Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laklar
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Ernesto Laklau
Ernesto Laklau (isp. Ernesto Laclau; 6 oktyabr 1935, Buenos-Ayres – 13 aprel 2014, Sevilya) — Argentinalı siyasi nəzəriyyətçi, postmarksist, həyat yoldaşı Şantal Muff ilə birlikdə yazdığı Hegemoniya və Sosialist Strategiya kitanının müəllifi. Hər ikisi 1960-cı illərin sosial və tələbə hərəkatlarının üzvü olmuşlar, ancaq öz nəzəriyyələrində ənənəvi marksizmin iqtisadi determinizmini və sinfi mübarizə üzərində siyasəti inkar etmişdirlər. Öz nəzəriyyəsini diskursiv və post-strukturalist ənənəyə əsaslandıraraq, yeni sol populist hərəkatlarına (o cümlədən də Türkiyədə HPD-yə) ideoloji təsir göstərmişdir. 1985-ci ildə yazdıqları Hegemoniya və Sosialist Strategiya kitabı yeni solçu hərəkatlar ilə sosial və gender hərəkatlarını birləşdirməyə çağırır. Sosialist inqilab əvəzinə radikal demokratiya və aqonistik plüralizm ideyalarını dəstəkləmişlər. Tarixi materializmin yerinə Laklau diskursiv və dil strukturlarını qoymuşdur. Öz nəzəriyyəsində Laklau Mişel Fukonun diskurs və güc nəzəriyyəsinə əsaslanırdı. Daha sonra Laklau öz kitablarında Jak Lakanın psixoanalizinə müraciət edir və siyasi subyektivliklər, kimlik kimi məsələlərdə fantaziyaların və hisslərin rolunu izah edir. Yeni sol populist hərəkatları neoliberal hegemoniyanı dağıtmaları üçün işçi sinfi və digər qrupların hisslərinə müraciət etməyin vacibliyini izah edir.
Kalsium laktat
Sənayedə preparatı almaq üçün süd turşusunun qıcqırma prosesindən istifadə edirlər. Şəkərli maddələr (nişasta, qlükoza) qıcqırma bakteriyaları təsirindən 50ºC-ə qədər temperaturda süd turşusuna çevrilir, alınan turşu isə kalsium-karbonatla neytrallaşdırılır. ( C 6 H 10 O 5 ) n → + nH 2 O nC 6 H 12 O 6 ⟶ 2 nCH 3 − CHOH − COOH {\displaystyle {\ce {(C6H10O5)_{n}->[{} \atop {\ce {+nH2O}}]nC6H12O6->2nCH3-CHOH-COOH}}} 2 CH 3 − CHOH − COOH + CaCO 3 ⟶ ( CH 3 − CHOH − COO ) 2 Ca + CO 2 + H 2 O {\displaystyle {\ce {2 CH3-CHOH-COOH + CaCO3 -> (CH3-CHOH-COO)2Ca{}+ CO2{}+ H2O}}} Preparat ağ narın tozvaridir. Havada kristallaşma suyunu tədricən itirir. Soyuq suda az, isti suda isə yaxşı həll olur. Spirtdə, efirdə, xloroformda çox az həll olur. Preparat kalsium ionlarının mənbəyi və allergiyaya qarşı maddə kimi həblər və məhlullar şəklində tətbiq olunur. Kalsium xloriddən fərqli olaraq, selikli qişalara qıcıqlandırıcı təsir göstərmir.
Laknau Paktı
Laknau Paktı — Hindistan Milli Konqresi ilə Pakistan Müsəlman Liqası arasında, 1916-cı ilin oktyabrında Lakhnauda keçirilmiş hər iki tərəfin sonrakı birgə iclasında əldə edilən bir razılaşma idi. Pakt vasitəsilə iki tərəf əyalət qanunverici orqanlarında dini azlıqların təmsil olunmasına icazə verməyə razılıq verdilər. Müsəlman Liqası liderləri Hindistan muxtariyyətini tələb edən Konqres hərəkatına qoşulmağa razı oldular. Alimlər bunu hind siyasətində əlaqəli bir təcrübənin nümunəsi kimi göstərirlər. Razılaşma hazırlayarkən Mahajan Konqresə rəhbərlik etdi, Fəzlul Haq (1916-cı ildə həm Konqresdə, həm də Müsəlman Liqasında iştirak etmiş) və Mahatma Qandi də bu tədbirdə iştirak etdilər. İngilislər hindlilərin məmnuniyyətini təmin etmək üçün hinduların böyük təzyiqləri altında İcraiyyə Şurası üzvlərinin ən azı yarısının seçilmələrinə və Qanunverici Şuranın çoxluğuna sahib olmasına səbəb olacaq bir sıra təkliflərə baxacaqlarını elan etdilər. Həm Konqres, həm də Müsəlman Liqası bunları dəstəklədi. Hər iki partiya başa düşdülər ki, gələcək güzəştlər üçün daha böyük əməkdaşlıq tələb olunur.
Nestor Lakoba
Nestor Appolonoviç Çiçuyeviç Lakoba (1 may 1893 – 28 dekabr 1936, Tbilisi) — Sovet Abxaziyasının dövlət xadimi. Eşitmə əngəlli Lakobanı "Adaqua" ("Kar") ləqəbi ilə də çağırırdılar. 1922-ci ilin fevralında Xalq Komissarları Sovetinin sədri, 1930-cu ilin aprelindən isə Abxaziya SSR-nin Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. Stalinin özünün dediyinə görə, onun ən yaxın dostu olub. Lakoba kəndli ailəsində anadan olub. Doğulmamışdan bir neçə ay əvvəl atası öldürülüb. Kilsə məktəbində oxuyan Lakoba, sonra doğma kəndində iki illik məktəbi də bitirib. Laakoba uşaqlıqdan çox bacarıqlı olub.. С детства был весьма способным 1905-1910-cu illərdə oxuduğu Tiflis İlahiyyat Kollecini bitirib. Sonra seminariyaya girdi, 1911-ci ildə inqilabi təbliğ etdiyi üçün qovuldu.
Sariya Lakoba
Sariya Əhmədovna Lakoba (anadan olanda Cihoğlu; 1904, Batum, Batum vilayəti, Rusiya imperiyası – 16 may 1939, Tbilisi, SSRİ) — NKVD həbsxanasında dözümlülüyü, mərdliyi ilə seçilən ərinə qarşı ifadəyə məcbur edilsə də, bunu etməyən Sovet Abxaziyasının dövlət xadimi "xalq düşməni" Nestor Lakobanın həyat yoldaşı. Sariya Əhmədovna Cihoğlu Batumi şəhərində varlı acar ailəsində anadan olmuşdur . Atası Əhməd-Məmməd Cihoğlu bir çörək, bir neçə kiçik dükan, habelə çimərlik sahilində icarəyə verilən üç evə sahib idi. Anası Mələk Patladze, əslən Oçamçiradan olan müsəlman gürcülərdən idi. O, Əhməd Cihoğlu ilə 7 övlad böyüdürdü. 1920-ci ildə Nestor Lakoba İngilis işğalçılarından onun valideynlərinin evində gizlənirdi. 1921-ci ildə onlar nigaha daxil oldular. Onlar ailə quranda Sariya hələ məktəbi bitirməmişdi, bu səbəbdən Nestor Lakoba Suxumda onun üçün repititor tutmuşdu. Sariya ekstern şəkildə imtahan verdikdən sonra yetkinlik atestatı aldı, sonra isə "özünü təhsili ilə məşğul oldu, çoxlu mütaliə etdi" - Adilə Abbas oğlu xatirələrində yazırdı . "Saria çoxlu mütaliə edir və nadir kitablar toplayırdı" - Abbas oğlu danışırdı.
Caharqala (Takab)
Caharqala (fars. چهارقلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (20 ailə).
Daşbulaq (Takab)
Daşbulaq (fars. داشبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 415 nəfər yaşayır (83 ailə).
Feyzabad (Takab)
Feyzabad (fars. فيض اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (49 ailə).
Həsənabad (Takab)
Həsənabad (fars. حسن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.467 nəfər yaşayır (266 ailə).
Jak Lakan
Jak Lakan (fr. Jacques Marie Émile Lacan; 13 aprel 1901[…], III arondisman (Paris), Paris[…] – 9 sentyabr 1981[…], VI arondisman (Paris)) — Fransız psixoanalist. XX əsr Psixoanalizminin görkəmli nümayəndələrindən biri. Jak Lakan Ziqmund Freyddən sonra öz fikirləri ilə ən çox müzakirə olunan psixoloqlardan biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Kərimabad (Takab)
Kərimabad (fars. كريم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 82 nəfər yaşsyır (18 ailə).
Mainbulaq (Takab)
Mainbulaq (fars. مايين بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 392 nəfər yaşsyır (77 ailə).
Pəhləvan (Takab)
Pəhləvan (fars. پهلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır.
Qalacıq (Takab)
Qalacıq (fars. قلعه جوق‎, azərb. قالاجیق,Qalacıq‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Təkabdan 12 kilometr şərqdə, Bədrli və Yolqunağac kəndlərinin arasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Etnik baxımından kənd əhalisi müsəlman olan Azərbaycan türklərindən ibarətdir. Kənd əhalisinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır.
Qarabulaq (Takab)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Qoşabulaq (Takab)
Qoşabulaq (fars. قوشابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 172 nəfər yaşsyır (36 ailə).
Sarıbağ (Takab)
Sarıbağ (fars. ساري باغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (30 ailə).
Sarıcalı (Takab)
Sarıcalı (fars. ساري جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (28 ailə).
Sofi Lakaz
Sofi Lakaz (fr. Sophie Lacaze; 9 sentyabr 1963[…]) — fransız bəstəkarı. Tuluza konservatoriyası və Parisdə yerləşən Normal Musiqi Məktəbində təhsil almışdır. Daha sonra Kirj akademiyasında Franko Donatoni və Ennio Morrikone kimi ustadlardan dərs almışdır, Pyer Bulez kurslarını dinləyirdi. İki il Avstraliyada yaşayıb 2006-cı ildə Fransaya qayıtdı. Sofi Lakaz Lycéen des compositeurs (2009) qran-prisini və SACEM-də Klod Arye mükafatının (2010) sahibidir. 1992 — J. Syupervelin şeirlərinə soprano və simli trio üçün üç melodiya 1993 — A. Rembo şeirlərinə fleyta üçün Voyelles 1996 — qadın səsi, fleyta və fortepiano üçün Jetez-vous sur l’avenir 1997 — fleyta və violonçel üçün La vita e bella 1998 — nəfəsli alətlər, didjeridu, uşaq xoru və perkussiya üçün Le Becut 1999 — skripka, klarnet və fortepiano üçün Comme une rue pavee 1999 — fortepiano üçün üç müqəddimələr 2000 — Henry Kendallın şeirlərinə fleyta və simli trio üçün Broken Words 2000 — fleyta, didjeridu və fleytaların orkestri üçün And then there was the sun in the sky 2001 — Iotife üçün simli trio, şeirlərinı H. Kendall 2001 — Messe de Nostre Dame üçün xor akapella 2002 — Histoire sans paroles üçün skirpka, violonçellər və fortepiano 2002 — Voices of Australia üçün fleyta solo və maqnitofon lentası 2002 — L’enfance de Catherine üçün fleyta və simli trio, Anna Bodrinin "Katrinin uşaqları" filmi üçün musiqi 2002 — Ave Maris Stella üçün xor 2003 — Messe de Nostre Dame üçün 8 qadın səsləri və perkussiya, в честь «Messe de Nostre Dame» Гийома де Машо 2003 — Tarantella üçün fortepiano 2004 — Dreaming, kamera operası üçün iki qadın səsi, didjeridu, fleyta, alt, perkussiya və maqnitofon lentası 2005 : Cinq Voyelles pour Quatre Flûtes, транскрипция «Voyelles» üçün 4 fleyta. По стихотворению А. Рембо 2005 — Oceans üçün fleyta, faqot, skirpka, alt, kontrabas, uşaq xor və perkussiya 2005 — Py üçün fleyta və fortepiano 2005 — Het Lam Gods üçün simli kvartet, на темы Гентского алтаря братьев Ван Эйк 2005 — Duo üçün səs və maqnitofon lentası 2006 — Archelogos I üçün səs və maqnitofon lentası 2006 — Les quatre elements, konsert üçün fleyta, uşaq xor və perkussiya 2006 — Deux mouvements üçün тенор-saksofon və orkestri. 2006 — Musique de la mer üçün klarnet, faqot, simli kvartet, uşaq xor və perkussiya 2006 — Vignes üçün CD, Guy Bompais şəkil sərgisi üçün 2006 — The great flood üçün alt-saksofon və ансамбля саксофонов 2006 — Mouvement üçün simli orkestri 2007 — Het Lam Gods II üçün fleyta solo və fleytaların orkestri 2007 — Archelogos II üçün bas fleyta və CD 2008 — Quatre haïkus üçün alt-saksofon və fortepiano 2008 — Le Petit Prince, musiqi tamaşası üçün волн Мартено, fleyta və simli trio 2008 — Archèlogos IIb üçün волн Мартено və CD 2009 — L’art est le plus beau des mensonges üçün sopranovə вибрафона sözlərinə Алена Карре 2009 — Het Lam Gods III üçün dörd fleyta, на темы Гентского алтаря братьев Ван Эйк və текст Алена Карре 2009 — Variations sur quatre haïkus üçün виолончели 2010 — L’espace et la flûte — Variations sur des textes de Jean Tardieu üçün чтеца və ансамбля fleyta, şeirlərinı Жана Тардьё 2010 — Souffles üçün dörd fleytaистов (2 zamponias, 2 bajones, 3 Boehm flutes) 2011 — Marco Polo камерная opera üçün xor və ансамбля 2011 — Calligrammes üçün баритона, xor və kvartet саксофонов, şeirlərinı Гийома Аполлинера 2011 — Archèlogos III üçün gitara və CD 2011 — orkestr üçün Après avoir contemplé la lune 2012 — Estampes üçün dörd fleytaистов 2012 — En Quete üçün qadın səsi, чтеца, saksofon və fortepiano, üçün выставки фотографий Guy Bompais 2012 — Ukiyo-e konsert üçün Мартено волн və fleyta оркестром 2013 — O Sapientia 4 qadın səsləri. Hildeqard fon Bingenin mətininə əsasən 2013 — Immobilité sérieuse I üçün fortepiano və simli orkestri 2014 — Maye üçün zərbə alətləri 2014 — Un parapluie et un manteau de paille короткая работа üçün fortepiano 2015 — Voyelles üçün saksofon 2015 — Au milieu de la plaine üçün fleyta və arfa 2015 — Voices of Australia üçün solo sopranosaksofon və CD 2015 : La lune dans l’eau, üçün saksofon 2016 : La lune dans l’eau, üçün fleyta 2016 : qarışıq xor üçün Petite messe, 2017 : Voyages d’Orient I və Voyages d’Orient II, üçün ансамбля ветра və xor 2017 : Je vois passer l’Ange, üçün üç qadın səsləri və alt-saksofon 2017 : Ahatonhia again, üçün kvartet klarnet 2018 : And Earth moves away, üçün dörd fleyta 2018 : Ntau, üçün fleyta, klarnet, fortepiano və perkussiya «Sophie Lacaze, portrait d’une compositrice», Geneviève Mathon-la dialoq, Delatour Publishing, 160 səh., 2018-ci il may ayı Rəsmi sayt Müasir musiqi sənədləşməsinin mərkəzi veb-saytında səhifə, Fransa "Sofi Lakazın fleytası üçün musiqi" Arxivləşdirilib 2020-05-12 at the Wayback Machine — Traversière Magazine 104, 2012.
Takab şəhristanı
Təkab şəhristanı (fars. شهرستان تکاب‎) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Təkab (Tikantəpə) şəhəridir. Şəhristanın ərazisi 2,523 km²-dir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 17 618 ailədə 81 395 nəfər (kişilər - 40 161 nəfər, qadınlar - 41 234 nəfər) olmuşdur. Təkab şəhristanında əsasən azərbaycanlılar, qismən kürdlər yaşayırlar.Bölgədə yaşayan azərbaycanlılar, Azərbaycan dilində (əfşar şivəsində), kürdlər isə soran ləhcələsində danışırlar. Mərkəzi bəxşi İnzibati mərkəzi: Təkab (Tikantəpə) DEHİSTANLARI: Əfşar dehistanı KƏNDLƏRİ: Badarlı (Padarlı), Badxərid / Vixer, Çahartağ, Çiçəkli, Feyzabad, Qalacıq, Qaraqaya, Qocur, Sarıcalı, Oğulbəy, Yolqunağac Ənsar dehistanı KƏNDLƏRİ: Ağqala, Ərəbşah, Asmanbulağı, Ayqalası, Durbaş, Gəzdərə, Hacıbabay-i Ülya, Hacıbabay-i Süfla, Hacıbabay-i Vusta, Kotan-i Ülya, Qırxlı, Sabil, Tamay, Taşəkabud / Taşkabud Kərəftu dehistanı KƏNDLƏRİ: Əliabad-i Noxuddərə, Ağabəy, Badmahmud, Boluz (Bolus), Çaharqala, Çəpdərə, Dərvişrəş, Daşbulaq, Noxuddərə, Pəhləvan, Qarababa, Güldərə-i Ülya, Güldərə-i Süfla, Qoca, Sarıbağ, Sarıqurğan, Təpəbur, Taskənd, Tondarlı (Dondarlı), Yəhərli Təxt-i Süleyman bəxşi Şəhərləri yoxdur DEHİSTANLARI: Əhmədabad dehistanı KƏNDLƏRİ: Əhmədabad-i Ülya, Əhmədabad-i Süfla, Alçalı-i Ülya, Alçalı-i Süfla, Əminabad, Anqurud / Ənqurud, Ağotaq, Ağdərə-i Ülya, Ağdərə-i Süfla, Ağdərə-i Vusta, Ərəbşah, Arpaçayı, Çıraqtəpə-i Ülya, Çıraqtəpə-i Süfla, Güləgülə, Həsənabad, Cidaqaya, Qaynarca, Şirmərd, Yarəziz, Yengikənd, Zərəşoran, Zinharkəndi / Zinhar Çəmən dehistanı KƏNDLƏRİ: Ağbulaq-i Həmədani, Ağbulaq-i Ülya (yerli əhalinin dilindəki əsl adı Baş Ağbulaq), Babanəzər, Birincə, Günbəd, Gögərdçi (Göyərdici / Göyərçin (?)), Hampa, Üçhisar, Qarabulaq, Qaranaz, Qarovulxana, Qızılqışlaq, Qoşabulaq, Quşxana-i Ülya, Təzəkənd-i Nüsrətabad, Tumarkəndi Sarıq dehistanı KƏNDLƏRİ: Alasaqqal, Başbarat, Çöplü, Daş Qızqapan, Doldolbulağı, Göyağac, Kərimabad, Xarxar, Kusəpiri, Mayinbulaq, Nəbikəndi, Qaraömər, Tərməkçi Balqız dağı (və ya Bilqeys - Balqız dağının farslaşdırılmış adıdır) - türk eli arasında ona Haça dağ da deyirlər, səbəbi iki qoşa zirvəsinin olmasıdır, hündürlüyü 3350 metr. Bu dağın iki zirvəsinin başı ilin bütün fəsilləri boyu qarlı olur. Yay aylarında qar nisbətən azca əriyir və tarixən bu qar sularının əmələ gətirdiyi və bu iki zirvə arasında yerləşən möhtəşəm mənzərəyə sahib gölə tökülür. Divzindanı dağı (və ya Zindan dağı) - 120 metr hündürlüyə sahib olan içi boş dağ olan təbii komleks, ağzının eni 50 metrdir.
Yakab-Xed
Yakab-Xed (Yakabxed; mac. Jakab-hegy — «Yakobun dağı») — Cənubi Macarıstanda Meçek dağ silsiləsinin qərb hissəsində yerləşən ən hündür dağdır. Dağ 602 metr hündürlüyə malikdir. Dağ Peç şəhərindən şimal-qərbdə yerləşmişdir. Yakab-Xed Ortadunay düzənliyinin yaxınlığında yerləşir. Yakab-Xed dağından yaxşı hava şəraiti zamanı 682 metrlik Zenqyo zirvəsini və Şərq Meçek dağlarını görmək olar. Dağ paleozoy erasında yaranmışdır. Perm dövründə qumdaşlarının toplanması nəticəsində meydana gəlmişdir. Eroziyanın təsiri nəticəsində bir neçə qayalıqlar əmələ gəlməyə başlamışdır. Bu qayalıqlara "Babaş Serkyovek" ("Bir sıra insanaoxşar daşlar") və "Jonqorkyo" ("Jonqora Daşı") qayalıqlarını misal göstərmək olar.
Yanos Yakab
Yanos Yakab (23 iyul 1986) — Macarıstannı təmsil edən stolüstü tennisçi. Yanos Yakab Macarıstannı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Yarəziz (Takab)
Yarəziz (fars. يارعزيز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Yarəziz yaşayış məntəqəsi 1979-cu ilinin ortalarında Sənəndəcdən buraya hücuma keçən radikal Kürd terrorçuları tərəfindən bir xeyli xəsarətlər almışdır. Kənd 1980-ci illərdə bölgədə fəaliyyət göstərən radikal Kürd terrorçuları tərəfindən etnik təmizləmə məqsədilə yandırılaraq; dinc əhali atəşə tutulmuşdur. Vaxtilə miliyyətçi Kürd terrorçuları tərəfindən bölgədə məqsədyönlü biçimdə yaradılmış təhlükələrə baxmayaraq; kəndin türk kökənli əhalisi müqavimət göstərərək yurdlarını qoruya bilmişlər. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (61 ailə).