Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalben
Kalben Sağdıç İncesaraç, (d. 17 Yanvar 1986, İskenderun) Türkiyəli musiqiçi, söz yazıçısı və aktrisa. == Haqqında == Musiqi ilə məşğul olmağa 8 yaşında anasının aldığı Musiqi klaviaturası ilə başlayan Kalben, ilk gitarasına 14 yaşında sahib olub. 17 yaşında təqaüdlü olaraq girdiyi Bilkənt Universitetinin Beynəlxalq Münasibətlər fakültəsindən 21 yaşında məzun oldu. Müxtəlif sahələrdə işlədikdən sonra 2008-də, həmin universitetdə, Media və Mədəni İşlər üzrə magistratura oxumaya başladı. Anı gizlətməyin yolları və yadigarlar haqqında tezis verdikdən sonra iş tapmaq üçün İstanbula köçüb. Universal Pictures bazasında marka müdiri kimi işə başlayıb. Sonra ssenarist, redaktorluq, layihə idarəçiliyi, kopirayter, tərcüməçilik kimi müxtəlif işlərlə məşğul olub. Ankarada və İstanbulda, həsrətlə və nadir hallarda musiqi ilə məşğul oldu, konsert verməyə davam etdi. 18 Oktyabr 2014-də Sofar Sounds İstanbul çərçivəsində Galata-da bir evdə sadəcə gitara ilə verdiyi konsertdən yayınlanan "Sadəcə" videosu qısa zamanda Türkiyə Sofar Sounds videoları arasında ən çox izlənən oldu.
Karbon
Karbon (C) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 6-cı element. Karbon Mendeleyevin dövri sistem cədvəlində 2-ci dövr, 4-cü qrupda yerləşir. Karbonla eyni yarımqrupa silisium Si, germanium Ge, qalay Sn, qurğuşun Pb elementləri daxildir. Valent elektronlarının sayı 4-dür. Karbon təbiətdə çox tapılan qeyri-metal kimyəvi elementdir. Kainatda yayılmasına görə altıncı yerdədir. Dünyada həm təbii, həm də mürəkkəb birləşmələr şəklində olan karbon ağırlıq olaraq Yer qabığının təxminən 0,2% — ni təşkil edir. Atmosferin isə təxminən 0,05% — ni təşkil edən karbon dioksid, mərmər kimi karbonat minerallarının, kömürün, neftin, təbii qazın əsas elementlərindən olan hidrokarbonatların və s. tərkibində vardır. Birləşmələrin 94% — in (4 milyondan çoxunun) tərkibində karbon vardır.
Kazbek
Kazbek (gürc. მყინვარწვერი — buz zirvəsi, çeç. Башлам) — Mərkəzi Qafqazın şərq hissəsində Rusiya və Gürcüstan sərhədlərində yerləşən dağ.
Kazerun
Kazirun — İranın Fars ostanının şəhərlərindən və Kazirun şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 84,594 nəfər və 20,810 ailədən ibarət idi.
Kazirun
Kazirun — İranın Fars ostanının şəhərlərindən və Kazirun şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 84,594 nəfər və 20,810 ailədən ibarət idi.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kazan
Kazan yahut Qozan (tatar. Казан, Qozan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kazuo
Kazuo — ad. Kazuo Eçiqo — Yaponiya futbolçusu. Kazuo Ozaki — keçmiş Yaponiya futbolçusu. Kazuo Sayto — keçmiş Yaponiya futbolçusu. Kazuo İmanişi — keçmiş Yaponiya futbolçusu.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin yaranma tarixi bəlli deyil. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. == Alınması == Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. == Sözün mənşəyi == Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. == Kimyəvi tərkibi == Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Karbon (Vayominq)
Karbon Rayonu (ing. Carbon County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 15 639 nəfər olmuşdur. Rayonun paytaxtı Roulins şəhəridir.
Karbon disulfid
Karbon disulfid — CS2 formullu rəngsiz uçucu mayedir. "Efirə bənzər" bir qoxusu var, lakin sənaye nümunələri ümu-miyyətlə pis qoxulu saf olmayan birləşmələrdir. [7] == Alınması, xassələri == Vulkan püskürmələri zamanı və bataqlıqlarda az miqdarda sərbəst karbon disulfid ayrılır. Əvvəllər CS2 yüksək temperaturda karbon (və ya koks) və kükürdün reaksiyası ilə istehsal edilmişdir: C + 2S → CS2 Daha sonra təbii qazdan silikogel və ya alüminium katalizatorlarının iştirakı ilə CS2 birləşməsinin alınması ilə karbon mənbəyi kimi istifadə edildi: [7] 2 CH4 + S8 → 2 CS2 + 4 H2S Reaksiya metanın yanmasına bənzəyir. Karbon disülfid istehlakı təxminən bir milyon tondur; Çin 49%, Hindistan isə 13% istehlak edir. [8] 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında istehsal 56.000 ton idi. [9] === Həlledici === Karbon disülfid fosfor, kükürd, selenium, brom, yod, yağlar, qatranlar, kauçuk və asfalt üçün həlledicidir. [10] Təkdivarlı karbon nanotüplərinin təmizlənməsində istifadə edilmişdir. [11] Reaksiyalar: CS2 olduqca yanıcı maddədir. Yanması zamanı kükürd dioksid və karbon qazı alınır: CS2 + 3 O2 → CO2 + 2 SO2 == Nükleofillərlə == İzoelektronik karbon dioksidlə müqayisədə CS2 daha zəif elektrofildir.
Karbon dövranı
Karbon dövranı-biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərlə örtülür və beləliklə, ekosferdən kənara çıxır. Bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. == Ümumi məlumat == Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir. Digər karbon axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi maddələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da, onun miqdarı durmadan artır və parnik effektinin güclənməsinə səbəb olur. Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi maddələrin əmələ gəlməsi və əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar mikroorqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək karbon qazına çevrilir və yenidən atmosferə düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. Bitkilərdə fiksasiya olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə olunur, o da öz növbəsində tənəffüz zamanı onu karbon qazı şəklində ayırır.
Karbon dövrü
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir. Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. == Paleocoğrafiyası == Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi.
Karbon kağızı
Karbon kağızı — Bir tərəfi qurudulmuş mürəkkəb və ya piqment ilə örtülmüş kağızdır. Mətn və ya dizaynı orijinal versiya ilə eyni vaxtda surətini çıxarmaq üçün karbonlardan istifadə olunur. Surətin rəngi, karbon kağızının rənginə asılıdır. == Mənbə == Wissinger, R. R. (1950). Carbon Papers and Other Duplicating Papers. In Mosher, R. H. (ed), Specialty Papers, Their Properties and Applications (pp. 335–367). Brooklyn, N. Y.: Remsen Press.
Karbon monoksit
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Karbon nanoboruları
Karbon nanoboruları === Xassələri === Karbon nanoboruları, diametri 1:n.10 (n=1,2,....9) nanometr, uzunluğu isə bir neçə mikrona qədər olan, bir və ya iç-içə bir neçə qrafit laylarının bükülməsindən yaranan silindrik quruluşlara deyilir. Karbon nanoboruları özündə həm nanoklasterlərə xas, həm də həcmli bərk cisimlərə xas xassələri birləşdirdiyi üçün, onlarda füllerenlərdən fərqli yeni xassələr büruzə olunur. Məhz onların bu xassələrindən gələcəkdə yeni nanomaterialların və nanoqurğuların yaradılmasında istifadə edilməsi nəzərdə tutulur və çox prespektivli hesab olunur. === Alınması === Sintezdən asılı olaraq birlaylı, ikilaylı və s. borular almaq mümkündür Karbon nanoboruları (KNB) kovalent rabitəyə malik karbon atomlarından ibarət,özü təşkil olunmuş,boru şəkilli nanoquruluşlardır.Onlar əsasən iki formada – birdivarlı və çoxdivarlı karbon nanoboruları,həmçinin çoxtəbəqəli paketləşdirilmiş konusvarı nanoboru şəklində olur.Birdivarlı karbon nanoborusu təbii (özü-özünə)boru şəklində bükülmüş qrafit monoatom qalınlıqlı təbəqədən ibarətdir. Belə təbəqə şəklində qrafit qrafen adlandırılır. Monotəbəqənin bükülməsi istıqamətindən asılı olaraq, qrafen metal və ya yarımkecirici xassələrə malik olur. Coxdivarlı karbon nanoboruları konsentrik yerləşmiş bir neçə birdivarlı nanoborudan ibarətdir, onların diametri 10-40- nm təşkil edir === Tətbiq sahələri === Karbon nanoborularının bir çox maraqlı xassələri var.Məsələn,onlar metal və ya yarımkecirici xassələrə malik ola bilər;misə nəzərən daha yaxşı elektrik cərəyanını keçirdirlər;almaza nisbətən daha yaxşı istilikkeçirmə xassəsinə malikdir. Karbon nanoborularını lazerlə buxarlandırma,karbon elektrodlarının qövs boşalmasında buxarlandırılması və qaz fazadan kimyəvi çökdürülmə texnologiyaları ilə almaq olar.Birlaylı nanoboru yaratmaq üçün katalizator kimi müsbət elektrodun mərkəzinə az miqdarda Co, Ni və ya Fe yerləşdirilir. Katalizatordan istifadə edilmədikdə çoxlaylı quruluşa malik nanoborular alınır.
Karbon nanolifləri
Karbon nanolifləri Karbon nanolifləri (KNL) çoxlu sayda qrafen laylarından ıbarət sapvari hissəciklərdən ibarətdir. Liflərin diametri böyük diapazonda dəyişir (bəzi hallarda 200 nm). Qrafen laylarının forması müxtəlif - konusa,fincana və s.bənzəyən formada olur.Qrafen səthlərinin arasında məsafə 0,34 nm və ya bir qədər çox olur. C atomları sp2 hibrid halındadır. Karbon zəncirindəki axırıncı C atomları hidrogenlə doymuş oldugundan sonuncular sp3 hibrid halında olur.
Karbon planeti
Karbon planeti — Yer kürəsindən bir neçə dəfə böyük olan, demək olar ki, bütünlüklə kristallaşmış karbondan ibarət planet. Səthində 1600 dərəcə isti olan bu planet sürətlə fırlanır. Səthində 400 dərəcə istilik olan bu planetdə cazibə qüvvəsi çox güclüdür və səthindən qalxan buxar yuxarıda buz qatı əmələ gətirir. Buna rəğmən aşağıda, səthdə yanmaqda olan təbəqə var. Karbon planet bəşəriyyətə məlum olan ən qaranlıq planetdir. O, səthinə düşən işığın yalnız 1 faizini əks etdirə bilir. Bu planet eyni zamanda qalaktikada elmə məlum olan ən böyük su kütləsidir. Qalaktikada sərbəst halda rast gəlinən bu su kütləsi elmə yeni məlum olub. Onun su tutumu yer üzündəki okeanın nə az nə çox 140 trilyon qatına bərabərdir. ABŞ Milli Kosmik Agentliyinin mütəxəssisləri bu kütləyə qalaktikanın su anbarı adını verib.
Karbon qazı
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid. == Fiziki xassələri == Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır. == Alınması == === Sənayedə: === Təbii mineralların parçalanmasından: CaCO3 □(→┴t ) CaO + CO2 Təbii qazın yandırılmasından: CH4 + 2O2 → CO2 + 2H2O Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O == Kimyəvi xassələri == CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir: CO2+ H2O↔ H2CO3 Na2O + CO2→Na2CO3 2NaOH + CO2 → Na2CO3 H2O Karbon qazını əhəng suyu ilə təyin edirlər: Ca(OH)2 + CO2 → CaCO3 +H2O Karbon qazı ammonyakla karbamid əmələ gətirir: CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur: CO2 + C □(→┴t ) 2CO CO2 + 2Mg □(→┴t ) 2 MgO + C Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur: 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2 == Toksikliyi == Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır.. == Tətbiqi == Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Karbon turşuları
Karbon turşuları — tərkibində karboksil qrupu olan üzvi turşulardır. Onlar (C(O)OH) quruluşuna malikdirlər. Bu turşuların ümumi formulu R-C(O)OH kimidir. Bu turşularda COOH miqdarına göre əsaslığı müəyyən olunur. Bundan başqa R radikalından asılı olaraq doymuşluğu təyin olunur. == Tarixi == Bəşəriyyətin ilk tanıdığı turşu yəqin ki, sirkə turşusu olmuşdur. O, məlumdur ki, çaxırın fermentativ qıcqırmasından alınır. XVIII əsrin axırlarında artıq limon, alma, süd, oksalat və s. turşular məlum idi. Ancaq onların quruluşunu 100 ildən sonra tapmışlar.
Katban (Salmas)
Katban (fars. كتبان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 232 nəfər yaşayır (41 ailə).
KazGUU Universiteti
Maqsud Narikbayev adına KAZGUU Universiteti (əvvəllər — Qazaxıstan Humanitar Hüquq Universiteti) (qaz. M.S. Narikbaev atyndaǵy KAZGUU Universiteti), ( ing. M. Narikbayev KAZGUU University) — Astana şəhərində yerləşən və 1994-cü ildə qurulmuş ali təhsil müəssisəsi. Universitetdə 4 məktəb var - Humanitar Elmlər Ali Məktəbi (HSH), Hüquq Fakültəsi (HSL), Ali İqtisadiyyat Məktəbi (SƏTƏM) və Biznes Məktəbi. Narikbayev Talgat Maksutoviç - M.S.Narikbayev adına KAZGUU Universitetinin İdarə Heyətinin sədri Hər il Atameken Milli Sahibkarlar Palatası, Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə birlikdə yerli universitetlərin təhsil proqramlarında bir araşdırma aparır və bunlara əsasən reytinq tərtib edir. Reytinqin əsas məqsədi məktəblilərə tələb olunan peşələr barədə dolğun və etibarlı məlumat vermək, hansı universitetlərin onlar üçün yüksək keyfiyyətli təhsil verdiyini və iş tapmaq şansının daha çox olduğunu göstərməkdir. 2020-ci ilin dekabr ayında M.S.Narikbayev adına KAZGUU Universiteti "Atameken" təhsil proqramlarının reytinqinə görə Top-10 universitetlərində birinci yerə layiq görülmüşdür. 2019-cu ildə Universitet ikinci yeri tutdu. == Tarixi == KAZGUU Universiteti 1994-cü ildə Qazaxıstan Prezidenti N.A.Nazarbayevin Fərmanına əsasən qurulmuşdur. 5 Noyabr 1996-cı ildə KazHYuI, Qazaxıstan Hökumətinin qərarı ilə Qazaxıstan Dövlət Hüquq Universitetinə çevrildi və Ədliyyə Nazirliyinin tabeliyindən Təhsil və Elm Nazirliyinin tabeliyinə verildi.