Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Futzal
Futzal və ya minifutbol — futbolun kiçik sərt-kortda oynalınan növlərindən biridir..
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Kutsan
KutSan — rütbəsi iki sözün Kut və San sözlərinin birləşməsindən yaranmışdır. == KUT == Kut (Qut) — Tanrının Göydən işıq (nur) vasitəsilə insanlara göndərdiyi uğurlu ruha (cana) inanan qədim türklər bu olayı Kut (Qut) adlandırmışdırlar. Kutlu soydan birinin başçı seçilməsi ilə gerçəkləşən seçimi xalq etsə də, bu, qurultayda seçilən Xaqanın Tanrı Kutu alması kimi dəyərləndirilirdi. Sonralar Kut (Qut) sözü “ruh” anlamında şamanizm termini kimi işlənmişdir. Kut (Qut) sözü türk onomastikası üçün də doğmadır. Belə ki, Kut Tengri Xatuni, Kutan, Kutluğ, Qutqan, Kutlu/Qutlu, Kutadmış, Qutalmış kimi Türk şəxs adlarında görünən bu sözün ruh, can, uğur, müqəddəs anlamları türk dillərində bu gündə işlənir. Kitabi Dədə Qorqutda “ Bu ad, bu igidə qutlu olsun!” və Manas eposunda “Kuyruğuna kut düşmüş, Kutlu kula at kiminki?” deyimləri Kut (Qut) sözünün qutsal anlamını yaşadır. Təsadüfi deyil ki, ilk türk dövlətlərindən biri Qut (Quti) adlanır. “Hökmdarlar iqtidarı Tanrıdan alırlar!” deyimini bizə çatdıran “Kutadğu Bilig” abidəsinin adında işlənən kutadğu sözünün özü də hakimiyyət, iqtidar anlamına gəlir. == Təqdimatı == Kut alıb başçı seçilən şəxs dağınıq boyları toplayıb xalqın gücünü artırmalı, acı doyurub, çılpağı geyindirməli, xalqın iqtisadi durumunu yüksəltməli, ədaləti, törəni, asayışı təmin etməli idi.
Küpçal
Küpçal — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Küpçal oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qudyal çayının sahilindədir. Kəndin adı türk dillərindəki qapçal (keçilməz yer, sıldırım dik qaya) sözündən yaranmış, yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyi təyin edir. Kənd Qudyal çayının əmələ gətirdiyi uçurumun, sıldırımın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 499 nəfər əhali yaşayır. == Yol == 2014-cü ildə yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmışdır.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Küpçal bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Ziya Kutnak
Ziya Kutnak — (1870, Konstantinopol – 1940, İstanbul) Osmanlı generalı. == Həyatı == Hicaz qubernatoru olan Çürüksulu Osman Nuri Paşanın oğlu idi. 1870-ci ildə İstanbulda anadan olub. 1891-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1895-ci ildə mayor, 1897-ci ildə qubernator, 1902-ci ildə polkovnik rütbəsinə yüksəldi. Fransada hərbi təlimlərdə iştirak etmişdi. Fransadan qayıtdıqdan sonra Aydın və Ədirnədə jandarma komandiri vəzifəsində çalışdı. 1907-ci ildə General-mayor rütbəsinə yüksəldi. == Hərbi fəaliyyəti == 1908-ci ildə Rusiyada hərbi təlimlərdə iştirak etmişdir. 1911-ci ildə V Mehmed Rəşad ilə birlikdə Rumeliyə səfər etmişdir.
Ahmet Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Kutan (Sərdəşt)
Kutan (fars. ‎كوتان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kutay məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. == Tarixi == Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir.Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. == Memarlığı == Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır. 19,8 metr uzunluğunda və 7,2 metr enindədir.
Əhməd Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Araz Naxçıvan (Futzal)
Araz — Naxçıvan futzal klubu. == Tarixi == Araz futzal klubu Naxçıvanda yaranmışdır. Tarixində ən böyük nailiyyəti UEFA kubokunun 2009/2010 mövsümündə final mərhələsinə vəsiqə qazanması olmuşdur. == Uğurları == === Daxili === Azərbaycan çempionu (11): — 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2016 Azərbaycan Kubokunun qalibi (5): — 2005, 2006, 2007, 2008, 2009 === Beynəlxalq === UEFA Futzal Kuboku: 3-cü yer (2): 2010, 2014 == Avropa kuboklarında iştirak == "Araz" avrokuboklarda 4 dəfə iştirak edib. İki dəfə rəqibləri ilə Xorvatiyada üz-üzə gələn naxçıvanlılar bu ölkədə keçirdiyi 6 matçda yalnız 1 dəfə uduzub. Ümumilikdə isə çempionumuz qitə arenasında 10 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə uduzub.
IV Məhəmməd nutsal
IV Məhəmməd nutsal həmçinin Nursal-bəy, Mersel-xan, ləqəbi Cəsarətli (1730 və ya 1731, Xunzax — 1774, Şamaxı) — 1735-1774-cü illərdə Avar xanlığının hökmdarı, Nutsal sülaləsindən olan V Ümmə xanın atası. Avar Nutsalların nümayəndəsi olaraq Məhəmməd 5 yaşında taxta çıxır. Qardaşı Məhəmməd Mirzə ilə birlikdə hökmranlıq eedir, ancaq xanlıqda əsl hakimiyyət Məhəmməd nutsalın əlində idi. Başqa bir versiyaya görə 1744-cü ilə qədər hökmranlıq edən II Nutsal-xan olur və ondan sonra I Mahmud-xan olur. Məhəmməd-nutsalın əsas uğurlarından biri də Avar xanlığının ətrafında Avar torpaqlarının birləşməsi olur. Məhəmməd nutsal Nadir şah qoşunlarının məğlub edilməsində mühüm rol oynayır, o da tez-tez basqınları ilə Gürcüstanı narahat edirdi. 1772-ci ildə Məhəmməd-nutsal Azərbaycan xanları arasındakı qarşıdurmaya müdaxilə edir və nəticədə döyüşlərin birindən sonra danışıqlar zamanı öldürülür. == Erkən illər == Məhəmməd-nutsal 1730 və ya 1731 -ci ildə Xunzaxda anadan olmuşdur. Anonim bir müəllifin 19-cu əsrin birinci yarısında yaddaqalan qeydlərdə yazdığı kimi, "Məhəmməd Nutsal Ümmə xandan doğulub". Xunzax əfsanələrinə görə, bu Məhəmməd-nutsal, Duqru-Nutsalın oğlu Bulaç ləqəbli Ümmə-xanın oğlu idi.
Reis ül-Küttab
Reis ül-Küttab (osm. رئيس الكتاب), və ya Rəis Əfəndi ( رئیس آفندی) — Osmanlı imperiyası bürokratiyasında böyük bir vəzifə daşıyırdı. "Katiblərin rəisi" və ya "baş katib" kimi tərcümə olunan bu postun sahibi əvvəlcə Xarici İşlər Nazirinin analoquna çevrilərək Sultan divanında xarici əlaqələrdən məsul olub. 1836-cı ildə Tənzimat islahatları dövründə Osmanlı Xariciyyə Nazirliyinin qurulması ilə reis ül-küttab adı rəsmi olaraq Xarici İşlər Naziri olaraq dəyişdirildi. == Tarixi == Reis ül-Küttab vəzifəsi İstanbulun fəthindən həmən sonra təssis edildi. Lakin katiblik ilk dəfə 1520-ci illərin əvvəllərində təsdiqlənmişdir və böyük ehtimalla Sultan Süleyman Qanuni tərəfindən(1520-66) yaradılmışdır. Baxmayaraq ki, onun yanında hökümətdə kiçik bir vəzifə kimi də mövcud ola bilərdi. Adından da göründüyü kimi - reis ül-küttab "baş katib" və ya "baş köməkçi" mənasını daşıyır. Vəzifə Osmanlı imperiyasında hökumətini quran sultan divanı (divan-ı hümayun) katiblərindən məsul idi.I Süleymanın hökmranlığından əvvəl katiblik funksiyaları "emin-i axham" ("qərarların qoruyucusu") və nişançı tərəfindən paylaşılırdı. Digər şərq İslam dövlətlərində olduğu kimi, divan əfəndinin yerli valilər (valilər) məclisinə rəhbərlik etdiyi Osmanlı vilayətlərində də mövcud idi.
UEFA Futzal Çempionatı
UEFA Futzal Çempionatı — UEFA üzvü olan futzal üzrə milli komandalar arasında keçirilən Avropa qitəsinin ən nüfuzlu turniri
Azərbaycan Futzal Federasiyası
Azərbaycan Futzal Federasiyası - və ya digər adı ilə AFF – Azərbaycan Respublikasının Futzal yarışlarını idarə edən təşkilat. == Tarixi == 1950–60-cı illərdə Bakı öz küçə futbolu ilə məşhur idi. Şəhərdə elə bir küçə, məhəllə, kənd və qəsəbə yox idi ki, oranın öz futbol komandası olmasın. Məsələn, İçərişəhər, Sovetski, Dağlı məhəlləsi, "Kubinka" deyilən yerlərdə güclü komandalar var idi. 132 və 190 saylı məktəblərin həyətləri və başqa geniş yerlər həmin komandaların stadionu idi. Bu komandaların hamısını bir yerə cəlb etmək, ən əsası isə Neftçi PFKnun ustalardan ibarət komandası üçün perspektivli gəncləri aşkar etməkdən ötrü turnir keçirmək vacib idi. Keçmiş SSRİ məkanında mini-futbol üzrə ilk turnirin Bakıda keçirilməsinin təşəbbüskarları "Bakı" və "Baku" axşam qəzetlərinin məşhur idman icmalçısı Oqtay Atayev və əməkdar idman ustası Ələkbər Məmmədov olub. "Bakı" və "Baku" axşam qəzetlərinin mükafatları uğrunda ilk mini-futbol turnirinin startı 1969-cu il yanvarın 20-də verilmişdir. Yarışlar keçmiş "İnturist" mehmanxanasının yanındakı indiki Bakı İdman Sarayıda keçirilirdi. İlk dəfə keçirilən turnirdə Bakı və Sumqayıt şəhərlərinin 24 komandası qüvvəsini sınayıb.
Azərbaycan Milli Futzal Komandası
== UEFA Avropa Çempionatı ==
Azərbaycan milli futzal kuboku
Azərbaycan milli futzal kuboku — Azərbaycanda hər mövsüm futzal üzrə keçirilən yarış.
Azərbaycan milli futzal çempionatı
Azərbaycan milli futzal çempionatı — Azərbaycanın peşəkar futzal klublarının çıxış etdiyi güclülər dəstəsidir.
Belçika milli futzal komandası
Belçika milli futzal komandası —
Danimarka milli futzal komandası
Danimarka milli futzal komandası — Futbol turnirlərində və beynəlxalq yarışlarda Danimarkanı təmsil edən komandadır. Danimarka Futbol Federasiyası tərəfindən nəzarət edilir. Komanda FİFA Futzal Dünya Kubokunda və Futzal üzrə Avropa Çempionatında iştirak etmişdir.
Futzal üzrə Avropa Çempionatı
UEFA Futzal Çempionatı — UEFA üzvü olan futzal üzrə milli komandalar arasında keçirilən Avropa qitəsinin ən nüfuzlu turniri
Rusiya milli futzal komandası
== Tarixi ==