Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
HƏP
Haqq Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilən, 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatlna alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Haqq Ədalət Partiyasının üzvlərinin 65.3%-i kişi, 34.7%-i isə qadın olmuşdur. == Haqqında == Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan sonra Əli İnsanov noyabr ayının 24-də Haqq Ədalət Partiyasını yaradacağını elan edib. Partiya yaratmaq üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmış, Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə Təşkilat Komitəsinin sədrinin katibi seçilib. Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılıb. İşlər tamamlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransı üçün yer ayrılması səbəbi ilə müraciət olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya özünün yer tapmasını tövsiyə etmişdir. Təsis konfransında Təşkilat Komitəsi sədri Əli İnsanovun namizədliyi sədr postuna sürülmüşdür.
Kek
Pirojna — şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu. == Pirojnanın növləri == === Şokoladlı pirojna === ==== Ərzaqlar ==== 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda ==== Hazırlanması ==== Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun! === Portağal sufleli pirojna === ==== Tərkibi ==== biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q un sufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu ==== Hazırlanması ==== Yumurtaları şəkər tozu ilə çalın.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Ker
Ker - türk və altay mifologiyalarında pis varlıq. Gər (Gir, Kir) olaraq da deyilir. O varlığın pis bir xüsusiyyətə sahib olduğunu göstərir. Tek ayaqlı, tək gözlü, tək qollu keçəl varlıqlardır. Şumerlerde Qur adlı bir yer altı canavarı bulunur ki, yer altında yaşayan varlıqların Ker sözcüyü ilə təyin olunması bununla əlaqəli ola bilər. Yeraltında yaşadığına inanılan "Ötker" adlı pis varlıqlar da bunların bir növüdür. O biri aləmə aid canlılar daim tək gözlüdür. Ker sözünün kor mənasını verdiyini qarşıya qoyan görüşlər də mövcuddur. Bu sifətlə xatırlanan beş əhəmiyyətli varlıq tapılar. Ker Yutpa: Yeraltı əjdahası Ker Abra: Yeraltı ilanı Ker Arat: Yeraltı balığı Ker Doydu: Yeraltı balığı Ker Köylek: Yeraltı cadugəri == Etimologiya == (Ker/Gər/Gir) kökündən törəmişdir.
Kev
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Krep
Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. == Pənkeyk == İngilislər və amerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir. == Blin == Rusların və bir sıra başqa slavyanların krepləridir.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Rep
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Ket
Ketlər
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Ket Susi
Ketrin Ellen Susi (ing. Katherine Elaine Soucie; 20 fevral 1967, Nyu-York, Nyu-York ştatı) — ABŞ səs aktrisası . Adı tez-tez Ket Susi və ya Ket Eleonor Susi kimi qeyd edilir. O, əmək fəaliyyətinə 1979-cu ildə başlamışdır və bu günə kimi fəaliyyətini davam etdirir. O, cizgi filmlərində və cizgi seriallarında (xüsusilə "The Walt Disney Company" tərəfindən istehsal olunanlar), eləcə də video oyunlarda bir çox personajları səsləndirmişdir. Susi Ohayo ştatının Klivlend şəhərində anadan olmuşdur.
Ket dili
Ket dili — Sibirin mərkəzindəki Yenisey vadisində Ketlər tərəfindən danışılan dil; danışanların sayı cəmi 200 nəfərdir. Ket dili mürəkkəb qrammatik quruluşa malikdir. Harvard Universitetini bitirmiş dilçi alim və Məhv olmaq Təhlükəsi ilə üzləşmiş Dillər İnstitununun direktoru Qreqori Andersona görə ola bilər ki, ket dili Navajo kimi qədim Amerika dillərinin uzaq qohumudur. == Ket əlifbası == 1930-cu ildə Ket dilinin latın əlifbası əsasında əlifbası tərtib edilmişdir. 1980-cı ildə Ket dilinin kiril əlifbası əsasında yeni əlifbası tərtib edilmişdir.
Ket çayı
Ket çayı — Sibir ərazisindən axan çay, Obun sağ qolu. == Coğrafiya == Uzunluğu - 1621 km, hövzəsinin sahəsi - 94,2 min km²-dir. Başlanğıcını Ob-Yenisey su ayrıcısından götürür. Qərbi Sibir düzənliyi boyunca, Krasnoyarsk diyarı və Tomsk vilayətinin ərazisindən axır. Orlovka çayının axınından əvvəl çay dolama olaraq axır. Aşağı axarlarda isə çoxlu kanallara bölünür. Ket Oba iki qola birləşir - Toqur Ket və Kopılov Keti. Orta illik axını 560 m³/s-dir. İldə 17.7 km³ su baxıdır. May-avqust aylarında gursululuq müşahidə olunur.
Key Marumo
Key Marumo (d. 6 mart 1992, Osaka, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Key Marumo 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Marumo həm də 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Key Marumo 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Key Marumo komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Key Okami
Key Okami (岡見 京子, Okami Keiko, 11 sentyabr 1859[…], Aomori – 2 sentyabr 1941, Tokio[d]) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Həyatı == Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib. == Tibb təhsili == Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib. O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Tibb karyerası == Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi.
Key West
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Keyp-Breton
Keyp-Breton (ing. Cape Breton Island, fr. Île du Cap-Breton) — Şimal-şərqdən Yeni Şotlandiya yarımadasından Kanso boğazı, Uels Şahzadəsi (ada)sından isə Müqəddəs Lavrentiya körfəzi ilə ayrılır. Mikmaki dilində Unama’kik — "Duman Torpağı". Ada inzibati cəhətdən Yeni Şotlandiya vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 10 311 km² təşkil edir (Adaların dünyada sahəsinə görə sıralsması]]nda 75-ci, Kanadada isə 18-ci yeri tutur. Adada laqun məşəlli Bra-d'or gölü vardır. Onun sadəsi 932–1099 km² arasında dəyişiir. Ən hündür zirvəsi Vayt-Hill dağıdır (532 m). Dağ zirvəsi sıldırımlıdır.
Keyp-Fir
Keyp-Fir (ing. Cape Fear) ― Şimali Karolina sahillərində Keyp-Fir çayının mənsəbini Atlantik okeanından ayıran dil. Çayın hövzəsi boyunca Uilminqton şəhəri yerləşir. Şimali Karolina ştatı əhalisinin dörddə biri burada yaşayır. Keyp-Fir özünün qumlu çimərlikləri ilə seçilir. Bold-Hed-Aylend kəndində yaşayış məntəqələri vardır ki, onlarda dilin qurtaracağına yaxın yerləşir. Burada avtomobillərin hərəkəti qadağandır. Dil ərazisində Cey Li Tomsonun «Qorxu burnu (1962)» və Martin Skorsezenin «Qorxu burnu (1962)» filmləri çəkilmişdir. Dilin dayazlıqları hər zaman dənizçilərdə qorxu yaradırdı. Buranı Kiçik Atlantida qəbrstanlığı adlandırırlar.
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. == Coğrafiya == Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, xosa. iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Keyp-York
Keyp-York (ing. Cape York Peninsula) — Avstraliyanın Kvinslend ştatı ərazisində yerləşən, şərqdən Mərcan dənizi, qərbdən Karpentariya körfəzi, şimaldan isə Torres boğazı ilə əhatələnir. Bu dünyanın mənimsənilməmiş yarımadasıdır. Onun insan sivilizasiyası tərəfindən toxunulmayan rütubətli meşələrəri və savannaları böyük dərin ekoloji əhəmiyyət daşıyır. Hazırda rütubətli tropik meşələrin UNESCO Ümumdünya irsi siyahısına namizədliyi göstərilir. Keyk-York yarımadası 137 000 km² sahəyə malikdir. Yarımadanın şərq hissəsi dağlıqdır, qərbi isə düzən relyefə malikdir. Yarımada ərazisində ümumilikdə 18 min insan yaşayır ki, onlarında ~60 % yerli avstraliya aborigenlərindən ibarətdir. Yarımadanın şimal qutaracağında York burnu yerləşir. Buradan Yeni Qvineya sahillərinə qədər məsafə 160 km təşkil edir.