Tristan da Kuna

Tristan-da-Kunya və ya qısaca Tristan (ing. Tristan da Cunha) — Atlantik okeanının cənubunda yer alan uzaq bir vulkanik ada qrupudur. Cənubi Afrikadakı Keyptaun sahilindən təqribən 1,511 mil (2.416 km), Müqəddəs Yelena adasından 1.343 mil (2.161 km) və Folklend adalarından 2.166 mil (2.866 km) məsafədə yerləşən dünyanın ən ucqar yaşayış adalarıdır.[3][4]

Müstəmləkə dövlət
Tristan-da-Kunya
ing. Tristan da Cunha
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
"Tanrı Kraliçanı Qoru!"

37°09′ c. e. 12°18′ q. u.HGYO


Ölkə
İnzibati mərkəz Yeddi dəniz Edinburqu
37°04′ c. e. 12°19′ q. u.HGYO
Monarx III Çarlz
Məmur Filip Raşbuk
İdarəçi İdarəçi
Tarixi və coğrafiyası
Yaradılıb 1810
(İlk məskunlaşma)
14 avqust 1816
(Keyp koloniyasından asılılıq)
12 yanvar 1938
(Müqəddəs Yelenadan asılılığı)
1 sentyabr 2009
(Konstitusiya bərpası)
Sahəsi 207 km²
Hündürlük
  •  Maksimal


  • 2062 m
Saat qurşağı UTC±00
Əhalisi
Əhalisi 246[1] nəfər (2019)
Etnik tərkib Tristiniyalılar
Dini tərkib Xristianlar
Rəsmi dili İngiliscə
Rəqəmsal identifikatorlar
ISO kodu ISO 3166-2:SH
Telefon kodu +290
Poçt indeksi TDCU 1ZZ
İnternet domeni .sh  • .uk*
Rəsmi sayt
Tristan-da-Kunya xəritədə
*Torpaqlar Böyük Britaniya müstəmləkəsidir. Bəzi göstəricilər oxşardır.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu ərazi diametri təxminən 11 kilometr (6,8 mil) olan və sahəsi 98 kvadrat kilometr (38 kvadrat mil) olan Tristan da Kunya adasından, eləcə də Qof adasının kiçik səhra adalarının vəhşi təbiət qoruqlarından ibarətdir. Oktyabr 2018-ci il kimi əsas adada Britaniya vətəndaşlığı olan 250 daimi sakin yaşayır. Qof adasında hava stansiyası heyəti istisna olmaqla, digər adalarda yaşayış yoxdur.[5]

Tristan da Cunha, öz konstitusiyasına sahib Britaniya müstəmləkəsidir.[6] Əsas adada heç bir hava limanı yoxdur, Buraya gəlmək üçün yeganə yol Cənubi Afrikadan qayıqla altı günlük səyahətdir.

border=none Əsas məqalə: Tristan-da-Kunya tarixi
Portuqal kəşfiyyatçı və tədqiqatçısı Tristo da Kunya 1506-cı ildə adanı kəşf edən ilk adam olmuşdur.

Adalar ilk dəfə 1506-cı ildə portuqal tədqiqatçı Tristo da Kunya tərəfindən kəşf edildiyi qeydə alındı, lakin təlatümlü dəniz, tədqiqatçıya burada enməyə mane oldu. Adanın adını öz adı, Ilha de Tristão da Cunha kimi adlandırmışdır. Sonralar İngilis Dəniz Qüvvələrinin buraya çatması ilə İngilisləşmə prosesi baş vermişdir. Bəzi mənbələr Portuqaliyanın ilk enişinin 1520-ci ildə Ruy Vaz Pereira tərəfindən kəşf edildiyi fikrini irəli sürür.[7]

İlk mübahisəsiz eniş 7 fevral 1643-cü ildə Niderland Ost-Hind Şirkəti, Klaes Gerrit Bierenbrudsput tərəfindən idarə edilən Heemstede gəmisi tərəfindən həyata keçirilmişdir. Hollandiyalılar sonrakı 25 ildə adada dörd dəfə dayanmış və 1656-cı ildə arxipelaqın ilk kobud qrafiklərini yaratmışdır.[8]

Arxipelaqın ilk tam araşdırması 1767-ci ildə Fransız korveti Heure du Berger qrupu tərəfindən edildi. İlk elmi araşdırma 1793-cü ilin yanvarında Fransanın Brest şəhərindən Mavritaniyaya gedən bir fransız tacir ekspedisiyası zamanı üç gün adada qalan fransız təbiətşünas Lyus-Meri Aubert du Petit-Tuar tərəfindən araşdırıldı. Tuar, botanika kolleksiyaları hazırladı və XVII əsrdə böyük ehtimal Hollandlar tərəfindən, buxarı və əkin sahələri də daxil olmaqla insan yaşayış yerlərinin izlərini bildirdi.[8]

Avstriya Ost-Hind şirkətinin komandanlığı ilə Avropadan Şərqi AfrikaHindistana etdiyi səyahətdə, Uilliam Bolts Tristan-da-Kunya adasında çatmış, 1777-ci il fevralın 2-də İmperator bayrağını sancaraq, bu və ətraf adaları Brabant adaları adlandırdı. Əslində şirkət tərəfindən orada heç bir qəsəbə və obyekt qurulmamışdır.

İngiltərə Hökumətinin 1786-cı ilin sentyabrında Yeni Cənubi Uelsdə yaşayış məntəqələrinin salınmasına başlayacağını elan etdikdən sonra, ehtimal ki, Aleksandr Dalrimpl, Cənub okeanında Tristan-da-Kunya, Sen-PolAmsterdam adalarında yaşayış məntəqələri üçün özünün alternativ bir təklifi olan bir kitabça nəşr etdi.[9]

Kapitan Con Blanket R.N., 1786-cı ilin avqust ayında rəhbərlərə Tristan-da-Kunya adasına müstəqil olaraq İngilis qəsəbəsi qurmaq fikrini irəli sürdü. Nəticə olaraq, admirallıq, 1789-cu ilin oktyabrında Hökumətdən Atlantik okeanının cənubunu və Cənubi Afrikanın sahillərini ümumi araşdırmanın bir hissəsi olaraq adanın araşdırılması üçün əmr aldı. Bu araşdırılma sonradan həyata keçirilməsə də, Tristan, AmsterdamSen-Pol adalarına dair araşdırma 1792-ci ilin dekabrında1793-cü ilin yanvarında İngiltərənin Çindəki ilk səfiri Corc Makartney tərəfindən həyata keçirildi. Çinə etdiyi səfəri zaman adaların heç birinin yaşayış məskənlərinin salınması üçün uyğun olmadığını söyləmişdir.

İlk daimi mühaciri 1810-cu ilin dekabrında adaya digər iki adamla, daha sonra üçüncü ilə birlikdə köçmüş Massaçusets, ABŞ-nin Salem şəhərindən olan Conatan Lambert olmuşdur. Lambert, adaları öz əmlakı elan etmiş və adaya Yeni Ada adını qoymuşdur. Dörd nəfərdən üçü 1812-ci ildə ölməsinə baxmayaraq, üç daimi məskunlar arasında yer alan Tomas Kurri adada bir fermer olaraq yaşamağa davam etmişdir.[10]

14 avqust 1816-cı ildə İngiltərə, bu adaları Cənubi Afrikadakı Keyp koloniyasından asılı vəziyyətə saldı. Bu isə, adaların Napoleon Bonapartı Müqəddəs Yelenadaki həbsxanasından qaçmasının qarşısını almaq üçün bir tədbir olaraq izah edildi. Həmçinin, buranın işğalı ABŞ-nin 1812-ci il müharibəsi dövründə dəniz kreyserləri üçün bir baza olaraq istifadə etməsinə mane oldu. Qarnizonun bəzi üzvlərinin burada yaşamasına və daimi bir əhalini meydana gətirməyə bünövrə qoymasına baxmayaraq, 1817-ci ilin noyabrında ada tərk edildi.

Adalar Britaniya Dəniz Qüvvələrinin bir qarnizonu tərəfindən işğal edildi və getdikcə mülki əhalinin sayı artdı. Bervik 25 mart 1824-cü ildə orada dayanmış və 22 kişi və 3 qadından ibarət bir əhalinin olduğunu bildirişdir. Cənubi Avstraliya yelkənli gəmisi burada 1836-cı il 18-20 fevral tarixləri arasında qalmışdır.

" 15 iyul, Tristan-da-Kunyanın qarla örtülmüş dağları görünmüş, parlaq bir səhər günəşi ilə işıqlanmış və ada dəniz səviyyəsindən 9-10 min fut hündürlüyə qalxmışdır. Beləliklə, burada məskunlaşma üçün uyğun vəziyyət meydana gəlmişdir.[11]
Edmun Roberts, adaya araşdırmaya gələn səfir, 1837
"

Balinaovlayan gəmi, Atlantik okeanının cənubunda əməliyyatların aparılması məqsədilə adalarda baza qurdu. Bununla birlikdə, 1869-cu ildə Süveyş kanalının açılması, yelkənli gəmilərdən kömürlə işləyən buxar gəmilərinə tədricən keçidlə birlikdə, Avropadan Şərqi Asiyaya yelkənli gəmi səyahətləri üçün və ya sığınacaq kimi dayanma limanı olaraq ehtiyac qalmayan adaların izolyasiyasını artırdı. 1851-ci ilin fevralında bir rahib adanı ziyarət etmiş və sonradan Keyptaun yeparxiyasına daxil etmişdir.

1867-ci ildə Edinburq hersoqu və Kraliça Viktoriyanın ikinci oğlu Şahzadə Alfred adaları ziyarət etdi. Adadaki əsas yaşayış məntəqəsi olan Yeddi dəniz Edinburqu, onun ziyarətinin şərəfinə adlandırılmışdır. 15 oktyabr 1873-cü ildə Krallıq donanmasınə məxsus elmi tədqiqat gəmisi HMS Çelencer Tristanda coğrafi və zooloji tədqiqatlar aparmaq üçün sahilə yanaşdı.[12] Kapitan Corc Nares, adada yaşayan 15 ailə və 86 fərdini qeyd etmişdir.[13] Tristan 1875-ci ilin oktyabrında yenidən İngilis Krallığından asılılığına düşdü.[14]

1880-ci illərdən bəri davam edən çətinliklərdən və 1906-cı ildə xüsusilə sərt qışdan sonra İngilis hökuməti 1907-ci ildə adanın boşaldılmasını təklif etdi. Tristanlılar görüş keçirmiş və gələcəkdə daha da kömək edə bilməyəcəyi xəbərdarlığına baxmayaraq bu təklifi imtina etmək qərarına gəldilər. 1909-cu ildən 1919-cu ilə qədər buraya heç bir gəmi gəlməmişdir. 10 ildən sonra sadəcə HMS Yarmouth gəmisi, I Dünya Müharibəsinin nəticələrini adalılara məlumat vermək üçün dayanmışdır. Şeklton-Rouett ekspedisiyası 1922-ci ilin may ayında Tristanda beş gün qalaraq, Keyptaun şəhərinə geri qayıtmadan geoloji və botanika nümunələri yığdı. Önümüzdəki illərdə ziyarət edilən bir neçə gəmi 1927-ci ildə Krallığın sərnişin layneri olan RMS Asturias, 1928-ci ildə Fransanın RMS Empress,[15] 1929-cu ildə Avstraliyanın RMS Empressi olmuşdur.[16][17][18] 1935-ci ildə Londonun The Daily Telegraph qəzeti, adada 187 baş iribuynuzlu, 42 at və 167 nəfər olduğunu bildirdi.[19]

Qofİnaksessibl adaları YUNESKO Ümumdünya irsi siyahısına daxildir.

1937-ci ilin dekabrından 1938-ci ilin martına qədər bir Norveç sosioloq olan Piter A. Münih ada mədəniyyəti ekspedisiya məqsədilə buraya ziyarət etdi. Sonradan 1964-1965-ci illərdə adaya yenidən baş çəkdi. Adaya 1938-ci ildə Milli Coğrafiya Cəmiyyətinə hesabat verən U. Robert Foran da buranı dəfələrlə ziyarət etmişdir.[20] Foranın hesabatı həmin il yayımlandı. 12 yanvar 1938-ci ildə məktublar patenti yolu ilə Müqəddəs Yelena, Tristan-da-Kunya da daxil olmaqla ətraf adalar Britaniyadan asılılığı qəbul etdi və burada İngilis Krallıq koloniyası olan Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları yaradıldı.[21]

İkinci Dünya Müharibəsi dövründə Tristan, Krallıq donanması tərəfindən daş freqat HMS Atlantik Adası istifadəyə verildi və Nazi U-gəmiləriniAtlantik okeanının cənubundaki nəqliyyat hərəkətlərini izləmək üçün gizli siqnal kəşfiyyat stansiyası olaraq istifadə edildi.[22][23] Bu hava və radio stansiyası adada məktəb, xəstəxanamağaza da daxil olmaqla geniş infrastrukturun qurulmasına səbəb oldu.[24] Müharibədən sonra, 1949-cu ildə adada, yerli sakinləri maaş ilə təmin edən ilk konserv zavodu açıldı. Kraliçanın həyat yoldaşı şahzadə Filip, HMY Britannianın dünya turu çərçivəsində adalara 1957-ci ildə gəldi.[25]

Qof adası 1995-ci ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə edildi, və "Qof adası vəhşi təbiət qoruğu" adlandırılmağa başlandı. 2004-cü ildə bu siyahıya İnaksessibl adası da əlavə olunaraq, siyahı genişləndirildi.

23 may 2001-ci ildə adalar ekstratropik bir siklon ilə vuruldu və saatda 190 kilometrə (120 mil) qədər küləklər meydana gəldi. Bir sıra tikiliyə ciddi ziyan dəydi və çox sayda mal-qara tələf oldu, sonralar İngilis hökuməti tərəfindən yardım təmin edildi.[26] 2005-ci ildə, sakinlərin onlayn olaraq mal sifariş etmələrini asanlaşdırmaq üçün adalara Birləşmiş Krallıq poçt kodu (TDCU 1ZZ) verildi.[27]

Adanın okeandan 2012-ci ildə görünüşü.

13 fevral 2008-ci ildə baş verən yanğın, adanın dörd enerji generatorunu və balıq konservi fabrikini məhv edərək iqtisadiyyata ciddi şəkildə zərər vurdu. 14 mart 2008-ci ildə yeni generatorlar quraşdırıldı və güc bərpa edildi. 2009-cu ilin iyul ayında yeni bir fabrik açıldı. Əvəzedici fabrik inşa edilərkən, MV Kelso balıq konservi gəmisi adada qalmışdır.[28][29] Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları 2009-cu ildə Konsitutsiyada mühüm dəyişikliklər olmuş, Müqəddəs Yelena və Tristan-da-Kunya adalarına bərabər status verilmişdir.

16 mart 2011-ci ildə, MS Oliva adlı yük gəmisi, Nayintqeyl adasında okeana tonlarla yanacaq yağı tökmüşdür. Bunun nəticəsində meydana gələn yağ suları, adanın məşhur pinqvinlərini ciddi təhlükə ilə qarşı-qarşıya qoymuşdu.[30] Naytinqeyl adasında təmiz su miqdarının ciddi şəkildə azalması nəticəsində, pinqvinlər təmizlik üçün Tristan-da-Kunya adasına nəql edildi.[31]

Ümumi günəş tutulması 5 dekabr 2048-ci ildə adanın üstündən keçəcəyi təxmin edilir. Həmçinin, adanın 3 dəqiqəlik bir umbra yolunun mərkəzi xəttində olacağı hesablanır.[32]

Qof adalarının üstdən görünüşü

Tristan-da-Kunya aşağıdakı adalardan ibarət olan Tristan-da-Kunya arxipelaqının əsas adasıdır:

İnaksessibl adası və Naytinqeyl adaları, müvafiq olaraq əsas adadan 35 km (22 mil) Qof adası isə 395 kilometr (245 mil) məsafədə yerləşir.

Tristan-da-Kunya, 6 fevral 2013 tarixində, Beynəlxalq Kosmik Stansiyasından görüntü

Ada əsasən dağlıq relyef formasına malikdir. Yeganə düzənlik ərazi Yeddi dəniz Edinburqu şəhərinin yerləşdiyi şimal-qərb sahilindədir. Ən yüksək nöqtə, 2,062 metr (6,765 fut) yüksəklikdə yerləşən Kuin-Meri-Pik adlanan bir vulkan zirvəsidir. 1956-cı ildən bəri Cənubi Afrika tərəfindən idarə olunan və 1963-cü ildən bəri adanın cənub-şərq sahilindəki Transvaal körfəzinin indiki yerində olan Qof adasında altı nəfərlik heyəti olan bir hava stansiyası istisna olmaqla qrupun digər adaları məskunlaşmışdır.[35][36]

Arxipelaqda, mülayim temperatur, günəşli saatların sayı az və kəskin yağışlarla dəniz iqlimi hökm sürür. Trevarta təsnifatına əsasən, Tristan-da-Kunya soyuq hava olmaması səbəbindən rütubətli subtropik iqlimə malikdir. Yağışlı günlərin sayı, şimal yarımkürəsində daha yüksək bir enlikdə yerləşən Aleut adaları ilə, günəşli günlərin saatları isə ekvatordan 20° uzaq olan Cuno, Alyaska ilə müqayisə edilə bilər. Şaxtanın 500 metr (1600 fut) yüksəkliklərdə olduğu bilinmir, yayın temperaturu da eyni dərəcədə mülayimdir və 25 °C-ə çatmır. Şərq sahilindəki Sendi-Point, adaların ən isti və ən quraq yeridir.[37]

Əsas yaşayış məntəqələrindən uzaqda əhalisi olan yeganə arxipelaq adasıdır. Əsas yaşayış məntəqəsi adanın şimal-qərbində yerləşən Edinburq of ze Sii qəsəbəsidir. Digər yaşayış məntəqələri daimi deyillər və ya elmi bazalardır. Əhalisi 300 nəfərdir.

border=none Əsas məqalə: Tristan-da-Kunya hökuməti

Tristanda heç bir siyasi partiya və ya həmkarlar ittifaqı yoxdur. İcra hakimiyyəti, Müqəddəs Yelena idarəçisi tərəfindən ərazidə təmsil olunan Kraliçaya həvalə edilmişdir.[38] İdarəçi Müqəddəs Yelenada daimi yaşadığı üçün idarəçini adalarda təmsil etmək üçün bir idarəçi təyin olunur. İdarəçi, London tərəfindən seçilən, yerli hökumət başçısı kimi fəaliyyət göstərən və Tristan-da-Kunya Ada Şurasından məsləhət alan bir məmurdur. 1998-ci ildən bəri seçilən hər bir idarəçi üç illik müddətə xidmət edir.[39]

Administrator və Ada şurası adada yeganə iki mərtəbəli bina olan Hökumət binasından işləyir. Bina bəzən "Ağ Zal" və ya "İnzibatçı Binası" adlanır və İdarəetmə İdarəsi, Xəzinədarlıq İdarəsi, İdarəetmə ofisləri və Ada Şurasının iclaslarının keçirildiyi Şura Palatası var. Polis idarəsi bir tam ştatlı polis müfəttişi və üç xüsusi konstabil tərəfindən həyata keçirilir. Tristan-da-Kunyanın sabit qanunları var, lakin Müqəddəs Yelena qanunları yerli şəraitə uyğun olduğundan və yerli şərtlərə əsasən zərurət yarandıqca dəyişikliklərə məruz qalır.

Ada Şurası, fevral və ya mart aylarında başlayan üç illik müddətə xidmət edən səkkiz seçilmiş və üç təyin olunmuş üzvdən ibarətdir. Cəmiyyətin siyasi lideri olan baş ada şerifinin seçilməsi üçün ayrıca səsvermə keçirilir. Ceyms Qlass, 16 ildən sonra yenidən vəzifəsinə qayıtmışdır.

  1. "Tristan da Cunha Families: Population Update". Tristan da Cunha Official Webpage. 28 noyabr 2019. Archived from the original on 2019-11-28. İstifadə tarixi: 8 aprel 2020.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. "What's the most remote spot on Earth?". HowStuffWorks (ingilis). 25 avqust 2009. 2009-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  4. M. A., Geography; B. A., Geography. "Tristan da Cunha, the World's Most Remote Island". ThoughtCo (ingilis). 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  5. "Tristan da Cunha Families: Population Update". www.tristandc.com. 28 noyabr 2019. Archived from the original on 2019-11-28. İstifadə tarixi: 9 aprel 2020.
  6. "The St Helena, Ascension and Tristan da Cunha Constitution Order 2009". www.legislation.gov.uk. 2011-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  7. Faustini, Arnoldo; Carrol, Paul; Nysven, Liz; Conrad, Larry. The Annals of Tristan da Cunha (PDF). Tristan-da-Kunya adaları. 14 sentyabr 2003. səh. 34. 2015-05-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  8. 1 2 Headland, R. K. Chronological List of Antarctic Expeditions and Related Historical Events (ingilis). Cambridge University Press. 1989. ISBN 978-0-521-30903-5. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  9. "A serious admonition to the publick, on the intended thief-colony at Botany Bay". nla.gov.au (ingilis). İstifadə tarixi: 9 aprel 2020.
  10. Lambert, Jonathan. Blackwood's Edinburgh Magazine (ingilis). William Blackwood. 1819. 280–285. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
  11. "Embassy to the Eastern Courts of Cochin-China, Siam, and Muscat — Viewer — World Digital Library". www.wdl.org. 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  12. Thomson, C. Wyville. "Report on the Scientific Results of the Voyage of H.M.S. Challenger During the Years 1873–76". London, UK: Her Majesty's Stationery Office. İstifadə tarixi: 9 aprel 2020.
  13. "H.M.S. Challenger Station 135, Tristan da Cunha". www.foraminifera.eu. 2020-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  14. "St Helena, Ascension, Tristan da Cunha profiles". BBC News. 14 may 2018. 17 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  15. Millington, Peter. "Tristan da Cunha Stamps". www.tristandc.com. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  16. Millington, Peter. "Tristan da Cunha News: 1920s Lantern Slides of Tristan for Sale on eBay". www.tristandc.com. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  17. "Tristan Da Cunha - Shipping Today & Yesterday Magazine". Shipping Today & Yesterday. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  18. "Daniel F. Kelleher Auctions, LLC". www.kelleherauctions.com. 2019-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  19. Wollenberg, Ken. The Bottom of the Map (ingilis). Xlibris Corporation. 2000. səh. 12. ISBN 978-1-4535-6575-9. 2020-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  20. "Results of the Norwegian Scientific Expedition to Tristan da Cunha, 1937-1938". otago.ourheritage.ac.nz. NaN. 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  21. Australia, BY Wireless From R. m s Empress of. "Royal Gifts Gladden 172 On Lonely Atlantic Island". The New York Times. 24 mart 1935. 2012-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  22. "Global Volcanism Program | Tristan da Cunha". Smithsonian Institution | Global Volcanism Program (ingilis). 2016-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  23. "Tristan da Cunha Travel Informations". web.archive.org. 11 sentyabr 2016. Archived from the original on 2016-09-11. İstifadə tarixi: 9 aprel 2020.
  24. "Tristan da Cunha". oxhc.co.uk. 11 sentyabr 2016. Archived from the original on 2016-09-11. İstifadə tarixi: 9 aprel 2020.
  25. "HRH THE DUKE OF EDINBURGH'S ANTARCTIC TOUR. JANUARY 1957, ON BOARD THE ROYAL YACHT BRITANNIA, AND ASHORE ON THE ISLANDS OF THE ATARCTIC REGION". Imperial War Museums (ingilis). 2018-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  26. Barwick, Sandra. "120 mph storm devastates Tristan da Cunha". Telegraph Newspapers. 6 iyun 2001. 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  27. "Tristan da Cunha Postal Code". postal-codes.net. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  28. "Tristan da Cunha Fishing News: Factory Fire on 13th February 2008". www.tristandc.com. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  29. "Tristan da Cunha Fishing News: Building a 21st Century Tristan Fishing Factory". www.tristandc.com. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  30. "Tristan da Cunha MS Oliva Shipwreck: The Beginning". www.tristandc.com. 2011-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  31. "Oil-soaked penguins put in rehab". British Broadcasting Company News. 28 mart 2011. 2013-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  32. "NASA - Total Solar Eclipse of 2048 December 05". eclipse.gsfc.nasa.gov. 2014-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  33. Rosenberg, Mark. "Tristan da Cunha". ThoughtCo. 6 mart 2017. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2019.
  34. "Gough Island". South African National Antarctic Programme. 30 dekabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2012.
  35. Grundy, Richard. "Tristan da Cunha Gough Island: Gough Island". www.tristandc.com. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  36. News, D. X. "ZD9A - Gough Island - News - Information". dxnews.com (ingilis). 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  37. "Tristan da Cunha Sandy Point". www.tristandc.com. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  38. "Saint Helena Dependencies". www.statoids.com. 2010-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.
  39. Grundy, Richard. "Tristan da Cunha Administrator". www.tristandc.com. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]