Mixail Aleksandroviç Bakunin (rus. Михаил Александрович Бакунин; 30 may 1814[1][2] – 1 iyul 1876[3][2][…], Bern[3][1]) — rus mütəfəkkiri, anarxizm nəzəriyyəçilərindən biri.
Mixail Bakunin | |
---|---|
rus. Михаи́л Алекса́ндрович Баку́нин | |
Doğum tarixi | 30 may 1814[1][2] |
Vəfat tarixi | 1 iyul 1876[3][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | filosof, yazıçı, siyasətçi, anarxist, inqilabçı |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mixail Aleksandroviç Bakunin 30 may 1814-cü ildə Rusiya imperiyasının Tver quberniyasının Novotorj qəzasının Pryamuxino kəndində anadan olmuşdu.
Anarxist olan tarixi şəxsiyyətlərdən biri K. Marksın əsas rəqiblərindən olan Mixail Aleksandr oğlu (Михаил Александрович Бакунин) Bakunindir (1814–1876). Bakuninin adı bizim yaddaşımızda anarxist kimi qalıb. …"anarxiya" — "xaos" deməkdir. Qeyd etmək lazımdır ki, anarxistlər öz qarşılarına məqsəd kimi, insanın bütün təcavüzlərdən azad olmasını, istər siyasi, istər iqtisadi, istərsə də ruhi azadlığını bir məqsəd qoymuşdular. 1868-ci ildən etibarən Bakunin K. Marksı tənqid etməyi daha da gücləndirir. Bakunin yazırdı:"…buna görə də dövlət (zor aparatı) yəni cəmiyyətin bir qrup üzvü digər üzvünu əzdiyi yerdə azadlığın təntənəsi ola bilməz. Heç bir diktatura öz-özünü şikəst etməkdən başqa bir iş görmür. Halbuki istənilən dövlət aparatı özünü qoruyub saxlamağa çalışır, nəinki özünü məhv etməyə. … Bundan başqa, hakimiyyət xalqa ancaq qul pisixologiyası aşılayır ki, bu da onlarda mərkəzin bütün əmrlərinə sözsüz əməl etmə vərdişi yaradır". Daha sonra Bakunin "Dövlətçilik və anarxiya"əsərində yazır: "…bütün fəhlə sinfi eynizamanda hakimiyyətdə ola bilməz. Necə ki, hakimiyyəti bir neçə yüz, və yaxud bir neçə min, eləcə də bir neçə 10 min adam birdən idarə edə bilməz. Onlar bu hakimiyyəti məcburən ya da çarəsizlikdən bir qrup adamlara və ya məcbur olaraq bir nümayəndəyə, yaxud bir başçıya verəcəqlər". Beləliklə, hakimiyyətə bir ovuc "seçilmişlər", hətta onların vasitəsilə "seçilməmişlər də" gəlmiş olacaqlar. Sözsüz ki, hakimiyyətə gələnlər özlərini xalqın seçdiyini deyəcəklər. Ancaq onlar xalq içindən çıxsalar da, xalqa yuxarıdan aşağı baxacaqlar.
Beləliklə, Bakunin öz sosial analizlərinə əsaslanaraq, belə bir qənaətə gəlir ki, xalqın adından danışan və hakimiyyətdə olan qüvvələrin işi gec-tez sosial ədalətsizliyə və istismara gətirib çıxaracaq. Bu dövrü Bakunin "avtoritar hakimiyyət və ya dövlət mən özüməm"adlandırır". Bu isə Bakuninin fikrincə həm siyasi, həm ideoloji, həm iqtisadi, ümumiyyətlə bütün hakimiyyətin bir əldə cəmlənməsidir. Bu da öz növbəsində, böyük anarxistin fikrincə, vətəndaşların mənəvi və zehni deqradasiyasına (pozğunluğuna) gətirib çıxaracaq. Belə cəmiyyət isə vətəndaş cəmiyyəti yox, heyvani prinsiplərə əsaslanan cəmiyyət olacaq. Bakunin yazır: "Belə cəmiyyət yezuitlərin uzun illər ərzində idarə etdiyi Paraqvay Respublikasına oxşayardı. (Məlumat üçün bax:"Arqumentlər və Faktlar"qəzeti. Moskva.1990-cı il. Avqust sayına)
Mixail Bakunin 1 iyul 1876-cı ildə vəfat edib.