BA:LI

(Balakən, Qax, Şəki)
gilas. – Məktəbin həyətindəki ba:lı ağacdarı çiçəkləyib; – Bizim ba:lımız dəyib (Balakən); – Ba:lılarımız gətirmiyitdi biyil (Şəki)
◊ Ba:lı gilas (Qazax) – albalı
BALXI
BALIĞUDAN
OBASTAN VİKİ
Balı (Urmiya)
Balı (fars. بالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Balı Qərbi Azərbaycan ostanlığının mərkəzində, Urmiya gölünün qərb sahillərində, dəniz səviyyəsindən 1.345 metr hündürlükdə, düzən bir ərazidə yerləşir. Qəsəbə inzibati mərkəz olan Urmiyadan 5 km şimalda, ölkə paytaxtı olan tehrandan isə 595 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 10.524 nəfər yaşayır (2.274 ailə).
Başqırd balı
Başqırd balı (başq. Башҡорт балы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında istehsal olunan bal. == Ticarət nişanı == "Başqırd balı" adı qorunan ticarət nişanıdır. Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, bal məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Xüsusiyyəti == Başqırd balının dadı uzun müddətdir ki, məşhurdur və başqırdlar üçün qürur qaynağı olmuşdur. Əsl Başqırd balı olmadan, bir başqırd çayı düşünülə bilməz; üzərinə təzə kənd qaymağı və bal sürtülmüş çörək insan istehsalı olan digər bütün şirniyyatlara meydan oxuya bilər. == İstehsalı == Başqırdıstanda istehsal olunan illik bal miqdarı orta hesabla 5–6 min ton təşkil edir. == İxracı == Rusiya ərazisindən başqa Başqırd balı və ona aid olan məhsullar bir çox Avropa ölkələrinə, ABŞ, Yaponiya, Yaxın Şərq və MDB ölkələrinə ixrac olunur. 2014-cü ildə Başqırd balının Çinə ixracı ilə bağlı 6 min ton həcmində olan bal üçün 3 milyard rubl məbləğində müqavilə imzalanmışdır. 2014-cü ilin avqustunda Çinin Szyutszyan şəhərində Başqırd balının satışı üçün ilk mağaza açılmışdır.
Vyana balı
Vyana balı — Vyanada ənənəvi bal rəsləri dövründə keçirlən tədbir. Vyana balları UNESCO-nun Avstriya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdi. Son illərdə Vyana balına neonasistlərin dəvət edilməsinə etiraz olaraq UNESCO 27 ynvar 2012-ci ildə balı qeyri-maddi mədəni irs siyahısından çıxarıb. Bu qərar əksər vyanalılar tərəfindən ədalətli hesab edilir. Ən böyük bal Opera balı hesab edilir. UNESCO tərəfindən Vyana balının kriteriyaları qəbul edilib. Bal protokol əsasında keçirilməli, gənc bal cütlüyünün çıxışları ilə açılmalı, gecəyarısı çaxışlar olmalı və səhərə yaxın bitməlidir.
Fənər balığı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.
Gecə Balıqçıları (1963)
Gecə balıqçıları (film, 1963)
Göy balıq
Göy balıq (lat. Ballerus ballerus) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. == Təsviri == Bədən enlidir, yan tərəflərdən isə güclü sıxılmışdır. Bədəni boyunun üçdə biridir. Başı micvaridir. Başının yuxarı hissəsini tutan ağzı bir qədər yuxarı qalxır. Anusu nisbətən uzundur. Pulcuqları isə kiçik olur. Göy balıq xarici görünüş baxımından Porulara (lat. Ballerus sapa) bəzəsələr də, ağız quruluşu və pulcuqlarının balaca olması seçilirlər.
Gümüşü daban balıq
Gümüşü daban balıq (lat. Carassius gihelio) == Yayılması == Terek çayının deltasında yaşayır . Volqada isə çox nadirdir. Asiyadan gətirilmiş karp körpələri ilə təsadüfən 1980-ci ildə balıq əmtəə təsərrüfatlarına düşmüşdür. Qazaxıstanın şimalındakı göllərdə 38 sm-lik və 2 kq-lıq fərdlərə də rast gəlinir. == Morfoloji əlamətləri == Balığın bədəninin yanları gümüşü rəngdədir, elə buna görə də həmin adı almışdır. Uzunluğu 26,5 sm, kütləsi 650 q olur. Bədəninin uzunluğu 26,5 sm-ə, kütləsi 650-q-a çatır. == Çoxalması == Çoxalmanın nadir forması - kinogene bu balıq üçün səciyyəvidir. Bu zaman dişi və erkək fərdlərin cinsi hüceyrələrinin nüvələri qovuşmur, spermatozoid rolunu isə yumurta hüceyrəsinin inkişaf üçün aktivləşdirilməsi oynayır.
Hüseynağa Balıyev
Həddindən artıq balıq ovu
Həddindən artıq balıq ovu — balıq populyasiyasının davamlı vəziyyətini təmin etməyən və balıq ehtiyatlarının tükənməsinə səbəb olan balıqçılıq təcrübəsi. Suyun çirklənməsi və ya iqlim dəyişikliyi kimi dəniz ekosistemlərinə digər antropogen təsirlərlə müqayisədə bəziləri artıq nəsli kəsilmək ərəfəsində olan bir çox balıq növlərinin populyasiyalarının həddindən artıq balıq ovu onun kütləvi azalmasının əsas səbəbidir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2020-ci ildəki hesabatında deyilir ki, "2017-ci ildə dünyanın dəniz balıqçılıq təsərrüfatlarında balıq ehtiyatlarının 34 faizi həddən artıq ovlanmış kimi təsnif edilib". Həddindən artıq balıq ovunun bəzi formaları, məsələn köpək balıqlarının həddindən artıq ovlanması bütün dəniz ekosistemlərinin pozulmasına səbəb olmuşdur. Həddindən artıq balıq ovu meduzaların əsas rəqibini və yırtıcısını aradan qaldıraraq, meduza populyasiyasının partlamasını gücləndirir. 1990-cı illərdə İrland dənizində meduza populyasiyasının artmasında həm iqlim dəyişikliyi, həm də ekosistemin yenidən qurulması əsas rol oynadığı aşkar edilmişdir. == Səbəblər == Həddindən artıq balıq ovu üçün iqtisadi səbəblərə dünya əhalisinin artması ilə bağlı dəniz məhsullarına artan tələb daxildir. Balıq tez-tez ət yeməyinə alternativ olaraq görülür. Bəzi balıq növlərinin yüksək qiymətləri çox vaxt balıqçı qayıqlarının ən qiymətli balıqlar üçün saxlanmasına, ovun qalan hissəsinin isə dənizə atılmasına səbəb olur. Böyük balıqçılıq donanmasının saxlanması çox vaxt dövlət subsidiyaları ilə stimullaşdırılır.
Kaluqa (balıq)
Kaluqa (lat. Huso dauricus) — Nərələr fəsiləsindən balıq, Ağ balıqlar cinsinə aid baliq növü. Amur çayı hövzəsində 55° ş.e və 34° ş.e arasında yerləşən bölgədə yaşayır. Onlsra hətta 50 metr suyun dərinliyində belə rastlamaq mümkündür. Maksimal qeydə alınmış uzunluğu 560 sm təşkil etmişdir. Olduqca əhəmiyyəli balıq növüdür. Sənaye əhəmiyyətlidir. == Təsviri == Uzunluqları 5,6 metr təşkil edir (6 metrlik keçmişdə olması ehtimal edilir), çəkisi 1 tondur. Ağzı ayparavari formaya malikdir. Birinci bel üzgəci olduqca iri olur.
Kayman balıqları
Zirehli durnabalıqları (lat. Lepisosteidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kayman balığı
Kayman balığı (lat. Lepisosteus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinə aid heyvan cinsi.
Kiçik yaşıl balıqçıl
Kiçik yaşıl balıqçıl (lat. Chloroceryle aenea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Köhnə Balıqlı (Bakalı)
Köhnə Balıqlı (başq. Иҫке Балыҡлы, rus. Старые Балыклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Axman kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 5 km, kənd sovetliyindən (Axman): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 67 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (94 %), kryaşenlər (34 %) üstünlük təşkil edir.
Kölgə balıqları
Kölgə balığı (lat. Thymallus) ― Qızılbalıqlar fasiləsindən bir cins balıqlardır. Cinsi cəhətdən yetkin erkəklərdə dorsal üzgəcin arxa hissəsi, qatlandıqda yağ üzgəcinə, bəzən də kaudal üzgəclərin ölçüsünə çatır.
Köpək balığı
Köpəkbalıqları (lat. Selachimorpha) — Qığırdaqlı balıqların dəstəüstü. Bura 8 müasir dəstə, 20 fəsilə və 350-yə yaxın növ daxildir. Bundan başqa dəstəüstünə 4 nəsli kəsilmiş dəstə də daxildir. Təxminən 400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər. Akulaların həyat tərzi çox müxtəlifdir, əksəriyyəti yırtıcıdır, balıqla qidalanır, yalnız balina-akula və nəhəng akula plankton yeyəndir; az miqdarda olsa da bentosla qidalanan növləri də var. Qidalanmada qoxu bilmənin əhəmiyyəti böyükdür. Akulalar qana qarşı daha çox həssasdır, insan üçün də təhlükəlidir. İnsana hücum edən akulalardan pələngi akulanı, ağ akulanı, çəkici akulanı, qumluq akulalarını göstərmək olar.
Köpək balığı üzgəclərindən şorba
Köpək balığı üzgəclərindən şorba — əsasən toy və ya ziyafətlərdə süfrəyə verilən Çin mətbəxinin yeməklərindən biri. Şorba əsrlər əvvəl Sonq xanədanında imperatorun ailəsinə və məhkəmə üzvlərinə verilən zaman ortaya çıxdı. Balıqçılıq ticarəti artdıqda şorba dünyada məşhur oldu. 2011-2013-cü illər arasında Çində istehlak 50-70 % azaldı.
Külmə balığı
Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir.
Lil balıqları
Lil balıqlarının udlaq dişləri bir sirada yerləşir, sayı 4–5 və ya 5–4 olur, ağzı ucda yerləşir, dişlərin ucları qarmaq şəkillidlir.2 ədəd qısa bığcığı olur, yan xətdə 87–120 pulcuq olur, bagır – sağı qısadır, qəlsəmə dişcikləri çox uzun, sayı 12–13-r. Bu balıq şirin su balığıdır. Uzunluğu 40 sm, çəkisi 800 qr, 6 ilə qədər yaşayır, cinsi 3–4 yaşında çatır. Təsərrüfat əhəmiyyəti azdır. Altqğızlar cinsində udlaq dişləri bir sıralı bıcaq şəklin dədir, sayı 6–6 və ya 5–5-r. Ağzı aşağıda yerləşır, köndələn aypara şəklindədir. Alt çənə sivridir. Dişlərin üstünü qın örtür üst dodaq nazik bütöv alt cənə inkişaf erməmişdir. Bel üzgə- ci qarın üzgəcinin üst səviyyəsində yerləşir, bığları olnur, yan xəttində 47–90 pulcuq olur, periton pərdəsi qaradır, qarın yastıdır,18 növü olur, respublikamızda 2 növü olur. Birinci Növdə ağız yarığı dairəvi, alt çənənin dal şaxəsində 3–4 də-lik, yan xəttdə 61–65 pulcuq olur.
Madonna balıqla
Madonna balıqla — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1512-1514-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. "Madonna balıqla" əsəri hal-hazırda İspaniyada Madrid şəhərində saxlanılır.
Mir Ağa Balım ocağı
Mir Ağa Balım ocağı — Qubadlı rayonunda Dondarlı kəndinin ərazisində, Nəqşibəndi təriqətinin nümayəndəsi Mir Ağa Balımın məzarı yerləşən ziyarətgah. Mir Ağa Balım dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini — mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Osmanlı imperiyasının Anadolu əyalətlərində hakimiyyətin təqibi ilə əlaqədar müəyyən cərəyanlara mənsub təriqətlər öz yurdlarını tərk edib, başqa yerlərə köçürdülər. Belə köç edən cərəyanlardan biri də Nəqşibəndi təriqətini təbliğ edən Mir Ağa Balım və onun etiqad yoldaşları Hacı Qaraman Qara Pirim və Sarıca Nəbi idi. Onlar Səfəvi dövlətinə tabe olan Qarabağ vilayətinə gəlmişdi. II Şah Abbasın hökmdarlığı dövründə onlar indiki Laçın rayonunun Cicimli kəndinin yerində kiçik bir obada məskunlaşdılar. Nigari təxəllüsü Mir Həmzə Əfəndi Ağa Balım Həzrətlərinin altıncı arxa övladıdır və öz divanında Ağa Balımdan və Aşıqdan bəhs edir. Səfəvi dövlətinin öndə gələnlərinə "Xan" ləqəbi verilir, onlara böyük torpaq sahələri bağışlardılar. Belə mülkədar təbəqə hər qisim adamdan olurdu və həmçinin seyidlərdən də.
Mələk balıqları
Mələk balığı
Naqqa balığı
Naqqa (lat. Silurus glanis) — naxakimilər fəsiləsinin nümayəndəsi. Şimal Buzlu okeanına tökülən çaylardan başqa Avropanın su hövzələrində yaşayan geniş yayılmış balıqdır. Aral hövzəsində də yaşayır. Xəzərdə Volqanın deltasında, xüsusən onun aşağı hissəsində çoxsaylıdır. Azərbaycanda Kür və Araz çaylarında, onların qollarında, su anbarlarında, Əyriçayda, Qumbaşıda, Kiçik Qızılağac və seyrək hallarda Böyük Qızılağac körfəzlərində yayılmışdır. Başı üstdən aşağı yastılanmışdır. Kiçik bel üzgəci ön hissədə az qala qarın üzgəclərinin üstündə yerləşir. Alt çənəsi bir qədər irəli çıxır. Rəngi tünd, qarnı bir qədər açıqdır.
Nərə balığı
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Orda Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Ordu-Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.

Значение слова в других словарях