TOQQUŞMA

1. f.is. кил. toqquşmaq; 2. гьуьжетун, гафарал фин, гафар элуькьарун, къал, кукӀун, конфликт; 3. дяве, акьунар; кукӀун.
TOQQUŞDURMAQ
TOQQUŞMAQ
OBASTAN VİKİ
Hərbi toqquşma
Hərbi toqquşma, vuruşma və ya kombat (fr. combat) — iki qrupun bir-biri ilə yaralama, öldürmə və ya təsirsiz hala gətirmə məqsədilə etdiyi silahlı mübarizə. Böyük əhatəli qarşıdurmalar müharibə yarada bilər.
Zvartnots Hava Limanında toqquşma
Zvartnots Hava Limanında toqquşma — 5 iyul 1988-ci ildə Ermənistan SSR-də, İrəvan şəhərindən kənarında yerləşən Zvartnots Beynəlxalq Hava Limanında erməni etirazçılarla SSRİ qoşunları arasında baş vermiş toqquşma. İyunun sonunda Sovet İttifaqı Kommunist Partiyasının keçirdiyi konfransda ermənilərin Dağlıq Qarabağ haqqında tələbləri qəbul edilmədikdən sonra İrəvanda yeni nümayiş dalğası başlamışdır. Sovet hökuməti asayişi bərpa etmək üçün İrəvana qoşun yetirmişdir. Minlərlə erməni etirazçı Zvartnots Hava Limanına toplaşaraq sovet qoşunlarının girişini bağlamışdır. Bu zaman əsgərlərlə nümayişçilər arasında toqquşma baş tutmuşdur. Təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində bir nəfər həlak olmuş, onlarla adam yaralanmışdır. Bu hadisə Ermənistanda bir qədər antisovet əhval-ruhiyyəsi yaymışdır.
Buz dövrü: Toqquşma qaçılmazdı
Buz dövrü: Toqquşma qaçılmazdı (ing. Ice Age: Collision Course) — 2016-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Dördüncü filmin hadisələrindən bir müddət sonra Menni və Elli qızları Peaches və onun yaxşı xasiyyətli nişanlısı Culian arasında qarşıdan gələn evliliyə hazırlaşırlar, lakin Menni toydan əmin deyil. Dieqo və arvadı Şira ailə qurmaq istəyirlər, lakin onların şiddətli görünüşü uşaqları qorxudur. Sid öz saxta sevgilisi Francine-ə evlilik təklifi etmək üzrədir, lakin Sid əvvəllər ona zəhərli sarmaşıq alt paltar verdikdən sonra onu tərk edir və o, təkliyindən gileylənir. Manny və Ellie'nin evlilik ildönümü şənliyi zamanı asteroidlər (əvvəllər palamutunu basdırmaq cəhdi zamanı tərk edilmiş bir kosmos gəmisində kosmosa göndərilən Skratın səbəb olduğu) yerə çırpılır və Sürü çətinliklə qaçır. Bu arada, yeraltı itirilmiş dünya zamanı Bak, Qavin, Gerti və Gerti adlı uçan dromeozavrlar üçlüyü tərəfindən oğurlandıqdan sonra Xazmozavr yumurtasını qanuni sahibinə qaytarır. Rocer. Bak qədim bir daş sütunu kəşf edir və onu səthə çıxarır və burada illər sonra ilk dəfə Sürü ilə qarşılaşır. Buck The Herd-ə izah edir ki, sütuna görə, asteroidlər keçmişdə "at nalı cır-böyüyən şeylər" və dinozavrların iki nəslinin kəsilməsinə səbəb olmuşdu və növbətisi ilə o, dayanmaq üçün bir ipucu tapa biləcəkləri yeganə yer olduğuna inanır.
Azərbaycan–Ermənistan arasında toqquşma (2014)
2014-cü il avqust döyüşləri — Azərbaycan və Ermənistan arasında 2014-cü ildə baş vermişdir. İtkilərin sayına görə 1994-cü il Atəşkəs müqaviləsindən sonra ən diqqət çəkənlərdən biridir. == Reaksiyalar == Ermənistan Ermənistanın baş naziri Hovik Abrahamyan bildirdi ki, Serj Sarkisyan yaxında İlham Əliyevlə Soçidə vəziyyəti sakitləşdirmək üçün görüşəcək. Azərbaycan Qənirə Paşayeva beynəlxalq təşkilatları Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrdə laqeydliklərinə görə tənqid etdi. Qarabağ FK komandasının oyunçuları Rəşad Sadıqov, Ansi Aqolli, Reynaldo, Qara Qarayev, keçmiş türk futbolçu Hakan Şükür, Fənərbaxça PFK komandasının azarkeşləri, Azərbaycan qadın milli voleybol komandasıın oyunçuları Oksana Parxomenko, Valeriya Korotenko, Kseniya Kovalenko, Ayşən Əbdülməzimova və baş məşqçi Onat Kurt, Türkiyəli müğənni Sibel Can ölən insanların ailələrinə öz baş sağlıqlarını ifadə etdilər. Rusiyalı Serebro qrupu hadisələrdən əziyyət çəkən ailələrə hörmət əlaməti olaraq Bakıdakı konsertlərini təxirə saldı. Azərbaycanlı futbolçu Rauf Əliyev Futbol üzrə Azərbaycan çempionatı 2014/2015də ilk qolunu müharibənin qurbanlarına təzim edərək qeyd etdi.
Azərbaycan–Ermənistan sərhədində toqquşma (2012)
Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 2012-ci il sərhəd toqquşmaları iyun ayının əvvəllərində baş verdi. Qarşıdurmalar hər iki tərəfin itkilər verməsi ilə nəticələndi. == Arxa plan == İki ölkə 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağ anklavı uğrunda müharibə aparırdı, gərginlik isə son vaxtlar daha artdı. 2011-ci ilin əvvəllərindən bəri Ermənistanla Azərbaycan arasında baş verən atışmalarda 63 nəfər həlak olmuşdur. Ən son gərginlik Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu arasında keçən hissəsində gücləndi və aprel ayında mənşəyi bilinməyən sərhədyanı atışmalara çevrildi. Bundan əvvəl Azərbaycan digər silah bazarlarından kənarda qaldıqdan sonra İsraildən 1,6 milyard ABŞ dolları dəyərində hərbi texnika almasından sonra Dağlıq Qarabağın işğalına son qoymaq məqsədi ilə müdafiə xərclərini artırdığı qeyd edilmişdi. Ermənistan-Rusiya əlaqələri və Ermənistan-Amerika münasibətləri də Azərbaycanın silah əldə etmək səylərinə maneə törədir. İyunun 2-də, ATƏT-in planlaşdırılan monitorinq səfərindən bir neçə saat sonra Azərbaycandan gələn atışla Nerkin Karmirarghbyur sakininin odlu silahdan yaralandığına dair məlumatlara cavab olaraq, ATƏT-in monitorinq rəsmiləri Tavuş bölgəsində təmas xətti boyunca baş verən son hadisələri araşdırmaq üçün birtərəfli sahə monitorinqi missiyası həyata keçirdi. Aygepar, Musa və Nerkin Karmiraghbyur kəndlərində bombardman və atəş izlərinə aid foto və video qeydlər aparmağa başladılar. == Hadisələr == İlk qarşıdurmalar iyunun 4-də erkən saatlarda baş verdi və Tavuş vilayətinin Berdavan və Çinari kəndləri yaxınlığında üç erməni əsgərinin öldürülməsi və altısının yaralanması ilə başladı.
Toqquşma
Hərbi toqquşma, vuruşma və ya kombat (fr. combat) — iki qrupun bir-biri ilə yaralama, öldürmə və ya təsirsiz hala gətirmə məqsədilə etdiyi silahlı mübarizə. Böyük əhatəli qarşıdurmalar müharibə yarada bilər.
Azərbaycan–Ermənistan sərhədində toqquşma (may, 2023)
2023-cü ilin may ayında Azərbaycan–Ermənistan sərhədində toqquşma — Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 10 may 2023-cü ildə, axşam saatlarında Azərbaycan–Ermənistan şərti sərhədində – Ermənistan tərəfdən Vardenis rayonu, Azərbaycan tərəfdən isə Kəlbəcər rayonu istiqamətində başlanan və beş gün davam edən silahlı toqquşma. Silahlı toqquşmaların başlamasında tərəflər bir-birlərini ittiham eləmişdir. Qarşıdurma zamanı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ümumi olaraq 3 hərbçisi öldürülmüş, 8 hərbçisi isə yaralanmışdır. 14 mayda gərginliyin səviyyəsinin aşağı düşməsi isə bölgədə silahlar susmuşdur. Bu cari il ərzində tərəflər arasında baş verən üçüncü silahlı toqquşma idi. Silahlı toqquşmalar 14 mayda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşün fonunda baş vermişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.
Azərbaycan–Ermənistan arasında təmas xəttində toqquşma (2016)
Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır. == Zəmin == Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi.
Toqquşma hadisəsi
Toqquşma hadisələri və ya kosmik toqquşma (ing: impact event) böyük meteorit, asteroid, kometa və ya digər astronomik obyektin Yer və ya başqa planetlə toqquşması hadisəsi kimi müəyyən edilmişdir. Qeydə alınmış tarix boyu yüzlərlə kiçik toqquşma hadisəsi (yaxud partlayan kometalar) qeydə alınmışdır ki, onlardan bəziləri ölüm, yaralanma, maddi ziyan və ya digər mühüm regional nəticələrlə nəticələnmişdir. Okean və ya dənizdəki toqquşma hadisəsi həm dənizdə, həm də sahil xətti boyunca dağıdıcı olan nəhəng sunami dalğalarına səbəb ola bilər. Sonuncu böyük toqquşma hadisəsi eramızdan əvvəl 700-cü ildə Estoniyada olmuş və bu toqquşma nəticəsində Kaali krateri yaranmışdır. Elm dünyası həqiqi meteorit toqquşmalarından xəbərdar olduqdan bəri, meteorit toqquşmaları elmi fantastika dünyasında istifadə edilən mühüm elementlərdən biri olmuşdur və saysız-hesabsız kompliyator nəzəriyyəsinin formalaşmasına səbəb olmuşdur.
Böyük toqquşma fərziyyəsi
Böyük toqquşma fərziyyəsi və ya Teyanın toqquşması — Günəş sisteminin formalaşmasından 20–100 milyon il sonra, təqribən bundan 4,5 milyard il əvvəl baş verdiyi ehtimal olunan Teya planetinin Yerlə toqquşması hadisəsi. Təqribən Mars böyüklüyündə olduğu düşünülən Teyanın Yerlə toqquşması nəticəsində, Yer ətrafı boşluğa yayılan qalıqların orbitdə toplanması nəticəsində Ayın formalaşdığı ehtimal olunur. == Alternativ fərziyyələr == Ayın formalaşması ilə bağlı bir sıra alternativ fərziyyələr də vardır. Bölünmə fərziyyəsinə görə Ay mərkəzəqaçma təcili nəticəsində Yer qabığından qoparaq ayrılmışdır. Belə olduğu halda Yerin başlanğıc sürətinin çox böyük göstəriciyə sahib olması lazımdır. Əgər bölünmə fərziyyəsi düzgün olarsa, Yerin ekvator müstəvisi ekliptikin müstəvisinə uyğun olmalı idi, ancaq bu belə deyil. Ayın Yerin cazibə qüvvəsi tərəfindən sonradan tutulması fərziyyəsinə görə Ay fərqli yerdə meydana gəlmişdir və Yerin yaxınlığından keçərkən onun cazibə qüvvəsi tərəfindən tutulmuşdur. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində bu fərziyyənin doğru olması üçün tələb olunan şərtlərin ödənmədiyi məlum olmuşdur. Birlikdə formalaşma fərziyyəsinə görə isə Yer və Ay Günəş sistemi formalaşarkən molekulyar buluddan eyni vaxtda və yerdə formalaşmışdır. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində Ayda metal maddələrinin həddən artıq az olması səbəbindən Yer və Ayın birlikdə formalaşması fərziyyəsinin doğru olması ehtimalı azdır.
Toqquşma (film, 2004)
Toqquşma (ing. Crash) — 2004-cü ildə çəkilən Oskar mükafatı almış ABŞ filmi. Bir çox film tənqidçisinin təxminindən kənar 2005-ci ildə aşağı səviyyəli büdcəsi olmasına baxmayaraq, "Ən yaxşı film" kateqoriyasında Oskar mükafatına layiq görülmüşdür.
Qalaktikaların toqquşması
Qalaktikaların toqquşması — Kainatın qalaktikalar şəklində formalaşmasının ilk mərhələsində qalaktikalar bir-birinə yaxın olmuşdur. Ona görə də, qalaktikaların toqquşması və birləşmələri bu mərhələdə adi hal idi. Qalaktikaların toqquşması, adətən onların spiral qollarının böyüməsinə səbəb olur. Birbaşa toqquşmada qalaktikalar nəhəng bir qalaktikaya da çevrilə bilir. Bizim Günəş sistemimizin daxil olduğu Süd yolu qalaktikası ən yaxın qalaktika qonşumuz olan Andromeda qalaktikası ilə rəqabətdədir. Bir neçə milyard il sonra iki qalaktika bir-biriiilə toqquşub ya daha da böyük qalaktikaya çevriləcək, ya da ulduz tozuna çevriləcək. NASA — ABŞ Aerokomik Araşdırmalar Mərkəzinin bu astronomik hadisə ilə bağlı xüsusi mülahizələri və modelləri vardır. Sağdakı şəkildə bu proses təsvir edilmişdir. Bu təsvirlər NASAnın vizuallaşdırmalarıdır və 7 mlrd il sonra günəş sistemi məhv olacağını iddia edir. Aşağıda şəkildəki səkkiz fraqmentin izahı verilmişdir.
Qırğızıstan-Tacikistan sərhəd toqquşmaları (2021)
Qırğızıstan-Tacikistan sərhəd toqquşmaları — Qırğızıstan-Tacikistan sərhədində Qırğızıstan və Tacikistan qüvvələri arasında 28 aprel 2021-ci ildə su qaynaqları üzərində nəzarət səbəbindən başlayan bir sıra silahlı toquşmalar. Qırğızıstanın Batken vilayətinin Köktaş kəndində başlanan və daha sonra ordularında ortaya qarışması ilə genişlənən münaqişə. 29 aprel tarixində qarşıdurmalar nəticəsində hər iki tərəfdən 6 nəfər ölmüş və 10.000 nəfər bölgədən təxliyə edilmişdir. 29 aprel tarixində atəşkəs elan edilmişdir.
Sivilizasiyaların toqquşması
“Sivilizasiyaların toqquşması” Samuel Hantinqton tərəfindən hazırlanmış olan bir tezisdir ki, bu tezisə görə Soyuq müharibədən sonrakı dövrə müvafiq olaraq, yəni 1990-cı illərdən etibarən beynəlxalq ittifaqlarda və ya münaqişələrdə müəyyənedici amil siyasi və ya iqtisadi ideologiyalar deyil, sivilizasiyalardır və bu tendensiya XXI əsrdə də davam edəcəkdir. Hantinqton bu tezisə ilk dəfə 1993-cü ildə “Foreign Affairs” jurnalında dərc olunmuş məqaləsində toxunmuş, daha sonra bu tədqiqat işini genişləndirərək 1996-cı ildə kitab halında nəşr etdirmişdir. Qərb sivilizasiyasının mərkəzi Qərbi Avropa (Avropa İttifaqı) və Şimali Amerikadadır, lakin Avstraliya və Yeni Zelandiya kimi avropalıların məskunlaşdığı ölkələrdə də mövcuddur. Hantinqtona görə Sakit Okean adaları, Şərqi Timor, Surinam, Fransız Qvianası və şimali və mərkəzi Filippin də bu mədəniyyətin təsiri altındadır. Pravoslav ölkələri Ermənistan, Belarusiya, Bolqarıstan, Kipr, Gürcüstan, Yunanıstan, Moldova, Monteneqro, Makedoniya, Rumıniya, Rusiya, Serbiya və Ukraynadır. Latın Amerikası Qərb sivilizasiyası ilə yerli mədəniyyətlərin qarışığıdır. Argentina kimi bəzi Cənubi Amerika ölkələri bəziləri tərəfindən qərb sivilizasiyasının bir hissəsi kimi göstərilmişdir. İslam sivilizasiyası Mərkəzi Asiya, Şimali Afrika, Cənub-Qərbi Asiya, Əfqanıstan, Albaniya, Azərbaycan, Banqladeş, İndoneziya, Malayziya, Maldiv adaları, Pakistan, Somali, Mindanao, Türkiyə və Hindistanın bir hissəsində geniş yayılmışdır. Hindistan sivilizasiyası, Hindistan, Nepal və Hindistan diasporunun mövcud olduğu regionlarda yayılmışdır. Çin sivilizasiyası Çin, Koreya, Sinqapur, Tayvan və Vyetnamda mövcuddur.
Stellar toqquşması
Möhtəşəm bir toqquşma, çəkisi, radiasiya və ya yaxşı anlaşılmayan digər mexanizmlər səbəbiylə iki ulduzun bir araya gəlməsidir . Astronomlar bu cür hadisələrin hər 10,000 ildə bir dəfə bizim galaktikamızın külək qruplarında meydana gəldiyini təxmin edirlər. 2008-ci ildə alimlər ilk dəfə Scorpius-da birləşmənin birləşməsini müşahidə etmişdilər, baxmayaraq ki, o dövrdə birbaşa birləşmənin nəticəsi idi. Qısa bir müddət ərzində sıx bir qrupda bir sıra seriyalı toqquşmalar bir sıra "qaçaq yıldızlı toqquşmalar" vasitəsilə ara kütləvi qara nöqtəyə gətirə bilər. Kainatın hər hansı bir ulduzu, füzyonun artıq ulduzda və ya 'ölü' olaraq, füzyonla artıq yer almayan 'canlı' olub-olmamasına qarşı ola bilər. Ağ dwarf ulduzları, neytron ulduzları, qara nöqtələr, əsas ardıcıllıq ulduzları, nəhəng ulduzlar və supergiants tip, kütləvi, temperatur və radiusda çox fərqlidir və bu səbəbdən fərqli reaksiya verir. 25 Avqust 2017-ci ildə GW170817-də baş verən qravitasiya dalğası hadisəsi 16 oktyabr 2017-ci ildə uzaq bir galaktikada iki neytron ulduzunun birləşməsi ilə əlaqəli olduğu bildirilmişdir, ilk belə birləşmə qravitasiya radiasiya vasitəsilə müşahidə olunmalıdır Ağ cırtdanlar aşağı kütləli ulduzların qalıqlarıdır və əgər başqa bir ulduzla ikili sistem yaratsalar, onlar tip Ia supernova kimi tanınan böyük iri partlamağa səbəb ola bilərlər. Bu baş verən normal marşrut bir əsas sekansdan və ya qırmızı nəhəng bir ulduzdan ibarət olan bir ağ cırtdan rəsm materialı ilə bir accretion diskini meydana gətirir. Buna baxmayaraq, Ia supernova tipli bir çox nadir marka iki ağ cırtdanlar bir-birinə yuvarlananda meydana gəlir. Qravitasiya dalğalarının emissiyası cütü içəriyə spiral səbəb olur.
Azərbaycan-Ermənistan sərhəd toqquşması
Azərbaycan–Ermənistan sərhəd münaqişəsi (2012)
Azərbaycan–Ermənistan sərhəd toqquşması
Azərbaycan–Ermənistan sərhəd münaqişəsi (2012)
Sudanda toqquşmalar (2023)
Sudanda toqquşmalar - 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib. Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər baş verib. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb. Sudanın etnik və dini müxtəlifiliyi ölkədə hər zaman silahlı toqquşmaların baş verməsinə zəmin hazırlamışdır. Qiymətli resuslara nəzarət üzərində başlayan ilk toqquşmalar oturaq fermerlər və köçəri çobanlar arasında baş vermişdir. Kənd təsərrüfatı Sudan iqtisadiyyatında və gündəlik həyatında mühüm yer tutmaqdadır.
Əfqanıstan-İran toqquşması (2023)
Əfqanıstan-İran toqquşması — Əfqanıstan və İran arasında baş verən sərhəd insidentidir. 27 may 2023-cü ildə Əfqanıstan İslam Əmirliyinin Silahlı Qüvvələri ilə İran sərhədçiləri arasında Əfqanıstanın Nimruz vilayəti ilə İranın Sistan və Bəlucistan ostanı arasında toqquşma baş verib. Qısa toqquşmadan sonra tərəflər vəziyyəti gərginləşdiriblər. KİV-in məlumatına görə, Əfqanıstanda hakim islami hərəkat olan "Taliban" hərəkatının silahlıları İranın Zabol şəhəri yaxınlığında sərhəd münaqişəsində iştirak edib, nəticədə İran sərhəd postunu ələ keçiriblər. Buna cavab olaraq İran ordusu Taliban hərəkatının mövqelərinə artilleriya hücumu həyata keçirib, rəsmi məlumatlara görə bu hadisə 3 nəfərin ölümünə səbəb olub, lakin İran tərəfdən gələn ziddiyyətli məlumatlara görə, qeyri-rəsmi olaraq ən azı Əfqanıstan tərəfdən 14 nəfər ölüb. Taliban hərəkatı bildirib ki: "Biz İranla ABŞ-dan daha çox canfəşanlıqla mübarizə aparacağıq. Liderlərimiz cihada icazə versə, tezliklə İranı fəth edəcəyik". "Taliban" həmçinin "İran təxribatlarını dayandırmasa" Tehranı bir neçə günə ələ keçirəcəklərinə söz verib. 2023-cü ilin may ayında İran prezidenti İbrahim Rəisi Helmand çayında su hüququ tələb edir. Bundan əlavə, İran Xarici İşlər Nazirliyi bəyan edib ki, onun ölkəsi Talibanı tanımır və "Əfqanıstanın inklüziv hökuməti"nin qurulmasında israrlıdır.
Əfqanıstan–İran toqquşması (2023)

Maraq toqquşması
Maraqların münaqişəsi — insanın şəxsi marağının qərar qəbul etmə prosesinə təsir göstərə biləcəyi və beləliklə işçinin işəgötürən olduğu cəmiyyətin və ya şirkətin mənafelərinə zərər verə biləcəyi bir vəziyyət. == Maraqların münaqişələrinin növləri == === Təşkilati === Bir təşkilatın Müştəriyə xidmət göstərməsi və digər fəaliyyət və ya əlaqələrə görə bu təşkilat tərəfsiz olaraq xidmət göstərə bilməməsi, ona həvalə edilmiş funksiyaların yerinə yetirilməsində obyektivliyinin pozulması və ya pozula bilməsi və ya təşkilati maraqlar toqquşması meydana çıxır. bu təşkilatın çox böyük rəqabət üstünlükləri vardır. === Şəxsi === Şəxsi maraqlar toqquşması, bir insanın şəxsi maraqlarının — məsələn, xarici əlaqələr və ya şəxsi maliyyə varlıqları kimi — iş vəzifələrinin icrası ilə faktiki və ya qəbul edilən ziddiyyətlərlə qarşılaşdığı bir vəziyyətdir. Maraqların münaqişəsi ilə necə davranmaq === Profilaktik metod === Mənafelər toqquşmasının qarşısını almaq bu korrupsiya təzahürü ilə mübarizənin ən təsirli yoludur. Belə bir metodun nümunəsi təyin olunmuş dövlət qulluqçusunun şirkətin kapitalındakı paydan imtina etməsidir. === Məlumatların açıqlanması === Dövlət qulluqçularının mütəmadi olaraq varlıqlarını və gəlirlərini bəyan etmələri tələb olunur. Bu, mənafelər toqquşmalarını müəyyənləşdirməyə və qarşısını almağa imkan verir. Bir çox ölkədə ictimai səhiyyə həkimlərindən əczaçılıq şirkətlərindən alınan vəsaitlər haqqında məlumatları açıqlamaq tələb olunur. Fransada xəstələrin təşkilatlarını tibb sənayesi tərəfindən maliyyələşdirməsinə dair məlumatlar açıqlanmağa tabedir.
Maraqların toqquşması

Azərbaycan–Ermənistan sərhəd toqquşması (aprel, 2023)
2023-cü ilin aprel ayında Azərbaycan–Ermənistan sərhədində toqquşma — Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 11 aprel 2023-cü ildə, günorta saatlarında Azərbaycan–Ermənistan şərti sərhədində – Ermənistan tərəfdən Gorus rayonu, Azərbaycan tərəfdən isə Laçın rayonu istiqamətində başlanan və bir saatdan çox davam edən silahlı toqquşma. Silahlı toqquşmaların başlamasında tərəflər bir-birlərini ittiham eləmişdir. Qarşıdurma zamanı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ümumi olaraq 7 hərbçisi öldürülmüş, 10 hərbçisi isə yaralanmışdır. Axşam saatlarında gərginliyin səviyyəsinin aşağı düşməsi isə bölgədə silahlar susmuşdur. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. 2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir.
Azərbaycan–Ermənistan sərhəd toqquşması (may, 2023)
2023-cü ilin may ayında Azərbaycan–Ermənistan sərhədində toqquşma — Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 10 may 2023-cü ildə, axşam saatlarında Azərbaycan–Ermənistan şərti sərhədində – Ermənistan tərəfdən Vardenis rayonu, Azərbaycan tərəfdən isə Kəlbəcər rayonu istiqamətində başlanan və beş gün davam edən silahlı toqquşma. Silahlı toqquşmaların başlamasında tərəflər bir-birlərini ittiham eləmişdir. Qarşıdurma zamanı Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ümumi olaraq 3 hərbçisi öldürülmüş, 8 hərbçisi isə yaralanmışdır. 14 mayda gərginliyin səviyyəsinin aşağı düşməsi isə bölgədə silahlar susmuşdur. Bu cari il ərzində tərəflər arasında baş verən üçüncü silahlı toqquşma idi. Silahlı toqquşmalar 14 mayda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşün fonunda baş vermişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.
Çaylı toqquşması (2010)
Çaylı toqquşması və ya Çaylı döyüşü — 18–19 iyun 2010-cu ildə Çaylı yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Qarabağ separatçıları arasında baş verən toqquşma. 18 iyun 2010-cu ildə İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyevin iştirakçılığı ilə Rusiyada keçirilən üçtərəfli sülh danışıqları növbəti dəfə uğursuz bitdi. Sankt-Peterburq sülh danışıqlarından sonra İlham Əliyev Maliyyə forumunda iştirak etmədən Rusiyanı tərk edir. Toqquşmada Azərbaycan tərəfi erməni tərəfini, erməni tərəfi isə Azərbaycan tərəfini günahlandırır. Döyüşdən sonra ATƏT-in Minsk Qrupu tərəfləri atəşkəsə və sakitləşməyə çağırır. ATƏT-in Minsk Qrupu sülh yolundan başqa münaqişənin həllini görmədiyini söyləyiblər. Eləcə də ATƏT bildiribki cəbhə xəttində monitorinqləri davam etdirəcək. İlham Əliyevin sərancamı ilə həlak olmuş Mübariz İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir.
Nigeriyada dini toqquşmalar
Nigeriyada dini toqquşmalar — Nigeriyada müsəlmanlarla xristianlar arasında baş vermiş dini toqquşmalar. Nigeriya hökuməti münaqişədə iştirak edir, qətliamları dayandırmaq üçün müntəzəm olaraq qoşun və polis göndərir. Nigeriyada aparılan siyahıyaalmaya görə, müsəlmanlar çoxluq təşkil edir (50,5%), xristianlar ikinci ən böyük dini inancdır və ölkə əhalisinin 48,2%-ni təşkil edir. Nigeriyanın şimal hissəsi (əksəriyyəti müsəlmandır) 1999-cu ildən bəri şəriət qanunları əsasında yaşayır. İğtişaşlar 1953-cü il mayın 16-da Kano sakinlərinin Cənubi Nigeriyanın yürütdüyü siyasətdən narazılıqlarını ifadə etmək üçün küçələrə çıxması ilə başladı. Mayın 18-də müstəmləkə hökuməti Şimali Nigeriyada fövqəladə vəziyyət elan etdi və qoşunlar Kano şəhərinə göndərildi. Bu dövrdə silahlı toqquşmalar nəticəsində 36-dan 52-yə qədər insan həlak olmuş, 200-dən çox insan yaralanmışdır . Philip Ostien. ""13. Sharia and national law in Nigeria", in: Sharia Incorporated: A Comparative Overview of the Legal Systems of Twelve Muslim Countries in Past and Present".
Urmiya toqquşmaları
Urmiya toqquşmaları — 1918-ci ilin 9-10 fevral tarixlərində Urmiya bölgəsində Qacar imperiyası, həmçinin yerli Azərbaycan türkləri ilə Aysor könüllülər arasında baş verən toqquşmalara verilnə addır. Bir digər adı Urmiya üsyanı olan hadisələr zamanı aysorlara Ağa Petros və Məlik Xoşaba rəhbərlik etmiş, Azərbaycan türklərinə isə şəhər hakimi İrşad Hümayun rəhbərlik edirdi. General Ərşad əl-Mülk də İrşad Hümayun tərəfdarı idi. Bu toqquşmalar Bolşevik inqilabından sonra böglədəki rus ordusunun geri çəkilməsindən sonra meydana çıxmışdır. Urmiya toqquşmaları aysor-erməni silahlı dəstələrinin Antanta dövlətlərindən dəstək alaraq Cənubi Azərbaycanda həyata həyata keçirdikləri etnik təmizləmə siyasətinin bir hissəsidir. Ümumi olaraq, bəzən Cilovluq adlanan bu proseslər zamanı aysorlar tərəfindən 100 mindən çox insanın öldürüldüyü güman edilir. 1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan assuriyalılar (aysorlar) Rusiyanın dəstəyinə arxalanaraq öz dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi on minlərlə aysor (yerli əhali onları “cilov” adlandırırdı) öz ailələri ilə birgə Cənubi Azərbaycanın Urmiya və Səlmas bölgəsinə köçürüldü. Rus ordusunun bölgədən çıxmasından sonra ingilis-fransız qüvvələri bölgəyə gəldi və onlar ermənilərin, aysorların daxil olduğu xristian silahlı bölmələri təşkil etdilər.
İncə və Qalaburun toqquşmaları
İncə və Qalaburun toqquşmaları — 1946-cı ilin aprel ayında Tikantəpə və Sayınqala yolları arasındakı İncə və Qalaburun kəndlərində Məhəmməd Rza Şah Pəhləviyə yaxın qüvvələr ilə Azərbaycan Milli Hökuməti qüvvələri arasında baş vermiş hərbi toqquşmalar nəzərdə tutulur. 1944-cü ilin sonlarında SSRİ ilə İranın münasibətləri pisləşdi. SSRİ-yə neft güzəştinin verilməsindən imtina edildikdən sonra SSRİ Cənubi Azərbaycanda olan etnik şikayətlərdən yararlanmaq qərarına gəldi. Nəticədə formalaşan Azərbaycan Demokrat Firqəsi 3 sentyabr 1945-ci ildə yaradıldığını elan etdi. 1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADF-nin I qurultayı keçirildi. Noyabr ayının sonların Cənubi Azərbaycan boyunca Azərbaycan Xalq Məclisinə seçkilər keçirildi. Eyni zamanda şah ordusuna qarşı da eyni anda tədbir görüldü və bu ordu birləşmələri zərərsizləşdirildi. 1-19 dekabr tarixlərində Cənubi Azərbaycanın böyük bir hissəsi faktiki olaraq ADF-nin əlinə keçdi. Dekabr ayında Xalq Konqresi özünü Qurucular Məclisi elan etmiş, o da Milli Heyət üzvlərini seçmişdi. 12 dekabrda Cənubi Azərbaycanın muxtariyyəti elan edildi.
Azərbaycan–Ermənistan sərhəd toqquşması (dəqiqləşdirmə)
Azərbaycan–Ermənistan sərhəd münaqişəsi (2012)
Amerikalı nindza 2: Toqquşma (film, 1987)
Amerikalı nindza 2: Toqquşma (ing. American Ninja 2: The Confrontation) — 1987-ci ildə rejissor Sem Ferstenberq tərəfindən çəkilmiş döyüş filmidir. ABŞ-nin döyüş filmlərindən biridir. Film tənqidçilər tərəfindən mənfi icmal aldı. Film "Amerikalı nindza" filminin davamıdır. == Məzmun == ABŞ-nin agentləri Co Armstronq və Körtis Cekson Karib dənizində yerləşən Sent-Tomas adasında dəniz hərbiçilərinin naməlum səbəbdən yoxa çıxmasını araşdırmaq üçün bura gəlirlər. Bir müddət keçdikdən sonra adada onların üzərinə gözlənilmədən nindzalar hücum edir. Bu hadisədən sonra Co Armstronq nindzazların başçısının axtarışına çıxır.
Buz dövrü: Toqquşma kursu (animasiya, 2016)
Buz dövrü: Toqquşma qaçılmazdı (ing. Ice Age: Collision Course) — 2016-cı ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Dördüncü filmin hadisələrindən bir müddət sonra Menni və Elli qızları Peaches və onun yaxşı xasiyyətli nişanlısı Culian arasında qarşıdan gələn evliliyə hazırlaşırlar, lakin Menni toydan əmin deyil. Dieqo və arvadı Şira ailə qurmaq istəyirlər, lakin onların şiddətli görünüşü uşaqları qorxudur. Sid öz saxta sevgilisi Francine-ə evlilik təklifi etmək üzrədir, lakin Sid əvvəllər ona zəhərli sarmaşıq alt paltar verdikdən sonra onu tərk edir və o, təkliyindən gileylənir. Manny və Ellie'nin evlilik ildönümü şənliyi zamanı asteroidlər (əvvəllər palamutunu basdırmaq cəhdi zamanı tərk edilmiş bir kosmos gəmisində kosmosa göndərilən Skratın səbəb olduğu) yerə çırpılır və Sürü çətinliklə qaçır. Bu arada, yeraltı itirilmiş dünya zamanı Bak, Qavin, Gerti və Gerti adlı uçan dromeozavrlar üçlüyü tərəfindən oğurlandıqdan sonra Xazmozavr yumurtasını qanuni sahibinə qaytarır. Rocer. Bak qədim bir daş sütunu kəşf edir və onu səthə çıxarır və burada illər sonra ilk dəfə Sürü ilə qarşılaşır. Buck The Herd-ə izah edir ki, sütuna görə, asteroidlər keçmişdə "at nalı cır-böyüyən şeylər" və dinozavrların iki nəslinin kəsilməsinə səbəb olmuşdu və növbətisi ilə o, dayanmaq üçün bir ipucu tapa biləcəkləri yeganə yer olduğuna inanır.
Buz dövrü: Toqquşma kursu (cizgi filmi, 2016)

Значение слова в других словарях