Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kheşan
Kheşan və ya Khesan (vyet. Khe Sanh) — Vyetnamda şəhər icması-kommunası, Kuanqçi vilayətinin Hıonqhoa qraflığının inzibati mərkəzi. Laos ilə Laobao sərhəd keçidindən 20 km və Kuanqçi vilayətinin inzibati paytaxtı Donqhadan 63 km məsafədə yerləşir. 1968-ci ildə Vyetnam müharibəsi zamanı ABŞ-nin mühasirəyə düşmüş eyniadlı hərbi bazası Kheşan yaxınlığında yerləşirdi. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Дэвидсон, Филипп. Война во Вьетнаме (1946—1975). М.: Изографус, Эксмо. 2002 [Vietnam at War: The History 1946-1975]. 816.
Keşan
Keşan — Naxçıvan Muxtar Respublikası Ordubad rayonununda yerləşən arxeoloji abidə. == Haqqında == Ordubad rayonunun Düylün kəndinin şimalında, Düylünçayın sağ sahilində arxeoloji abidə. Yaşayış evləri dördkünc formalıdır. Divarların aşağısı qaya parçaları və çay daşlarından, yuxarısı isə möhrədən inşa olunmuşdur. Bəzi evlərin tikintisində kvadrat formalı çiy kərpiclərdən istifadə edilmişdir. Yaşayış yerinin şimal və cənub tərəfində su kanalı vardır. Onun ətrafında olan ərazilər indi də əkin sahəsi kimi istifadə olunur. Axtarışlar zamanı yaşayış yerinin ərazisindən Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Aşkar olunan arxeoloji materiallara əsasən yaşayış yerini 9-18 əsrlərə aid etmək olar. Abidənin cənubunda onunla həmdövr olan qəbiristanlıq vardır.
Kheşan döyüşü
Kheşanın mühasirəsi və ya Kheşan döyüşü (ing. Battle of Khe Sanh) — Vyetnam müharibəsi zamanı Kheşan hərbi bazası uğrunda Vyetnam Xalq Ordusu ilə ABŞ dəniz piyadaları korpusu arasında döyüş. Amerika tarixşünaslığına görə, Kheşanın mühasirəsi müharibədə ABŞ qüvvələrinin iştirak etdiyi ən uzunmüddətli döyüşü olmuşdu və bazanı müdafiə edən dəniz piyadalarının qələbəsi ilə başa çatmışdı. Daha sonra baza tərk edilmiş və bu, Şimali Vyetnam tərəfinə öz qələbəsini təsdiq etməyə imkan yaratmışdı. Kheşanın mühasirəsi Vyetnam müharibəsinin ən məşhur və simvolik döyüşlərindən biridir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Dövlət sənədləri US Military Assistance Command, Vietnam, Command History 1965, Annex N. Saigon, 1966. US Military Assistance Command, Vietnam, Command History 1966, Annex M. Saigon, 1967. Hinh, Nguyen Duy. Operation Lam Sơn 719. Washington, D.C.: United States Army Center of Military History.
Gərd-i Kəşan (Üşnəviyyə)
Gərd-i Kəşan (fars. گردكاشان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 380 nəfər yaşayır (71 ailə).
Kursan
Kursan(mac. Kurszán;847-904)—macarların başçısı, Arpadın müasiri. == Həyatı == Kursan macarların başçısı idi. 892-ci ildə Böyük Moraviya sərhədlərinə hücum etmişdi. O, çalışırdı ki, Frank dövləti ilə arası pozulmasın və varlığına son qoyulmasın.Onun törəmələri Kartel soyadını daşıyırdılar.
Kutsan
Heşan
Heşan (əvvəlki adı: Ərcun ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Heşan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Aşan kəndi Heşan kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Heşan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. == Toponimikası == Musa Kalankaytuklunun Alban Tarixində kəndin adı Ərcun və ya Aracun deyə keçir və daha sonra bura İrandan köçən ermənilər kəndin adını Aşan deyə adlandırmışlar və 1992-ci ilədək kəndin adı Aşan olmuşdur. Heşan "taxıl dərzlərinin vəllə döyülməsi, dərzlərin döyüldüyü yer, xırman" deməkdir. Kənd xırman yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Keson
Keson (kor. 개성시) — Şimali Koreyada şəhər. Keson şəhəri KXDR-nin əsas yüngül sənaye mərkəzi hesab olunur. 1910-cu ildən 1945-ci ilə qədər Yaponiya İmperiyasının işğalı altında qalmış şəhər Keson Sənaye Bölgəsinin yaxınlığında yerləşir. == Qardaş şəhərlər == Katmandu, Nepal Belsı, Moldova Kusko, Peru == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Kaesong haqqında səyahət məlumatları var. North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine, (North Korea Google Earth) смотрите больше об Кэсоне, его экономике, культуре и промышленной инфраструктуре на Google Earth.
Kuşan
Kuşanlar — Kuşan padşahlığının əsas əhalisi. E.ə. I əsrdən Orta Asiyada yaşamışdılar. I–III əsrlərdə qüdrətli dövlət yaratmışdılar. Kuşanların mənşəyi dəqiq məlum deyil. Onlar Orta Asiyada yaşamış irandilli toxarlarla eyniləşdirilir. Kuşanların türkdilli olmaları da ehtimal edilir.
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. == Tarixi == Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Kətan
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Velan
Velan (fr. Velanne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38531. Kommunanın 2006-cı il üçün əhalisi 463 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 509 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənubda, Qrenobldan 5 km şimal-qərbdə yerləşir.
Keran
Lampronlu Keran (bilinmir – 28 iyul 1285) — Lampron ailəsinin doğumla üzvü və nikahla Ermənistan kraliçası. O, Lampron şahzadəsi Hetumun naməlum arvadından olan qızı idi, ehtimal ki, frank mənşəlidir. Onun üç məlum bacısı var idi: Marianna, Aliks (sonradan Baliana d'İbelinanın arvadı oldu, Kipr senesşalı) və Mixaelqla lordu Raymond. == Həyatı == 15 yanvar 1262/14 yanvar 1263-cü il tarixindən öncə Keran 1270-ci ildə atasının taxtdan əl çəkməsindən sonra kral olmuş Kral I Hetumun böyük oğlu və varisi Ermənistan şahzadəsi Levon ilə evləndi. Doğum adı Anna idi, ad sonradan qısaldılaraq Keran və ya Geran olaraq adlandırıldı. Müasirləri tərəfindən Kraliça Keran haqqında çoxlu təriflər söylənilib. Oğlu Hetum “onun gözəl ruha və gözəl bədənə sahib olduğunu” iddia etdi. Salnaməçi və katib Avetis onu “bəla və sevinc içində ərinin yaxşı dostu” kimi təsvir etdi. Keran son oğlunun doğulmasından sonra rahibə oldu və Teofaniya adını alaraq Trazarq monastırına getdi. Çox güman ki, ona bacısı Marianna da qoşulub.
Veqan
Veqanlıq (veqanizm, ing. veganism) — heyvan məhsullarının istehlakını istisna edən vegetarianlığın ən ciddi formasıdır. Veqan (ing. vegan) — veqanlıq prinsiplərinə əməl edən insan. Veqanlar bütün növ ət, süd , yumurta, bal, eləcə də heyvanlardan istifadə edilən digər maddələr və əlavələri (məsələn, jelatin və ya karmin) istehlak etməkdən imtina edirlər. Bundan əlavə, vegeterianlar heyvan məhsullarından (dəri, yun, ipək və s.). Hazırlanmış geyim və digər ev əşyalarından istifadə etmir, həmçinin heyvanlarda sınaqdan keçmiş məişət kimyəvi maddələrindən və kosmetik vasitələrdən istifadə etməkdən imtina edirlər. Veqanlar heyvanlar, zooparklar, delfinariumlar və heyvanların istifadəsini nəzərdə tutan digər əyləncə ilə sirkləri dəstəkləmir. Bu vegetarianizmdən yalnız qidalanma sahəsinə təsir etməməsi ilə fərqlənir. Yalnız yeməkdə bir vegeterian həyat tərzinə uyan insanlara ciddi vegeterianlar deyilir.
Adrian Krişan
Adrian Krişan (7 may 1980) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Adrian Krişan Rumıniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Har Krişan
Har Krişan - pənc. ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਕ੍ਰਿਸ਼ਨ ਜੀ. (1556-1664). Siqhlərin səkkizinci qurusudur. yaşında ikən atası Quru Har Rayın vəfatından sonra quru elan edilmişdir. Az sonra Dehliyə köçmüş, səkkiz yaşında ikən burada vəfat etmişdir.
Kaesanq Panqarep
Kaesanq Panqarep (25 dekabr 1994-cü il təvəllüdlü) — İndoneziya siyasətçisi, sahibkarı və Youtuberi. İndoneziyanın 7-ci prezidenti Coko Vidodonun üçüncü və ya ən kiçik oğlu. Beynəlxalq Bakalavr diplomu ilə Sinqapurda Anqlo-Çin Məktəbini bitirmişdir. 2023-cü ilin sentyabrında İndoneziya Həmrəylik Partiyasının (PSI) sədri təyin edildi. Sinqapurda ACS İnternational-ı Beynəlxalq Bakalavr Diplomu ilə və Sinqapur Sosial Elmlər Universitetini bitirmişdir. O, hazırda Erik Tahir ilə birlikdə Liqa 1 Persis Solo futbol klubunun sahibidir. == Şəxsi həyatı == Kaesanq Cokyakartada 10 dekabr 2022-ci il tarixində indoneziyalı model Erina Qudono ilə evləndi. == Karyera == === İnternet şəbəkəsi === O 2011-ci ildə "gündəlik anak kampunq" və ya "cənab kacanq" adlı bloqqer kimi məşhur oldu. Onun yazı tərzi şəxsi həyatı və ailəsi ilə əlaqəsi yaradıcı və komikdir. Bəzən atasını blusukan (bro,qardaş) kimi müşayiət edir.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Bove) — La Liqa klubu Barselonadan icarə əsasında Atletiko Madriddə mərkəz müdafiəçisi kimi çıxış edən fransalı peşəkar futbolçu. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Kələşan (Salmas)
Kələşan (fars. كلشان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 1,417 nəfər yaşayır (330 ailə).
Kəsran (Tarım)
Kəsran (az.-əski. کسران‎, fars. کسران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 229 nəfər yaşayır (64 ailə).
Vensan Kandela
Vensan Kandela — Fransa futbolçusu. "Tuluza" və "Genqam"da bir neçə mövsüm keçirən fransız 1997-ci ildə ölkə xaricinə çıxmaq qərarına gəldi, nəticədə növbəti komandası "Roma" oldu. Romalıların heyətində ardıcıl səkkiz mövsüm, üstəgəl bununla üst-üstə düşən yığmaya çağırışlar (40 oyun, 5 qol) müdafiəçinin karyerasının zirvəsidir. Avropa və dünya çempionu titulları, eləcə də "skudetto" – oyunçuların böyük əksəriyyəti belə kolleksiyanı yalnız arzulaya bilər. Romadan sonra Vensan iki il ərzində dörd komandada – "Bolton", "Udineze", "Syena" və "Messina"da olub. Yəqin ki, Kandelanın ən pis mövsümü. Zəif "Syena" və "Messina"da çıxış etməklə o, heç əvvəlki etibarlılığına yaxınlaşa da bilmirdi. Bu azmış kimi Siciliya klubu "A" Seriyasını tərk etməli oldu. Dünya (1998) və Avropa çempionu (2000), İtaliya çempionu (2001) və Superkubokunun sahibi (2001). Sentyabrın əvvəlində Kandela rəsmi şəkildə karyerasını bitirdiyini açıqladı: "Mənim vaxtım çatıb, yolu gənclərə verməyin zamanıdır.
Vensan Kassel
Vensan Kassel (23 noyabr 1966[…], XV arondisman (Paris)) — Fransız aktyor. Fransa'da yaxşı personajları oynaması ilə tanınan Cassel, Amerikan filmlərində əsasən pis adam olaraq yer alır. Cassel 2013-cü ilə qədər italyan aktrisa Monika Belluççi ilə evli olmuşdur. Bu evlilikdən Deva və Leonie adlı 2 qız övladı var. Vincent Cassel İngliscə, Portuqalca ve İtalyanca danışa bilir. Cassel əsasən Oceanın 12 dostu , Oceanın 13 dostu və Qara qu quşu (film, 2010) filmlərində göstərdiyi aktyorluqla ön plana çıxmışdır. 2008-ci ilin oktyabr ayında Yves Saint Laurent kişi parfümü üçün L'Oréal'ın yeni reklam üzü olaraq anlaşma imzaladı.
Vensan Oriol
Vensan Oriol (fr. Vincent Auriol; 27 avqust 1884, Revel, Fransa - 1 yanvar 1966, Paris, Fransa) - 1947-1954-cü illərdə Fransa Respublikasının 16-cı prezidenti.
Fyodor Avelan
Fyodor Karloviç Avelan (isv. Theodor Kristian Avellan, rus. Фёдор Ка́рлович Авела́н; 31 avqust (12 sentyabr) 1839, Loviysa[d] – 17 (30) noyabr 1916, Petroqrad) — Rusiya hərbi və dövlət xadimi, general-adyutant (1903), tam admiral (1905), 1903–1905-ci illərdə Dənizçilik Nazirliyinin rəhbəri. == Həyatı == Avelan 1857-ci ildən Hərbi Dəniz Qüvvələrində xidmət, müxtəlif gəmi və birləşmələrə komandanlıq etmişdir. 1896-cı ildə köməkçi, 1896-cı ildən isə Baş Dəniz Qərargahının rəisi təyin edilmişdir. 1903-cü ildə Avelan Dənizçilik Nazirliyinin rəhbəri olmuşdur. Rusiya-Yaponiya müharibəsində (1904–1905) Rusiya donanmasını məğlub etməkdə günahlandırılaraq 1905-ci ilin mayında vəzifəsindən azad edilmişdir. 1914-cü ildə Avelan Dövlət Şurasının üzvü olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Авелан, Федор Карлович // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Mentha × vesana
Mentha × gracilis (lat. Mentha × gracilis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Mentha arvensis var. gracilis (Sole) Nyman Mentha gentilis var. gracilis (Sole) Wahlenb.