Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Kali-yuqa
Kali Yuqa(कलियुग (kəli yugə), ədəbiyyatda "Kali dövrü")- Hind Zaman Anlayışına görə zamanın 4 dövrünün(yuqa-dövr) ən sonuncusu. Digər dövrlər isə Sayta Yuqa,Treta Yuqa və Dvapara Yuqadır. Hind mətnlərinə əsasən Kali Yuqa Krişnanın ömrünün sona çatması ilə başlayaraq(e.ə. 3102-ci il) 432.000 il davam edəcək. Bu dövrdə Vişnunun son avatarı Kali əlində qılınc və ağ atın belində meydana çıxacaq, dünyadakı pisliyə qarşı vuruşacaq və onu məhv edəcək.
Kali Linux
Kali Linux — Debian əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Kali Linux BackTrack tərtibatçıları tərəfindən 2013-cü ildə yaradılmışdır. Hal-hazırda da dəstəklənməkdədir. Masaüstü mühiti olaraq BackTrack-dəki kimi KDE seçimi yoxdu. İstifadəçilər ancaq GNOME masaüstü mühitindən istifadə edə bilər. == Alətlər == BackTrack-dəki bütün alətlər və sonradan əlavə olunanlarla birlikdə Kali Linux-da işləmək üçün 300-dən çox alət var. == Platforma dəstəyi == Kali Linux ARM platformasını dəstəkləyir. Sistem Rasberry Pi, BeagleBone Black, HP Chromebook, CubieBoard 2, CuBox, CuBox-i, EfikaMX, Odroid U2, Odroid XU, Odroid XU3, Samsung Chromebook, Utilite Pro, Galaxy Note 10.1, və SS808 kimi cihazlarda işləyə bilir.
Kali Uçis
Kali Uçis (ing. Kali Uchis; 17 iyul 1994, Aleksandriya[d], Virciniya) — amerikalı müğənni. 2012-ci ildə Drunken Babble adlı debüt miksteypini, ardınca 2015-ci ildə debüt mini-albomu Por Vida-nı yayımladı. Uçis 2018-ci ildə özünün debüt studiya albomu Isolation ilə geniş rəğbət qazandı. Onun ikinci studiya albomu və ilk ispan dili layihəsi Sin Miedo (del Amor y Otros Demonios) 2020-ci ildə işıq üzü gördü. Albomdakı "Telepatía" sinqlı ABŞ-da Billboard Hot 100-də yer alan onun ilk mahnısı oldu. O, Kaytranadanın "10%" sinqlındakı ifasına görə Ən yaxşı rəqs səsyazması üzrə Qremmi mükafatına layiq görüldü. == Həyatı == Karli-Marina Loaiza 17 iyul 1994-cü ildə Virciniya ştatının Aleksandria şəhərində anadan olub. Atası Kolumbiyanın Pereyra şəhərindən ABŞ-yə köçdü və 1980-ci illərin sonlarında Karlinin anası ilə tanış oldu. Anasının əvvəlki evliliyindən uşaqları olub və Virciniyadadır.
Kali karteli
Kali karteli — Kolumbiyanın Kali şəhəri və Valla del Cauca əyaləti yaxınlarında var olmuş narkotik karteli. Qurucuları Rodriguez Orejuela qardaşları olaraq bilinən Gilberto və Migueldan əlavə "Chepe" olaraq tanınan Jose Santacruz Londonodur. 1980-ci illərin sonlarına yaxın Helmer Herreranın da qrupa daxil olmasıyla Pablo Escobar və ona bağlı olan Medellin Karteli ilə əlaqələrini qoparmış və dörd adamın başda olduğu bu karteli idarə etməyə başlayıblar. Kali karteli ingilis pullu əsgərlər, bir çox ölkədəki müttəfiqlər, hökumətdəki saysız-hesabsız casus və mühbirlər ilə "SSSR"dəki Dövlət Təhlükəsizlik Komitinəsinə (ingiliscə: KGB) oxşarlığı ilə dünyanin tarixdəki ən böyük cinayət şəbəkəsi yəni "The Cali KGB" olaraq adlandırılmışdır. Kali kartelinin zirvədə olarkən dünya kokain bazarının 90%-nı əlində tuttuğu bilinir.
İtum-Kali
İtum-Kali (çeç. Итон-Кхаьлла) — Çeçenistan Respublikası, İtum-Kali rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İtum-Kali rayonunun və İtum-Kali kənd sovetliyinin mərkəzidir. İtum-Kali kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Kənd Argun çayının hər iki sahilində, Heldixoyerk qolunun ona birləşdiyi yerdə, Şatoy kəndindən 24 km cənub-qərbdə və Qroznı şəhərindən 75 km cənub-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-şərqdə Veduçi, şimalda Kokadoy və şərqdə Tazbiçi. == Tarixi == İtum-Kalinin cənubunda və kəndin yaxınlığında orta əsrlərə aid bir çox abidələr var - qüllələr, qəbirstanlıqlar. Qədim Şulkaq kəndi hazırda İtum-Kalinin bir hissəsidir. Ehtimal ki, M. Yu. Lermontovun "Dağ kəndinə mənzərə" rəsmində təsvir məhs bura təxvir edilmişdir.
Bali
Bali (ind. Bali) — Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus ada. Ada Kiçik Zond adaları qrupuna daxildir. Cənubdan adanı Hind okeanını suları, şimaldan isə Sakit okeana aid olan Bali dənizinin suları əhatə edir. Bali adası Yava adasından Bali boğazı, Lombok adasından isə Lombok boğazı vasitəsilə ayrılır. == Coğrafiyası == === Coğrafi mövqeyi === Sahəsi 5780 km² olan Bali adası, şərqdən qərbə 150 km, şimaldan cənuba doğru isə 80 km məsafə uzanır. Ada Kiçik Zond adalarının qərb qutaracağında yerləşir. Onu Yava adasından 2,5 km-lik ensiz Bali boğazı ayırır. Ada özündə bir-neçə kiçik adanıda birləşdirir. Balı adası həmdə məşhur Volles xəttinin sərhədində yerləşir.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Dali
Salvador Dali (tam adı Salvador Domenek Felip Jasint Dali i Domenek, markiz de Pubol, kat. Salvador Domènec Felip Jacint Dalí i Domènech, Marqués de Dalí de Púbol, isp. Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí y de Púbol; 11 may 1904[…] və ya 21 may 1904, Fiqeras[d] – 23 yanvar 1989[…], Fiqeras[d]) — məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri idi. == Həyatı == === Uşaqlığı === Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi,özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi. Onun böyük qardaşı (12 oktyabr 1901 - 1 avqust 1903) meningitdən öldü. Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı. Çoxsaylı komplekslər və fobiyalar - məsələn, çəyirtkə qorxusu - onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı.
Kahı
Kahı (lat. Lactuca sativa) – süddəyən cinsinə aid bitki növü.Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür. Qəbizliyi aradan qaldırar.
Kaki
Kaki— İranın Buşehr ostanının Dəşti şəhristanının Kaki bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,893 nəfər və 1,983 ailədən ibarət idi.
Kala
Kala (gül) — gül növlərindən biri
Kale
Kale (fr. Calais) – Fransada şəhər.
Kalp
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kalu
Kalu (Bostanabad)
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Kami
Kami — şintoizmdə həyat üçün önəmli olan külək, yağış, ağac, dağ və bərəkət şəklinə girən ruh, başqa sözlə tanrı. Şintoizmdə kamilər təbiətdən ayrı sayılmır. Sintoistlər pis və yaxşı, neqativ və pozitiv xarakterlər təbiətdə şəkil alan kamilərdir. Onlar musubinin təzahürüdür. Sinto inancına görə kamilər kainat və enerjiylə bağlıdır. İnsanlıq üçün doğru çalışmaq nümünəvi hesab edilir. Sintoistlər kamilərin bu dünyada gizli olduğuna inanırlar.
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Küli
Küli-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Küli-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Lali
Lali — İranın Xuzistan ostanının şəhərlərindən və Lali şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,213 nəfər və 3,041 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Mali
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. == Tarixi == Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi.Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər. Onlar həmçinin Mali prezidenti Amadu Tumani Tureki, devrilmiş rejiminin xarici işlər naziri Sumeylu Bubey Maiqa daxil olmaqla bir sıra nazirlərin həbs edildiyini elan etdilər.Hərbiçilər tezliklə 2012-ci il aprelin 29-da prezident seçkilərinin keçiriləcəyini bildirdilər.
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Qali
Qali (gürc. გალი, rus. Га́ли) və ya Qal (abx. Гал) – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qali bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qali rayonu) şəhər. == Tarixi == Müasir Qali ərazisi orta əsrlərdə Abxaziyada mövcud olmuş Samurzakan knyazlığının tərkibində idi.. Yerli tarixşünas Konstantin Maçavariani bu ərazi barədə yazmışdır: 1990-cı illərin əvvəllərində Qali şəhəri Gürcüstan-Abxaziya münaqişəsinin mərkəzində idi. == Əhali == 1989-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 15,763 nəfər ibarət idi. Bunların 93,3%-i gürcü (meqrellər), 3,2%-i rus, 1,6%-i abxaz idi. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi yalnız 7,169 nəfərdən ibarət idi. Əhalinin kəskin şəkildə azalmasının səbəbi Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklərdir.
Tali
Tali — Zəngilan rayonunun cənub-qərbində dağ. Araz çayının yaxınlığında yerləşir. Hündürlüyü 660 m. Talit variantında da qeydə alınmışdır. Oronim ərəb dilindəki tal sözündən və i(t) şəkilçisindən düzəlib, "çara, yüksəklik, baş, zirvə” deməkdir.