Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Cakonun istilası
Cakonun Argentina tərəfindən istilası (isp. Conquista del Chaco argentino).Bu istila uzun sürən bir dövrü əhatə etmiş və bir sıra hərbi yürüşlərlə həyata keçirilmişdir.Hərbi yürüşlər 1870-1917 ci illərdə Argentinanın Qran-Cako ərazilərində yaşayan yerli hindu qəbilələrinə qarşı həyata keçirdiyi və onların ərazilərinin işğalı nətiçələnir. Argentina hərbi yürüşlər nətiçəsində Qran-Cako vilayyətinin cənub və mərkəzi hissələrini özünə ilxah edir.Üç Argentina bölgəsi genişləndirilir.:Salta -şərqə,Santyaqo-del Estero-şimal-şərqə,Santo-Fe isə şimala doğru genişləndirilir.Həmçinin yeni vilayyət olan Cako və Formaza yaradılır. Cakonun ələ keçirilməsi və Argentinanın qitənin içərilərinə doğru irrəlləməsi(Səhranın istilası) kimi yürüşlər minlərlə yerli hindunun ölümü ilə nətiçələnir.Pataqoniya kompaniyyasıdan fərqli olaraq Cakoda yerli hindular məqsədyönlü şəkildə məhv edilmirdi.
Harunun çubuğu
Harunun çubuğu — Tövratda Musanın qardaşı Harunun daşıdığı çubuq. == Təsviri == Harun Musanın böyük qardaşıdır, Levi qəbiləsinin nümayəndəsi kimi ona xüsusi vəzifələr verilmişdi. O, İsrail övladlarının səhrada səyahəti zamanı onların baş kahini kimi fəaliyyət göstərmişdir. Yəhudilərin kahinliyi Harundan sonra onun oğullarına tapşırılmışdı. Onun kahin paltarları şər ruhları öz zəngləri ilə qov qızılı fəqərələrlə bəzədilmişdi. Əlində buxurdan və çubuq tutmuşdi. Rəvayətə görə, İsrailin 12 qəbiləsi arasında birincilik uğrunda mübahisədə onların hər birinin başçısı özü ilə çubuq gətirirdi. Ertəsi gün məlum olmuşdu ki, Harunun gətirdiyi Levi qəbiləsinin çubuğu badam ağacına çevrilmişdi. Döllənməmiş meyvələr əfsanəsi orta əsrlərdə badamın bakirə təmizliyin simvolu kimi qəbul edilməsinə səbəb olmuşdur. Harun çubuğunun əfsanəsi Məryəmin əli üçün iddiaçılar arasından Yusifin seçilməsi hekayəsi üçün bir prototip rolunu oynamışdı.
Kakusan (Sərdəşt)
Kakusan (fars. كاكوسان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Mixail Bakunin
Mixail Aleksandroviç Bakunin (rus. Михаил Александрович Бакунин; 30 may 1814 – 1 iyul 1876, Bern, İsveçrə) — rus mütəfəkkiri, anarxizm nəzəriyyəçilərindən biri. Mixail Aleksandroviç Bakunin 30 may 1814-cü ildə Rusiya imperiyasının Tver quberniyasının Novotorj qəzasının Pryamuxino kəndində anadan olmuşdu. Anarxist olan tarixi şəxsiyyətlərdən biri K. Marksın əsas rəqiblərindən olan Mixail Aleksandr oğlu (Михаил Александрович Бакунин) Bakunindir (1814–1876). Bakuninin adı bizim yaddaşımızda anarxist kimi qalıb. …"anarxiya" — "xaos" deməkdir. Qeyd etmək lazımdır ki, anarxistlər öz qarşılarına məqsəd kimi, insanın bütün təcavüzlərdən azad olmasını, istər siyasi, istər iqtisadi, istərsə də ruhi azadlığını bir məqsəd qoymuşdular. 1868-ci ildən etibarən Bakunin K. Marksı tənqid etməyi daha da gücləndirir. Bakunin yazırdı:"…buna görə də dövlət (zor aparatı) yəni cəmiyyətin bir qrup üzvü digər üzvünu əzdiyi yerdə azadlığın təntənəsi ola bilməz. Heç bir diktatura öz-özünü şikəst etməkdən başqa bir iş görmür.
Nikolay Kakurin
Nikolay Yevgenieviç Kakurin (rus. Никола́й Евге́ньевич Каку́рин; 4 sentyabr 1883, Oryol – 29 iyul 1936, Yaroslavl) — Rusiya və SSRİ hərbçisi, tarixçisi və publisisti. 1922-ci ildə Buxara-Fərqanə ərazisindəki sovet hərbi birləşmələrinin komandanı kimi basmaçılara qarşı mübarizədə fəal iştirak etmişdi. Üçcildlik "Vətəndaş müharibəsi tarixi"nin əsas müəlliflərindən biridir. Həbsxanada ölmüşdür. Бойко О. Д. Какурін Микола Євгенович // Енциклопедія історії України : у 10 т. / редкол.: В. А. Смолій (голова) та ін. ; Інститут історії України НАН України. — К.: Наукова думка, 2007. — Т. 4 : Ка — Ком.
Yakunin (Baltas)
Yakunin (başq. Якунин, rus. Якунино) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Yalanqas kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 37 km., kənd sovetliyindən (Yalanqas): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 104 km.
Kabusun gözüylə
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.
Maçi-yakunin
Maçi-yakunin (町役人) – Edo dövründə Yaponiyada çonin sinfindən olan şəhər və qəsəbə rəsmilərinə verilən titul. == Tarixi == Edo dövründə Yaponiya şəhərləri və qəsəbələr birbaşa şoqunluğun nəzarətində olan maçi-buqyo adlı rəsmilər tərəfindən idarə olunurdu. Maçi-buqyoların şəhəri idarə etmək üçün heyəti olsa da, bu heyət xeyli kiçik olduğu üçün şəhər və ya qəsəbə administrasiyasında maçi-yakuninlərin əməkdaşlığından istifadə olunurdu. Maçi-yakuninlərin titulları, mükafatlandırılması, seçilməsi (bəzən irsən, bəzən seçki ilə) və spesifik funksiyaları şəhərdən şəhərə dəyişirdi. Lakin kiçik funksioner olmaları, hakimlər ilə əhali arasında vasitəçi rolu oynamaları ümumi səciyyə daşıyırdı. Edo şəhərində maçi-yaşiki məsələləri nanuşi (rayon ağsaqqalları), tsuki-qyoci (aylıq nümayəndələr) və yanuşi (ev başçıları) adı rəsmilər tərəfindən tənzimlənirdi. Bu iyerarxiya sayəsində Edonun maçi-buqyoları şəhərdəki məsələləri təşkil edə bilirdilər: mühafizə və yanğınsöndürmə dəstələri təşkil etmək, hökumət bildirişlərini çatdırmaq, mübahisələri həll etmək, çətinlikləri aradan qaldırmaq, qoyokin (xərac) toplamaq. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha.
Boris Akunin
Boris Akunin (əsl adı Qriqori Şalvoviç Çxartişvili, gürcü: გრიგორი შალვას ძე ჩხარტიშვილი; 20 may 1956[…], Zestafoni və ya Tbilisi) — rus yazıçısı, yaponşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim. Ayrıca Anatoli Brusnikin, Anna Borisova ədəbi təxəllüsləri ilə nəşr edilib. O, daha çox detektiv və tarixi fantastika üslubunda yazan yazıçı kimi tanınır. Akunin həm də esseist və bədii tərcüməçidir. Onun əsərlərinin personajları arasında Erast Fandorin, Nikolay Fandorin və Pelaqeya bacı məşhurdur. Akunin siyasi bəyanatları və Rusiya prezidenti Vladimir Putin rejimini tənqid etməsi ilə tanınır. Belə ki, Çxartişvili "Liberation" qəzetinə müsahibəsində Putini "sevilməkdən daha çox qorxutmağı üstün tutan imperator Kaliqula" ilə müqayisə edib. Putinin isə öz növbəsində onun bu mövqeyinin, Qriqori Çxartişvilinin gürcü mənşəli olmasına görə şəxsi narazılığı ilə bağlı olduğunu bidirib (Qeyd edək ki, 2008-ci ildə Rusiya–Gürcüstan müharibəsi dövründə, Rusiya Gürcüstanı bombalamışdı). Boris Akunin Rusiyanı tərk edərək 2014-cü ildən Londonda yaşayır. == Həyatı == Qriqori Çxartişvili artilleriya zabiti, Böyük Vətən Müharibəsi iştirakçısı, Qırmızı Ulduz ordeninin kavaleri.
Bazunun ikibaşlı əzələsi
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
Bazunun üçbaşlı əzələsi
Triseps - qolun arxasında yerləşən əzələ. Qolun üç başı əzələsi olaraq da adlanır. Triseps dirsəyə bağlı əzələdir və dirsəyin hərəkət etdirilməsində böyük rola sahibdir.
Kabusun gözüylə (film, 2010)
Kabusun gözüylə — Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film. Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. == Mükafat və festivallar == 24-cü "Nika" kino mükafatının laureatı. "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" nominasiyası — Moskva, Opera teatrı. == Heyəti == Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev iştirak ediblər. Baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Martendir. == Təqdimatı == 2010-cu ildə, Milli kino günündə "Kabusun gözüylə" filminin Heydər Əliyev Sarayında təqdimatı keçirilmişdir.
Qanunun missiyası (film, 1992)
Ədalətin missiyası (ing. Mission Of Justice) — 1992-ci ildə döyüş janrında çəkilən filmdir. Polis vəzifəsində çalışan Kurt Harris küçədə qadını döyən cinayətkarı həbs edir. Lakin sabahısı gün həmin cinayətkar həbsdən buraxılır. Cinayətkar həbsdən çıxan kimi yenidən qadını döyməyə başlayır. Qadının köməyinə yetişən Kurt Harris və dostu Titus cinayətkarı öldürür. Lakin qadın ağır zərbələrdən ölür. Bu hadisədən sonra Kurt polis məntəqəsinin rəhbəri ilə mübahisə edir və ona zərbə endirərərk işdən könüllü surətdə azad edilir. Amma polis məntəqəsindən başqa şəhərdə küçələrin nəzarəti ilə məşğul olan xüsusi təşkilat vardır. Təşkilat rəhbəri Reyçel Larkin şəhər Meri olmaq niyyətindədir.