Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).
Dmitri Kusov
Dmitri Kusov (oset. Хъуысаты Димитр; 10 (22) sentyabr 1889, Vladiqafqaz – 9 fevral 1964) — Osetin, Sovet şairi və dramaturqu. Əsərlərini osetin və rus dillərində yazmışdır. == Bioqrafiyası == 10 sentyabr 1889-cu ildə Vladiqafqazda anadan olmuşdur. 1889-cu ildə ailəsi iş axtarmaq üçün İrkutska köçür. Uşaqlığı və gəncliyi bu şəhərdə keçirməli olur. 1906-cı ildə atasının ölümündən sonra anası ilə birlikdə Vladiqafqaza qayıdır. 1908-ci ildə Vladiqafqaz şəhər məktəbini bitirir 1915–1917-ci illərdə orduda xidmət etmişdir. Ordudan təıxris edildikdən sonra Tiflisə köçür. Daha sonra Moskvaya gəlir, burada kinofabrikdə etnoqraf-məsləhətçi və rejissor köməkçisi olaraq çalışır.
Kruzov adası
Kruzov adası (ing. Kruzov Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən kəşf edilmişdir və rus admiralı Aleksandr Kruzun adını daşıyır. Baranov adasının qərbində, Sitka şəhəri ilə üzbəüz ərazidə yerləşir. Uzunluğu təxminən 37 km, eni isə 13 km-dir. Adanın sahəsi 433,7 km²-dir. Buda onu ABŞ-da 41-ci ən böyük ada edir. Kruzov adasının cənub ucunda konusunun hündürlüyü dəniz səviyyəsindən 976 m (adanın ən yüksək nöqtəsi) olan Eckom adlı sönmüş vulkan vardır. Daimi əhalisi yoxdur.
Kusov Torpağı
Kusov Torpağı — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Arxipelaqın cənubunda yerləşir. Adadan cənubda yalnız kiçik adsız adalar vardır. Vayqaç adasından Kara darvazası boğazı ilə ayrılır. Adadan bir qədər aralıda Prokofev və Persey bankələri yerləşir. 59 metrə malik olan ən hündür zirvə adanın cənub-şərqində yerləşir. İkinci zirvə isə 52 metrdir. Adanın mərkəzində yerləşir.
Kusov adası
Kusov adası — Şantar adaları qrupuna daxil olan ada. Böyük Şantar adasından 14 km şərqdə yerləşir. Adanın uzunluğu 4,5 km, eni isə 2,5 km arasında dəyişir. Ada 1829-cu ildə rus hidroqrafı Prokopiy Tarasoviç tərəfindən kəşf edilmişdir. Ada elə onun tərəfindən Rus-Amerikan şirkətinin direktoru Nikolay İvanoviç Kusovun şərəfinə adlandırılmışdır. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Kuzon (Alye)
Kuzon (fr. Couzon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lyursi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03090. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 300 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını meşə təsərrüfatı və kənd təsərrüfatı təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 175 nəfər arasında (15-64 yaş) 133 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.0%, 1999-cu ildə 69.8%). Fəal olan 133 nəfərdən 123 nəfər (68 kişi və 55 qadın), 10 nəfər işsiz (4 kişi və 6 qadın) idi.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Anzov
Anzov — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Anzov Yardımlı rayonunun Hamarkənd inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali bu adı Anzo kimi tələffüz edir. Kəndin keçmış adı Zivirs olmuşdur. XIX əsrin ortalarında aparılan araşdırmalara görə, kənddə cəmi beş ailə olmuşdur. Mütəxəssislərin fikrincə, anzol anzol Talış dilində "iki yarğan arasında kicik torpaq sahəsi" deməkdir. Lakin Qafqazda Andzav şəklində qeydə alınmış dağın adı "dar, çətin keçilən; mağara" kimi izah olunur. Tacikistanda, Hissar silsiləsindəki Anzob aşırımının adı da həmin məna ilə bağlıdır. == Tarixi == Anzov Yardımılı rayonunun böyük kəndlərindən biridir.
Buzqov
Aşağı Buzqov — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Yuxarı Buzqov — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd.
Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896[…] – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı meydanda Kreml divarı nekropolunda yerləşir. == Həyatı == == Hərbi fəaliyyəti == == Təltif və mükafatları == Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Kamov
Kamov — Nikolay İliç Kamov və dostu N. K. Skrzhinskii tərəfindən 1929-cu ildə yaradılmış rotorlu təyyarə şirkəti. Helikopterə oxşamasına baxmayaraq rotorlu təyyarələrin arxa pəri olmur. 1929-cu ildən etibarən Kamov dizayn bürosu köhnə SSRİ zamanından müasir dövrə kimi hərbi məqsədli helikopter və rotorlu təyyarə istehsal edir.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Kulob
Kulab (tac. Кӯлоб) — Tacikistanın Xatlon bölgəsində yerləçən şəhər. Yaxsu çayının vadisində (Pənc hövzəsi), Düşənbə şəhərindən 175 km cənub-şərqdə, Xəzratişox silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinə görə respublikada dördüncü şəhərdir: əhalisi 1 yanvar 2015-ci il tarixinə 101.200 nəfər idi; 1 yanvar 2019-cu il tarixinə 105.500 nəfərdir. == Tarixi == Kulab, Xuttalyanın yeni paytaxtı olaraq XVI əsrdə ortaya çıxdı və Abdullah adına görə kiçik bir şəhər idi, lakin üç qapısı olan möhkəm qala vardı: Çarsu (şimal tərəfdə), İmam (qərbdə) və Darb əl-Xaivan (cənub tərəfdə). Şərq tərəfində şəhər dağlarla qorunurdu. 1504-1505-ci illərdə şəhər Özbək xanədanının qurucusu - Şeybani xan tərəfindən tutuldu və Şeybanilər dövlətinin bir hissəsi idi. Şeybani xanın ölümündən sonra, 1510-cu ildə tarixdə Xan Mirzə kimi tanınan Teymurlu Sultan Veys Mirzənin nəsilləri burada hakimiyyəti ələ keçirdi. 1584-cü ilə qədər Süleyman Şahın nəvəsi Şahrux Mirzə burada hökm sürdü və həmin ildə şəhər Şeybanidlərin Özbəklər sülaləsinin nümayəndəsi — II Abdullah Xan tərəfindən yenidən ələ keçirildi və birbaşa dövlətin mərkəzinə tabe edildi — Buxara. Nadir Məhəmməd Xanın (1642-1645) dövründə Kulab, Özbək Əştərxanilər sülaləsinin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlxə təyin edildi.
Kulot
Kulot (fr. cul sözündən götürülmüşdür = sağrı deməkdir) XIIV-XVIII əsrlərdə fransız zadəgan və əsilzadələrinə məxsus geyim - dizlikli şalvar və ya bric. Kulot geyim dizdən bir qədər aşağıya qədər olan dar bir tuman ya şalvar olub, məxmər, ipək (zadəgan və aristokratlar üçün) və ya adi kətan və yun parçadan (sənətkarlar üçün) eləcə də dəridən (süvarilər, əsgərlər üçün) tikilir.
Kulövr
Kulövr (fr. Couleuvre) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lürsi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03087. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 636 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 359 nəfər (15-64 yaş arasında) 235 nəfər iqtisadi fəal, 124 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 65.5%, 1999-cu ildə 64.9%). Fəal 235 nəfərdən 205 nəfəri (113 kişi və 92 qadın), 30 nəfəri işsiz (13 kişi və 17 qadın) idi. Fəal olmayan 124 nəfər arasında 17 nəfər şagird və ya tələbə, 55 nəfər təqaüdçü, 52 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Luzon
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Murov
Murovdağ — Azərbaycan Respublikası ərazisində 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən dağ silsiləsi. Silsilənin şimal-şərqində müxtəlif göllər yerləşir. Onlardan biri də Göygöl gölüdür. Qarabağ müharibəsinin gedişində silsilə Ermənistan və Azərbaycan arasında cəbhə rolunu oynamış və bu gün də oynayır. Silsilənin uzunluğu təqribən 70 kilometr (43 mil), hündürlüyü 3,724 metrdir (12,218 fut). Əsasən yura, təbaşir və paleogen süxurlarından ibarətdir. Silsilənin maksimal hündürlüyü 3,724 metr olan Gamışdağ zirvəsidir. Murovdağ silsiləsi vəya Mrav silsiləsi Hinaldağ zirvəsindən Gamış dağına qədər şimala uzanır. Şimal-şərq yamacında şimal yamacının yaxınlığında Göygöl də daxil olmaqla bir sıra mənzərəli göllər var. Murovdağdan cənubdan Qarabağ vulkanik yaylası uzanır.
Puxov
Puxov (slovak. Púchov, alm. Puchau‎, mac. Puhó) — Slovakiyanın şimali-qərbində, Trençin bölgəsində sənaye şəhəri. Əhalisi 19 200 nəfərdir (2002-ci il). Şəhər Vaq çayının sahilində, Bəyaz Karpat dağ massivinin və Sulövske-Vrhinin yamaclarının cənubunda yerləşir. Puxov yeddi inzibati bölgəyə bölünür: Horné Kočkovce (1926-cı ildə daxil edilmişdi) Hoštiná (1979-cu ildə daxil edilmişdi) Hrabovka (1944-cü ildə daxil edilmişdi) Ihrište 600 nəfər (1979-cu ildə daxil edilmişdi) Nosice (1973-cü ildə daxil edilmişdi) Puxov (Şəhər) Vieska - Bezdedov (1960-cı ildə daxil edilmişdi) Slovaklar - 97,38 % Çexlər - 1,32 % Qaraçılar - 0,22 % Polyaklar - 0,08 % Macarlar - 0,05 % digərləri roma-katolikləri - 71,37 % yevangelik kilsəsi v.d.
Kuros
Kuros (q.yun. κοῦρος, cəmdə kuroy) — çılpaq kişi gəncləri təsvir edən müstəqil qədim Yunanıstan heykəllərinə verilən müasir termin. Onlar ilk dəfə Yunanıstanda Arxaika dövrdə meydana çıxmış, əsasən Attika və Beotiyada tapılmışdır, lakin Siciliya kimi bir çox digər qədim yunan ərazilərində az sayda aşkar edilmişdir. Belə heykəllərə yunandilli dünyada rast gəlini. Bunların çoxu əsasən Apollon ziyarətgahlarında tapılmışdır. Yalnız Beotiyada yerləşən Apollon Ptoyon ziyarətgahından yüzdən çox belə heykəl aşkar edilmişdir. Bu müstəqil heykəllər adətən mərmərdən idi, lakin əhəngdaşı, ağac, tunc, fil sümüyü və terrakota ilə işlənmişdir. Onlar adətən real həmcdə olurlar, baxmayaraq ki, erkən nəhəng nümunələr 3 metrə qədər hündürlüyə malikdir. Kurosun qadın forması kora adlanır. == Etimologiyası == Qədim yunan dilində sözü kuros (κοῦρος) "xüsusilə də nəcib rütbəli gənc oğlan" deməkdir.
Hürov (Maku)
Hürov (fars. هورو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (16 ailə).
Kazbek Kokov
Murad Kumpilov (kab.-çərk. КIуэкIуэ Валерэ и къуэ Къазбэч 20 iyul 1973) — Rusiya dövlət və siyasi xadimi. 3 oktyabr 2019-cu ildən Kabarda-Balkariya Respublikasının rəhbəri (26 sentyabr 2018-ci ildən 3 oktyabr 2019-cu il tarixinədək Kabarda-Balkariya Respublikası rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən). 6 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Kabarda-Balkariya regional şöbəsinin katibidir. == Bioqrafiyası == Kabarda-Balkariya Respublikasının birinci prezidenti Valeri Kokovun ailəsində anadan olmuşdur. Kabarda-Balkar Aqrar Meliorasiya İnstitutunu kənd təsərrüfatı alimi dərəcəsi ilə bitirmişdir. 1995-ci ildən "Nalçikski Zavod Nalçik ASC" Ticarət və Ümumi Məsələlər üzrə Baş Direktorunun müavini işləmişdir. 2002-ci ildən Kabbalkresursı ASC-nin Baş direktoru olur. 2003 - 2007-ci illərdə Nalçik Şəhər Yerli Özünüidarə Şurasının deputatı olur. 2009-cu ilin martında Kabarda-Balkariya parlamentinə seçilir.
Kutuzov adası
Kutuzov adası — Ussuri çayında yerləşən iri ada. İnzibati cəhətdən Rusiya Xabarovsk diyarı Bikinski rayonu ərazisinə daxildir. Ussuri çayının orta axarında, Rusiyaya aid Lonçakovo və Çinə mənsub olan Situnsyançjuan kəndləri yazınlığında yerləşir. Adanın əks tərəfində İlinskaya dağı yerləşir. Yaxınlığından Rusiya-Çin sərhədi keçir. Səthi düzəndir və bataqlaşmaya məruz qalmışdır. Bılkov adası ilə arasından orta axar keçir.