Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koramal
Koramal (lat. Anguis) — Koramallar fəsiləsinə aid cins. Ayaqsız ilana bənzər kərtənkələlərdir. == Növləri == Bu cinsə 6 növ daxildir: Anguis cephallonica Anguis colchica Anguis fragilis — Cılız koramal Anguis graeca Anguis incomptus Anguis veronensisCılız koramal Avropada, həmcinin Türkiyə, Əlcəzir və Tunis ərazilərində yayılmışdır. A. cephallonica növü cənubi Yunanıstanın emdemik növü sayılır. A. incomptus növü isə 2010-cu ildəOphisaurus cinsinə daxil edilmişdir. 1758-ci ildə Karlos Linneaus Koramal cinsinə bir cox kərtənkələ və ilan növü daxil etmişdi.
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Koramal (dəqiqləşdirmə)
Koramal
Koramal (roman)
Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı.Kitabın təqdimat mərasimi Gəncədə baş tutub. İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib. == Məzmun == Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər? “Qırmızı imperiya”nın qanlı oraq-çəkici altına cəm olmuş sadə insanların kədərli aqibətinə, Əfqanıstan və Qarabağ müharibələrinin pərdəarxası məqamlarına işıq salan yeni roman: böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil, çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır.
Kuramalı (Germi)
Kuramalı (fars. كورامالو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 583 nəfər yaşayır (114 ailə).
Sarı koramal
Sarı koramal(lat. Pseudopus apodus) — Koramallar fəsiləsinə aid ayaqsız kərtənkələ növü. == Xariçi görünüş == Koramallar ayaqlara malik olmurlar, halbuki kərtənkələdirlər. Sarı koramal öz sinfinə daxil olan ilanlar arasında ən irisidir. Onlar bəzən 1,5 m təşkil edir. Uzun quyruğa malik olular və təhlükə zamanı onu atırlar. == Yayılması == Onların arealı Cənub-şərqi Avropa, Orta və cənub-qərbi Asiya, Qafqaz və Krım ərazilərini təşkil edir. == Qidalanması və çoxalması == Əsasən molyusklar və Cücülərlə qidalanır. Bəzən onurğalılarlada qidalanması müşahidə edilib. 8–10 olmaqla yumurta qoyur.
Koramal (film, 2009)
== Məzmun == Filmdə iki kordan və onlar arasındakı konfliktdən bəhs olunur. Hər kor özlüyündə böyük bir kütləni təmsil edir. Filmin adı özlüyündə süjet haqqında çox şey deyir. Koramal sözünü 2 hissəyə bölmək olar: kor və amal. Bu birləşmədən koramal sözü əmələ gəlir ki, bu da sürünən heyvandır. Heç bir yerə getməyən, sonu olmayan ideyasını ifadə edir. == Film haqqında == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci il yanvarın 10-dan aprelin 10-a qədər "Bu meydan, bu ekran 2008" kinolayihələr müsabiqəsi keçirilib. Müsabiqə gənc nəslə vətənpərvərlik ruhu aşılayan yüksək səviyyəli bədii filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə təşkil olunmuşdu. Müsabiqədə iştirak etmək üçün 45 layihə təqdim olunub, onlardan 7-si seçilib. "Koramal" da bu 7 qalibdən biridir.
Karajal
Karajal (qaz. Қаражал) — Qazaxıstanın Karaqanda vilayətində, Qaraqanda şəhərindən 320 km cənub-qərbdə regional bir tabelik şəhəri. Jarık - Jezkazqan xəttindən dəmir yolu xəttinin terminal stansiyası (66 km). Dağ-mədən sənayesinin (dəmir filizi) inkişafı ilə əlaqədar olaraq meydana gəldi. Karazhal qəsəbələri şəhər rəhbərliyinə tabedir: Karajal şəhəri; JaYrem kəndi; qəsəbə Şalqinski.Bundan əlavə, keçmiş ZhGOK-un alt təsərrüfatı olan Ktai (Aktai), Klych, VSO, GRE qəsəbələri, Şalgiya kurortu da var .
Karakal
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Koramaz
Koramaz — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki. Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq qarışdırmaq yolu ilə hazırlanan koramaz (körəməz) olmuşdur. Turşməzə tama malik olan və bir növ məzəiçkisi sayılan koramaz (körəməz), əsasən isti yay aylarında düzəldilib içilirdi. Koramaz (körəməz) Azərbaycanın qərb bölgəsində daha geniş yayılmışdı.
Kürasao
Kürasao (nid. Curaçao) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizinin cənubunda, Venesuelanın şimalında yerləşir. Paytaxtı Villemştad şəhəridir. Bu şəhər Niderland Karibində ən böyük şəhərdir. == Tarixi == 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi. == Ərazisi == Ərazisi 444 km²-dir. == Əhalisi == 2016-cı ilin yanvar ayına olan məlumata görə halisi 158,986 nəfərdir. Xalqın əksəriyyəti Afrika mənşəli olub Ərəb (Livan), Çin, Hind, Avropa, Kolumbiya, Venesuela mənşəlilərdən ibarətdir. == Dil == Yerli dili papyamento dili olmasına rəğmən, rəsmi dil 2007-ci ilə qədər yalnız Niderland dili idi.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Xurama
Xurama — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xurama kəndi Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycanın Xurama kəndindən köçüb gəlmiş ailələr salmış və köhnə yaşayış məntəqəsinin adını da buraya vermişlər. Azərbaycan dilinin qərb qrupu dialektlərində xıram "qumlu yer" mənasında işlənir. Oykonimin həmin sözlə bağlılığı güman edilir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal AbdullayevKamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) —Kamal ƏhmədovKamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam.Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev —Yaşayış məntəqələri ErmənistanKamal (Abaran) — Abaran mahalında kənd.
Ramal
Ramal — ad. Ramal Hüseynov — Azərbaycan futbolçusu. Ramal Aslanov — Azərbaycan kikboksçusu. Ramal Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ramal Amanov — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar.DigərRamal (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Karatal (Baymak)
Karatal (başq. Ҡаратал, rus. Каратал) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 15 km, kənd sovetliyindən (Akmoron): 20 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Koramar (Talış)
Koramar (az.-əbcəd کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Kuremaa gölü
Kuremaa gölü (est. Kuremaa jär) — Estoniyanın şərqində yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Yıgevamaa vilayətinə daxildir. Estoniyanın orta ölçülü göllərindəndir. Vilayətin mərkəzi olan Yıgevamaa şəhərindən şərqdədir. Tıstamaa volosu, Enkkyula kəndinin ərazisində daxildir. Gölün sahəsi 398,4 ha-dır. Bu göstəriciyə görə Estoniyanın 10 ən iri göllərindən biridir. Yıgevamaa vilayətinə daxil olan Çud və Saadyarv göllərindən sonra sahəsinə görə 3-cü ən böyük göldür.
Kursaal sarayı
Kursaal sarayı və ya Kursaal Konqres və Tamaşaçı zalı Mərkəzi (isp. Palacio de Congresos y Auditorio Kursaal) - İspaniyanın San Sebastian şəhərində yerləşən tamaşaçı zalı. == Haqqında == Kursaal sarayı əsasən auditoriya, iclas salonu, sərgi məkanı, konqres mərkəzi kimi istifadə olunur. Zurriola çimərliyinin yanında yerləşir İspaniyalı memar Rafael Monoe tərəfindən dizayn edilən saray 1999-cu ildə tikilmişdir. Bu işinə görə Rafael Monoe Pritsker mükafatı ilə təltif edilmişdir. 1800 nəfəri qəbul edə bilən bina 1953-cü ildən keçirilən İspaniyanın ən böyük film festivalı olan San Sebastian Film Festivalına ev sahibliyi edir.
Kürabad (Qoşaçay)
Kürabad (fars. كورآباد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 475 nəfər yaşayır (107 ailə).
Küratağ qalası
Küratağ qalası — Xocavənd rayonunun Düdükçü kəndi yaxınlığında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. == Yerləşməsi == Qala əlçatmaz yüksəkliyə malik ərazidə yerləşir. Üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş, bir tərəfdən isə onu xarici aləmlə əlaqələndirən yol açlmışdır. Qalanın yerləşdiyi ərazidən bütün ətraf ərazilərə nəzarət etməyə imkan verən mənzərə açılır. == Memarlıq xüsusiyyətləri == Qala dövrümüzə ciddi dağıntılara məruz qalmış şəkildə çatmışdır. Vaxtilə onun yerləşdiyi ərazidə ağaclar və kollar arasında qala divarları və yarımdairəvi qüllələrin qalıqları görünməkdədir.Qala divarlarınn inşası zamanı ərazinin relyefi də nəzərə alınmışdır və buna görə də, qala qeyri-səlis dördbucaqlı formasına malikdir. Qalanın ən yüksək hissəsində, iki qüllə arasında giriş qapısı yerləşir. Vaxtilə qala divarları ilə əhatə olunmuş ərazi düzləşdirilmiş relyefə malik olmaqla 300m2 sahəyə malikdir.Qala ərazisində su saxlancı kimi istifadə edilən geniş hovuz yonulmuşdur. Araşdırılmış keramik boruların istiqamətindən müəyyən edilmişdir ki, su hovuza qalanın cənub tərəfindəki bulaqdan gətirilirmiş.
Sərt quramat
Xuraman (1978)
== Məzmun == Bu, Azərbaycanın adlı-sanlı əmək qəhrəmanı, Ağdam bölgəsində olan kolxoz sədri Xuraman Abbasova barəsində sənədli kino hekayətdir. == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Film Qran-Pri Mükafatına layiq görülmüşdür.