Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Margun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Çavgun
Çavqun (fars. چاوگون‎‎) və ya Çarqun - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. Maku şəhristanının Ətraf bölgəsində, Qaraqoyun kəndistanında, Maku şəhərindən 32 km cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (21 ailə).
Şarğun
Şarğun (özb. Shargʻun) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Arqun
Arqun (çay, Asiya)
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Danqun Vanqqeom
Danqun Vanqqeom və ya Tanqun (hanqıl sistemində: 단군왕검, hanca sistemində: 檀君王儉) Lyaonin, Mancuriya və Koreya yarımadasında yerləşən ilk Koreya krallığı Kocosonun əfsanəvi hökmdarı. Onun "Səmanın nəvəsi" olduğu deyilir və eramızdan əvvəl 2333-cü ildə Kocoson krallığını qurub. Onun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır. Danqunun sülaləsinin əfsanəsi onun babası "Səma tanrısı" Hvanin (환인/桓因) ilə başlayır. Hvaninin Hvanun (환웅/桓雄) adlı bir oğlu var. Hvanun Yer planetində vadilər və dağlar arasında yaşamaq istəyir. Atası ona və onun 3000 tərəfdarına Pektu dağına enməyə icazə verir. Burada Hvanun Şinsi dövlətini (신시/神市, "Tanrı şəhəri") yaradır. Buludlar, yağış və küləyin nazirləri ilə birlikdə o, qanunlar və əxlaq qaydaları təsis edir və insanlara müxtəlif incəsənət sahələrini, təbabəti və kənd təsərrüfatını öyrədir.
Kalğan (Bostanabad)
Kalğan (fars. كلغان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (67 ailə).
KazGUU Universiteti
Maqsud Narikbayev adına KAZGUU Universiteti (əvvəllər — Qazaxıstan Humanitar Hüquq Universiteti) (qaz. M.S. Narikbaev atyndaǵy KAZGUU Universiteti), ( ing. M. Narikbayev KAZGUU University) — Astana şəhərində yerləşən və 1994-cü ildə qurulmuş ali təhsil müəssisəsi. Universitetdə 4 məktəb var - Humanitar Elmlər Ali Məktəbi (HSH), Hüquq Fakültəsi (HSL), Ali İqtisadiyyat Məktəbi (SƏTƏM) və Biznes Məktəbi. Narikbayev Talgat Maksutoviç - M.S.Narikbayev adına KAZGUU Universitetinin İdarə Heyətinin sədri Hər il Atameken Milli Sahibkarlar Palatası, Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə birlikdə yerli universitetlərin təhsil proqramlarında bir araşdırma aparır və bunlara əsasən reytinq tərtib edir. Reytinqin əsas məqsədi məktəblilərə tələb olunan peşələr barədə dolğun və etibarlı məlumat vermək, hansı universitetlərin onlar üçün yüksək keyfiyyətli təhsil verdiyini və iş tapmaq şansının daha çox olduğunu göstərməkdir. 2020-ci ilin dekabr ayında M.S.Narikbayev adına KAZGUU Universiteti "Atameken" təhsil proqramlarının reytinqinə görə Top-10 universitetlərində birinci yerə layiq görülmüşdür. 2019-cu ildə Universitet ikinci yeri tutdu. KAZGUU Universiteti 1994-cü ildə Qazaxıstan Prezidenti N.A.Nazarbayevin Fərmanına əsasən qurulmuşdur. 5 Noyabr 1996-cı ildə KazHYuI, Qazaxıstan Hökumətinin qərarı ilə Qazaxıstan Dövlət Hüquq Universitetinə çevrildi və Ədliyyə Nazirliyinin tabeliyindən Təhsil və Elm Nazirliyinin tabeliyinə verildi.
Kuzgun (serial)
Kuzgun — 13 fevral 2019-cu ildən etibarən Star TV-də yayımlanmağa başlayan Türkiyə istehsalı teleserial. Serial 16 oktyabr 2019-cu ildə sona çatmışdır.
Marqun şəlaləsi
Marqun şəlaləsi- Fars ostanının Ərdəkan şəhərinin yaxınlığında yerləşir.
Çarqun (Şot)
Çavqun (fars. چاوگون‎‎) və ya Çarqun - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. Maku şəhristanının Ətraf bölgəsində, Qaraqoyun kəndistanında, Maku şəhərindən 32 km cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (21 ailə).
Şalqun (Sərab)
Şalqun (fars. شالقون‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 909 nəfər yaşayır (239 ailə).
Şövkət Yalqun
Şövkət Yalqun 7 fevral 1993-cü ildə Artuşda anadan olan Çin Super Liqasında Quanjou FK-da oynayan uyğur futbolçudur. Şövkət Yalqun 2012-ci ilin yanvar ayında 100.000 yuan qonorarla Çin Super Liqasının tərəfdaşı Qunajou FK-ya transfer olundu. 2012 liqası mövsümü üçün qeydiyyatdan keçmək üçün Memet Ali adından istifadə etdi. Böyük debütü 30 Mart 2012-ci ildə "Şanxay Şenhua FK" ilə səfərdə 1-0 məğlub edərək 81-ci dəqiqədə Qao Linin əvəzinə çıxmaqla etdi. Ancaq, italyan menecer Marsello Lippi komandaya rəhbərlik etdikdən sonra ehtiyat komandada oynamağa göndərildi. Şövkət 2012 mövsümündə altı liqada meydana çıxdı. 2013-cü ilin əvvəllərində Şövkətin oynadığı komanda liqada qeydiyyatdan keçən zaman Ali üçün fərqli bir addan istifadə etdiyini bildirəndə yaş mübahisəsinə qarışdı. Komanda bu barədə Çin Futbol Birliyinə məlumat verdi. 2013-cü ilin mart ayında yaş saxtalaşdırılmasına görə üç aylıq qadağa aldı. 10 iyul 2013-cü ildə komandanın "Dalian Ruylonq"u 7-1 məğlub etdiyi 2013 Çin FA Kubokunun dördüncü turunda meydana qayıtdı.
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Kayum (laqun)
Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir. Rusiya dövlət su reyestrinin məlumatına əsasən Anadır-Kolıma hövzə dairəsinə daxildir. Dövlət su reyestrindəki obyekt kodu — 19060000315320000000446.
Kağan (Özbəkistan)
Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş. Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış. Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi. Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu. 1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi. O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Nurcerən Akgün
Nurcerən Akgün (d. 20 iyun 1992) — Türkiyəni təmsil edən həndbolçu. Nurcerən Akgün, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Nurcerən Akgün, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Aygün Hümmətova
Aygün Aydın qızı Hümmətova və ya səhnə adı ilə Aygün Bəylər (22 avqust 1975, Bakı – 6 yanvar 2024, Ankara) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002). Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. Ailədə 6 uşaq olublar. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib. 6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb. Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib.
Aygün Quliyeva
Aygün Eldar qızı Quliyeva — Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq Əlaqələr və Təlim-tərbiyə işləri üzrə prorektor, iqtisad elmləri doktoru, professor Aygün Quliyeva 1984-cü ildə iyulun 3-də Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Avropa liseyini bitirmiş və Bakı Dövlət Universitetinə daxil olmuşdur. 2004-cü ildə həmin Universitetdə Beynəlxalq Əlaqələr üzrə Magistr ixtisasına daxil olmuşdur. 2007-ci ildə təhsilini uğurla başa vurmuşdur. 2010-cu ildə Azərbaycan Kooperasiya Universitetində İqtisad üzrə fəxri doktor adına layiq görülüb. 2011-2016-cı illərdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. 2011-2017-ci illərdə Marketinq və Menecment fakültəsində dekan müavini vəzifəsində fəaliyyət göstərib. 2016-2017-ci illərdə Dünya İqtisadiyyatı kafedrasında dosent əvəzi olaraq fəaliyyət göstərib. 2017-ci ildən 2021-ci ilə qədər Dünya İqtisadiyyatı fakultəsində Dosent vəzifəsində çalışmışdır. 2018-ci ildən Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq Əlaqələr və Təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsində təyin edilmişdir.