Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karpaz yarımadası
Karpaz (yun. Καρπασία, türk. Karpaz) — Kipr adasının şimalında yerləşən yarımada. Yarımada de-fakto Şimali Kipr Türk Respublikasınin ərazisində yerləşir. Yarımada dar və uzun quru parçası olaraq Liquriya dənizinin içərilərinə doğru şimal-şərq istiqamətdə uzanır. Yarımadanın sonunda Həvvari Andrey burnu yerləşir. Yarımadada Kireniya sıra dağları yerləşirki, oda yarmadaya pereoentukulyar istiqamətdə yerləşir. Ən hündür nöqtəsi — 364 metrdir. Yarımadanın cənub və şimal sahillərində gözəl çimərliklər vardır. 2000-ci illərdən Barfa şəhəri yaxınlığında kotejlərlə zəngin olan qəsəbə salınmışdır.
Harput
Harput Elazığda olan bir antik şəhərdir. E.ə. XX əsrdən qalıqlar var. Antik Harput yaşayış sahəsi, bir açıq hava muzeyi kimidir. Muzeyi, qalası, məscidləri , kilsəsi və buzlu mağarasıyla indiki vaxtda bir turizm mərkəzidir. == Türk hökmranlığından əvvəl == Harput, Altınova adlanan Elazığ düzünə baxan bir nöqtədə, yaxşı müdafiə oluna bilən və hərəkətli yolların üzərində və cənubda sıldırım qayalarla kəsilmiş təpənin üzərində yerləşir. Burada məskunlaşan ilk məlum sivilizasiya e.ə. 2000-ci illərdə Hurrilər olmuşdur. İranın qərbindən Şərqi Aralıq dənizinə qədər bölgədə yayılan hurrilər, e.ə. 2-ci minillikdə ən güclü dövrlərinə çatmışdılar.
Kampus
Kampus — müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi və ya şəhərciyidir.
Kanpur
Kanpur - Hindistanın Uttar Pradeş ştatında yerləşən şəhər. Bu ştatın Allahabad şəhərindən sonra ən böyük 2-ci şəhəridir. Dünyanın isə ən böyük 75-ci şəhəridir. Dəri istehsalında çox əhəmiyyətli yeri olduğundan "Hindistanın dəri şəhəri" və ya sədəcə "Dəri şəhəri" də adlandırılır. Başqa ləqəbi isə "Şərqin Mançesteri"dir.
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Korpus
Korpus (hidrovasitə) — gövdə, bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissə. Korpus (hərbi) — 3-4 diviziyadan ibarət olan hərbi vahid.
Qarpun
Qarpun — ilk qarpundan istifadə Mezolit dövrünə təsadüf edir. Bununla belə Konqonun Katande ərazisində 74-174 min il öncəyə aid olan sümükdən hazırlanmış qarpun aşkarlanmışdır. Qarpun həmcinin kope adlandırılır. Əsasən sualtı tüfəngi və qarpun topunda istifadə edilir. İri dəniz məməlilərini ovlamaq məqsədilə qarpuna partlayıcı yerləşdirilir.
Qarpız
Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir. Çinin paytaxtı Pekin şəhərində Dünyada yeganə Qarpız muzeyi yerləşir. Muzeydə 600-dən çox qarpız və yemiş növləri, qarpız və yemişlərin şəkilləri sərgilənir, lakin eksponatlar həqiqi deyil, süni materialdan hazırlanmışdır. Qarpız təxminən 92% sudan ibarətdir, buna görə də isti gündə yemək çox təravətləndiricidir. Dünyada ən çox qarpız istehsal edən ölkə Çin, ondan sonra Türkiyə və İrandır. Qarpız ənənəvi olaraq yay aylarında pikniklərdə və digər açıq hava toplantılarında yeyilir. Bəzi ölkələrdə qarpızdan içkilər hazırlanır, məsələn, Meksikada agua fresca və dünyanın digər yerlərində "smoothies". Qarpız isti və günəşli iqlimlərdə yetişdirilən isti mövsüm məhsuludur, böyüməsi üçün bol su tələb olunur.
Yarpız
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). == Ümumi məlumat == Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Karpi
Karpi(it. Carpi, emil.-rom. Chèrp) — İtaliyanın Modena vilayətinin Emilia-Romagna regionunda şəhər. == Coğrafiyası == Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar. Bundan əlavə, Kapri sözün əsl mənasında, təbiətin bəxş etdiyi unikal müalicəvi resurslara malik əsl kurort şəhəridir. Kapriyə səyahət son zamanlar Rusiya turistlərinin böyük marağına səbəb olmuşdur. Bəzən Kapridə istirahət materikdəki istirahətə nisbətən daha dəbdəbəli və prestijli görünür. Tez-tez Kapri ilə bağlı maraqlı turlara rast gəlinir, məsələn, Kapri ilə yanaşı, İtaliyanın bir neçə şəhərinə ekskursiyalı səyahətlər. Digər kurort şəhərində istirahət etsəniz də, yay günlərinin birində Kapri şəhərinə siz də təşrif buyura bilərsiniz.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Körpü
Körpü — çay, dərə, uçurum, su hövzəsi və istənilən fiziki məhdudiyyət üzərindən salınan süni mühəndis qurğusudur. Körpü bəşəriyyətin ən qədim ixtiralarından biridir.
Enriko Karuzo
Enriko Karuzo (it. Enrico Caruso;24 fevral 1873 və ya 25 fevral 1873, Neapol əyaləti[d], İtaliya krallığı və ya Neapol – 2 avqust 1921[…], Neapol, İtaliya krallığı)— İtaliya opera müğənnisi. == Repertuarı == L'Amico Francesco ( Morelli ) - Napoli, 15 Mart 1895 (Creation); Faust - Caserta, 28 Mart 1895 ; Cavalleria Rusticana - Caserta, Aprel 1895; ‘’Camoens’’ (Musoni)- Caserta, May 1895; Rigoletto - Napoli, 21 İyul 1895 ; La traviata - Napoli, 25 Avqust 1895 ; Lucia di Lammermoor - Cairo, 30 Oktyabr 1895 ; La Gioconda - Cairo, 9 Noyabr 1895 ; Manon Lescaut (Puccini) - Cairo, 15 Noyabr 1895 ; I Capuleti e i Montecchi - Napoli, 7 Dekabr1895 ; ‘’Malia – Trapani’’, 21 Mart 1896 ; La sonnambula - Trapani, 24 Mart 1896 ; ‘’Marriedda’’ - Napoli, 23 İyun1896 ; I puritani - Salerno, 10 Sentyabr 1896 ; La Favorita - Salerno, 22 Noyabr 1896 ; ‘’A San Francisco’’ - Salerno, 23 Noyabr 1896 ; Carmen - Salerno, 6 Dekabr 1896 ; ‘’Un Dramma in vendemmia’’ - Napoli, 1 Fevral 1897 ; ‘’Celeste’’ - Napoli, 6 Mart 1897 (Creation); ‘’Il Profeta Velato’’ - Salerno, 8 Aprel 1897 ; La bohème - Livorno, 14 Avqust 1897 ; La Navarrese - Milan, 3 Noyabr1897 ; ‘’Il Voto’’ - Milan, 10 Noyabr 1897 (Creation); L'Arlesiana - Milan, 27 Noyabr 1897 (Creation); Pagliacci - Milan, 31 Dekabr 1897 ; La bohème (Leoncavallo) - Genoya, 20 Yanvar 1898 ; The Pearl Fishers - Genova, 3 Fevral 1898 ; ‘’Hedda’’ - Milan, 2 Aprel 1898 (Creation); Mefistofele - Fiume, 4 Mart 1898 ; ‘’Sapho’’ - Trento, 3 İyun 1898; Fedora - Milan, 17 Noyabr 1898 (Creation); Iris - Buenos Aires, 22 İyun 1899 ; La Regina di Saba (Goldmark) - Buenos Aires, 4 İyul 1899 ; ‘’Yupanki’’ - Buenos Aires, 25 İyul 1899 ; Aida - St. Petersburq 3 Yanvar 1900 ; Un ballo in maschera - St. Peterburq, 11 Yanvar 1900 ; Maria di Rohan - St. Peterburq, 2 Mart 1900 ; Manon - Buenos Aires, 28 İyul 1900 ; Tosca - Treviso, 23 Oktyabr 1900 ; ‘’Le Maschere’’ - Milan, 17 Yanvar 1901 (Creation); L'elisir d'amore - Milan, 17 Fevral 1901 ; Lohengrin - Buenos Aires, 7 İyul1901 ; ‘’Germania’’ - Milan, 11 Mart 1902 (Creation); Don Giovanni - London, 19İyul 1902 ; Adriana Lecouvreur - Milan, 6 Noyabr 1902 (Creation); Lucrezia Borgia - Lisboa, 10 Mart 1903 ; Les Huguenots -Nyu-Yorkk, 3 Fevral 1905 ; Martha - Nyu-York, 9 Fevral 1906 ; Carmen - San Fransisko, 17 Aprel 1906 Madam Butterfly - London, 26 May 1906 ; L'Africana - Nyu-York, 11 Yanvar 1907 ; Andrea Chénier - London, 20 İyul 1907 ; Il trovatore - Nyu-York, 26 Fevral 1908 ; Armide - Nyu-York, 14 Noyabr 1910 ; La fanciulla del West - Nyu-York, 10 Dekabr1910 (Creation); ‘’Julien - Nyu-York, 26 Dekabr 1914 ; Samson et Dalila - Nyu-York, 24 Noyabr 1916 ; Lodoletta - Buenos Aires, 29 İyul 1917 ; Le Prophète - Nyu-York, 7 Fevral1918 ; L'amore dei tre re - Nyu-York, 14 Mart 1918 ; La forza del destino - Nyu-York, 15 Noyabr 1918 ; La Juive - Nyu-York, 22 Noyabr 1919 .
Georgi Karpov
Georgi İvanoviç Karpov (9 dekabr, 1890–31 mart, 1947)— tarixçi, etnoqraf, Türkmənistan SSR-nin ictimai-siyasi xadimi. == Həyatı == Georgi İvanoviç Karpov 9 dekabr 1890-cı ildə Rusiyanın Saratov quberniyasının Karavainka kəndində anadan olmuşdu. Georgi Karpov türkmənlər, Türkmənistan haqqında bir çox əsərlərin müəllifidir. Georgi Karpov 31 mart 1947-ci ildə Türkmənistanda vəfat edib. == Əsərləri == Карпов Г. И. Восстание тедженских туркмен в 1916 году : (К изучению истории крестьянск. восстаний в бывшей царск. колонии). — Ашхабад: Туркменгосиздат, 1935. — 72 с. Карпов Г. И. Гражданская война в Туркмении (1918–1920) : (Попул.
Harput qalası
Harput qalası (Süd qalası) — e.ə. XIII əsrin əvvəllərində Urartu krallığı tərəfindən qurulmuş olub cənubunda bir Urartı Açıq hava məbədi yerləşir. Qala VI əsrdə Fars hakimiyyətinə girmiş, XVII-XV əsrlərə aid I əsrdən etibarən Roma, Sasani, Bizans, Abbasi, Artukoğulları, Səlcuqlular, Dulkadiroğulları, Ağqoyunlular və Osmanlı Dövlətinin hakimiyyətlərinə girmişdir. Bu mədəniyyətlərə aid izləri qala divarları, qapılar və bürclər üzərində görünür, qalanın şimal-qərb uc hissəsində bir Artuk sarayının qalıqları yerləşir. Qalanın şərq hissəsində yerləşən Məryəm Ana kilsəsi IV əsrdə inşa edilmiş, bir divarı qalanın oturduğu qayaya oturan bir kilsədir. İç divarlarında bir çox kitabə görünür. İç qala və xarici qala olmaq üzrə iki hissəsindən meydana gəlmişdir. Xarici divarlar tamamilə dağıdılmışdır. Sadəcə Harputa girişdə bir bürc qalıq görünür. Süd qalası adlandırılan iç qala yalçın qayalar üzərində inşa edilmişdir.
Kamal Karpat
Kamal Karpat (15 fevral 1923, Babadağ – 20 fevral 2019, Madison) — tarixçi. == Həyatı == Türkiyəli tarixçi professor Kamal Karpat ABŞ-dən dəvət aldıqdan sonra bu ölkəyə yollanaraq, Birləşmiş Ştatların Viskonsin Universitetində "Osmanlı tarixi" kafedrasını qurub. K. Karpatın bəzi əsərləri "kitabxanlarda zəruri olan ən yüksək səviyyəli kitablar" arasında göstərilir. Alimin 20 ölkədə 130-dan çox məqaləsi dərc olunub. == Əsərləri == Osmanlı’dan Günümüze Kimlik ve İdeoloji Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine İslamın Siyasallaşması Osmanlı Geçmişi və Bugünün Türkiye'si Osmanlı Nüfusu (1830–1914) Demografik ve Sosyal Özellikleri Osmanlı'dan Günümüze Elitler ve Din Arxivləşdirilib 2011-09-01 at the Wayback Machine Osmanlı'da Değişim Modernleşme ve Uluslaşma Ottoman Borderlands: Issues, Personalities, and Political Changes (Robert Zens ile beraber) Ortadoğu'da Osmanlı Mirası ve Ulusçuluk Ottoman Population 1830–1914. Demographic and Social Characteristics. Türkiye'de Siyasal Sistemin Evrimi 1876–1980 Osmanlı Modernleşmesi Toplum, Kurumsal Değişim ve Nüfus Osmanlı ve Dünya Osmanlı Devleti ve Dünya Tarihindeki Yeri.
Kartuş (heroqlif)
Kartuş — Qədim Misir heroqliflərində seçilməsi üçün firon və ya hökmdarın adını içərisində yazmaq üçün uzunsov, bir qədər oval şəklində kontur yaxud haşiyədir. IV sülalə dövründən başlayaraq, firon Snofru hökmranlığı zamanında tətbiq olunmağa başlanılmışdır. Beş firon titulundan yalnız Şəxsi ad və Taxt-tac adı kartuş haşiyəsində göstərilirdi. Bəzən qəbirə qoyulmaq üçün kartuş formasında üzərində hökmdarın adı yazılmış qızıl amulet ya tumar düzəldilirdi. Bu cür artefaktlar arxeoloqlar üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, qızıl tumarın köməyi ilə dəfn müddətini müəyyən etmək mümkün olur.
Korpus-Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
Korpus (hidrovasitə)
Gəmi korpusu, hidrovasitə korpusu, gəmi gövdəsi, hidrovasitə gövdəsi — bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissədir. Korpusun strukturu gəminin növünə görə dəyişikliklər göstərə bilir. Gəminin gövdəsi gəminin təyinatına görə gəminin üzmə qabiliyyətini, batmazlığını, möhkəmliyini, silahların və şəxsi heyətin, o cümlədən də mexanizmlərin yerləşdirilməsini təmin edir. Korpus sükan, lövbər, yanalma, yedəkləmə və qaldırıcı qurğularla təchiz edilir. Gəminin gövdəsinin içərisində əsas və köməkçi mexanizmlər, döyüş sursatları üçün nəzərdə tutulan anbarlar, yaşayış və xidməti otaqlar, yanacaq, yağ, su, zəncir qutuları, daşınan avadanlıqlar və yük üçün nəzərdə tutulan otaqlar, eləcə də çoxlu gəmi üçün nəzərdə tutulmuş cihazlar mövcuddur. Korpusun yuxarı göyərtəsi üst tikililər, konstruksiyalar və xidmət mexanizmləri üçün fundament funksiyası yerinə yetirir; onun üzərində dirəklər və borular yerləşdirilir. Gəminin gövdəsi əsas ölçüləri (uzunluğu, eni, çəkməsi), xarici konturların forması, komplektin struktur-güc sxemi, istehsalında istifadə olunan konstruksiya materialları (polad və (və ya) yüngül ərintilər, plastiklər, kompozit materiallar və ağac məhsulları) ilə xarakterizə olunur. Gəminin gövdəsinin forması onun gücünə, dənizə yararlılığına və manevr qabiliyyətinə ciddi formada təsir göstərir.
Korpus (hərbi)
Korpus — 3-4 diviziyadan ibarət olan hərbi vahiddir. Korpuslar birləşərək ordunu yaradırlar və general-leytenant və Vitse-admiral tərəfindən idarə olunurlar. Tabeçiliyində ən az 40.000 əsgər saxlayar. Bölgəni müdafiə etməsində təsirlidir, korpus olaraq çox seyrək əməliyyat edərlər. Ümumiyyətlə ordu qərargahından gələn əmrlə diviziyaları vəzifə yerinə yetirər.
Korpus Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
Kvadrat qarpız
Kvadrat qarpız (ing. Square watermelon) — kub formasında xüsusi şəraitdə yetişidirilmiş qarpız çeşidi. Kvadrat qarpızlar əsasən Yaponiyada yetişdirilməkdədir və bir ədədi 100 ABŞ dolları dəyərində qiymətləndirilir. == Məqsəd və istifadəsi == Kvadrat qarpızların ilk dəfə Yaponiyada istehsal olunmuşdur. Belə qarpızları ilk dəfə 1978-ci ildə Kaqava prefekturasının Zentsuci şəhərinin Fudeoka rayonunun fermerləri onların soyuducuya rahat yerləşməsi üçün istehsal ediblər. Sonradan Yaponiyanın qərbində yerləşən Kanaqava prefekturasını fermerləri dördbucaq qarpızların ölkə bazarlarına göndərilməsinə başlayıblar. XXI əsrdən etibarən məşhurluq qazanan qarpızların Amerika Birləşmiş Ştatlarında da istehsal olunmasına başlanılıb. Qarpızların bu formada yetişdirilməsi üçün xüsusi hazırlanmış istixanalardan istifadə olunur. Kvadrat qutuların içərisində yetişidirlən qarpızlara daimi nəzarət və qulluq tələb olunur. 2001-ci ilin məlumatlarına görə bu tip qarpızlar ədədi 83 ABŞ dollarına bərabər olduğundan əsasən zəngin və dəbdəbəli istehlakçılara xitab etmək üçün hazırlanmışdır.