Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Küzəcik
Küzəcik — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bayat boyundan olan güzücəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır.
Kuznetsk
Kuznetsk — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir == Tarixi == Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı. Prof.
Kuznetsk Alatausu
Kuznetsk Alatausu — Rusiya Federasiyasının Kemerovo vilayətində və Krasnoyarsk diyarında dağ silsiləsi. Tom və Çulım çaylarının (Ob hövzəsi) suayırıcısıdır. Uzunluğu təqribən 300 km, eni 150 km, maksimal hündürlüğü 2178 m-dir (Verxni Zub dağı). Faydalı qazıntıları: dəmir və manqan filizləri, qızıl, xromit, boksit və s. Yamaclarında meşələr var. == Mənbə == Кузнетск Алатаусу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1982.
Şəmsəddin Kuzəçi
Şəmsəddin Kuzəçi (türk. Şemsettin Küzeci 1965, Kərkük)- Tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük qəzetinin baş redaktoru, 2022-ci ildə türk dünyası Akademiyasının "fəxri professoru" adına da layiq görülüb. == Həyatı == 1965-ci ildə Kərkükdə anadan olub. 1984-cü ildə Mosul Universitetinə qəbul olub və 1989-cu ildə Universiteti bitirib. 1992–1996-cı illərdə Kərkük Liseyində dərs keçib. 1992–1995-ci illərdə Kərkük televiziyası və Bağdad Türkmənistan radiosunda "Gənclik və idman" proqramlarını hazırlayaraq təqdim edib. 1993-cü ildə İraq rejimi tərəfindən həbs edilib Üç ay həbsdə qaldıqdan sonra sərbəst buraxılıb. 1996-cı ildə siyasi səbəblərdən İraqdan Türkiyəyə köçüb. 2015-ci ildə öz istəyi ilə təqaüdə çıxıb. Kərkük, Burada Musalla liseyində müəllim olaraq çalışır.
Admiral Kuzneçov boğazı
Admiral Kuzneçov boğazı Komandor boğazı kimidə tanınır. Sakit okeanında yerləşir, Berinqa adası ilə Mednıy adasını ayırır. Berinq dənizi ilə Sakit okeanı birləşdirir. Komondor adaları hövzəsində ən iri boğazdır. Uzunluğu 30 km, minimum eni isə 50 km təşkil edir. Ən dərin yeri 142 m-dir. Boğazın sahilləri girintili-çıxıntılıdır, sahillərində Sulkovsk, Kotenok, Krasnıy, Neproxodimiy, Sivuciy, Monatı, Elina, Perqrebnıy və başqa burunları vardır. Boğaz ərazisinə çoxlu sayda çaylar axır: Pereqrebnaya, Mayatniknaya və Ozernaya. Qərbində Pereqrebnıy, Kazarma və Ozernaya, şərqində isə Reçnaya, Bobrovaya buxtaları vardır. Adlanmasına gəldikdə isə bu ad 2004-cü ildə Sovet admiralı Nikolay Qerasimoviç Kuzneçovun şərəfinə verilmişdir.