KÓRPUS

[ lat. ]
1. Ümumi sahədə yerləşən binalardan hər biri, yaxud böyük binanın ayrıca hissəsi. Binanın baş korpusu. Xəstəxananın ikinci korpusu.
– Onlar yaşayan korpus cəmisi səkkiz palatası olan ikimərtəbəli bir bina idi. M.İbrahimov.
Bir az kənarda qırmızı kirəmit damlı geniş ağ korpuslar görünürdü. M.Rzaquluzadə.

2. Bir neçə diviziya və ya briqadadan ibarət iri qoşun birləşməsi. Tank korpusu.
3. Bir hökumət yanındakı xarici dövlətlərin nümayəndələri.
Bu ziyafətdə Təbrizdə olan bütün diplomatik korpus iştirak edəcəkdir. M.S.Ordubadi.

4. İnqilabdan əvvəlki Rusiyada: orta hərbi məktəb adlarının tərkibində işlənilir.
Vladimir Dubrovski kadet korpusunda tərbiyə almış və məktəbdən kornet rütbəsində qvardiyaya göndərilmişdi. Puşkindən.

5. mətb. On punktluq mətbəə şrifti (hürufatı).
KORPORÁSİYA
KORRÉKTOR
OBASTAN VİKİ
Korpus
Korpus (hidrovasitə) — gövdə, bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissə. Korpus (hərbi) — 3-4 diviziyadan ibarət olan hərbi vahid.
Korpus-Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
Korpus (hidrovasitə)
Gəmi korpusu, hidrovasitə korpusu, gəmi gövdəsi, hidrovasitə gövdəsi — bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissədir. Korpusun strukturu gəminin növünə görə dəyişikliklər göstərə bilir. Gəminin gövdəsi gəminin təyinatına görə gəminin üzmə qabiliyyətini, batmazlığını, möhkəmliyini, silahların və şəxsi heyətin, o cümlədən də mexanizmlərin yerləşdirilməsini təmin edir. Korpus sükan, lövbər, yanalma, yedəkləmə və qaldırıcı qurğularla təchiz edilir. Gəminin gövdəsinin içərisində əsas və köməkçi mexanizmlər, döyüş sursatları üçün nəzərdə tutulan anbarlar, yaşayış və xidməti otaqlar, yanacaq, yağ, su, zəncir qutuları, daşınan avadanlıqlar və yük üçün nəzərdə tutulan otaqlar, eləcə də çoxlu gəmi üçün nəzərdə tutulmuş cihazlar mövcuddur. Korpusun yuxarı göyərtəsi üst tikililər, konstruksiyalar və xidmət mexanizmləri üçün fundament funksiyası yerinə yetirir; onun üzərində dirəklər və borular yerləşdirilir. Gəminin gövdəsi əsas ölçüləri (uzunluğu, eni, çəkməsi), xarici konturların forması, komplektin struktur-güc sxemi, istehsalında istifadə olunan konstruksiya materialları (polad və (və ya) yüngül ərintilər, plastiklər, kompozit materiallar və ağac məhsulları) ilə xarakterizə olunur. Gəminin gövdəsinin forması onun gücünə, dənizə yararlılığına və manevr qabiliyyətinə ciddi formada təsir göstərir.
Korpus (hərbi)
Korpus — 3-4 diviziyadan ibarət olan hərbi vahiddir. Korpuslar birləşərək ordunu yaradırlar və general-leytenant və Vitse-admiral tərəfindən idarə olunurlar. Tabeçiliyində ən az 40.000 əsgər saxlayar. Bölgəni müdafiə etməsində təsirlidir, korpus olaraq çox seyrək əməliyyat edərlər. Ümumiyyətlə ordu qərargahından gələn əmrlə diviziyaları vəzifə yerinə yetirər.
Korpus Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
Kimyəvi Korpus
Kimyəvi Korpus (ing. Chemical Corps) və ya əvvəlki adı ilə Kimyəvi Müharibə Xidməti (Chemical Warfare Service) — Amerika Birləşmiş Ştatları ordusunun kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə vəzifəsi daşıyan qolu. Kimyəvi Müharibə Xidməti 28 iyun 1918-ci ildə təsis edilmişdir və o vaxta qədər ABŞ federal hökumətinin beş ayrı qurumu arasında səpələnmiş fəaliyyətləri birləşdirmişdi. 1920-ci il Milli Müdafiə Aktı ilə Daimi Ordunun daimi qoluna çevrilmişdir. 1945-ci ildə Kimya Korpusu adlandırılmışdır.
Korpus dilçiliyi
Korpus dilçiliyi — mətn korpusunun inkişafı, yaradılması və istifadəsi ilə məşğul olan dilçiliyin bir sahəsidir. Termin 1960-cı illərdə korpusların yaradılması təcrübəsinin aparılması ilə meydana çıxmışdır və 1980-ci illərdə kompüter texnologiyasının inkişafı ilə əlaqədar istifadəyə başlanmışdır. Mətnlərin linqvistik və ya dil korpusu xüsusi linqvistik problemləri həll etmək üçün nəzərdə tutulmuş böyük, maşınla oxuna bilən, vahid, strukturlaşdırılmış, etiketlənmiş, filoloji cəhətdən səlahiyyətli dil məlumatlarının məcmusudur. Müasir korpusun əsas xüsusiyyətləri maşınla oxuna bilən format, reprezentativlik və metalinqvistik məlumatın mövcudluğudur. Reprezentativlik xüsusi mətn seçimi prosedurundan istifadə etməklə əldə edilir. Linqvistik korpus müəyyən prinsiplərə uyğun toplanmış, müəyyən standarta uyğun olaraq işarələnmiş və ixtisaslaşmış axtarış sistemi ilə təmin edilmiş mətnlər toplusudur. Bəzən korpus ("birinci dərəcəli korpus") sadəcə olaraq hansısa ümumi xüsusiyyət (dil, janr, müəllif, mətnlərin yaranma dövrü) ilə birləşdirilən hər hansı mətnlər toplusu adlanır. Mətn korpusunun yaradılmasının mümkünlüyü aşağıdakılarla izah olunur: linqvistik məlumatların real kontekstdə təqdim edilməsi; kifayət qədər böyük məlumatların təqdim olunması (böyük həcmli korpusda); müxtəlif linqvistik problemlərin həlli üçün bir dəfə yaradılmış korpusdan təkrar istifadənin mümkünlüyü, məsələn, qrafematik və leksiko-qrammatik mətn təhlilinin həyata keçirilməsi və s. == Tarixi == İlk böyük kompüter korpusu 1960-cı illərdə Braun Universitetində yaradılmış və hər biri 2 min sözdən ibarət 500 mətn fraqmentindən ibarət olan və 1961-ci ildə ABŞ-də ingilis dilində istifadəyə verilən Braun korpusu (BK ing. Brown Corpus, BC) hesab olunur.
Diplomatik korpus
Diplomatik korpus — müəyyən bir ölkə və ya qurumda akkreditə olunmuş xarici diplomatların kollektiv orqanı. Diplomatik korpus bir ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, diplomatik nümayəndəliklərinin rəhbərləri və digər diplomatik şəxslərdən ibarət qrupdur. Diplomatik korpus ölkələrarası əlaqələri tənzimləyən əsas qurumlardan biridir və adətən bir ölkənin paytaxtında yerləşir. Diplomatik korpusun üzvləri beynəlxalq hüquqla qorunur və onlara xüsusi imtiyazlar və toxunulmazlıq hüquqları verilir. == Diplomatik korpusun dekanı == Diplomatik korpusa, ölkədə ən uzun müddət fəaliyyət göstərən səfir başçılıq edir və ona "duayen" deyilir. Bu şəxs, diplomatik korpusun ümumi maraqlarını təmsil edir və vacib diplomatik tədbirlərdə xüsusi rol oynayır. Diplomatik korpusun üzvlərinin əsas vəzifəsi təmsil etdikləri ölkə ilə yerləşdikləri ölkə arasında rəsmi əlaqələri idarə etmək və inkişaf etdirməkdir. Diplomatik korpusun fəaliyyətini ümumilikdə diplomatik protokollar və beynəlxalq konvensiyalar, xüsusən də 1961-ci il Vyana Konvensiyası tənzimləyir.
IX korpus (film, 2012)
IX korpus qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film "Səlnamə" kinostudiyasında istehsal edilmişdir. Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib. == Məzmun == Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. Filmdə korpusun daxilində “Ruskaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan və qəhrəmanlığından bəhs edilir. == Mükafat == 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
5-ci mexanikləşdirilmiş korpus
5-ci mexanikləşdirilmiş korpus — 8 sentyabr 1942-ci ildə 22-ci tank korpusunun əsasında formlaşmışdır. 12 sentyabr 1944-cü ildə Ali Baş Komandanlığının № 0306 sərəncamına əsasən 5-ci mexanikləşdirilmiş korpus 9-cu 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna çevrilmişdir.
"A" korpusu (TRTİ)
"A" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "A" korpusu Taqanroq şəhəri Çexov küçəsi, ev 22 ünvanında yerləşir. Binanın inşasına 1914-cü ildə ildə başlanılmışdır. Tikinti işləri 1916-cı ildə bitmişdir. Binada hazırda Taqanroq Radiotexnika İstitutunun korpusu yerləşir. == Tarixi == "A" korpusu Taqanroq Radiotexnika İstitutunun əsas korpusunu təşkil edir. Bina 1916-cı ildə Aleksandr Markoviç Qinzburqun layihəsi əsasında 1916-cı ildə inşa edilmişdir. Bina Alekseev qızlar gimnaziyası üçün inşa edilmişdi. Binanın təməlqoyma mərasimi 10 iyul 1914-cü ildə qoyulmuşfur. Binanın inşası zamanı böyük bil val qazılmasına ehtiyac yaranmışdır.
"D" korpusu (TRTİ)
"D" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "D" korpusu Taqanroq şəhəri Nekrakovski küçəsi, ev 44 ünvanında yerləşir. Binanın inşasına 1968-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1970-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İstitutunun əsas binası olmuşdur. == Tarixi == "D" korpusu binasının tikintisinə 1968-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir. 3 saylı orta məktəbin köhnə binası isə "D" və "Q" korpus binası yaxınlığında yerləşdiriyindən sökülməli idi. Yeni dörd mərtəbəli təlim-laboratoriya binası 21 aprel 1969-cu ildə inşa işləri tam bitmişdir.
"Q" korpusu (TRTİ)
"Q" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "Q" korpusu Taqanroq şəhəri Mayakov meydanı, ev 1 ünvanında yerləşir. Binanın inşasına 1952-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1958-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İstitutunun əsas binası olmuşdur. == Tarixi == "Q" korpusu binasının tikintisinə 1952-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir. 3 saylı orta məktəbin köhnə binası isə "Q" və "D" korpus binası yaxınlığında yerləşdirindən sökülməli idi. "Q" korpus binasının layihəsi Xalq təhsil Nazirliyi tərəfindən hazırlanmışdı.
1-ci Ordu Korpusu (Azərbaycan)
1-ci Ordu Korpusu — Bərdə korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Silahlı Qüvvələrin ən təhlükəli və strateji qüvvəsi olaraq tanınır. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində yerləşirdi. Hal-hazırda korpusun vəzifələrini müvəqqəti icra edir general-mayor Bilal Çompuzov. == Tarix == Korpus 3 mart 1992-ci ildə Azərbaycanın 701-ci, 708-ci və 130-cu Motoatıcı briqadasından qurulur. Silahlı Qüvvələrin Baş Qərargah rəisi General Nəcməddin Sadıkov korpusun ilk komandiri olur. İştirak etdiyi əməliyyatlar arasında Kəlbəcər döyüşü də vardır. === İkinci Qarabağ müharibəsindəki əməliyyatları === İkinci Qarabağ müharibəsi zamanı korpus Suqovuşandakı qarşıdurmalarda iştirak edir. Kəndin 3 oktyabr tarixində Azərbaycan qüvvələri tərəfindən tutulmasında əsas rollardan birini oynayır. 9 dekabrda Prezident İlham Əliyev bu münasibətlə general Hikmət Həsənovun "Qarabağ" ordeni ilə təltif edilməsi haqqında bir sərəncam imzalayır.
13. SS Waffen Dağ Korpusu
13. SS Waffen Dağ Korpusu (alm. 13. Waffen-Gebirgs-Division der SS „Handschar“ (kroatische Nr. 1)‎) - Vaffen SS-in tabeliyində olan 38 korpsudan biri. Korpusun almancadan adı olan Handschar ifadəsi korpusun gerbində öz əksini tapıb. 13-cü Dağ Korpusu ölkədə yaşayan müsəlman boşnaklar və katolik xorvatlardan təşkil olnumuşdu. II Dünya müharibəsi illərində balkan yarımadasındakı kommunist paritzanlarla mübarizə aparmaqları üçün Qüds Baş Müftüsü Emin el-Hüseyninin dəstəyi ilə yaradılmışdır.
I Qafqaz korpusu
Osmanlı ordusunun I Qafqaz korpusu (türkcə: I Kafkas Kolordusu ya da I Kafkas Kolordusu), Osmanlı ordusunun ordu korpuslarından biri. I Dünya Müharibəsi dövründə yaradılmışdır. == Yaradılması == === 1916 dekabr, avqust 1917, yanvar 1918 === 1916 dekabr, avqust 1917, yanvar 1918-ci illərdə korpusun strukturu belə idi: Birinci Qafqaz Korpusu IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, 36-cı Qafqaz diviziyası === 1918 iyunda strukturu === 1918-ci ilin iyun ayında korpusun strukturu belə idi: Birinci Qafqaz Korpusu IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, XV diviziya == Komandanları == General-leytenant Yusif İzzət paşa — 1916–1917-ci illər. Kazım Qarabəkir paşa — 1917 dekabr 27-dən, 1918 dekabrın 25-nə qədər. == Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəsi == Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir. Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir. == Ləğvi == 1916-cı ilin sentyabrında yaradılan ordu korpusu, 1918-ci ilin oktyabr ayının 21-də Mudros barışığına görə ləğv edilmişdir. Ordu korpusu ləğv edilsə də şəxsi heyəti Kazım Qarabəkir paşanın rəhbərliyi altında Türkiyə İstiqlaliyyət müharibəsinin sonuna qədər döyüşmüşdür.
Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Hərbi Korpusu
379 zabit, 19 gəmi, 14 təyyarə
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılması haqqında ilk tarixi sənəd. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il, 26 iyun tarixli qərarı ilə 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu adlanan hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin qərarla Azərbaycan Xalq Cümhuriyyəti bu hərbi birləşməyə sahibliyini hüquqi cəhətdən təstiqlədi. Bununla, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyuldu. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması haqqında qərar maddəsi.
Rostov Dənizçilik Uçilişinin əsas korpusu
Rostov Dənizçilik Uçilişinin əsas korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1914-cü ildə inşa edilmişdir. Hazırda binada Q. Y. Sedov adına su nəqliyyatı institutu yerləşir. Rostov Dənizçilik Uçilişinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Rostov-na-Donu şəhərində ilk dənizçilik sinifləri 1876-cı ildə açılmışdır. 1896-cı ildə isə Rostov Dənizçilik Uçilişinin sinif binası inşa edilmişdir. XX əsrin əvvələrində artıq bina tamamən dolduğundan yeni tədris korpusunun inşasına ehtiyac yaranmışdır. Rostov Dənizçilik Uçilişinin əsas korpusu binası 1914-cü ildə Rostov Dənizçilik Uçilişinin sinif binası yaxınlığında inşa edilmişdir. 1974-cü ildə binanın fasadında memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada Mixail Prokofeviç Belousov və Nikolay Aleksadroviç Lunin dənizçilik sahəsində təhsil almışdır.
Rostov Universitetinin inzibati korpusu
Rostov Universitetinin inzibati korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1897-ci ildə inşa edilmişdir. Bina ilk dəfə Nikolayevski xəstəxananın binalarından biri olmuşdur. 1915-ci ildə Varşava Tibb Universiteti evakuasiyası zamanı bu binada yerləşdirilmişdir. Hazırda isə Rostov Tibb Universitetinin inzibati binası kimi istifadə edilir. Rostov Universitetinin inzibati korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Rostov Universitetinin inzibati korpus binasının layihə müəllifi N. M Sokolova məxsusdur. İki mərtəbədən ibarət olan bina dəmir dam örtüyünə sahibdir. Fasadı suvanmamışdır. Binanın əsas fasadı Naxçıvan xiyabanına baxır.
Kürdüstan Beytül-Müqəddəs Korpusu
Kürdüstan Beytül-Müqəddəs Korpusu Bəsic və İİKK-ın tabeliyində olan hərbi birləşmədir. Onların qərargahı Sənəndəcdə yerləşir və onlar ən böyükdür və Kürdüstan ostanındəki bütün İİKK Korpusu və Bəsic bölmələrinə nəzarət etməkdən məsuldurlar. == Tarix == Bu bölmənin yaranma tarixi 1984-cü ilə gedib çıxır və İran-İraq müharibəsi zamanı 662-ci Qüds Briqadası ilə birlikdə formalaşıb. Bu bölmə Nəsr 1, Kərbəla 1, Kərbəla 4 və Kərbəla 5, Vəl-Fəcr 8, Vəl-Fəcr 9 və Vəl-Fəcr 10 əməliyyatlarında döyüş hissəsi kimi iştirak edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə Bəsic quru qüvvələrinin birləşməsindən sonra əyalət korpusunun formalaşdırılması yaradıldı. Bu bölmənin bir hissəsi olan ən böyük alt birliklər 22-ci Qüds Ordusu, Sənəndəc Ordusu, Saqqez Ordusu, Marivan Ordusu və Baneh Ordusudur ki, onların hamısı etnik kürdlərdir. Hazırda bu bölmənin komandiri briqada generalı Sadegh Hosseinidir. == Fəaliyyətlər == 2019-cu ilin fevral ayında korpusun yoxsulluqdan əziyyət çəkən Kürdüstan əyalətinin xalqına kömək etmək üçün təxminən 6000 layihəsi var idi. Onlar KDP-İ ilə çoxlu toqquşmalarda iştirak ediblər. 1996-cı ildə KDP-İ İrandakı bütün hərbi fəaliyyətini dayandırmağa razı oldu.
Tiflis Kadet Korpusu
Böyük Hersoq Mixail Nikolayeviç adına Tiflis Kadet Korpusu (rus. Тифли́сский Вели́кого кня́зя Михаи́ла Никола́евича каде́тский ко́рпус) — Rusiya İmperator Ordusunun hərbi təhsil müəssisəsi. 13 noyabr 1871-ci ildə Tiflis Hərbi Gimnaziyası kimi yaradılmışdır. 7 iyul 1875-ci ildə Tiflis Hərbi Gimnaziyasında 200 intern var idi. Vladiqafqaza köçürülmüş gimnaziyanı əvəz edirdi. Tiflis Kadet Korpusu 22 iyul 1882-ci ildə yaradılmışdır. 30 dekabr 1909-cu ildə Böyük Hersoq Mixail Nikolayeviç adına Tiflis Kadet Korpusu adlandırılmışdır.
İran İslam İnqilabı Keşikçiləri Korpusu
İran İnqilab keşikçiləri Ordusu və ya qısaca "SEPAH" (Farsca: سپاه پاسداران انقلاب اسلامی Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslāmi) İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu. Xalq içində və xüsusilə İran diasporunda orduya mənsub insanlara təşkilata olan heyranlıqlarını bildirmək üçün farsca keşikçi mənasını verən "Pasdaran" deyilir. 5 may 1979-cu ildə İslam inqilabının ilk günlərində dini lider Ayətullah Xomeyni tərəfındən yaradılmışdır. İran konstitusiyasına uyğun olaraq daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və "azğınlığın" qarşısının alınması üzrə vəzifələri həyata keçirir. İnqilab keşikçilərinin quru, hava və dəniz qoşunlarında ümumilikdə 125,000 şəxsi heyət xidmət edir. İnqilab keşikçilərinin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşundur. Son illərdə "milyardlarla dollarlıq iş imperiyası"na çevrilmişdir və bildirilənlərə görə İran Milli Neft Şirkəti ve İmam Rza (ə) Fondu'ndan sonra "İranın üçüncü ən varlı təşkilatıdır. İdeoloji yönümlü milis ordusu olan İnqilab keşikçiləri İran cəmiyyətinin demək olar ki, hər sahəsində daha böyük rol oynamağa başlamışdır. Prezident Mahmud Ahmedinejad'ın dövründə genişləndirilmiş sosial, siyasi, hərbi və iqtisadi rolu 2009-cu il prezident seçkiləri ve seçki sonrası ixtişaşların yatırılması zamanı daha aydın görülmüşdür. İnqilab keşikçilərinin media təşkilatı Sepah News'dur.
Korpuskulyar dalğa dualizmi
Korpuskulyar-dalğa dualizmi — mikroskopik maddi obyektlərin müəyyən şərtlər altında klassik dalğaların xüsusiyyətlərini, digər şərtlərdə isə klassik hissəciklərin xüsusiyyətlərini nümayiş etdirə bilməsindən ibarət təbiət xassəsidir. İkili korpuskulyar dalğa davranışı nümayiş etdirən obyektlərin tipik nümunələri elektronlar və işıqdır; bu prinsip daha böyük obyektlər üçün də keçərlidir, lakin, bir qayda olaraq, obyekt nə qədər böyük olarsa, onun dalğa xassələri bir o qədər də az özünü göstərir (burada bir çox hissəciklərin, məsələn, mayenin səthindəki dalğaların kollektiv dalğa davranışından söhbət getmir). Dalğa-hissəcik dualizmi ideyası mikrokosmosda müşahidə olunan hadisələri klassik anlayışlar baxımından şərh etmək üçün kvant mexanikasının inkişafında istifadə edilmişdir. Reallıqda kvant obyektləri nə klassik dalğalar, nə də klassik hissəciklərdir, yalnız onların üzərində aparılan təcrübələrin şərtlərindən asılı olaraq birincinin və ya sonuncunun xüsusiyyətlərini nümayiş etdirirlər. Korpuskulyar-dalğa dualizmi klassik fizika çərçivəsində izaholunmazdır və yalnız kvant mexanikasında şərh edilə bilər. Kvant sahəsi nəzəriyyəsində kvantlaşdırılmış sahələr konsepsiyası dalğa-hissəcik ikiliyi haqqında fikirlərin sonrakı inkişafı olmuşdur.
1-ci Ordu Korpusu (Ermənistan)
1-ci Ordu Korpusu (erm. 1-ին բանակային կորպուս) — Ermənistan Ordusunun Sünik vilayətinin Gorus şəhərində yerləşən regional hərbi birləşməsi. Bu, Ermənistanın cənub-şərqindəki hərbi mövqelərini formalaşdırmağa kömək edir. == Tarixi == Birinci Qarabağ müharibəsindən sonra ordu quruculuğunun inkişafı böyük hərbi hissələrin formalaşdırılması zərurətini ortaya qoymuşdu. Bu, 20 iyun 1996-cı ildə general Yuri Xaçaturovun təşəbbüsü ilə korpusun yaradılması ilə nəticələnmişdir. Korpusun tank heyəti "Tank biatlonu-2017" beynəlxalq müsabiqəsində iştirak etmişdir. 2020-ci ilin sentyabrında korpusun bir bölməsi Rusiyada keçirilən "Qafqaz-2020" komanda-qərargah hərbi təlimində iştirak etmişdir. İkinci Qarabağ müharibəsi zamanı korpus keçmiş Ağdərə rayonuna yerləşdirilmişdir. Azərbaycan Müdafiə Nazirliyi bildirmişdir ki, korpus Ermənistanda ağ fosfordan istifadə edən üç bölmədən biridir.
2-ci Ordu Korpusu (Ermənistan)
2-ci Ordu Korpusu (erm. 2-ին բանակային կորպուս) — Ermənistan ordusunun Geğarkunik vilayətinin Çaxırlı məntəqəsində yerləşən regional hərbi birləşməsi. 2-ci Ordu Korpusu Birinci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir. == Tarixi == Birinci Qarabağ müharibəsində Ağdam döyüşü zamanı digər əlavə qüvvələrlə yanaşı, 2-ci Ordu Korpusu da şəhərin ələ keçirilməsində iştirak etmişdir. 29 sentyabr 2015-ci ildə korpusu Ermənistanın müdafiə naziri Seyran Ohanyan ziyarət etmişdir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan KİV-ləri məlumat yaymışdılar ki, korpusun şəxsi heyəti xeyli canlı qüvvə və texnika itkisi səbəbindən Kəlbəcərdən geri çəkilməyə məcbur olmuşdur. 19 yanvar 2023-cü ildə Ağkilsə kəndində hərbi kazarmada baş vermiş yanğın nəticəsində korpusun 15 hərbçisi həlak olmuş, 7-si yaralanmışdır. Bu, Ermənistan Silahlı Qüvvələri tarixində ən ölümcül qeyri-döyüş hadisəsi idi və nəticədə komandir Vahram Qriqoryan istefaya göndərilmişdir.
Cənub Federal Universitetinin əsas korpus binası
Cənub Federal Universitetinin əsas korpus binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina 1914-1917-cu illərdə inşa edilmişdir. Onun memarı Qeorqi Nikolayeviç Vasilev olmuşdur. Bina Cənub Federal Universitetinin əsas korpus binası yerləşir. Cənub Federal Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Bina gəlirli bina olaraq don taciri və meşə təsərrüfatçısı Q. Y. Kistovun olmuşdur. Bina Bolşoy Sadovnaya küçəsində yerləşir. Binanın tikintisinı 1914-cu ildə başlanılmışdır. Birinci Dünya müharibəsi zamanı bina artilleriya briqadası tərəfindən icarərəyə götürülmüşdür. Oktyabr inqilabı və Rusiyada olan vətəndaş müharibəsi zamanı bina «Donsovqorxoz» adlı qurumun balansında olur.

Значение слова в других словарях