Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuba
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Yuja
Yuja (rus. Южа) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Juja Konts
Juja Konts (tam adı: Juja Konts, mac. Zsuzsa Koncz; 7 mart 1946) — Macarıstan pop müğənnisi. Mahnılarının sözlərində bəzən ölkənin 1990-cı ilə qədərki siyasi sistemi hədsiz dərəcədə tənqid edilirdi. Bu mahnıların sözlərinin əsas müəllifi Yanoş Brudidir. Onun karyerası 1962-ci ildə Ki mit tud? istedad yarışmasında iştirakından sonra başlamışdı. O, illərdir müxtəlif orkestrlər və musiqiçilərlə, xüsusilə də İlliş orkestri və Yanoş Brudi ilə çalışır. 1970-ci illərdə xaricə, xüsusilə də Şərq bloku ölkələrinə, eləcə də Qərbi Almaniya, Fransa, ABŞ və Yaponiyaya bir neçə uğurlu turlar etmişdir. O, indi də Macarıstanda hədsiz məşhurdur və bəzi mahnıları macar folklorunun tərkib hissəsinə çevrilmişdir. Onların arasında "A Kárpáthyék lánya", "Ha én rózsa volnék" və "Valahol egy lány" də var.
Kuba Respublikası
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.
Kuba bayrağı
Kuba bayrağı — Kuba Respublikasının rəsmi dövlət bayrağı
Kuba inqilabı
Kuba inqilabı — 26 iyul 1953-ci ildə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə başa çatan inqilab. Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə inqilabçılar diktator Fulhensiyo Batistanın Hərbi-diktaturasını ləğv etdilər. == İnqilabın səbəbləri == XX əsrin 50-ci illərində Kuba ABŞ inhisarçılığının qurbanına çevrilmiş; tam şəkildə ABŞ investisiyasından asılı idi. Fulhensiyo Batista hakimiyyətə gələndən sonra isə Kuba başqa bu cür dövlətlərdən fərqli olaraq inkişaf edir; amma o, Kubada hərbi-diktatura elan edərək bir çox partiyaları, həmçinin Kommunist Partiyasını da ləğv edir. Ölkədə Konstitusiya ləğv olunur. Cavan ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları ortodoks partiyasının üzvləri idilər. Kastro qardaşları Ortodoks partiyasının diktataturayla mübarizə aparacağnı düşünürdülər amma ortodoks partiyasının qətiyətsizliyi nəticəsində Fidel və Raul partiyanı tərk etdilər olarla birlikdə bir neçə cavan kubalılarda partiyanı tərk etdilər və sərbəst mübarizəyə başladılar. Silahlar əldə etmək üçün Fidel Kastro və onun adamları Santyaqo-de-Kuba şəhərində Monkada kazarmasını və Bayamo şəhərindəki kazarmanı ələ keçirmək istəyirdilər.Bir il ərzində hücüma hazırlıq gedirdi.Silahlanmaq üçün bəzi Fidelin tərəfdaşları hər şeyi satmağa məcbur idilər. == İnqilabın gedişi == 26 iyul 1953-ci ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücüma keçirlər.
Kuba timsahı
Kuba timsahı (lat. Crocodylus rhombifer) — əsl timsahlar sinfinin dümayəndəsi. Yalnız Kubanın bəzi adalarında tapılmışdır. == Yayılması == Təbii şəraitdəki Kuba timsahı Xuventud adasında və Sapata bataqlığında aşkarlanmışdır. Bu bütün növ timsahlar arasında ən kiçik areala sahibdir. Bəlkədə bu baxımından bəlkə də yalnız Çin alliqatoru fərqlənə bilər. Bu növün qalıqlarına Kayman və Baham adaları tapıldığından onu demək olar ki, bu növ əvvəllər buradada aşkarlanmışdır. == Görünüşü == Kuba timsahı onu digər timsahlardan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir: daha parlaq rəng, uzun və güclü ayaqlar, bütün bədəni əhatə edən böyük pulcuqlar. Dəridə sarı və qara ləkələrdən ibarət olan xarakterik naxışa görə bu növə bəzən inci timsahı da deyilir. Qarın daha açıq rəngdədir, qara ləkələri yoxdur.
Kuba zirehlisi
Kuba zirehlisi (lat. Atractosteus tristoechus) — atractosteus cinsinə aid heyvan növü.
Kujan (Əbyəlil)
Kujan kəndi (başq. Крутой Лог) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taştimer kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kujan kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 13 km., kənd sovetliyindən (Mixaylovka): 10 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk): 42 km, == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Kujay (Uçalı)
Kujay (başq. Ҡужай, rus. Кажаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 73 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 33 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Kula (Miyanə)
Kula (fars. كولا‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 274 nəfər yaşayır (46 ailə).
Kula Gradacac
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kula Qradaçats
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.
Kuma çayı
Kuma çayı (kab.-çərk. Гум,qaraç.-balk. Къум, çeç. ГӀум-хи, qum. Кум) — Şimali Qafqazda çay. Uzunluğu 802 km, hövzəsi 33,5 min km²-dir. Kuma çayının əsas qolları: sağ qoları — Podkumok, Zolka, Darya; sol qolları — Surkul, Suxoy və Sulu Karamık, Tomuzlovka, Buyvola çaylarıdır. == Etimologiyası == Çayın adı əsasən türkcə "kum" sözündən("qum") əmələ gəlmişdir. Kuma çayı şağı axarlarında, həqiqətən də qumların arasından axır. XI–XIII əsrlərdə Kumanların ərazisi boyunca axırdı, buna görə də bəziləri çayın adını Kumanların öz adı ilə-"Kumanlar" ilə eyniləşdirirlər.
Küjü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Peça Kuça
Peça Kuça və ya PeçaKuça və ya Peça-Kuça (yap. ペチャクチャ, "[boş-boşuna] söhbət, laqqırtı") — qeyri-formal "PechaKucha Nights" konfranslarında xüsusi olaraq forma və davamlılığı baxımından məhdudlaşdırılmış qısa hesabatların təqdim olunması metodologiyasıdır. Çıxış edən şəxs 20 slayddan ibarət təqdimat-hesabat təqdim edir, hər bir slayd 20 saniyə nümayiş etdirilir, bundan sonra o avtomatik olaraq növbəti slaydla əvəz edilir. Beləliklə, təqdimatın ümumi müddəti 6 dəqiqə 40 saniyə ilə məhdudlaşır. Təqdimatlar bir-birinin ardınca gedir. Təqdimatların sayı adətən 8-12 aralığında dəyişir.
Qızılxallı kumja
Qızılxallı kumja (lat. Salmo trutta fario) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinin kumja növünə aid heyvan yarımnövü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Bədənin bel tərəfində tünd yaşıl rəngdə, yanlarında açıq rəngdə, qarın tərəfində isə qızılı rəngdə xallar olur. Ağızı böyük olub ucda yerləşir. Çənəsində dişlər olur, bu dişlər iri balıqlarda yaxşı, körpələrdə isə zəif inkişaf etmişdir. Bel üzgəcindən arxada piy üzgəci yerləşir. Bel üzgəcində 3-4 şaxəsiz, 7-12 şaxəli, anal üzgəcində 3 şaxəsiz, 7 - 10 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 111 - 128 arasında dəyişir. Qızılxallı kumja Azərbaycanın Kür hövzəsindəki dağ çaylarının çoxunda – Qanıxçay, Balakənçay, Silbançay, Katexçay, Əlcihançay, Turyançay, Dəyirmançay, Tərtərçay, Kurəkçay, Ağsuçay, Həkəri, Xaçınçay, Bazarçay, Qusarçay, Şəmkirçay, Xal-xalçay, Yalamaçay, Zabuxçay, Viləşçay, Lənkərançay, Astaraçay çaylarında, Quba-Xaçmaz düzənliyinin bulaq çaylarında (Qelçay, Nügədiçay, Qudyalçay, Vələmirçay, Dəvəçiçay), Göygöldə yayılmışdır.
Kuba şəhərləri
Bu, Kubada ən azı 20.000 əhalisi olan şəhərlərin azalan qaydada sadalanan siyahısıdır. Əhali haqqında məlumatlar bütün bələdiyyəyə deyil, müvafiq şəhərə aiddir, çünki onlar bir neçə kəndi olan böyük kənd ərazilərini əhatə edir. Bütün rəqəmlər 2016-cı il üzrə dəqiqdir və əyalət paytaxtları qalın hərflərlə göstərilmişdir.
Kuba himni
"El Himno de Bayamo" (azərb. Bayamo himni‎) — Kubanın milli himni. 1868-ci ildə Bayamo döyüşü ərəfəsində hazırlanmışdır. "La Bayamesa (azərb. Bayamo mahnısı‎) kimi də adlandırılan melodiyanı Pedro Fiqeredo 1867-ci ildə bəstələməşdir.
Kuba libre
Kuba libre (ispan: [ˈkuβa ˈliβɾe]; sözün əsl mənasında "Azad Kuba"), ana tərkibi kola və rom-dan ibarətdir. Bir çox reseptlərdə buz üzərində laym şirəsindən ibarət highball stəkanında təqdim olunan kokteyldir . Ənənəvi olaraq, kola tərkib hissəsi Coca-Cola ("Kola") və spirt Bacardi kimi yüngül romdur; lakin, içki müxtəlif növ rom və kola markaları ilə hazırlana bilər və təzə sıxılmış laym şirəsi əlavə edilə bilər və ya olmaya da bilər. Kokteyl 20-ci əsrin əvvəllərində, İspaniya-Amerika müharibəsində müstəqillik qazandıqdan sonra Kubada yaranıb. Daha sonra Kuba, ABŞ və digər ölkələrdə məşhurlaşdı. Onun sadə resepti və ucuz, asantapılan inqrediyentləri onu dünyanın ən məşhur spirtli içkilərindən birinə çevirib. İçki tənqidçiləri tez-tez içkini orta səviyyəli hesab edirlər, lakin onun tarixi əhəmiyyəti qeyd edilmişdir. == Tarixi == İçki 1900-cü illərin əvvəllərində Kubada yaradılıb, lakin onun mənşəyi dəqiq deyil. Coca-Cola ilk dəfə ABŞ-dan Kubaya gətirildikdən sonra 1900-cü ildən qısa müddət sonra məşhurlaşdı. Kuba librenin mənşəyi 1898-ci il İspan-Amerika Müharibəsindən sonra ABŞ-ın Kubaya sərt müdaxiləsi ilə bağlıdır; içkinin ənənəvi adı olan "Cuba libre" (Azad Kuba) Kuba müstəqillik hərəkatının şüarı idi.
Hayduk Kula FK
Hayduk (Kula) — Serbiyanın futbol klubu.
Kuba-Taba dağı
Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir. == Coğrafiyası == Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir. Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Kuba Kommunist Partiyası
Kuba Kommunist Partiyası (abbr. KKP, isp. Partido Comunista de Cuba) — Kuba Respublikasının hakim partiyası == Tarixi == Kuba Kommunist Partiyası 1925-ci ilin avqustunda Havanada kommunist dərnəkləri və Kuba Fəhlə Sosialist Partiyası sol cinahının birləşməsi nəticəsində yaranmışdır.
Kula Qradaçats QVK
Kula Gradacac — Bosniya və Herseqovinanın Qradaçats şəhərini təmsil edən qadın voleybol klubu. Klub CEV turnirlərinə az hallarda qatıldığı üçün Avropa idman dairələrinin maraq dairəsindən kənardadır. Ancaq qradaçatslılar çox kiçik bir büdcə ilə 2010-11 Avropa Qadınlar CEV Çağırış Kubokunda iştirak etmişdir. Komanda 2011-2012 idman mövsümündə Bosniya kubokunu qazanaraq tarixinin ən böyük uğuruna imza atdı. Komandanın heyəti əsasən bosniyalılardan təşkil olunmuşdur. Avropada az da olsa tanınan voleybolçuları isə Denisa Huseinbaşiç, Erna Sinanoviç və Kristine Misiçdir.