Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Koulun
Koulun (ierd. 九龍, ing. Kowloon, hərfi mənası "9 əjdaha" deməkdir) — Honkonq şəhərinin yarımada hissəsində yerləşir (Yeni ərazi daxil olmamaq şərti ilə). Koulun və Yeni Koulun yarımadalarından ibarətdir. == Ümumi məlumat == Koulun şərq hissəsi Leyumun körfəzinə və Stounkatterz adasına, şimal hissəsi isə Teyta və Lvin daşlarına, cənub hissəsi isə Viktoriya buxtasına daxil olur. Əhalisi 2006-cı ilin məlumatına əsasən 2019533 nəfərdir. Əhalinin sıxlığı hər km²-də 43 nəfər/km² nəfərdir. Yarımadanın sahəsi 47 km²-dir. Honkonq adası ilə birlikdə Honkonq rayon adminstrasiyasının 47% təşkil edir. == Adminstrasiya == Buraya aşağıdakı adalar daxildir: Yau Tsim Mong (Yau Tsim Mong, 油尖旺區) — əhalisi 281 min nəfər, sahəsi 6,99 km².
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Sirem kuleni == Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin yaranma tarixi bəlli deyil. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Külüç
Külüç (az-əbcəd. کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Ayşe Kulin
Ayşe Kulin (26 avqust 1941, İstanbul) — Türk roman yazarı. == Həyatı == Ayşe Kulin 26 avqust 1941-ci ildə İstanbulda anadan olmuşdur. Yazdığı bioqrafik əsərləri və romanları ilə ən çox oxunan yazarlardan birinə çevrilmiş və bir çox mükafatlara layiq görülümüşdür. Üslubundakı axıcılıq və açıqlıq yazarın kitablarının ssenariləşdirilib ekranlaşdırılmasının əsas səbəbidir. Arnavutköy Amerika Qız Kollecinin Ədəbiyyat fakultəsini bitirib. Bir çox qəzet və dərgilərdə redaktor və jurnalist kimi işləyib. Həmçinin də, uzun illər boyu televiziya, reklam və filmlərdə səhnə prodüseri və ssenarist kimi çalışmışdır. == 1984–1996-cı illər == Hekayələrdən ibarət ilk kitabı "Üzünü günəşə tərəf döndər" 1984-cü ildə işıq üzü görüb. Kitabdakı "Gülizar" adlı hekayə "Sınıq gəlincik" adı ilə 1986-cı ildə ekranlaşdırıldı və Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü. 1996-cı ildə Münir Nureddinin yaşamını əks etdirən "Şirin bir sakitlik" adlı kitabı nəşr olundu.
Bulun ulusu
Bulun ulusu (saxa Булуҥ улууһа) — Rusiya Federasiyası, Saxa Respublikası tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Tiksi şəhər tipli qəsəbəsidir. == Coğrafiya == Rayonun sahəsi 235.1 min km²-dir. Yakutiyanın şimalında Lena, Olenok və Omoloy çaylarının aşağı axınlarında yerləşir. Respublikanın Arktik qurşaqda yerləşən ulusları qrupuna aiddir. Ulusun ərazisinə Yeni Sibir adaları daxildir. Şərqdə Ust-Yana və Verxoyansk ulusları, cənubda Even-Bıtantay və Jiqan, qərbdə Olenok və şimal-qərbdə Anabar ulusları ilə sərhədlənir. Şimal və şimal-şərqdə Laptevlər dənizi, Yeni Sibir adalarının şərqindən isə Şərqi Sibir dənizinin suları ilə yuyulur. Ulus Saxa Respublikasının ən böyük uluslarından biridir. Təbii şərait Relyefə görə ulusun ərazisi iki hissəyə bölünür.
Kulon qanunu
Kulon qanunu – sükunətdə olan yüklü iki nöqtəvi cismin vakuumda qarşılıqlı təsir qüvvəsi onların yüklərinin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu qanunu 1785-ci ildə fransız alimi Şarl Kulon kəşf etmişdir. Şarl Kulon ilk dəfə bu qanunu burulma tərəzisinin köməyi ilə tapmışdır. == Düstur == F = k C | q 1 | | q 2 | r 2 {\displaystyle F=k_{C}{\frac {|q_{1}||q_{2}|}{r^{2}}}} Burada: F {\displaystyle F\ } qüvvət, q 1 {\displaystyle q_{1}\ } birinci kütlənin yükü, q 2 {\displaystyle q_{2}\ } ikinci kütlənin yükü, r {\displaystyle r\ } aralarındaki məsafə, k {\displaystyle k\ } tərs mütənasiblik əmsalıdır.
Kunlun dağları
Kunlun dağları (çin. 崑崙山) -Tarim çökəyinin qərb kənarında Gezdərya və Yarkənd çayları arasında yerləşən Konqur (7719 m) və Muztaqata (7546 m) massivlərindən başlayıb əvvəlcə cənub şərqə, sonra isə şərqə uzanaraq, Qırmızı hövzənin şimal-qərb kənarında (Sino-Tibet dağlarına) qədər uzanır. == Hündürlüyü == Kunlun dağları yüksək zirvələrin hündürlüyünə görə yalnız Himalaydan geri qalır, uzunluğu isə Himalay dağlarının uzunluğundan xeyli artıqdır. Orta yüksəkliyi (6000 m) Himalay dağlarının orta yüksəkliyinə bərabərdir. Dağların qərb hissəsi çox yüksəkdir. Burada bir çox qarlı-buzlu massiv və zirvələr yerləşir. (Muztaq 7282 m). Lakin bu hissədə o suayırıcı təşkil etmir. Öz mənbələrini Qaraqorum dağlarının şimal yamaclarından alan Yarkənd, Karakaş və b. çaylar Kunlunu dərin dərələrlə kəsib Tarim çökəyinə çıxırlar.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Külüg Bilgə
Külüg Bilgə xaqan - atası II Qutluqdan sonra taxta gəlmiş və cəmisi 3 il taxta qalmışdır. 806-cı ildə Çindəki Mani məbədi məhz onun istəyi ilə yenidən açılmışdı. 808-ci ildə vəfat etmişdi. Övladsız olduğu üçün yenidən seçki ilə hökmdar seçilmişdi.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.
Külür (dəqiqləşdirmə)
Külür — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər. Külür (Ərdəbil) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd.
Külür (Ərdəbil)
Külür (fars. كلور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (21 ailə).
Külüs nekropolu
Külüs nekropolu — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində arxeoloji abidə. == Tarixi-coğrafi mövqeyi == Şahbuz rayonu ərazisində, Külüs kəndinin şimal tərəfindəki yamacda, eyni adlı çayın sol sahilində yerləşir. == Tədqiqi tarixindən == Abidə 1976-cı ildə V.H.Əliyev tərəfindən qeydə alınmış, Külüs qalası və nekropolu haqqında D.A.Axundov da məlumat vermişdir. 1990-cı ildə V.B.Baxşəliyev burada tədqiqat işləri apararaq, dağılmış qəbirlərdən birinin divarının ölçülərini götürmüşdür. Onun uzunluğu 0.6, eni 0.2 m olub, divarı kiçik daşlarla iki cərgə hörülmüşdü. Nekropoldakı qəbirlər daş qutu tipli olmuşdur. Skelet qalıqları olduqca pis saxlanmışdı. == Aşkarlanmış maddi-mədəniyyət nümunələrinin xüsusiyyətləri == Buradan tapılan maddi-mədəniyyət qalıqları əsasən boz rəngli küpə qırıqlarından ibarət olub formaca bir-birindən fərqlənir. Qabların gilinə narın qum qatılmış boz, yaxud qara rəngdə bişirilmişdir. Qabların daxili səthində saxlanmış konsentrik izlərə əsasən demək olar ki, onlar dulus çarxında hazırlanmışdır.
Külüş (Nəmin)
Külüş (fars. كلش‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 744 nəfər yaşayır (224 ailə).
Liu Fulun
Liu Fulun - Tiefu konfederasiyasının şərqdəki II başçısı. Atası Kubeyin böyük oğlu olan Liu Menq idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Ölüm tarixi bilinmir.
Sülün Osman
Osman Ziya Sülün və ya Sülün Osman (1923, Konstantinopol – iyul 1984, Bəyoğlu) — Türkiyə dələduzu. == Həyatı == Osman Ziya Sülün 1923-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, adını məşhurlaşdıran ilk fırıldaqçılıq işini 1948-ci ildə İstanbulun Fateh rayonunda kirayə köçdüyü evin sahibinə qarşı etmişdir. Sülün 1950–1960-cı illərdəki işləri ilə şöhrət qazanan Sülün Osman tramvay, Qalata qülləsi, şəhər meydanlarındakı saatlar, şəhər xətləri və dəniz paroxodları kimi dövlət mülklərini insanlara sataraq və ya kirayə verərək məşhurlaşmışdır. Bəzi mənbələrə görə o, Qalata körpüsünü satmaq istəyərkən təsadüfən tutulur və polis nəzarətinə alınır. Buna baxmayaraq, onun 23 yanvar 1961-ci il tarixində Zeytunburnu rayonunda qumar oynadığı yerdə kumar polis tərəfindən yaxalandığı da iddia edilir. Sülün Osman 1961-ci ildə həbs olunur. O, 1962-ci ildə "Əmək ilə yaşamaq" mövzusunda bir konfrans keçirmişdir. Osman Ziya Sülün ölümü ilə bağlı dəqiq bir məlumat yoxdur. Polis təxmin edir ki, Osman Ziya Sülün 1984-cü ilin iyul ayında İstanbul şəhərinin Bəyoğlu rayonunda infarktdan vəfat etmişdir.
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.