Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuhnab (Mərənd)
Kuhnab (fars. كوهناب‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (51 ailə).
Thomas Kuhn
Tomas Samuel Kun (18 İyul 1922 - 17 İyun 1996), Amerikalı, fizik, tarixçi və elm fəlsəfəçisi. Kunun ən əhəmiyyətli əsəri 1962-ci ildə yayımlanan Elmi İnqilabların Stukturu (The Structure of Scientific Revolutions) adlı kitabıdır. Bu kitab həm akademik ictimaiyyət həm də populyar elm dairələrdə böyük təsir buraxmış və "paradiqma dəyişimi" (paradigm shift) konseptini tanıtmışdır ki, o gündən bu yana tez-tez istifadə olunan bir ifadə halına gəlmişdir. Tomas Kun elmi bilginin inkişafı haqqında əhəmiyyətli töhfələr vermişdir. Kuna görə, elmi sahələr bir istiqamətdə və davamlı bir şəkildə inkişafdan çox mütəmadi olaraq paradiqma sürüşmələrindən təsirlənir və bu paradiqma sürüşmələri elm adamlarının daha öncə keçərli qəbul etmədikləri tezislərə qarşı yeni bir anlayışın ortaya çıxmasına səbəb olur. Bu səbəblə "elmi doğru" anlayışı hər hansı bir zamanda sadəcə tərəfsizlik meyyarı ilə təyin oluna bilməz; elm dairələrində fikir birliyi də elmi cəhətdən doğru fikrin yaranmasında eyni dərəcədə dəyərlidir. Rəqabət edən paradiqmalar çox zaman müqayisə edilməz, çünki paradiqmalar gerçəkliyin rəqabət edən və uzaqlaşdırıla bilməyən şərhləridir. Bu səbəblə elm anlayışımız əsla tamami ilə obyektivliyə dayana bilməz. Bütün obyektiv nəticə çıxarmalar, bu cür nəticə çıxarmaları ortaya qoyan araşdırmacıların və qatılımcıların şəxsi dünya görüşlərindən və istiqamətlərinin nəticəsində təsirləndiyi üçün elm şəxsi baxışları nəzərə almalıdır. == Bibliyoqrafiya == Bird, Alexander.
Tristan da Kuna
Tristan-da-Kunya və ya qısaca Tristan (ing. Tristan da Cunha) — Atlantik okeanının cənubunda yer alan uzaq bir vulkanik ada qrupudur. Cənubi Afrikadakı Keyptaun sahilindən təqribən 1,511 mil (2.416 km), Müqəddəs Yelena adasından 1.343 mil (2.161 km) və Folklend adalarından 2.166 mil (2.866 km) məsafədə yerləşən dünyanın ən ucqar yaşayış adalarıdır.Bu ərazi diametri təxminən 11 kilometr (6,8 mil) olan və sahəsi 98 kvadrat kilometr (38 kvadrat mil) olan Tristan da Kunya adasından, eləcə də Qof adasının kiçik səhra adalarının vəhşi təbiət qoruqlarından ibarətdir. Oktyabr 2018-ci il kimi əsas adada Britaniya vətəndaşlığı olan 250 daimi sakin yaşayır. Qof adasında hava stansiyası heyəti istisna olmaqla, digər adalarda yaşayış yoxdur.Tristan da Cunha, öz konstitusiyasına sahib Britaniya müstəmləkəsidir. Əsas adada heç bir hava limanı yoxdur, Buraya gəlmək üçün yeganə yol Cənubi Afrikadan qayıqla altı günlük səyahətdir. == Tarixçəsi == Adalar ilk dəfə 1506-cı ildə portuqal tədqiqatçı Tristo da Kunya tərəfindən kəşf edildiyi qeydə alındı, lakin təlatümlü dəniz, tədqiqatçıya burada enməyə mane oldu. Adanın adını öz adı, Ilha de Tristão da Cunha kimi adlandırmışdır. Sonralar İngilis Dəniz Qüvvələrinin buraya çatması ilə İngilisləşmə prosesi baş vermişdir. Bəzi mənbələr Portuqaliyanın ilk enişinin 1520-ci ildə Ruy Vaz Pereira tərəfindən kəşf edildiyi fikrini irəli sürür.İlk mübahisəsiz eniş 7 fevral 1643-cü ildə Niderland Ost-Hind Şirkəti, Klaes Gerrit Bierenbrudsput tərəfindən idarə edilən Heemstede gəmisi tərəfindən həyata keçirilmişdir.
Dubna
Dubna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Kanna
Kanna - İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Kehra
Kehra (est. Kehra) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Fin körfəzinə tökülən Yaqala çayının ətrafında yerləşir. == Qalereya == == Web link == Kehra mõisa lehekülg Eesti mõisaportaalis Agnes Ojala: Kehra tüürib juba läbi elatud vaikelu poole, EPL, 31.
Kuban
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 kv.km. Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsi ilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu - Protoka - sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kuhnani
Kunani— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Kunani bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,746 nəfər və 734 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Kuhsar
Kuhsar— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,757 nəfər və 2,075 ailədən ibarət idi.
Kuins
Kuins — Nyu-Yorkun 5 əsas bölgəsindən biri. Əhalisinə görə Nyu-Yorkda üçüncü yerdədir. ABŞ-nin ən vacib aeroportlarından olan Con Kennedi aeroportu məhz burada yerləşir.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Kunar
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Kunda
Kunda (est. Kunda) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. == Əhali == Əhali əsasən: estonlar — 58,55 %, ruslar — 32,78 %, digərləri — 8,67 %. == İqtisadiyyat == Kunda - şimali Estoniyanın mühüm sənaye və liman şəhəridir. Burada sement zavodu (2006-cı ildə 943 min ton), kommersiya portu (2007-ci ildə 1.7 milyon ton), 2006-cı ildə 140 min ton fəaliyyət göstərir.
Kuçan
Kuçan — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Qoçan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 96,953 nəfər və 25,066ailədən ibarət idi. Əhalisinin əksəriyyəti tatlar, kurmanclar və Xorasan türklərindən ibarətdir. Az sayda türkmənlər, ermənilər, mazandaranlılar, bəluclar, ərəblər və azərbaycanlılarda bu şəhərdə yaşayırlar.
Küknar
Küknar (lat. Picea) — şamkimilər fəsiləsinə aid bitki cinsi.
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Kırna
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Kəhya
Kəhya (az.-əbcəd کهیا‎, fars. کهیا‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 582 nəfər yaşayır (177 ailə).
Abdulrazak Qurna
Abdulrazak Qurna (ing. Abdulrazak Gurnah, suah. Abdulrazak Gurnah; 20 dekabr 1948[…], Zənzibar (şəhər), Zənzibar, Tanzaniya) - ingilis dilində yazan Tanzaniyalı yazıçı . İngiltərədə yaşayır. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı ( 2021 ). Booker və Whitbread Mükafatları tərəfindən qısa siyahıya alınan "Paradise" ("Cənnət") (1994), "Desertion" ("Fərari" ) (2005) və Los Angeles Times Book Prize Kitab Mükafatı üçün qısa siyahıya alınmış "By the sea" ("Dəniz kənarında"" (2001) romanlarının müəllifidir. == Tərcümeyi-hal == 1948-ci ildə Zanzibar adasında ərəb əsilli müsəlman ailəsində anadan olub. 1968-ci ildə Zanzibarda anti-ərəb fikirləri səbəbindən İngiltərəyə köçərək təhsilini orada davam etdirdi. 1980-1982 -ci illərdə Nigeriyadakı Bayero Universitetində mühazirə oxudu. 1982 -ci ildə İngiltərədəki Kent Universitetində doktorluq dərəcəsi aldı.
Adi küknar
Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm) , qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir.
Ağ durna
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Cennifer Dudna
Cennifer Dudna (ing. Jennifer Doudna; 19 fevral 1964, Vaşinqton) — amerikalı alim, Emmanüel Şarpantye ilə Kimya üzrə Nobel mükafatı laureatı (2020).