsl timsahlar sinfinin dümayəndəsi. Yalnız Kubanın bəzi adalarında tapılmışdır. == Yayılması == Təbii şəraitdəki Kuba timsahı Xuventud adasında və Sapata bataqlığında aşkarlanmışdır. Bu bütün növ timsahlar arasında ən kiçik areala sahibdir. Bəlkədə bu baxımından bəlkə də yalnız Çin alliqatoru fərqlənə bilər. Bu növün qalıqlarına Kayman və Baham adaları tapıldığından onu demək olar ki, bu növ əvvəllər buradada aşkarlanmışdır. == Görünüşü == Kuba timsahı onu digər timsahlardan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir: daha parlaq rəng, uzun və güclü ayaqlar, bütün bədəni əhatə edən böyük pulcuqlar. Dəridə sarı və qara ləkələrdən ibarət olan xarakterik naxışa görə bu növə bəzən inci timsahı da deyilir. Qarın daha açıq rəngdədir, qara ləkələri yoxdur.
Kuba zirehlisi
Kuba zirehlisi (lat. Atractosteus tristoechus) — atractosteus cinsinə aid heyvan növü.
Kula (Miyanə)
Kula (fars. كولا‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 274 nəfər yaşayır (46 ailə).
Kula Gradacac
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kula Qradaçats
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kuma çayı
Kuma çayı (kab.-çərk. Гум,qaraç.-balk. Къум, çeç. ГӀум-хи, qum. Кум) — Şimali Qafqazda çay. Uzunluğu 802 km, hövzəsi 33,5 min km²-dir. Kuma çayının əsas qolları: sağ qoları — Podkumok, Zolka, Darya; sol qolları — Surkul, Suxoy və Sulu Karamık, Tomuzlovka, Buyvola çaylarıdır. == Etimologiyası == Çayın adı əsasən türkcə "kum" sözündən("qum") əmələ gəlmişdir. Kuma çayı şağı axarlarında, həqiqətən də qumların arasından axır. XI–XIII əsrlərdə Kumanların ərazisi boyunca axırdı, buna görə də bəziləri çayın adını Kumanların öz adı ilə-"Kumanlar" ilə eyniləşdirirlər.
Kuzma Abramov
Kuzma Qriqoriyeviç Abramov (rus. Кузьма́ Григо́рьевич Абра́мов; 30 oktyabr (12 noyabr) 1914, Starıe Naymanı[d], Simbirsk quberniyası[d] – 4 avqust 2008, Saransk) — Rusiya və SSRİ yazıçısı, dramaturqu, redaktoru. O, Mordoviya mədəniyyətinə, o cümlədən erzyan ədəbiyyatına verdiyi töhfələr ilə tanınır. Abramov Mordoviya Əməkdar (1964) və Xalq (1985) yazıçısıdır, Mordoviyanın fəxri vətəndaşıdır (2000). == Həyat və fəaliyyəti == Kuzma Qriqoriyeviç Abramov 30 oktyabr 1914-cü ildə Rusiya imperiyasının Starıe Naymanı kəndində qarışıq etnik tərkibli bir kəndli ailəsində anadan olmuşdur. Atası milliyyətcə mordva və erzyan olan Qriqori Stepanoviç idi. Stepanoviç miqrant işçi və Birinci Dünya müharibəsinin iştirakçısı idi. Anası Anastasiya Maksimovna rus əsilli bir evdar qadın idi. 1920-ci ildə Abramovlar ailəsi Molniya kəndinə köçmüşdür. Abramov uşaq ikən "həm rus, həm də mordov dillərində eyni dərəcədə pis idi" və kəndinin ucqar olduğu üçün sistemli şəkildə məktəbə gedə bilməmişdir.
Kuzma Andrianov
Kuzma Andrianov – rus kimyaçısı, SSRİ EA akademiki (1964), Sosialist Əməyi Qəhrəmanı (1969), SSRİ Dövlət mükafatı (1943, 1946, 1950, 1953) və Lenin mükafatı laureatı (1963). Moskva Dövlət Universitetini bitirmişdir (1930). Ümumittifaq Elektronika İnstitutunda (1929–1954), Ümumittifaq Aviasiya Materialları İnstitutunda (1946–1953), SSRİ EA Element- Üzvi Birləşmələr İnstitutunda (1954-cü ildən) və Zərif Kimya Texnologiyası İnstitutunda (1959-cu ildən) işləmişdir. Tədqiqatları yeni sinif polimerlər – poliüzvi siloksanlar kimyasına aiddir. Andrianov silisium (IV) xloridin sənaye üsulu ilə sintezi metodunu, poliüzvi siloksanlar əsasında materialların alınma üsullarını işləyib hazırlamışdır.
Kuzma Kovaçiç
Kuzma Kovaçiç (d. 6 iyun, 1952, Hvar adası, Xorvatiya) — Xorvat mənşəli akademik heykəltaraş və professor. == Haqqında == Kuzma Kovaçiç 1952-ci il, iyun ayının 6-da Xorvatiyada, Hvar adasında anadan olub. Orada gimnaziyada təhsil alıb. 1976-cı ildə isə Zaqrebdə İncəsənət Akademiyasını bitirib. O Hvar Kafedralında altarın müəllifidir. Papa II Con Paulun Braç adasında Selcada inşa edilən heykəlinin müəllifidir. Şkabrinya və Zaqrebdəki Franyo Tucman, Omiş yaxınlığında Qatedə Antun Mihanoviç, Prozor-Rama yaxınlığındakı Diva Qrabovçeva heykəlləri də onun əsərləridir. Kovaçiç Xorvatiya kunalarını (1, 2, 5, 10, 20, 50 lipa və 1,2,̥ 5 və 25 kuna) da dizayn edib. Beynəlxalq səviyyədə əsərləri Zaqrebdəki Müasir Qalereyada və Splitdə İncəsənət qalereyasında sərgilənir.
Muza (parfiyalı)
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Nuza Kuxianidze
Nuza Kuxianidze (qaz. ნუცა კუხიანიძე; 8 avqust 1983, Tbilisi) — Gürcüstan aktrisası.
Parfiyalı Muza
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Peça Kuça
Peça Kuça və ya PeçaKuça və ya Peça-Kuça (yap. ペチャクチャ, "[boş-boşuna] söhbət, laqqırtı") — qeyri-formal "PechaKucha Nights" konfranslarında xüsusi olaraq forma və davamlılığı baxımından məhdudlaşdırılmış qısa hesabatların təqdim olunması metodologiyasıdır. Çıxış edən şəxs 20 slayddan ibarət təqdimat-hesabat təqdim edir, hər bir slayd 20 saniyə nümayiş etdirilir, bundan sonra o avtomatik olaraq növbəti slaydla əvəz edilir. Beləliklə, təqdimatın ümumi müddəti 6 dəqiqə 40 saniyə ilə məhdudlaşır. Təqdimatlar bir-birinin ardınca gedir. Təqdimatların sayı adətən 8-12 aralığında dəyişir.
Kuba himni
"El Himno de Bayamo" (azərb. Bayamo himni‎) — Kubanın milli himni. 1868-ci ildə Bayamo döyüşü ərəfəsində hazırlanmışdır. "La Bayamesa (azərb. Bayamo mahnısı‎) kimi də adlandırılan melodiyanı Pedro Fiqeredo 1867-ci ildə bəstələməşdir.
Kuba libre
Kuba libre (ispan: [ˈkuβa ˈliβɾe]; sözün əsl mənasında "Azad Kuba"), ana tərkibi kola və rom-dan ibarətdir. Bir çox reseptlərdə buz üzərində laym şirəsindən ibarət highball stəkanında təqdim olunan kokteyldir . Ənənəvi olaraq, kola tərkib hissəsi Coca-Cola ("Kola") və spirt Bacardi kimi yüngül romdur; lakin, içki müxtəlif növ rom və kola markaları ilə hazırlana bilər və təzə sıxılmış laym şirəsi əlavə edilə bilər və ya olmaya da bilər. Kokteyl 20-ci əsrin əvvəllərində, İspaniya-Amerika müharibəsində müstəqillik qazandıqdan sonra Kubada yaranıb. Daha sonra Kuba, ABŞ və digər ölkələrdə məşhurlaşdı. Onun sadə resepti və ucuz, asantapılan inqrediyentləri onu dünyanın ən məşhur spirtli içkilərindən birinə çevirib. İçki tənqidçiləri tez-tez içkini orta səviyyəli hesab edirlər, lakin onun tarixi əhəmiyyəti qeyd edilmişdir. == Tarixi == İçki 1900-cü illərin əvvəllərində Kubada yaradılıb, lakin onun mənşəyi dəqiq deyil. Coca-Cola ilk dəfə ABŞ-dan Kubaya gətirildikdən sonra 1900-cü ildən qısa müddət sonra məşhurlaşdı. Kuba librenin mənşəyi 1898-ci il İspan-Amerika Müharibəsindən sonra ABŞ-ın Kubaya sərt müdaxiləsi ilə bağlıdır; içkinin ənənəvi adı olan "Cuba libre" (Azad Kuba) Kuba müstəqillik hərəkatının şüarı idi.
«Кара-коюнлу» (ковёр)