Küratağ qalası

Küratağ qalasıXocavənd rayonunun Düdükçü kəndi yaxınlığında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi.

Küratağ qalası
Ölkə  Azərbaycan
Şəhər Xocavənd
Yerləşir Düdükçü kəndi
Vəziyyəti xarabalıqları qalıb
Küratağ qalası kilsəsi (Azərbaycan)
Küratağ qalası
kilsəsi

Yerləşməsi[redaktə | mənbəni redaktə et]

Qala əlçatmaz yüksəkliyə malik ərazidə yerləşir. Üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş, bir tərəfdən isə onu xarici aləmlə əlaqələndirən yol açlmışdır.[1] Qalanın yerləşdiyi ərazidən bütün ətraf ərazilərə nəzarət etməyə imkan verən mənzərə açılır.

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Qala dövrümüzə ciddi dağıntılara məruz qalmış şəkildə çatmışdır. Vaxtilə onun yerləşdiyi ərazidə ağaclar və kollar arasında qala divarları və yarımdairəvi qüllələrin qalıqları görünməkdədir.[1]

Qala divarlarınn inşası zamanı ərazinin relyefi də nəzərə alınmışdır və buna görə də, qala qeyri-səlis dördbucaqlı formasına malikdir. Qalanın ən yüksək hissəsində, iki qüllə arasında giriş qapısı yerləşir. Vaxtilə qala divarları ilə əhatə olunmuş ərazi düzləşdirilmiş relyefə malik olmaqla 300m2 sahəyə malikdir.[1]

Qala ərazisində su saxlancı kimi istifadə edilən geniş hovuz yonulmuşdur. Araşdırılmış keramik boruların istiqamətindən müəyyən edilmişdir ki, su hovuza qalanın cənub tərəfindəki bulaqdan gətirilirmiş.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Мкртчян, 1989. səh. 96

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989

Həmçinin bax[redaktə | mənbəni redaktə et]