Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəndər Çarək
Bəndər Çarək — İranın Hörmüzgan ostanının Bəndər Lengə şəhristanının Sibkavə bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,958 nəfər və 609 ailədən ibarət idi.
Fitçi-marek
Fitçi-marek, (lat. Anas penelope) qazkimilər(Anseriformes) dəstəsindən bir quş növü.
Larak adası
Larak adası (fars. لارک‎) — Fars körfəzində İrana məxsus adalardan biri. Hörmüz boğazında yerləşir. Qəşm, Hörmüz, Henqam adalrı yaxınlığında, Bəndər Abbas limanı çevrəsindədir. Adanın qırmızı mərcan və qumlu sahilləri vardır Larak adası Bəndər-Abbasdan 45 km, Qəşmdən 18 km aralıda yerləşir. == Tarixi == Villiam Vincent antik Orqan ilə, Larmanın qeyri-bərabər və xarabalı ada ilə müəyyənləşdirir, lakin ən çox alimlər Hörmüz ilə orqanı müəyyən edirlər. Vilhelm Tomasek Herakliot Markianus tərəfindən qeyd olunan Aguedan ilə Larak adasının eyni olmmasını iddia edir. Burada qurğuşun filizi çıxarıldığı deyilir. 19-cu əsrdə adada dəmir filizi ehtiyatları olduğu müəyyən edilmişdir. Portuqal admiralı Alfomnso de Albureke Hörmüzə hücumu zamanı tabeliyinmdə olan dörd gəmidən birini Larak adasının işğalı üçün göndərir.
Marek Grechuta
Marek Qrexuta (pol. Marek Michał Grechuta; 10.12.1945 — 9.10.2006) — Polşa müğənnisi, şair və bəstəkarı.
Marek Hamşik
Marek Hamşik (27 iyul 1987[…], Banska Bistritsa) — Hücumameylli yarımmüdafiəçi mövqeyində oynayan slovakiyalı peşəkar futbolçu. Napoli futbol komandasının kapitanı və Slovakiya milli futbol komandasının vitse kapitanıdır. Karyerasına 2004-cü ildə Slovan Bratislavada başladıqdan 1 il sonra İtaliyanın Breşiya komandasına keçmişdir. 2007-ci ildə A Seriyasına təzəcə qayıdan Napoliyə transfer edilmiş və orada start heyət oyunçusuna çevrilmişdir. Onun enerjisi, liderlik, yaradıcılıq qabiliyyətləri və yarımmüdafidən qol vəziyyəti yaratma təsəvvürü komandaya iki İtaliya kuboku, bir İtaliya Superkuboku, UEFA Çempionlar Liqasına vəsiqə və 2014-15-ci il UEFA Avropa Liqasının yarımfinalına vəsiqə qazandırmasında rol oynamışdır. Milli komandada o, Slovakiyanı 2010-cu il Dünya Çempionatında təmsil etmiş və komandası qrup mərhələsinin son matçında sabiq çempion İtaliyanı məğlub edərək səkkizdə bir finala vəsiqə qazanmışdır. 2016-cı il Avropa Çempionatında da Hamşik əsas heyətdə yer almışdır. Çıxışlarına görə, Hamşik həmçinin bir çox fərdi mükafatın da qalibi olmuşdur. O, beş dəfə Slovakiyanın ən yaxşı futbolçusu seçilmiş və 2008-ci ildə A Seriyasının Ən Yaxşı Gənc Futbolbolçusu mükafatını qazanmışdır. 2011-ci ildə A Seriyasında İlin komandasının tərkibində, həmçinin 2015-ci ildə Avroliqada mövsümün komandasında yer almışdır.
Marek Qrexuta
Marek Qrexuta (pol. Marek Michał Grechuta; 10.12.1945 — 9.10.2006) — Polşa müğənnisi, şair və bəstəkarı.
Marek Sobola
Mgr. Ing. Marek Sobola (3 iyul 1981, Jilinа) — fəlsəfə doktoru. səlahiyyətli bir mənzərə memarı, dizayner və heraldistdir. Slovakiya Memarlar Palatasının üzvüdür. Şilinada yaşayır və işləyir. 2018-ci ildən Çex Memarlar Palatasının üzvüdür. Landşaft memarı kimi işində, şaquli yaşıllıqların banisi Patrick Blancın işindən ilhamlanan şaquli və dam bağlarına da diqqət yetirir. Slovakiyada meteoritin düşməsinə həsr olunmuş ilk abidənin müəllifidir. Marek Sobola, xüsusən Okeaniya və Asiyada institusional və şəxsi ruhani heraldrya diqqət yetirir.
Marek Tsalka
Marek Yanuş Tsalka (pol. Marek Janusz Całka; 2 yanvar 1966, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015–2019); Polşanın Koreyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2007–2011). == Həyatı == 2 yanvar 1966-cı ildə Varşavada anadan olmuşdur. 1991-ci ildə Varşava Universitetini Tarix fakültəsi üzrə magistr kimi bitirmişdir. == İş təcrübəsi == 1992 – 1993-cü illərdə — Polşa Şərq Araşdırmalar Mərkəzinin baş mütəxəssisi 1993 – 1996-cı illərdə — Polşa Xarici İşlər Nazirliyinin eksperti 1999 – 2000-ci illərdə — Polşa Respublikasının Budapeştdəki Səfirliyinin müşaviri 2000 – 2003-cü illərdə — Polşa Respublikasının Moskvadakı Səfirliyinin müşaviri 2007 – 2011-ci illərdə — Polşa Respublikasının Seuldakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri 2011 – 2015-ci illərdə — Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin Direktor müavini 02.2015 – 2019-cu illərdə — Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri == Ailə == Ailəlidir, 1 uşağı var. == İstinadlar == == Xarici keçidlər == Səfir.
Mişel Larok
Mişel Larok (fr. Michèle Laroque; doğ. 15 iyun 1960, Nitsa) — Fransa aktrisası. == Həyatı == Mişel Larok 15 iyun 1960-cı ildə Fransanın Nitsa şəhərində anadan olub. Valideynləri Fransa musiqiçisi Klod Larok və Rumıniya rəqqasəsi Doina Trandabur (rum. Doina Trandabur) idilər. O, 1988-ci ildə aktrisa fəaliyyətinə başlayıb. Mişel Larok bir çox film və seriallarda çəkilib. Mişel Larok "Sezar" mükafatına layiq görülüb. == Filmoqrafiya == === Box-office === Movies starring Michèle Laroque with more than a million of entries in France.
Jarek (Mortal Kombat)
Jarek (ing. Jarek) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Müqəddəs Narek kilsəsi
Müqəddəs Narek kilsəsi — Ermənistanın Araqatsotn mərzinin Güllücə kəndində Erməni Həvari kilsəsi. Kilsə 2012-ci ildə Narek Pape kimi tanınan yerdə inşa edilmişdir. 25 avqust 2012-ci ildə məsh edilmişdir. == Tarixi == Əsrlər boyu Abaran ərazisinin Güllücə (indiki Vardenis) kəndində "Papeli Narek" adlı İncil var idi. Kitab ata adı Pape olan bir ailəyə məxsus idi və o, Narek adlandırılmışdır. Bunun səbəbi Qriqor Narekatsinin "Mərsiyələr kitabı" deyil idi. İnanca görə, kitab bir İncil və müalicəvi qabiliyyətə malik idi, ona görə də kəndlilər onu "Papenin Nareki" adlandırırdılar. Kitabın məzmunu 1710-cu ildə Konstantinopolda nəşr olunan möcüzəvi tibb İncilindən haqqında idi. Pape kitabı özü ilə daşıyırdı, lakin daha sonra isə kitab onun qohumlarının evində, kənddəki Müqəddəs Akop kilsəsinin yanında saxlanılmışdır. Zaman keçdikcə Papenin törəmələri yavaş-yavaş o evi tərk edərək dünyanın müxtəlif yerlərində məskunlaşmağa başlamış və təbii olaraq "Papenin Nareki" adlı müqəddəs kitabı özləri ilə aparmışdılar.
Anarək
Anarək — İranın İsfahan ostanının Nayin şəhristanının Anarək bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,285 nəfər və 462 ailədən ibarət idi.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Artek
"Artek" (rus. Арте́к) — Ukrayna ərazisində, Krım yarımadasında beynəlxalq uşaq mərkəzi. Krım yarımadasının cənub sahilində, Qurzuf qəsəbəsinin yaxınlığında yerləşir. Vaxtilə keçmiş SSRİ-nin ən məşhur pioner düşərgələrindən biri olmuşdur. Uzun müddət sosialist ölkələrindən gələn deleqasiyaların və xarici dövlət rəhbərlərinin qaldığı yer olmuşdur. == Adın mənşəyi == Düşərgə öz adını yerləşdiyi yerin adından götürmüşdür. Həmçinin yaxınlıqdan eyniadlı çay axır. "Artek" sözünün mənşəyi isə mübahisəlidir. Daha əsaslı versiyalar arasında bu sözün yunan dilindəki άρκτος ("ayı", yaxınlıqda Ayu-dağ adlı dağ yerləşir), oρτύκια (bildirçin), άρτος (çörək) və ya tatar dilindəki "artık" (artıq, əlavə) sözündən yaranması qeyd edilə bilər. Düşərgənin özündə "bildirçin" versiyası daha populyardır və "Artek — bildirçin adacığı" deyimi və bu adda mahnı mövcuddur.
Atrek
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. == Adının etimoloqiyası == Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. == Coğrafiyası == Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. == Gidroqrafiyası == İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.
Babək
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین‎; 1 iyul 798, اردبیل – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak", Hay mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir. == Həyatı == Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlar Barak Obama — ABŞ prezidenti. Digər Barak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Barei
Barbara Reysabal Qonsales-Ayer (isp. Bárbara Reyzábal González-Aller; d. 29 mart 1982, Madrid, İspaniya) və ya səhnə adı ilə Barei — İspaniya müğənnisi və bəstəkarı. O, "Say Yay!" mahnısı ilə İspaniyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Barbara Reysabal Qonsales-Ayer 29 mart 1982-ci ildə İspaniyanın paytaxtı Madriddə anadan olmuşdur. O, Tereza Qonsales-Ayer Monterde və Fortunato Reysabal Larruyun qızıdır. Onun atası İspaniyada bir çox filmlərin istehsalı ilə məşğul olan, daşınmaz əmlaklara investisiyalar edən və Madriddə şənlik binalarının təmirinə yardım göstərən məşhur Reysabal ailəsindən idi və o, Barbaranın dünyaya gəlməsindən qısa zaman sonra vəfat etmişdir. Barbaranın İqnasiyo Xesus və Xulian adlı iki qardaşı və Lurdes adlı bir bacısı da var. O, vokal, gitara və piano dərsləri almışdır. == Musiqi karyerası == === Karyeranın başlanğıcı === Barbara öz musiqi karyerasını 16 yaşında ikən Kristina Agilera, Laura Pauzini və Lara Fabianın mahnılarını ifa edərək başlamışdır.
Carex
Cil (lat. Carex) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Qurək
Qurək (soqd Wγrk) — Ərəblərin Mavəraünnəhrə yürüşü zamanı Səmərqənd ixşidi. == Həyatı == Qurək 710-cu ildə Səmərqəndin ixşidi Tərxunun müsəlmanlarameylli olduğuna görə şəhər əhalisi tərəfindən devrilməsindən taxta çıxır. Əməvi valisi Quteybə bin Müslüm Səmərqəndə yürüş edir, ancaq axırda Qurəki Səmərqənd hakimi kimi tanıyır. Qurək müsəlmanlar və türgiş türkləri ilə müxtəlif ittifaqlar quraraq hakimiyyətdə qalmağa nail olmuşdur. O, 731-ci ildə baş vermiş Keçid döyüşündən bir müddət sonra Səmərqənd şəhərindəki nəzarətini gücləndirir və 737 və ya 738-ci ildə vəfat edənə qədər yarımmüstəqil şəkildə hakimiyyətdə olur. == Mənbə == Gibb, Hamilton Aleksandr Rosskin. The Arab Conquests in Central Asia (ingilis). London: The Royal Asiatic Society. 1923. OCLC 499987512.
Çarsk
Çarsk (qaz. Шар) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Jarma bölgəsindəki bir şəhər. Şar şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 634421100. == Tarixi == Şəhər Türksibdəki stansiyadan başladı. Şər çayının adını daşıyır. Bir əfsanə var ki, bir vaxtlar çayın axarı o qədər güclü idi ki, monqollar naimanları məğlub edərək Şər çayından keçdi və çay ordunun 1/3 hissəsini apardı. Mənşənin ilk versiyası olan "Şar" sözü Qazaxıstanın istiliyindən, yəni "uçurumdan" gəlir, ikinci mənşəli versiyaya görə Çingiz Xan ordusu ilə bu ərazidən keçəndə çağırdı Rus dilinə "sarı" ilə tərcümə edilən bu torpaq "Şar". Maraqlı bir həqiqət budur ki, şəhərin kənarları hələ də qışda və yayda qeyri-adi sarı örtüyü ilə məşhurdur, çünki Çarsk şəhəri ətrafında çöl otu "shi" böyüyür. Çarın adı "Abay Zholy" da çəkilir.
Çörək
Çörək ― xəmirin bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Əcrək
Sind topisi -— Sind milli baş geyimi. == Haqqında == Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
Əyrək
Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Abrek
Abrek (ləzg. гъабрикI) — Çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə aparan şəxs. Abreklər sadə insanların zülmdən qurtarması uğrunda mübarizə aparmışlar. Əsasən dağlarda, bəziləri də şəhərlərdə həyatlarını təhlükə altında qoymaqdan çəkinməyərək rus kazakları ilə vuruşmuşlar. == Etimologiya == "Abrek" sözü iki hissəyə bölünür. Ab (ləzg. гъаб) yəni bir ovuc və ürək mənasında istifadə olunan rek (ləzg. рикI), bu söz ürəkli yənı cəsur kimi tərcümə edilə bilər. == Məşhur abreklər == == Qeydlər == == Ədəbiyyat == Малая Советская Энциклопедия. Том первый.