Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kukur
Kukur — müxtəlif tərkibli və davamiyyətli süxurların növbələşməsi ilə səciyyələnən yüksək sahillərin yuyulması nəticəsində bərk süxurların sahil dayazlığında sütun, çılpaq qaya və s. Formada qalan abraziya qalıqlarına deyilir.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Kükü
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kukin adaları
Kukin adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 2 adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisində yerləşir. Arxipelaqın mərkəzində, Solsberi adasından 2 km şimal-şərqdə yerləşir. Arxipelaqa daxil olan adaların ən böyüyünün diametri 500 m, kiçiyinin daxil uzunluğu 100 metrdir. Ən böyük adanın maksimal hündürlüyü 18 metrdir. Ada Cənub qütbünə təşkil edilən Roald Amundsen ekspedisiyası üzvü, rus qütb səyyahı Aleksadr Kukinin şərəfinə adlandırılmışdır.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Kükü (dəqiqləşdirmə)
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. Kükünün bir çox çeşidi hazırlanır.
Kükü (Şahbuz)
Kükü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Dərələyəz silsiləsinin cənub-qərb yamacındadır. Kənd ərazidən axan eyniadlı çayın adını daşıyır. Əhalisi 1517 nəfərdir.
Kükü körpüsü
Kükü körpüsü — Şahbuz rayonu ərazisində körpü. Şahbuz-Kükü avtomobil yolunun 14 kilometrliyində Küküçay üzərindədir. Uzunluğu 20 paqonometrdir. Kükü körpüsünün inşa edilib istifadəyə verilməsi nəticəsində (1967) Ayrınc, Qızıl Qışlaq və Güney Qışlaq, Kükü kəndlərinin rayon mərkəzi, həmçinin magistral avtomobil yolu vasitəsilə Naxçıvan şəhəri ilə əlaqəsi təmin edilmişdir.
Kükü plov
Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri. 5 stəkan uzun düyü, 4–5 qaşıq əridilmiş kərə yağı, 8 ədəd yumurta, 4–5 dəstə göyərti (ispanaq, turşəng, nanə, şüyüd, keşniş, kəvər və sair göyərtilər), sarıkök və ya zəfəran, duz, istiot. Qazmaq üçün: 1 ədəd yumurta, 3 xörək qaşığı qatıq. Düyü yuyulub suya qoyulur. Adi qaydada duzlu suda bişirilib süzülür. Qazana az yağ tökülərək əridilir, qazmaq üçün üstünə bir az düyü və çalınmış yumurta ilə qatıq qarışığını tökərək qalınlığı 1 sm olmaqla qazanın dibinə yayılır. Düyünün yarısını qazana töküb qalan yarısına sarıkök və ya zəfəran şirəsi əlavə edilərək qazana tökülür. Düyünün üzərinə yağ əlavə edilir, aş 45 dəqiqə dəmə qoyulur. Göyərtilər təmiz yuyularaq xırdı şəkldə doğranılır. Əvvəlcə tavaya yağ tökülərək əridilir.
Qozlu kükü
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. Kükünün bir çox çeşidi hazırlanır.
Rodrik Kuku
Rodrik Kuku (6 aprel 1986) — Konqo DR-lı cüdoçu. Rodrik Kuku Konqo DR-ı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Rodrik Kuku birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 66 kq çəkidə, 1/16 final mərhələsində Dominikan Respublikasının nümayəndəsi Vonder Mateo ilə üz-üzə gəldi. Həmin görüşdə Rodrik Kuku rəqibinə 0:10 hesabı ilə uduzdu.
Şirin Kükü
Şirin Kükü - Qəzvin bölgəsinin yerli və ənənəvi yeməklərindən biri. 500 qram qaynadılmış kartof 4 ədəd yumurta 30 qram dilimlənmiş badam 30 qram dilimlənmiş püstə 15 qram zirinc Lazım olan miqdarda əridilmiş zəfəran 1 çay qaşığı qabartma tozu 3 yemək qaşığı qatıq 1 stəkan şəkər tozu 4 yemək qaşığı gülab 100 qram yağ Yarım stəkan su Lazım olan miqdarda duz və istiot Öncədən qaynadılmış kartofların qabıqlarını soyub, rəndələyin. Sonra yumurtaları başqa bir qaba sındırıb, hamar olana qədər çəngəl ilə qarışdırıb, kartofa əlavə edin. Kartofa az miqdarda duz və istiot əlavə edin . Sonra qatıq və qabartma tozunu üzərinə töküb, qaşıqla maddələri tamamilə əmilənə kimi qarışdırın. Kükü şərbətini hazırlamaq üçün balaca bir qazana su tökün, şəkər, zəfəran və gül suyunu əlavə edib, orta istilikdə qaynadın. Sonra şərbətə püstə və badam dilimlərini və zirinci əlavə edin. Tonqal üstünə bir tava qoyub, istilənmək üçün içinə biraz zeytun yağı tökün. Sonra kükü maddələrini tavanın hər yerinə yaydırıb və bir qaşığın arxası ilə düzəldin. Kükünün bir yanı qonur olduqda, başqa yanının qonur olması üçün onu çevirin.
Ceyms Kukun üçüncü dünya səyahəti
Ceyms Kukun üçüncü dünya səyahəti 1776-1780-ci illərdə baş tutdu və Kral Cəmiyyətinin tövsiyəsi ilə Britaniya hökuməti tərəfindən təşkil edildi. Onun məqsədi şimal-qərb keçidini tapmaq idi. Ceyms Kuk Şimali Amerikanın Sakit okean sahillərinə çatdı, qitənin qərb sahilinin xəritəsini çəkdi və Berinq boğazından keçdi. Lakin buz onun həm şərqə, həm də qərbə üzməsinə mane olurdu. Gəmilər Sakit Okeana qayıtdılar və qış üçün Havay adalarına çatdılar. Yerlilərlə atışma oldu və 14 fevral 1779-cu ildə Kuk atışmada öldürüldü. Ekspedisiyanın komandanlığını şimal-qərb keçidini tapmağa cəhd edən Çarlz Klerk öz üzərinə götürdü. Ölümündən sonra ekspedisiyaya Con Qor rəhbərlik edirdi. Gəmilər 1780-ci ilin oktyabrında İngiltərəyə qayıtdı. Orada onlar təmkinli qəbulla qarşılaşdılar.
Kükü abidələr kompleksi
Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. I Kükü abidəsi Şahbuz rayonunun Kükü kəndinin girəcəyində, Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Abidə iki hündür təpəni və onların ətəyini əhatə edir. I Kükü abidəsinin sahəsi 74 hektardan artıqdır. Abidədə aparılan kəşfiyyat işləri nəticəsində mədəni təbəqənin böyük bir hissəsinin dağıdıldığı aşkar edilmişdir. Yaşayış yerinin bəzi hissələrində uçub – tökülmüş daş yığınlarına təsadüf edilir. Binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşdirilmişdir. Divar qalıqları bəzi yerlərdə 50 m məsafədən izlənilir. Yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasa və badya qırıqları tapılmışdır. Ərazidə qədim qəbirlərin olması güman edilir.
Kükü kənd tam orta məktəbi
Dikun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Fukui
Fukui (yap. 福井市) — Yaponiyanın Çubu adasında və eyni adlı regionda yerləşən Fukui prefekturasının paytaxtı.
Fukus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Kakuy
Kakuy-i Sülfa (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kakuy-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.