Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Həna
Həna — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,358 nəfər və 1,335 ailədən ibarət idi.
Kana
Kent
Kent (ing. Kent. /kɛnt/;, lat. Cantium, Canthia) — İngiltərədə qraflıq. Cənub-Şərqi İngiltərənin tərkibində yerləşir. Paytaxtı və ən böyük şəhəri Meydstondur. Əhalisi — 1 359 milyon nəfər (qraflıqlar arasında 1-ci yer; 2004-cü ilin hesablamaları).
Keta
Keta (lat. Oncorhynchus keta) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında Qorbuşadan sonra ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Qiymətli sənaye balığı sayılır. == Təsviri == İndiyənə kimi qeydə alınmış ən uzun balıq 100 sm uzunluğa və 15,9 kq çəkiyə sahib olmuşdur. Ömür müddəti 7 ildir. Digər məlumata əsasən Alyaskada 109 sm uzunluğa və 20,8 kq çəkiyə sahib balıqlar aşkarlanmışdır. == Areal == Bu balıqlar Sakit okean qızılbalıqları arasında ən böyük aereala malik olanlarıdır. Şimal Buzlu okeanda onlar Kolıma, İndigirka, Yana və Lena çaylarına girirlər. Kamçatka, Saxalin, Kuril adaları, Kanadada Makkenzi çayı, Kaliforniyada Monterey körfəzində yayılmışdır.
Keşa
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Kina
Kina — Papua-Yeni Qvineyanın pul vahidi. == Xarici keçidlər == Currency (Official Bank of PNG) Bank of Papua New Guinea PDF Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine Papua New Guinea Paper Money Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənaf
Çətənə (lat. Cannabis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Bu bitkinin lifi də kətanın lifi kimi, əsasən toxuculuqda istifadə edilmişdir. Bu oxşar bitkilər arasında da bir yaxınlıq vardır. Bu bitkinin lifindən təsərrüfatda, toxumundan isə ərzaq kimi istifadə edilmişdir. Bu bitki də Azərbaycanda qədimdən becərilmişdir. Orta əsrlərdə isə onun yayılma arealı daha da genişlənmişdir. Çətənə XIX əsrdə Quba qəzasının bir sıra kəndlərində və Yelizavetpol quberniyasında becərilmişdir. Çətənə bitkisi XX əsrin əvvəllərində Zaqatala dairəsində, Şəki və Lənkəran qəzalarında geniş yayılmışdı. Çətənə toxumu şum edilmiş sahəyə martın axırlarında səpilir.
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. == Tarixi == Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. == Ümumi məlumat == Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Lena
Lena (ad) — qadın adı. Lena çayı — Rusiyada çay. Lena dirəkləri — Lena çayı sahilində yerləşən təbiət abidəsi. Lena (kommuna) — kommuna.
Məna
Məna bu mənaları ifadə edə bilər:
Rəna
Rəna — Qadın adı.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Vena
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
Yena
Yena (alm. Jena‎ [ˈjeːna]) — Almaniyanın Türingiya torpağında, Zal çayı sahilində Erfurtdan sonra ikinci böyük şəhər olan universitet şəhəri. Şəhərin əhalisi 110.321 nəfərdir. (2016). Şəhər 1558-ci ildə açılmış, hazırda 20 mindən çox tələbənin təhsil aldığı universiteti ilə məşhurdur. 1874-cü ildə dəmir yolunun inşası ilə Yena sənaye mərkəzi kimi inkişaf etdi. ADR dövründə burada optik-mexaniki sənayenin mərkəzi - təxminən 60 min nəfərin işlədiyi ən böyük müəssisə olan Carl Zeiss zavodu yerləşirdi. 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra Yena sənaye şəhərindən elm və təhsil mərkəzinə çevrildi. Yenada bir çox tədqiqat laboratoriyası və institutu var. Şəhərin öz planetarisi, rəsədxanası, botanika bağı və dəqiq mexanika, oftalmik optika və tibb sahəsində mütəxəssis hazırlayan bir məktəbi var.
Keya
Keya (Keos, Tsia, yun. Κέα ή Τζια) — Yunanıstanda, Egey dənizinin cənubunda ada. Afinaya ən yaxın olan Kiklad arxipelaqının adasıdır. Varlı afinalılar Keya adasını Attikaya yaxınlığına görə sevirdilər. Bu, Sunion burunundan cəmi 20 kilometr məsafədədir. Adaya Lavriondan bərələr və Pireydən sürətli qayıqlar xidmət göstərir. İnzibati mərkəzi İulidadır. 2011-ci il siyahıyaalınmasına əsasən 2,455 nəfərlik əhaliyə sahib idi.
Hun Sen
Hun Sen (khm. ហ៊ុន សែន; 5 avqust 1952) — 1985-ci ildən etibarən Kambocanın Baş naziri, Kambocanın ən uzun hakimiyyətdə olan hökumət başçısı və dünyanın ən uzun hakimiyyətdə olan liderlərindən biri olan kambocalı siyasətçi. Hun Bunal adı ilə anadan olub, qırmızı kxmerlərə əsgər kimi qoşulduqdan iki il sonra 1972-ci ildə adını Hun Sen olaraq dəyişdirdi. Kamboca vətəndaş müharibəsində qırmızı kxmerlər tərəfində vuruşdu. 1979–1986-cı illərdə və yenidən 1987–1990-cı illərdə Vyetnam tərəfindən nəzarət edilən hökumətdə Kamboca Xarici İşlər Naziri vəzifəsində çalışıb. 26 yaşında eyni zamanda dünyanın ən gənc xarici işlər naziri adını da qazanmışdı. Hun Sen 1985-ci ilin yanvarında tək partiyalı Milli Məclisdə 1984-cü ildə vəfat edən Chan Sının yerinə təyin edilməklə Baş nazir vəzifəsinə yüksəldi. 1993-cü ildə BMT-in dəstəklədiyi parlament seçkilərinə qədər vəzifəsini saxladı. Seçkilərdə məğlub olan Sen nəticəni qəbul etməyi rədd etdi və ayrılıqçı hərəkatı təhdid etdi. MBDKKMBC ilə danışıqlardan sonra Norodom Ranarit və Hun Sen koalisiya dağılana və Sen 1997-ci ildə Ranariti devirən çevriliş təşkil edənə qədər eyni zamanda Birinci və İkinci Baş nazir vəzifələrini icra etməyi qəbul etdilər.
Hun dili
Hun dili və ya Hun türkcəsi — vaxtı ilə mövcud olmuş hunların dili. Yunan, latın və çin mənbələrindəki müəyyən sözlərə görə tanınır. Müasir dövrə qədərə gəlib çatmış sözlərin analizinə görə türk dilləri qrupuna aid edilir. == Dövrümüzə çatmış sözlər == Avropa hunlarının müasiri oln müşahidəçilər və VI əsrdə yaşamış tarixçi Jordanes hunların istifadə etdiyi dildən 3 sözü dövrümüzə gəlib çatmasına nail olmuşdurlar.Kəndlərdə bizə ərzaq - qarğıdalı əvəzinə darı və yerlilərin dediyi kimi medos verilirdi. Bizi müşayət edən iştirakçılar darı və buğdadan hazırlanmış içki - hansıki barbarlar kamos adlandırır - aldılar.Hunlar Attilanı belə mərsiyyələrlə - onlar bunu strava adlandırır - ağlaşma qurmaqla, onun məbədi üzərində böyük ehtişamla qeyd edirdilər.Bu medos bal şərabı kimi bir içkidir, kamos buğda içkiçi, strava dəfn mərasimidir. Maenchen-Helfen iddia etmişdir ki, strava slavyan dilində danışan bir məlumatçıdan gəlmiş ola bilər. Hun dili barədə digər bütün məlumatlar onların tayfaları və şəxs adları ilə bağlıdır. == Türk dili olması barədə == Karl Henrix Menges və Omelian Pritsak kimi bir çox tarixçilər düşünürlər ki, hunlara aid olan xüsusi sözlər ancaq Türk dili və ya Altay dil ailəsi ilə əlaqələndirilə bilər. Menges dil dəlillərinə arxalansa da, hunlara münasibəti "onları türk və ya türklərə yaxın hesab etməyin etnoloji səbəbləri var" deyir. Bundan başqa, Menges hunların monqolca və ya tunqus dillərindən birində və ya türkcə ilə monqolcanın arasındakı hansısa dildə danışa biləcəyi ehtimalını da bildirir.
Hun imperiyaları
Hun inqilabı
Hun inqilabı — Eramızın dördüncü əsrinin əvvəlinə doğru, Mərkəzi Asiya, Qərbi Sibirin cənub ərazilərində, Filizli və Dağ Altayın bir hissəində, yaşayan hunlar yarım millionluq ordu çıxarmağa qadir güclü dövlət yaratdılar. Etnosun qüvvəsinin zirvə nöqtəsinə çatan energetik partlayış yaxınlaşırdı. Hunlar kimi döyüşkən və enerjili etnos, artıq nisbi hərəkətsilik vəziyətində qala bilməzdi, onun yığılmış enerjisi öz tətbiqini tapmalıydı, ama bunun üçün dövlət səriştəsi olan, dahi, qətiyətli və böyük hərbi istedadı olan başçı lazım idi. Və belə lider tapıldı. Bu hunların yeni şanyusu Attila(Edil) idi. Hunlar Attilanın başçılığı ilə sürətlə dünya tarixinə, özüdə onun zirvələrinə, daxil oldular. Attila hun dövlətində 431-ci ildə hakimiyətə gəldi. Mərkəzi Asiyada və cənubi Sibirdə sıxılan hun cəmiyətinin əhvalını tuta bilən Attila, yaxın on il üçün hərəkət planını hazırladı. Attilanın ilk etdiyi hunların Qərbə hərəkətinin başlanması oldu. 432-ci ildə hun ordusu Volqanı(İdil) keçib cənub-qərbə, Don, Dneprin aşağı və orta axarına tərəf hərəkətə başladı.
Hun qəbiristanlığı
Hun qəbiristanlığı — Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi vahidində yerləşən Buzovna qəsəbəsindəki tarixi məzarlıq. Azərbaycanın ən qədim qəbiristanlıqlarından olan Hun qəbiristanlığı hazırda Buzovnadakı ən qədim qəbiristanlıq hesab olunur. Onun tarixi bizim eradan əvvəl III əsrə aid edilir. Burada çox qədim qəbirlər, sərdabələr və bir də türbə vardır. Həmin türbənin tarixi qəbiristanlığın tarixi qədər qədim deyil, İslam dininin yayıldığı tarixdən sonraya aiddir. İçərisində 4 qəbir olan bu türbə Məhəmməd Əli türbəsi adlanır. Bu türbənin adı vaxtilə sultanlardan birinin təyin etdiyi xəlifənin adı ilə bağlıdır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud da əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunmuşdur. Tarixin müxtəlif dövrlərində Hun qəbiristanlığının böyük bir hissəsi məhv edilmişdir, qəbir daşları sındırılmışdır. Hazırda baxımsız vəziyyətdə olan bu tarixi məzarlıq Sovet hakimiyyəti illərində çox böyük zərər görərək, dağıdılmışdır.