Xurama — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd.[1]
Xurama | |
---|---|
39°04′50″ şm. e. 46°46′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 480 m |
Saat qurşağı | |
Xurama kəndi Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycanın Xurama kəndindən köçüb gəlmiş ailələr salmış və köhnə yaşayış məntəqəsinin adını da buraya vermişlər. Azərbaycan dilinin qərb qrupu dialektlərində xıram "qumlu yer" mənasında işlənir. Oykonimin həmin sözlə bağlılığı güman edilir.[2]
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |