Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Margun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Çavgun
Çavqun (fars. چاوگون‎‎) və ya Çarqun - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Ətraf bölgəsində, Qaraqoyun kəndistanında, Maku şəhərindən 32 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (21 ailə).
Şarğun
Şarğun (özb. Shargʻun) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Arqun
Arqun (çay, Asiya)
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). == Ümumi məlumat == Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Danqun Vanqqeom
Danqun Vanqqeom və ya Tanqun (hanqıl sistemində: 단군왕검, hanca sistemində: 檀君王儉) Lyaonin, Mancuriya və Koreya yarımadasında yerləşən ilk Koreya krallığı Kocosonun əfsanəvi hökmdarı. Onun "Səmanın nəvəsi" olduğu deyilir və eramızdan əvvəl 2333-cü ildə Kocoson krallığını qurub. Onun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır. == Əfsanəsi == Danqunun sülaləsinin əfsanəsi onun babası "Səma tanrısı" Hvanin (환인/桓因) ilə başlayır. Hvaninin Hvanun (환웅/桓雄) adlı bir oğlu var. Hvanun Yer planetində vadilər və dağlar arasında yaşamaq istəyir. Atası ona və onun 3000 tərəfdarına Pektu dağına enməyə icazə verir. Burada Hvanun Şinsi dövlətini (신시/神市, "Tanrı şəhəri") yaradır. Buludlar, yağış və küləyin nazirləri ilə birlikdə o, qanunlar və əxlaq qaydaları təsis edir və insanlara müxtəlif incəsənət sahələrini, təbabəti və kənd təsərrüfatını öyrədir.
Kalğan (Bostanabad)
Kalğan (fars. كلغان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (67 ailə).
KazGUU Universiteti
Maqsud Narikbayev adına KAZGUU Universiteti (əvvəllər — Qazaxıstan Humanitar Hüquq Universiteti) (qaz. M.S. Narikbaev atyndaǵy KAZGUU Universiteti), ( ing. M. Narikbayev KAZGUU University) — Astana şəhərində yerləşən və 1994-cü ildə qurulmuş ali təhsil müəssisəsi. Universitetdə 4 məktəb var - Humanitar Elmlər Ali Məktəbi (HSH), Hüquq Fakültəsi (HSL), Ali İqtisadiyyat Məktəbi (SƏTƏM) və Biznes Məktəbi. Narikbayev Talgat Maksutoviç - M.S.Narikbayev adına KAZGUU Universitetinin İdarə Heyətinin sədri Hər il Atameken Milli Sahibkarlar Palatası, Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə birlikdə yerli universitetlərin təhsil proqramlarında bir araşdırma aparır və bunlara əsasən reytinq tərtib edir. Reytinqin əsas məqsədi məktəblilərə tələb olunan peşələr barədə dolğun və etibarlı məlumat vermək, hansı universitetlərin onlar üçün yüksək keyfiyyətli təhsil verdiyini və iş tapmaq şansının daha çox olduğunu göstərməkdir. 2020-ci ilin dekabr ayında M.S.Narikbayev adına KAZGUU Universiteti "Atameken" təhsil proqramlarının reytinqinə görə Top-10 universitetlərində birinci yerə layiq görülmüşdür. 2019-cu ildə Universitet ikinci yeri tutdu. == Tarixi == KAZGUU Universiteti 1994-cü ildə Qazaxıstan Prezidenti N.A.Nazarbayevin Fərmanına əsasən qurulmuşdur. 5 Noyabr 1996-cı ildə KazHYuI, Qazaxıstan Hökumətinin qərarı ilə Qazaxıstan Dövlət Hüquq Universitetinə çevrildi və Ədliyyə Nazirliyinin tabeliyindən Təhsil və Elm Nazirliyinin tabeliyinə verildi.
Kuzgun (serial)
Kuzgun — 13 fevral 2019-cu ildən etibarən Star TV-də yayımlanmağa başlayan Türkiyə istehsalı teleserial. Serial 16 oktyabr 2019-cu ildə sona çatmışdır.
Marqun şəlaləsi
Marqun şəlaləsi- Fars ostanının Ərdəkan şəhərinin yaxınlığında yerləşir.
Çarqun (Şot)
Çavqun (fars. چاوگون‎‎) və ya Çarqun - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Ətraf bölgəsində, Qaraqoyun kəndistanında, Maku şəhərindən 32 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (21 ailə).
Şalqun (Sərab)
Şalqun (fars. شالقون‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 909 nəfər yaşayır (239 ailə).
Şövkət Yalqun
Şövkət Yalqun 7 fevral 1993-cü ildə Artuşda anadan olan Çin Super Liqasında Quanjou FK-da oynayan uyğur futbolçudur. == Klub karyerası == Şövkət Yalqun 2012-ci ilin yanvar ayında 100.000 yuan qonorarla Çin Super Liqasının tərəfdaşı Qunajou FK-ya transfer olundu. 2012 liqası mövsümü üçün qeydiyyatdan keçmək üçün Memet Ali adından istifadə etdi. Böyük debütü 30 Mart 2012-ci ildə "Şanxay Şenhua FK" ilə səfərdə 1-0 məğlub edərək 81-ci dəqiqədə Qao Linin əvəzinə çıxmaqla etdi. Ancaq, italyan menecer Marsello Lippi komandaya rəhbərlik etdikdən sonra ehtiyat komandada oynamağa göndərildi. Şövkət 2012 mövsümündə altı liqada meydana çıxdı. 2013-cü ilin əvvəllərində Şövkətin oynadığı komanda liqada qeydiyyatdan keçən zaman Ali üçün fərqli bir addan istifadə etdiyini bildirəndə yaş mübahisəsinə qarışdı. Komanda bu barədə Çin Futbol Birliyinə məlumat verdi. 2013-cü ilin mart ayında yaş saxtalaşdırılmasına görə üç aylıq qadağa aldı. 10 iyul 2013-cü ildə komandanın "Dalian Ruylonq"u 7-1 məğlub etdiyi 2013 Çin FA Kubokunun dördüncü turunda meydana qayıtdı.
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Arqun (Marağa)
Arqun (fars. ارگون‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (27 ailə).
Arqun (çay)
Arqun (çeçen. Чӏаьнтий-Орг, gürc. არღუნი) - Şimali Qafqazda Gürcüstan və Rusiya ərazisindən axan çaydır. Sunja çayının sağ qoludur (Terek hövzəsi). == Coğrafiya == Arqun çayının uzunluğu 148 km, hövzəsinin sahəsi isə 3390 km²-dir. Çayın Orta yamacı 17,63 m / km təşkil edir. Su axınının orta sürəti 45,6 m³ / s-dir. Arqun çayının qidalanma mənbələri müxtəlifdir. Arqun üzərində davamlı donma müşahidə olunmur. Arqun çayı, Böyük Qafqaz dağ silsiləsinin şimal yamacındakı buzlaqlardan başlayır.
Arqun (şəhər)
Arqun (rus. Аргу́н,çeçen. Орг, gürcü. არღუნი - arghuni) - Rusiya Federasiyasının Çeçenistan Respublikasındakı şəhər. Respublika əhəmiyyətli şəhər olub, inzibati mərkəz və şəhər rayonunun yeganə yaşayış yeridir. == Coğrafiya == Şəhər Çeçen dağətəyi düzənliyində, Arqun çayının hər iki sahilində (Sunja çayının sağ qolu), Qroznıdan 10 km cənub-şərqdə yerləşir. Qərbdən və şimaldan Qroznı bölgəsi, şərqdə Qudermes bölgəsi və cənubdan Şali bölgəsi ilə həmsərhəddir. Şəhər şərti olaraq mərkəzi küçə - Əhməd-Hacı Kadırov olan kənd və qəsəbəyə bölünür. == İqlimi == Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir.
Arqun ağa
Arqun ağa (1210 – 17 iyun 1275) — Oyrat tayfasından olan monqol əsilzadə, Elxanilər dövləti yaradılmazdan əvvəl 1243–1255-ci illərdə Monqol imperiyasının İranda mövcud olmuş darğaçısı. == İlk dövrləri == Rəşidəddinə görə, atası gənc ikən oğlu Arqunu Ögedeyin tərbiyəçisi Cəlair Qadana satıb, o da onu öz oğlu İlügeyə verib. Ataməlik Cüveyniyə görə isə atası minbaşı idi. Ögedey sülaləsinin xidmətində yaşadığı illərdə o, savadlı olduğu və qədim uyğur dilini bildiyi üçün hakim ailə mənsubları arasında nüfuz qazanmışdır. Argun Ögedeyin dövründə bitikçi (katib) kimi fəaliyyətə başlamışdır. Sonralar, onun xanımı Töregene xatun Arqunu monqolların Mavəraünnəhrdəki darğaçısı Körgüzün müavini təyin etmişdir. Körgüzün 1242-ci ildəki edamından sonra Arqun yeni darğaçı təyin edilmişdir. == Fəaliyyəti == Yeni katibi Şərəfəddin Xarəzmi ilə birlikdə Amu Dəryadan Anadoluya qədər geniş ərazilərə nəzarət etmək üçün təyin edilmişdi. Güyük xan hakimiyyətə gələndən sonra 1246-cı ildə bu vəsifəsini bir daha təsdiqlədi. Ola bilsin ki, Lombardiyalı Askelin 1247-ci ildə Arqun ağa ilə Baycu noyonun sarayında tanış olub.
Arqun dərəsi
Arqun dərəsi — Qafqazın ən uzun dərələrindən biri. == Coğrafiyası == Çeçenistan ərazisində Arqun dərəsi Arqun çayının geoloji fəaliyyəti nəticəsində formalaşmış. Arqun çayı Baş Qafqaz dağlarının şimal yamacında olan Qara dağlar silsiləsini kəsərək bu dərəni meydana gətirmiş. Arqun dərəsinin hündürlüyü 1100-4800 metr arasında dəyişir. Şatoy kəndi bölgəsində, dərə boyunca Çeçenistanın və Qafqazın ən böyük qoruqlarından biri yerləşir. Sahəsi 233 800 hektar olan bu qoruqada müxtəlif mədəni və təbii abidələr mövcuddur — Arqun dövlət tarixi-memarlıq və təbiət muzey-qoruğu bu ərazidə yerləşir. Arqun dərəsində çoxlu erkən və orta əsr, eləcə də eramızdan əvvələ aid olan abidələr mövcuddur. Ərazidə daş dövrünə və mağara həyat tərzinə aid məkanlar mövcuddur. XVIII-XIX əsr Qafqaz müharibələri öncəsi Arqun dərəsində 4000 qədim memarlıq tikilisi qeydə alınmış. Bunların çoxu hərbi, yarım hərbi, gözətçi tikililəri olmuş.
Arqun xan
Arqun xan (1258, Monqolustan – 10 mart 1291 və ya 7 mart 1291, Arran) — Hülakülər sülaləsindən dördüncü elxan, Abaqa xan və onun xristian xanımı Haymaş xatunun oğlu. Atası kimi inanclı buddist olsa da, xristianpərəst olmuşdur. O, Avropaya bir neçə də elçilər göndərmiş və Müqəddəs Torpaqlardakı müsəlman hakimiyyətinə qarşı Franko-Monqol ittifaqı təşkil etməyə çalışmışdır. O, arvadı Buluğan Xatun öldükdən sonra Xubilay xandan eyni tayfadan olmaqla yeni bir arvad göndərməsini istəmiş, buna cavab olaraq da, Xubilay xan Kököçini Marko Polonun müşayiəti ilə göndərmişdir. Çinin cənubundan yola çıxan Kököçin Sumatra adasına, oradan Şri-Lankaya, Hindistana gedərək nəhayət Elxanilər dövlətinə gəlib çatmışdır. Lakin bu zaman Arqun xan artıq vəfat etmişdi. Buna görə də o, Arqunun oğlu Qazan xanla evlənmişdir. == Həyatının erkən dövrü == Bəzi mənbələrə görə 1250, bəzi mənbələrə görə isə 1259-cu ildə Beyləqan yaxınlığında doğulmuşdur. Atası Abaqa xan, anası isə Onqut tayfasından olan Qayıtmış Egeçi olmuşdur. Anasının xristian olması ehtimal edilir.
Ayqun müqaviləsi
Ayqun müqaviləsi — 16 may 1858-ci il tarixində Rusiya ilə Çin arasında Ayqun şəhərində imzalanmış müqavilə. Ayqun müqaviləsinə görə Arqun çayının Amura töküldüyü yerdən Amurun ağzınadək Amurun sol sahili Rusiyaya keçmişdir. Ussuri çayınadək Amurun sağ sahili Çində qalmışdır. 1860-cı il Pekin müqaviləsinə əsasən Ussuri çayından dənizədək ərazi də Rusiyaya keçmişdir. Ayqun müqaviləsinə görə Amur, Ussuri və Sunqari çaylarıda yalnız rus və Çin gəmilərinin işləməsinə icazə verilmişdir. Ayqun müqaviləsini 2 iyun 1858-ci ildə Çin boqdıxanı və 8 iyun 1858-ci ildə Rusiya hökuməti təsdiq etmişdir. Rusiya ilə Çin arasında sərhəd qəti olaraq 1860-cı il Pekin müqaviləsi ilə müəyyən edilmişdir. Bu müqavilə Ayqun müqaviləsini və 1858-ci ildə imzalanmış Tyanszin müqaviləsini təsdiq etmiş, Ussuri çayı sərhəd müəyyən olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Айгунский договор 1858 // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005.