SUCA

Aşıq Dilqəmin bir şeirində deyilir: Belin nazik, qəddin suca, uzun gül... Suca ilanın qəddi-qamət baxımından çox gözəl olan növünə aiddir. Suda yaşayır. Bir qrupu qara (zəhərsiz), digər qrupu isə qonur rəngində (zəhərli) olur. Suca ilanı ifadəsinin birinci kəlməsi, əslində, sucaq kimi olub, hərfi mənası “sürüşkən” (şu­mal, hamar) deməkdir və sucaq özü də sürüşkən (el arasında sürçək kimi də işlədilir) kəlməsi ilə qohumdur. Nadir hallarda qız adı kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SUBURBANİZASİYA
SUCUQ
OBASTAN VİKİ
Cümə məscidi (Sucas)
Sucas Cümə Məscidi – Sultaniyyədən 52 km cənub – qərbdə olan Sucas şəhərinin ən məşhur abidəsi olmaqla yanaşı Azərbaycanda İslam memarlığının inkişafını izləmək baxımından mühüm abidədir. Üstündə kitabəsi qalmayan bu abidənin tikilmə çağını araşdırmaçılar 1100-cü il olaraq qəbul edirlər. Sucas Came məscidi öz lkin quruluşunu yaxşı saxlamış Səlcuqlu abidələrindəndir. Planı ənənəvi kvadrat biçimli olsa da, məscidin üzəri özümlü işlənmişdir. Onun mehrablı güney divarı açırımsızdır. Baş girişin olduğu quzey divarında iri bir qapı açırımı və içəridə onun yanlarında ensiz dayaz taxçalar olduğu halda, yan divarların iç səthinin ortasındakı tağçanın yanlarında iki nisbətən iri açırım verilmişdir. Mehrab çərçivəsinin yanlarını da onunla bir hündürlükdə dar tağçalar tutur. Açırım və tağçaların belə düzülüşünə başqa Səlcuqlu abidələrində rast gəlinmir. Konstruksiya baxımından Sucas məscidi başqa səlcuq məscidlərindən seçilmir: kvadrat əsas, səkkizbucaqlı və onaltıbucaqlıdan ibarət keçid bölümü və günbəz çevrəsi. Onun bayır görünüşü isə üst-üstə kub, səkkizüzlü və günbəzdən ibarət yığcam tutumdur.
Sucaqlıq zəravəndi
Sucaqlıq zəravəndi (lat. Aristolochia contorta) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Əfsun Sucayev
Əfsun Rəzzaq oğlu Sucayev (14 noyabr 1979, Züvüc, Lerik rayonu) — kimyaçı alim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışdır. Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə "Üzvi kimya" ixtisası üzrə "Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür. 2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşdur, 2017-ci ildə təhsilini başa vurmuşdur.