KUFLAN
KULA
OBASTAN VİKİ
Daruma (kukla)
Daruma (yap. だるま və ya 達磨) — yapon mifologiyasında xoşbəxtlik gətirən tanrı Bodhidharmanı təcəssüm etdirən yaponların ənənəvi hacıyatmaz kuklası. Bu kuklalar əlsiz və ayaqsız olur, ağac, papye-maşe, nadir hallarda kağızdan hazırlanır. Bu kuklaların belə hazırlanmasının səbəbi kimi əfsanəyə görə, tanrı Bodhidharmanın 9 il meditasiyadan sonra əl və ayaqlarının yox olması olmuşdur. Kuklalar adətən qırmızı rəngə boyanır. Nadir hallarda yaşıl, sarı və ağ rəngə boyanmışlara rast gəlinir. Bu kuklalar saqqallı və bığlı təsvir olunsa da, gözləri bəbəksiz olur. == Bodhidharma == Daruma (Bodaydaruma) dzen-buddist məktəbinin əsasını qoyan tanrı Bodhidharmanın adının yaponca tələffüzüdür. 510-cu ildə tanrı Bodhidharma Çinə yollanaraq Lyan sülaləsindən olan hökmdar U-dinin (502–556) hakimiyyəti dövründə Sunşan dağlarında Şaolin monastrının əsasını qoymuşdur. Deyilənə görə, bu monastrda o, ancaq divarı seyr etməklə 9 il meditasiyada olmuşdur.
Kukla Teatrı
Kukla teatrı, əksər hallarda insan və ya heyvan fiqurlarına bənzəyən, kukla adlandırılan cansız əşyaları və insan tərəfindən idarə edilən bir növ teatr və ya tamaşadır. Belə bir tamaşa kukla performansı kimi də tanınır. Kukla performansı ssenariyə əsasən kukla teatrı adlanır. Kuklaların bədəni, başı və bəzi hallarda kuklanın ağzını və gözlərini hərəkətə gətirmək və ya idarə etmək üçün çubuqlar və ya iplər kimi cihazlardan istifadə olunur. Kuklaçı bəzən kukla xarakterinin səsi ilə danışır və ya qeyd olunan səs musiqisi ilə çıxış edir. Kuklaların bir çox müxtəlif növü var və formasından və təyinatlı istifadəsindən asılı olaraq müxtəlif materiallardan hazırlanır. Quruluşlarında son dərəcə mürəkkəb və ya çox sadə ola bilər. Ən sadə kukla tək barmağa sığan kiçik kukla olan barmaq kuklaları və corabdan əmələ gələn və əlini çorabın içərisinə yerləşdirərək işlədilən corab kuklalarıdır. Panç və Judi kuklaları buna nümunə göstərilə bilən oxşar kaklalardır. Digər əl və ya əlcək kuklaları daha böyükdür və hər kukla üçün kuklaçı tələb olunur.
Kukla dövlət
Kukla dövlət — de-yure müstəqil olan, lakin de-fakto xarici bir dövlətdən asılı olan dövlət.
Pandora (kukla)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Ken (kukla)
Kukla (teatr)
Kukla teatrı — teatr incəsənətinin növlərindən biridir. Qədim antik dövrdə Yunanıstanda və Romada yaranmışdır. Ən genış yayılan forması saplarla, əlcəklə, əl ağacı ilə hərəkət etdirilən kuklalarla nümayiş edilən tamaşalardır. == Kukla teatrının formaları == Kukla teatrın formaları - marionetka teatrı, taxta kuklalardan ibarət teatrdır.
Budapeşt kukla teatrı
Budapeşt kukla teatrı (mac. Budapest Bábszínház) — Budapeştdə yerləşən Kukla Teatrı, Mərkəzi Avropanın ən böyük kukla teatrı. 1949-cu ildə Dövlət Kukla Teatrı adı altında yaradılmış və uzun müddət Macarıstanda yeganə peşəkar kukla teatrı idi. Müasir adı 1992-ci ildə verildi Budapeşt Kukla Teatrı, memar Adolf Lanq layihəsi ilə 1875–1877-ci illərdə inşa edilmiş Andraşı prospekti 69-da keçmiş qədim incəsənət qalereyasının tarixi binasında Ferens List Musiqi Akademiyası yanında yerləşir. Kukla teatrından əvvəl kabaralar binada işləyirdi və Milli Teatr da burada kamera mərhələsində çıxış etdi. 9 mərtəbəli bir binada 403 yerlik zalı ilə müasir texnika ilə təchiz olunmuş əsas mərhələdən əlavə, Budapeşt Kukla Teatrı konfiqurasiyanın dəyişdirilməsi imkanı ilə beşinci mərtəbədə 99 yerlik kamera zalı ilə təchiz olunmuşdur. Budapeşt Kukla Teatrı yalnız Macarıstanda və xaricində şöhrət qazanmışdır, yalnız uşaqların çıxışları ilə deyil, böyüklər üçün çıxışları ilə. Budapeşt Kukla Teatrının repertuarında yalnız Macar müəllifləri tərəfindən deyil, "Midsummer Night's Dream" və "Fırtına" tamaşaları nümayiş etdirilir. Klassik musiqi Bela Bartok, Zoltan Kodaya, Çaykovski, Stravinski, Ravel və Prokofyevin əsərləri orkestri ilə böyük uğur qazanmışdır. Beləliklə, Budapeşt Kukla Teatrı kukla nümayişinin bərabərliyini sənətkarlığın digər sahələri ilə sübut edir.
Gəncə Kukla Teatrı
Gəncə Dövlət Kukla Teatrı — Gəncə şəhərində yerləşən teatr. Kukla teatrı 18 sentyabr 1986-cı il tarixində yaradılmışdır. == Tarixi == Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Teatrda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir. Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda da iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), "Ən Yaxşı Uşaq Tamaşaları" Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), "Sehrli pərdə" Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), "Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində" Festivalında (İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir. === Teatr binası === Bina 1902-ci ildə Gəncə Kişi Gimnaziyasının rəhbərliyi tərəfindən rus pravoslav kilsəsi kimi inşa edilmişdir.
Kukla (film, 2016)
Kukla və ya Lənətlənmiş uşaq (orijinal adı: The Boy) Rejissor Uilyam Brent Bell tərəfindən 2016-cı ildə çəkilmiş filmdir. Amerika qorxu filmidir. Filmin ssenari müəllifi Steysi Menerdir. Filmdə baş rolları Loren Koen və Rupert Evans ifa edirlər. Film Çin və ABŞ arasında istehsal olunmuş beynəlxalq müştərək layihədir. Filmin çəkilişləri 10 mart 2015-ci ildə Britaniya Kolumbiyası ştatının Viktoriya şəhərində başlamışdır. STXfilms 22 yanvar 2016-cı ildə Kukla filmini ABŞ-da nümayiş etdirmişdir. Film 10 milyon dollarlıq büdcəsi ilə dünya miqyasında 64 milyon dollar gəlir əldə etmişdir. Filmin müstəqil davamı olan Kukla II, 21 fevral 2020-ci ildə nümayiş edilmişdir. == Rollarda == Loren Koen - Qreta Evans Rupert Evans - Malkolm Ceyms Norton – Cənab Helşayr Diana Hardcastle – Miss Helşayr Ben Robson - Koul Stefani Lemelin - Sendinin səsi Cett Kleyn - gənc Brahms Helşayr Ceyms Rassell - yetkin Brahms Helşir Lili Pater - Emili Kribbs == İstehsal == === İnkişaf === 14 iyul 2014-cü ildə Şeytan daxildədir filminin rejissoru olan Uilyam Brent Bellin prodüserlər Tom Rozenberq, Qeri Luçhesi, Roy Li, Mett Berenson, Cim Vedaa ilə bərabər Lakeshore Entertainment və Vertigo Entertainment şirkətləri ilə birlikdə istehsal edəcəkləri fövqəltəbii triller filmi olan The Inhabitant filminin rejissoru olacağı bildirilmişdir.
Kukla 2: Brams
Kukla 2: Brams (ing. Brahms: The Boy II ) — Rejissor Uilyam Brent Bell tərəfindən çəkilmiş Amerika qorxu filmi Kukla filminin davamı olan müstəqil filmdir.
Azərbaycan Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır. == Ümumi məlumat == İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. == Tamaşalar haqqında == Azərbaycan Dövlət Kukla Teatrının azərbaycan dili və rus dili bölmələri var.
Dağıstan Dövlət Kukla Teatrı
Dağıstan Dövlət Kukla Teatrı — Dağıstanın paytaxtı Mahaçqala şəhərində dövlət kukla teatrı. == Tarixi == Kukla Teatrının açılışı Böyük Vətən müharibəsindən bir az əvvəl - 30 aprel 1941 -ci ildə baş tutdu. Həmin ilin avqust ayında Dağıstan Muxtar Sovet Sosialist Respublikası Hökumətinin Kukla Teatrının açılması haqqında Fərmanı verildi. 1944-cü ildə Rusiya xalq nağılı "Qoğal"a əsaslanan tamaşa ilə debüt edən Kumuk aktyor qrupunun yaradılması Teatr üçün əlamətdar oldu. 1940-cı illərin sonlarında Teatra yüksək rejissor təhsilli, yaradıcılıq sahəsində böyük təcrübəsi olan peşəkar rejissor Zitta Vyaçeslavovna Ladonkina rəhbərlik edirdi. Teatrın yaradıcı qrupunun işi nəzərəçarpacaq dərəcədə canlandı və uğurlu nəticələr verməyə başladı. 1950-1960-cı illərdə Teatrın repertuar siyasəti Dağıstan dramaturqları: A.Əcəmətov, A.İbrahimov, Ş.Abdullayev, A.Abakarov və başqaları ilə fəal əməkdaşlığa yönəlmışdi. Teatrın qastrol coğrafiyası da genişləndi. Dağıstan kukla teatrı Zaqafqaziya respublikalarına, Həştərxan vilayətinə, Krivoy Roq, Elista, Nalçik, Qroznı və s. bölgələrə səfərlər edirdi.
Gəncə Dövlət Kukla Teatrı
Gəncə Dövlət Kukla Teatrı — Gəncə şəhərində yerləşən teatr. Kukla teatrı 18 sentyabr 1986-cı il tarixində yaradılmışdır. == Tarixi == Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Teatrda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir. Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda da iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), "Ən Yaxşı Uşaq Tamaşaları" Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), "Sehrli pərdə" Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), "Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində" Festivalında (İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir. === Teatr binası === Bina 1902-ci ildə Gəncə Kişi Gimnaziyasının rəhbərliyi tərəfindən rus pravoslav kilsəsi kimi inşa edilmişdir.
Naxçıvan Dövlət Kukla Teatrı
Naxçıvan Dövlət Kukla Teatrı — 1989-cu ildə Naxçıvanda uşaqlar üçün yaradılmış teatr. Azərbaycan Nazirlər Sovetinin 14 sentyabr 1989-cu il tarixli 383 saylı qərarı ilə yaradılmışdır. Teatr Naxçıvan Dövlət Filarmoniyasının binasında yerləşib. Onlara ayrılan salon teatr üçün yenidən qurulub. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə, Tacikistan və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. 2004-cü il mart ayının 11-dən Məhəmməd Tağı Sidqinin adını daşıyır. Teatr uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərləri tamaşaya qoymuşdur. Teatr Azərbaycanın digər bölgələrində, Türkiyə,,İran İslam Respublikası,Tacikistan Respublikalarında təşkil edilmiş kukla teatrı festivalında iştirak etmişdir. Bədii rəhbər direktor -Şirzad Abutalıbov Əsəd oğlu(1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti,2005-2008-ci illərdə Prezident mükafatı,2008-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti Fəxri adlarına layiq görülmüşdür.) Quruluşçu Rejissor- Nadir Hüseynov Məmməd oğlu. Bədii Quruluş hissə müdiri- Fazil Bayramov Sabir oğlu.
Qax Dövlət Kukla Teatrı
Qax Dövlət Kukla Teatrı — Qax rayonu ərazisində yerləşən teatr. 1971-ci ildən Qax rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Qax teatrı dəfələrlə Azərbaycan Respublikasında keçirilən festivallarda iştirak etmişdir. Qax Dövlət Kukla Teatrı Türkiyə, Rusiya, Ukrayna, Estoniya və Gürcüstanda keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişdir. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Rostov Dövlət Kukla Teatrı
V. S. Bılkov adına Rostov Dövlət Kukla Teatrı — Rostov-na-Donu şəhərində yerləşən teatr. Teatr 1935-ci ildə təşkil edilmişdir. Rostov Dövlət Kukla Teatrı ölkə ərazisində mövcud olan ən qədim kukla teatrlarından biridir. Bu teatr trupbası hələ XX əsrin 20-ci illərindən fəaliyyət göstərir. Üstəlik kukla teatrının ilk aktyorları arasında: М. Kuşnarenko, N. Smirnova, А. Dora və s olmuşdur. Onların peşəkar fəaliyyəti sayəsində Azov-Qaradəniz komsomolları tərəfindən teatrın yaradılması haqqında qərar qəbul edilir. Teatr seyriciləri üçün 1935-ci ildə öz qapılarını açır. Onun göstəriləri ilə Don diyarının necə nəsli böyümüşdür. Artıq böyüyən nəsil öz övladlarını bu teatra gətir. Müəyyən zamanlarda teatrı idarə edən direktorlar: Boris Saxnoviç — Konstantin Sergeyeviç Stanislavskinin tələbəsi, Leonid Stelmaxoviç — Vsevolod Emileviç Meyerxoldun tələbəsi.
Salyan Dövlət Kukla Teatrı
Salyan Dövlət Kukla Teatrı – 1973-cü ildə Salyanda yaradılmışdır. Salyan Dövlət Kukla Teatrı 1973-cü ildə yaradılıb. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv yaradıcılıq birliyi əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, tez bir zamanda ətrafına istedadlı həvəskarları toplayaraq Əli Səmədlinin "Artıq tamah baş yarar" əsərini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olduğundan dərnək 1975-ci ildə " Xalq kollektivi " adına layiq görülüb. Teatrın kollektivi tezliklə festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək müxtəlif mükafatlarla yanaşı geniş tamaşaçı auditoriyasının sevgisini də qazanıblar. Sənət aləmində özlərini kifayət qədər doğruldan kollektivə 1994-cü il iyulun 4 –də Dövlət Teatrı statusu verilib. Bu illər ərzində teatrın kollektivi Əli Səmədlinin "Artıq tamah baş yarar ", Mirmehdi Seyidzadənin "Ata məhəbbəti ", Rəhman Əlizadənin "Keçəlin toyu", Rafiq Savalanın "Qayğıkeş Nigar", "Tələ quran özü düşər ", Abdulla Şaiqin "Danışan Kukla", İsgəndər Coşqunun "Tülkü həccə gedir", Tofiq Kərimin "Quyruqlu ulağın sərgüzəştləri", Əli Əlizadənin "Keçəl Həmzənin hiyləsi", Həsənağa Hüseynovun "Ulamaqdan mələməyə", Firudin Ağayevin "Cırtdan və Sehrbaz", Rafiq Mirzənin "Yetim fatma", R. Kipinqin " Başlı başına gəzən pişik" və başqa 60 qədər əsərləri səhnələşdirərək tamaşaçıların zövqünü oxşayıblar. Bu tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilib. Teatr kollektivi rayonda keçirilən mədəni – kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir.
Tatarıstan Dövlət Kukla Teatrı
Tatarıstan Respublikasının Dövlət Kukla Teatrı və ya "Ekiyat" teatrı (tatar. Татар дәүләт «Әкият» курчак театры) — Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisəsi. Teatr 1934-cü ildən fəaliyyət göstərir. Teatrın ilk adı Birinci Dövlət Beynəlxalq Kukla Teatrı olmuşdur. Repertuarı olduqca zəngin olan teatr 1974-cü ildən Beynəlxalq Kukla Teatrları Təşkilatının üzvüdür. Teatrın kollektivi mütəmadi olaraq beynəlxalq festivalların iştirakçısıdır. Teatrın direktoru Roza Yapparova, baş rejissoru isə İldus Zinnurovdur.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır. == Ümumi məlumat == İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. == Tamaşalar haqqında == Azərbaycan Dövlət Kukla Teatrının azərbaycan dili və rus dili bölmələri var.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

Kuklalar
Kuklalar (film, 2009)
Kuklalar (film, 2009)
Kuklalar — Rejissor Çingiz Rəsulzadənin filmi. == Məzmun == Filmdə hadisələr 80-ci illərin sonları 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində dənizkənarı parkda kukla işləyən altı gənc dost yetişkin həyata ilk addımlarını atır. Daha sonra basqınla üzləşən canlı kuklalar seçim arasında qalırlar. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verirlər. == Film haqqında == Filmin orijinal ssenarisi üzərində iş 2005-ci ildə başlayıb və 2 ildən sonra tamamlanmış variant Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Film 2007-ci ildə istehsalata buraxılıb. 2007-ci ilin oktyabr ayından çəkilişlər başlanmışdır. Filmdə əsas rolları orta məktəb şagirdi və tələbə olan 6 gənc oynayır. Bu altı gənci seçmək isə asan olmamışdır.
Kuklalar (veriliş, 1994)
"Kuklalar" (rus. Куклы) — 1994-cü ildən 2002-ci ilə qədər Rusiyanın NTV kanalında yayımlanan siyasi-satirik veriliş.

Значение слова в других словарях