Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karaburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Karaburun yarımadası
Karaburun (alb. Gadishulli i Karaburunit) — Albaniyanın ən böyük yarımadasıdır. Yarımada ərazisində həm milli park, həm də hərbi baza yerləşir. Yarımadada məskunlaşma yoxdur. == Coğrafiyası == Albaniyanın ən böyük yarımadası olan Karaburun ölkənin cənub-qərbində yerləşir. Yarımadanın uzunluğu 16 km, eni 3-4,5 km, sahəsi isə 64 km² təşkil edir. İnzibati cəhətdən Vlyera dairəsi ərazisinə daxildir. Sahillərini Adriatik dənizinin suları yuyur (Otranto boğazının suları). Sahil sahəsi Karaburun-Sazan milli parkının ərazisinə daxildir. Yarımadadan 5 km şimalda Albaniyanın ən böyük adası olan Sazan adası yerləşir.
Qaraqarın bağrıqara
Qaraqarın bağrıqara (lat. Pterocles orientalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü. Ümumi rəngi sarımtıl—bozdur, döşündə kiçik qara xallar var. Qarnı qaradır. Şərqi Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığında, Şirvanda, Abşeron-Qobustanda, Acınohur-Ceyrançöldə, Naxçıvanda məskunlaşır. Yaşayış yerləri kəskin azalıb. Səhra, yarımsəhra və digər bozqır landşaftlar yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda oturaqdır.
Qaraqarın susüpürən
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Secale ancestrale var. karaburun
Əkin çovdarı (lat. Secale cereale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. Secale cereale var.