Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klapan
Klapan – maşın və boru kəmərlərində qaz, buxar və ya maye axınını tənzimləmək məqsədi ilə axın kəsiyinin sahəsini dəyişən hissə, yaxud yığım). Maşınlarda (nasos, kompressor, daxili yanma mühərriki və s. == Texnikada == Klapan boru armaturlarında, kranlarda və diskli qapayıcılarda tətbiq tapır. Onlardan fərqli olaraq şiberlərdə klapanın tənzimləyici elementi işçi mühitin hərktinin oxuna paralel olaraq hərkət edir. İşləmə prinsipinə görə bölünürlr: Bağlayıcı klapan Tənzimlətici klapan Əksəlaqə klapanı Qoruyucu klapan Azaldıcı klapan İmpuls-qoruyucu klapan Birbaşa təsir klapanı Bilavasitə təsir klapanı Hidroklapan == Tibbdə == Ürək klapanı Trikuspidal klapan Aorta klapanı Mitral klapanı İloesekal klapanı == Musiqi alətlərində == Musiqi alətlərində tətbiq olunan klapanalar: müxtəlif tenor və basa malik blokfleytalar, rauşpfayfa və s. - əl barmaqları ilə bağlanması çətilik yaradan, bir-birindən uzaq yerləşən çalğı deşiklərinin bağlanmasında istifadə olunur. Digr çalğı alətlərində - fleyta, klarnet, saksofon, qaboy və s.-lərdə səslənmə diapazonunu genişləndirmək və applikasiyanı rasionallaşdırmaq (barmaqların işlməsini asanlaşdırmaq) üçün tətbiq olunur. == Mənbə == Клапан, в технике // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Kompas
Kompas (it. com-passo — qövs yolu; XX əsrin əvvəllərinə aid mənbələrdə qiblənüma, az.-əbcəd قبله نما‎) — fəzada istiqaməti təyin etmək üçün tətbiq olunan ölçü cihazıdır. XI əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi. == Tarixi == Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasıdır. Kompas ilk dəfə eradan əvvəl təqribən 3–2-ci əsrlərdə Çində icad edilmişdir. İlk kompas qayıqvari maqnitdən ibarət idi.
Klapa
Klapa (xorv. Klapsko pjevanje) — Xorvatiyanın Dalmaçiya vilayətində ənənəvi a kapella oxuma forması. 2012-ci ildə klapa YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. == Haqqında == "Klapa" sözü "dostlar dəstəsi" kimi tərcümə olunur və onun kökləri sahilboyu kilsə oxumasına gedib çıxır. Ənənəvi klapa oxuması kilsə mərasimləri və sadə insanların gündəlik həyatı ilə bağlı olaraq, xorun köməyilə insanların daxili tələbatlarından yaranan ünsiyyətini səciyyələndirir. Adətən, bayram şəraitində kişilərdən ibarət heyət çıxış edir. Klapa mahnılarında bayram, sevgi, şərab, vətən və dəniz kimi mövzular daha əsasdır. Bu istiqamətin əsas elementləri harmoniya və ahəngdarlıqdır. Ritm isə çox nadir hallarda vacib hesab olunur. Vəziyyətdən asılı olaraq, mahnı şən və şövqlü, yaxud da kədərli və sirli ola bilər.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Kapuas çayı
Kapuas (ind. Kapuas) — çay İndoneziyanın Kalimantan adasında Qərbi Kalimantan vilayətindən axır. Adanın mərkəz və qərb ərazilərindən axaraq Cənubi Çin dənizi tökülür. Mənsəbdə delta əmələ gətirir. Çayın uzunluğu 1143 km təşkil edir. Çay sisteminin sahəsi 98 000 km²-dir. İndoneziyanın ən uzun çayıdır. Bundan əlavə çay dünyada adada yerləşən ən uzun çaydır. == Hidroqrafiyası == Çayın eni 700 m, hövzəsinin sahəsi 98 749 km² təşkil edir. İllik su sərfi ortalama 5 000 m³.
Kompas (bürc)
Kompas (lat, Pyxis) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 3.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Kompas süddəyən
Kompas süddəyən (lat. Lactuca serriola) - süddəyən cinsinə aid bitki növü.Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. == Təsviri == Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari-bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir. == Sinonim == Lactuca albicaulis Boiss. [Invalid] Lactuca altaica Fisch. & C.A.Mey. Lactuca altaica Fisch.
Kaps
Kaps — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Stefan Kakaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. == Həyatı == Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədi ilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Stefan Kalaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. == Həyatı == Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədi ilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Tijen Karaş
Tijen Karaş — Türk TV aparıcısı. 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsinin qəhrəmanlarından biri – qiyamçıların əsiri olan "TRT"-nin aparıcısı. O, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə, peşəkar səviyyədə oxuyaraq insanların diqqətini çəkib. == Həyatı == Tijen Karaş 1975-ci ildə Ankaranın Yenimahelle ilçəsində anadan olub. Hacettepe Universitetinin məzunudur.Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət "Kanal D"də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən Tijen 2000-ci ildə "TRT"-də "Yaşam ve Gençlik" adlı proqrama aparıcılıq edib. "TRT Avrasya", "TRT Int" və "TRT Türk"də müxtəlif verilişləri aparıb. Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra həmin anlar haqda Tijen Karaş belə deyib: "Qorxunc dəqiqələr yaşadıq. Karyeramın ən çətin dəqiqələrini yaşadım. Hər hərəkətimiz izlənilirdi.
Qızıl kompas (film)
Qızıl kompas (ing. The Golden Compass) — Filip Pullmanın Şimal İşıqları romanı əsasında 2007-ci ildə çəkilmiş fantastika filmi. Rejissoru daha əvvəl “Oğlan haqqında” filmi ilə “Oskar”a namizəd olmuş Kris Veytsin çəkdiyi filmdə baş rollarda Nikol Kidman, Daniel Kreyq, Eva Qrin və Sem Elliot yer alıb. Film Üzüklərin ağası seriyasının istehsalçısı olan NewLine Cinema Company tərəfindən istehsal olunmuşdur. Filmin büdcəsi 250 milyon dollardır və 6 dekabr 2007-ci ildə buraxılmışdır. ABŞ-də 70 milyon dollar, dünya üzrə isə 372 milyon ABŞ dolları gəlir əldə etmişdir. == Filmin süjet xətti == Oksforddakı Cordan Kollecində internat tələbəsi olan Lyra və onun leprikonu Pantalaimon, bir gün məktəbə gələn əmisi Lord Asrielin və alimlərin yığıncağına gizlicə qulaq asarkən, “toz” adlı bir şey, “şimalda havada dayanan bir şəhər” və “cinayətlə başa çatmış kəşfiyyat ekspedisiyası” haqqında müəmmalı hekayələr eşidirlər. Bir müddət sonra ətrafdakı uşaqlar yoxa çıxmağa başlayır və daha sonra dostu Rocer də uşaq oğruları olan Hamhumlar tərəfindən qaçırılır. Çox keçmədən Liranın qəyyumluğu məktəb tərəfindən son dərəcə gözəl və cəlbedici bir insan olan xanım Koulterə verilir. Lira əvvəlcə buna etiraz edir, lakin tezliklə hamı kimi o da xanım Koulter tərəfindən şirnikləndirilir.
Karaş-Severin (judets)
Karaş-Severin judets (rum. Județul Caraș-Severin) — Banat tarixi bölgəsinin, Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 8520 km². Rumıniyanı qərbində yerləşən judetslər arasında sahəsinə görə ən böyük olan judets 3-cü yerdədir. Cənub-qərbdə — Serbiya ilə, şərqdə — Xunedoara və Qorj, şimalda — Timiş və cənub-şərqdə — Mexedintsi judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 327 579 nəfər təşkil edirdi, sıxlığı — 38,47 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
Apas rayonu
Apas rayonu (tatar. Apas rayonı, Апа́с районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənub-şərqində yerləşir. İnzibati mərkəzi şəhər tipli qəsəbə olan Apasdır. == Coğrafiyası == Respublikanın cənub-qərbində yerləşir. Bua, Təteş, Kama Tamaqı, Yuxarı Oslan, Kaybiç rayonları və Çuvaşıstan (Yalçikski rayonu) ilə həmsərhəddir. Relyefi təpəli düzənliklərdən ibarətdir. Ən böyük çay Sviyadır. Rayonun ərazisi tamamilə onun hövzəsinə aiddir. Digər böyük çayları (ümumi uzunluğu 30 km-dən çox): Bula, Ulema, Suxaya Ulema, Biya, Çeremşan, İmelli.
Patrisiya Kaas
Patrisiya Kaas (5 dekabr 1966[…]) — Fransız musiqiçisi. == Həyatı == 1966-cı ildə Fransada anadan olmuşdur. 13 yaşında musiqi yaradıcılığına başlamışdır. 2009 Avroviziya Mahnı Müsabiqəsində Fransanı Et s'il fallait le faire mahnısı ilə təmsil etmiş və səkkizinci olmuşdur. 1987-ci ildə ilk hit mahnısı Mademoiselle Chante le Blues ilə dünya səviyəsində məşhur oldu. İlk albomu Fransa, Belçika, İsveçrədə məşhurlaşdı. == Azərbaycan səfəri == 18 oktyabr 2017-ci ildə Heydər Əliyev Sarayında müğənninin konserti baş tutub. == Albomları == 1988 : Mademoiselle chante... 1990 : Scène de vie 1991 : Carnets de scène 1 1993 : Je te dis vous 1995 : Tour de charme 1 1997 : Dans ma chair 1997 : Black Coffee 1998 : Rendez-vous 1 1999 : Le Mot de passe 1999 : Christmas in Vienna VI 2000 : Long Box (Scène de vie, Je te dis vous, Dans ma chair & Le mot de passe) 2000 : Ce sera nous 1 2001 : Les indispensables de Patricia Kaas 1 2001 : Rien ne s'arrête/Best Of 1987–2001 2 2002 : Piano Bar 2003 : Sexe fort 2005 : Toute la musique...
Robert Kapa
Robert Kapa (ing. Robert Capa, əsl adı Endre Erne Fridman, 22 oktyabr 1913, Budapeşt – 25 may, 1954, Vyetnam) — Macarıstanlı fotoreportyor, fotojurnalist, müharibə fotoqrafı, Kornell Kapanın böyük qardaşıdır. Beş müxtəlif müharibələrdə: İspaniya vətəndaş müharibəsi, İkinci Çin-Yapon müharibəsi, İkinci Dünya Müharibəsi, 1948-ci il Ərəb-İsrail müharibəsində və birinci Vyetnam müharibəsində fotoçəkilişlər aparıb. == Həyatı == Robert Kapa 1913-cü ildə Dezso və Yuliya Fridman ailəsində, Macarıstanın Budapeşt şəhərində anadan olub. Macarıstandakı rejimlə əlaqədar öz gələcəyini görmədiyindən 18 yaşında, 1931-ci ildə Berlinə köçür. Orada siyasi elmlərdən mühazirələrdə iştirak edir, jurnalistika ilə məşğul olmağa başlayır. İlk olaraq Kapa yazıçı olmaq istəyirdi. Berlində tapdığı iş fotoqrafiya ilə əlaqədar olduğundan incəsənətə marağı artır. 1932-ci ildə Kopenhagendə Lev Troskiyin seriya portretlərini çəkir. Nasizmin daha da artmasina görə Kapa 1933-cü ildə Almaniyadan Fransaya köçür.
Qızıl kompas (film, 2007)
Qızıl kompas (ing. The Golden Compass) — Filip Pullmanın Şimal İşıqları romanı əsasında 2007-ci ildə çəkilmiş fantastika filmi. Rejissoru daha əvvəl “Oğlan haqqında” filmi ilə “Oskar”a namizəd olmuş Kris Veytsin çəkdiyi filmdə baş rollarda Nikol Kidman, Daniel Kreyq, Eva Qrin və Sem Elliot yer alıb. Film Üzüklərin ağası seriyasının istehsalçısı olan NewLine Cinema Company tərəfindən istehsal olunmuşdur. Filmin büdcəsi 250 milyon dollardır və 6 dekabr 2007-ci ildə buraxılmışdır. ABŞ-də 70 milyon dollar, dünya üzrə isə 372 milyon ABŞ dolları gəlir əldə etmişdir. == Filmin süjet xətti == Oksforddakı Cordan Kollecində internat tələbəsi olan Lyra və onun leprikonu Pantalaimon, bir gün məktəbə gələn əmisi Lord Asrielin və alimlərin yığıncağına gizlicə qulaq asarkən, “toz” adlı bir şey, “şimalda havada dayanan bir şəhər” və “cinayətlə başa çatmış kəşfiyyat ekspedisiyası” haqqında müəmmalı hekayələr eşidirlər. Bir müddət sonra ətrafdakı uşaqlar yoxa çıxmağa başlayır və daha sonra dostu Rocer də uşaq oğruları olan Hamhumlar tərəfindən qaçırılır. Çox keçmədən Liranın qəyyumluğu məktəb tərəfindən son dərəcə gözəl və cəlbedici bir insan olan xanım Koulterə verilir. Lira əvvəlcə buna etiraz edir, lakin tezliklə hamı kimi o da xanım Koulter tərəfindən şirnikləndirilir.